Məhkəmə qərarları › İş №2(004)-2840/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2840/2023

10.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2840/2023 10.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun əri - xx.xx.1970-ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1970-ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X11 onun əridir. X2 xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri Xətai rayonu Polad Həşimov küçəsindəki evlərində qəflətən səhhəti pisləşmişdir, onlar dərhal təcili tibbi yardıma zəng edib həkim çağırmışlar. Lakin həkim gələnə kimi əri Yaşar Ağayev vəfat etmişdir. X6 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbristanlıqda dəfn etmişlər. O, təcili tibbi yardımın verdiyi arayışı təqdim edərək, ölüm haqqında tibbi şəhadətnamə almaq üçün poliklinikaya müraciət etmişdir. X15 poliklinikada tibbi kartası olmadığı üçün ona ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. O, ölüm haqqında şəhadətnamə almaq üçün 6 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş və ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə lazımi qaydada xəbərdar edilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun mərhum X1 arvadıdır. X1 xx.xx.2023-cü il tarixdə yaşadıqları Bakı şəhəri Xətai rayonu Polad Həşimov küçəsindəki evlərində qəflətən səhhəti pisləşmişdir, təcili tibb yardım zəng etmişlər. Lakin həkim gələnə kimi Yaşar Ağayev vəfat etmişdir. X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbristanlıqda dəfn etmişlər. BŞT və X3 Stansiyasının 7 nömrəli bölməsi xx.xx.2023-cü il tarixli 45 nömrəli məktubla Xətai rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli 4/23 nömrəli sorğusuna cavab verərək bildirmişdir ki, həqiqətən xx.xx.2023-cü il t arixdə saat 18:11-də ünvan 1 ünvanına X4 adına olan çağırış yerinə gələn 7 saylı bölmənin həkimi G.Həziyev kişi cinsli meyit aşkar etmişdir. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/7- 15-1090/2023 nömrəli məktubu ilə X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. X10, X7, X8 tərəfindən tərtib edilmiş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X11 Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Şəhriyar” qəbirstanlığında dəfn edilmişdir. Naxçıvan MR Ordubad rayonu Dəstə kənd İƏDÜN tərəfindən verilmiş xx.xx.2013-cü il tarixdə təkrar verilmiş AZ-İ 603185 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1970-ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X11 ilə xx.xx.1976-cı ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X5 xx.xx.1993-cü il tarixdə 35 nömrəliakt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Ağayeva soyadı verilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidin ifadəsindən, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1970-ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X11 Ərizəçi əridir. X11 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbristanlığında dəfn edilmişdir. Ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1970-ci ildə Naxçıvan MR Ordubad rayonu Dəstə kəndində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X4 adına ölüm haqqında şəhadətnamə verilməsi 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar