Məhkəmə qərarları › İş №2(004)-2843/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2843/2025

13.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2843/2025 13.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində ölməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, onun anası X6 xx.xx.2025-ci ildə vəfat etmişdir, vəfatından az əvvəl tərəfindən təcili yardım stansiyasına müraciət edilmiş və BŞT və TTYS PHŞ 8 saylı Bölməsi Təcili və X11 Stansiyası tərəfindən ona baxış keçirilmiş və müvafiq məsləhət də verilmişdir. Qısa bir müddət sonra o vəfat etmiş, baş qarışıqlığı səbəbindən təkrarən müraciət edilməmişdir. Ölümündən sonra Xızı rayonu Təzəkənd kənd qəbiristanlığında dəfn edilib. Qeydiyyat şöbəsinin məktubundan da görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Anasının ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığından məhkəmə qaydasında atasının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məlumat verilmiş, lakin onun nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AZE seriyalı 01662704 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1951-ci il tarixdə Abşeron rayonu Xızı kəndində anadan olmuşdur. Maraqlı şəxs İİ-JQ 402965 saylı xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1973-cü ildə anadan olmuşdur. X3, anası X4r. - Ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X1 ürəkdamar çatışmazlığı ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək müalicə almışdır. - “Respublika Təcili və X11 Mərkəzi” PHŞ Yasamal TTTYS-nin 8 sayl bölməsinin 09 mart 2025-ci il tarixli xəbərdarlıq vərəqəsinə əsasən xx.xx.1951-ci il təvəllüdlü X5 müalicə tədbirləri məsləhət görüldü. - Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/7- 726/25 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün xahişinin təmin edilməsi imkanı xaricindədir. 3 saylı “ASAN Xidmət” X15 aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, o, mərhumun qızıdır. Anası bir müddət idi ki xəstə idi. Bir gün öncə xəstəxanadan çıxarmışlar. xx.xx.2025-ci il tarixində Bakıda yaşadığı evdə vəfat etdi. Vəfat etməmişdən öncə təcili yardım çağırmışlar. Lakin sonradan qarışıqlıq olduğundan yenidən çağırmağı unutmuşlar. Xızı rayon Təzəkənd kənd qəbirstanlığında dəfn etmişlər. Anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ölməsi faktını təsdiq edir. Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində bildirmişdir ki, o, ərizəçi qayınanasıdır. X2 xəstə olmağından, vəfatından əvvəl təcili tibbi yardım çağırılmasından məlumatlı olmuşdur. O gələndə təcili tibbi yardım ona Mobil Həsənovun öldüyünü bildirmişdir. O, Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizəçinin anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi anası xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixində Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar