Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2847/2024 13.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası – X6 ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, Ərizəçi tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim etmiş və Maraqlı şəxs məhkəmə tərəfindən maraqlı şəxs qismində işə cəlb edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X13 xx.xx.2024-cü il tarixində qəflətən rəhmətə getmişdir. Onlar ölüm səbəbini müəyyən etmək üçün Təcili və X9 Yardım Mərkəzinə müraciət etmişlər. Onlara xidmət edən 4 saylı bölmənin X18 briqadasının verdiyi ölüm haqqında xəbərdarlıq vərəqəsində saat 13:36 radələrində həkim briqadası gələnə qədər ölüm baş verdiyi göstərilmişdir. "Bakı Baş Səhiyyə Mərkəzi" X19 39 Nömrəli Şəhər Poliklinikasının verdiyi məktubla ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin mümkün olmadığı ona bildirilmişdir. X3 qohum və qonşuların iştirakı ilə Yasamal İİİ Fəxri Xiyaban qəbiristanlığında dəfn edilmişdir. X2 ölüm faktını şahidlər, müvafiq icra hakimiyyəti orqanlarından alınmış arayışlar təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yuxudan oyanmışdır. Atasının yatdığını görmüş və fikirləşmişdir ki, yorğundur. Bir qədər keçdikdən sonra atasına yaxınlaşdıqda atasının hələ də yatdığını, tərpənmədiyini görmüşdür. Çiyninə toxunduqda görmüşdür ki, çox soyuqdur. Bundan sonra xalası və onun yoldaşına xəbər vermiş, Təcili və X10 çağırmışdır. Təcili və X10 gəldikdə yanında xalası və onun yoldaşı olmuşdur. Anası həmin vaxt İmişli rayonunda bacısının yanında olmuşdur. Bakı şəhər Təcili və X10 Stansiyası tərəfindən təqdim edilmiş xəbərdarlıq vərəqəsində həkimə qədər ölüm qeyd edilmişdir. Atası Yasamal qəbiristanlığında dəfn olunmuşdur. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhər Təcili və X10 Stansiyasının 4 saylı bölməsi tərəfindən təqdim edilmiş, 20 yanvar 2024-cü il tarixli, 0324 nömrəli xəbərdarlıq vərəqəsinə əsasən xəstə - X6 yanına 20 yanvar 2024-cü il tarixdə, saat 13:36-da gəlinmiş, ölümün ilkin səbəbi bölməsində həkimə qədər ölüm, kişi cinsli meyit qeyd edilmişdir. İş materiallarında olan TƏBİB PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 39 nömrəli şəhər poliklinikası tərəfindən təqdim edilmiş 24 yanvar 2024-cü il tarixli, 18-1-1-11/2-B-31-1/2024 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü X4 4 il ərzində poliklinikaya müraciəti qeydə alınmamışdır. Ölümə səbəb olan xəstəlik barədə heç bir tibbi sənəd yoxdur. Odur ki, ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5 bəndinə əsasən tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İş materiallarında olan AZE seriyalı, 08171682 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X13 xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X6 xx.xx.1974-cü ildə doğulduğu, xx.xx.2024-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, mərhum bacısının yoldaşıdır. Bacısının oğlu həmin gün səhər saatlarında onun yoldaşına zəng vuraraq atasının oyanmadığını bildirmişdir. Onlar dərhal onlara getmişlər. Bacısı qızının yanında rayonda olmuşdur. Ünvana çatdıqda yoldaşı mərhumun nəbzini yoxlamış və vurmadığını görmüşdür. Təcili və X1rdan sonra gəlmiş və həkimə qədər ölüm qeydə almışlar. Mərhumun dəfn və yas mərasimlərinin hər birində iştirak etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirmişdir ki, mərhum onun bacanağıdır. Mərhumun oğlu həmin gün səhər saatlarında onlara zəng etmişdir. Yoldaşı ilə birlikdə dərhal onlara getmişlər. Ünvana çatdıqda onun nəbzini yoxlamış və nəbzin olmadığını görmüşdür. Təcili və X1rdan sonra gəlmiş və həkimə qədər ölüm qeydə almışlar. Həkimdən ölüm səbəbini soruşduqda həkimə qədər ölüm baş verdiyindən səbəbini müəyyən edə bilmədiklərini söyləmişlər. Mərhumun dəfn və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X13 ərizəçinin atası olmuşdur. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin atasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə atasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin atası xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-2847/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2847/2024
13.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver