Məhkəmə qərarları › İş №2(004)-2867/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2867/2021

20.05.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2867/2021 20.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə 06.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilindən çıxarılması, onun və ailə üzvləri olan əri Məmmədov Mənsur Məhəmməd oğlu, övladları X4 və X1 həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 11.06.2011-ci il tarixdə Məmmədov Mənsur Məhəmməd oğlu ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, birgə nikahdan onların 04.07.2012-ci il təvəllüdlü X4 və 17.02.2014-cü il təvəllüdlü X3 adlı iki övladı var. İddiaçı əri Məmmədov Mənsur Məhəmməd oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin zabiti olmuşdur, xəstəliyi ilə əlaqədar 28.09.2019cu il tarixdə ehtiyata buraxılmışdır. Məmmədov Mənsur Məhəmməd oğlunun xidmət etdiyi yerdə yaşayış sahəsi olmadığına görə Bakı Qornizonu rəisinin 10.06.2019-cu il tarixli 19 nömrəli qərarı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi (kirayəyə verən) ilə Məmmədov Mənsur Məhəmməd oğlunun arasında Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilinə dair 11.06.2019-cu il tarixli 57 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. İddiaçı ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmək istəyərkən, orada Cavabdeh yaşadığını görmüşlər. Bundan sonra iddiaçının əri Məmmədov Mənsur Məhəmməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilindən çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnnaməsi ilə iddiaçının əri Məmmədov Mənsur Məhəmməd oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Məmmədov Mənsur Məhəmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Məmmədov Mənsur Məhəmməd oğlu ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında 11.06.2019-cu il tarixli 57 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilə etibarsız hesab edilmişdir. Hesab edir ki, Məmmədov Mənsur Məhəmməd oğlunun iddiası rədd edilsə də, İddiaçı 11.06.2019-cu il tarixli 57 saylı müqaviləyə əsaslanmaqla eyni tələblə məhkəməyə müraciət edə və mənzilin boşaldılmasını tələb edə bilər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, yazılı etirazını təqdim edərək izahatında bildirdi ki, o, 2001-ci ildən Müdafiə Nazirliyinin zabitidir. Müdafiə Nazirliyi tərəfindən 2012-ci ildə yeni tikilmiş binada 10 nəfər zabitə mənzil verilmişdir, o cümlədən Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzili 06.12.2012-ci il tarixli 48 nömrəli protokol əsasında ona verilmiş və onunla 10.12.2012-ci il tarixli 00215 nömrəli müqavilə bağlanmışdır. Qeyd edilən müqavilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində qeydiyyata alınmışdır. O, 2012-ci ildən mənzilə köçərək ailəsi ilə birlikdə orada yaşayır. Onun işinin məxfi olması ilə əlaqədar müqaviləyə imza və möhür vurulmamışdı. Ona mənzil verilməsinə dair 06.12.2012-ci il tarixli 48 nömrəli protokol və onun əsasında bağlanmış 10.12.2012-ci il tarixli 00156 nömrəli müqavilə ləğv edilməmişdir. O, 2001-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Müdafiə Nazirliyinin ünvan 1 ünvanladığı 09.09.2019-cu il tarixli 69 nömrəli məktubdan görünür ki, o, 2012-ci ilin dekabr ayından hazıradək ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayırlar və kommunal xərclərə görə borcu yoxdur. O, elektrik enerjisinə və sudan istifadəyə görə 2012-ci ildən müvafiq təşkilatlarla müqavilələr bağlamış və ödəmələr aparır. Bakı Baş Səhiyyə idarəsi M.H.Qəmbərov adına 5 nömrəli Uşaq Poliklinikasının 07.09.2019-cu il tarixli 522 nömrəli arayışından görünür ki, Cavabdeh uşaqları 17 mart 2014-cü il tarixdən qeydiyyatdadırlar. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, Məmmədov Mənsur Məhəmməd oğluna mənzil ayrılarkən həmin mənzil boş olmamışdır. Bakı Qarnizonun mənzil komissiyası qanuna zidd olaraq M.Məmmədovla müqavilə bağlamışdır. Bakı Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli qətnnaməsi ilə iddiaçı Məmmədov Mənsur Məhəmməd oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Məmmədov Mənsur Məhəmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Məmmədov Mənsur Məhəmməd oğlu ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında 11.06.2019-cu il tarixli 57 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilə etibarsız hesab edilmişdir. Hesab edir ki, Məmmədov Mənsur Məhəmməd oğlunun iddiası rədd edildiyinə və Məmmədov Mənsur Məhəmməd oğlu ilə bağlanmış 11.06.2019-cu il tarixli 57 saylı müqavilə etibarsız hesab edildiyinə görə, Məmmədov Mənsur Məhəmməd oğlunun arvadı İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnqaməsi ilə etibarsız hesab edilmiş 11.06.2019-cu il tarixli 57 saylı müqaviləyə əsaslanmaqla eyni tələblə məhkəməyə müraciət etməsi və mənzilin boşaldılmasını tələb etməsi yol verilməzdir. Onun Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilinə 2012-ci ildən qanuni əsaslarla köçməsi, yaşaması və mənzilin ona məxsus olması qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə sübutia yetirilmişdir. Bu səbəbdən İddiaçı iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə mübahisəsiz qaydada müəyyən edildi ki, hazırkı iş üzrə İddiaçı əri Məmmədov Mənsur Məhəmməd oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilindən çıxarılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh Məmmədov Mənsur Məhəmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmənin müvafiq qərardadı ilə bir-biri ilə bağlı olduğu üçün hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(004)-5370/2019 nömrəli qətnaməsi ilə iddiaçı Məmmədov Mənsur Məhəmməd oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə iddiaçı Məmmədov Mənsur Məhəmməd oğlu arasında bağlanmış 11.06.2019-cu il tarixli 57 saylı Xüsusi Təyinatlı Yaşayış X2 əsasən iddiaçı və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri ünvan 2 ünvanda yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri - X5, X6 və X7 ilə birlikdə çıxarılsın, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyalar çıxarılaraq mənzil boşaldılsın və iddiaçı Məmmədov Mənsur Məhəmməd oğluna təhvil verilməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Məmmədov Mənsur Məhəmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2020-ci il tarixli 2(103)-904/2020 nömrəli qətnaməsi ilə birinci iddia üzrə Cavabdeh və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 14.10.2019-cu il tarixli 2(004)-5370/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, birinci iddia üzrə iddiaçı Məmmədov Mənsur Məhəmməd oğlunun Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. İkinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh Məmmədov Mənsur Məhəmməd oğluna qarşı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Məmmədov Mənsur Məhəmməd oğlu ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında 11.06.2019-cu il tarixli 57 saylı “xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilə etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.09.2020-ci il tarixli 2(102)- 3032/2020 nömrəli qərarı ilə iddiaçı Məmmədov Mənsur Məhəmməd oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2020-ci il tarixli 2(103)-904/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlınılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Məmmədov Mənsur Məhəmməd oğlu ilə Bakı şəhəri Şəfayət Mehdiyev küçəsi 136 saylı evin 173 saylı mənzilinə dair 11.06.2019-cu il tarixdə kirayə müqaviləsi bağlanarkən, Cavabdeh ilə həmin mənzilə dair bağlanmış 10.12.2012-ci il tarixli 00215 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qüvvədə olmuşdur. Bu baxımdan, Məmmədov Mənsur Məhəmməd oğlu ilə 11.06.2019-cu il tarixli 57 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qanunvericilik normalarının tələblərinə zidd olaraq bağlanmış, həmçinin M.Məmmədovla müqavilənin bağlanmasına əsas olan 10.06.2019-cu il tarixli 19 saylı qərar iş materiallarına əlavə edilməmişdir. M.Məmmədov 16.09.2019-cu ildə hərbi xidmətdən ehtiyata buraxılmaqla, həmin tarixdən hərbi qulluqçu statusunu itirimişdir. Mənzil Məcəlləsinin 99.2-ci maddəsində xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin qərar əsasında verilməsi nəzərdə tutulmuşdur. M.Məmmədovla bağlanan 11.06.2019-cu il tarixli 57 saylı müqavilədə Bakı Qarnizon rəisinin 10.06.2019-cu il tarixli 19 saylı qərarına istinad edilsə də, həmin qərarın mövcud olması apelyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilən digər halı isə mübahisəli xidməti mənzilin boş olmaması, yəni 10.12.2012-ci il tarixli 00215 saylı kirayə müqaviləsi əsasında həmin mənzilin Cavabdeh istifadəsində olmasıdır. Mənzil Məcəlləsinin 99.5-ci maddəsinə görə kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Mənzil Məcəlləsinin 64.2.1-ci maddəsinə görə sosial kirayə müqaviləsi ilə yaşayış sahəsini kirayəyə verənin digər şəxslərin hüquqlarından azad olan yaşayış sahəsini kirayəçiyə vermək vəzifəsi vardır. Qanunvericiliyin tələbinə görə xüsusi təyinatlı yaşayış sahəsi də kirayəyə verilərkən həmin yaşayış sahəsi digər şəxslərin hüquqlarından azad olmalıdır. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilən halından isə görünür ki, mübahisəli xidməti mənzil iddiaçı M.Məmmədova verilərkən həmin mənzil Cavabdeh hüquqları ilə yüklü olmuşdur. Bu da qanunvericiliyin tələblərinin pozulmasıdır. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq 736 saylı Hərbi Hissəsinin mənzil komissiyasının 06.12.2012-ci il tarixli protokoluna əsasən Bakı şəhəri Şəfayət Mehdiyev küçəsi 136 saylı evin 173 saylı mənzilin 2001-ci ildən hərbi xidmətdə olan Cavabdeh verilməsi qərara alınmışdır. Bunun əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh arasında 10.12.2012-ci il tarixli 00215 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh arasında 10.12.2012-ci il tarixli 00215 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi qüvvədə olduğu müddət ərzində, eyni mənzilə dair 11.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstimar İdarəsi ilə Məmmədov Mənsur Məhəmməd oğlu arasında 57 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Halbuki, həmin müqavilənin bağlanmasına əsas olan müqavilədə qeyd olunan 10.06.2019-cu il tarixli 19 saylı qərar iş materiallarında müəyyən edilməmişdir. Cavabdeh ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 10.12.2012-ci il tarixli 00215 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həqiqətən də Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin səlahiyyətli şəxsi tərəfindən imzalanmamış, müqaviləyə İdarənin möhürü vurulmamışdır. Lakin hazırda həmin qurumun daxil olduğu Müdafiə Nazirliyi 10.12.2012-ci il tarixli 00215 saylı müqavilənin həqiqi olduğun bildirməklə, müqaviləni bəyəndiyini nümayiş etdirmişdir. Mülki Məcəllənin 357-ci maddəsinə görə əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Mülki Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Buna görə də Müdafiə Nazirliyi 10.12.2012-ci il tarixli 00215 saylı müqaviləni bəyəndiyini bəyan etdiyi üçün Cavabdeh ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi arasında bağlanmış 10.12.2012-ci il tarixli 00215 saylı kirayə müqaviləsinin etibarsız olması ilə bağlı dəlil əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, Cavabdeh 10.12.2012-ci il tarixli 00215 saylı müqaviləyə əsasən Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilinə 2012-ci ildən köçməsi, ailəsi ilə birlikdə hazırkı vaxta kimi orada yaşaması və mənzilin ona məxsus olması, həmçinin hazırkı iş üzrə İddiaçı əri Məmmədov Mənsur Məhəmməd oğlu ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilinə dair bağlanmış 11.06.2019-cu il tarixli 57 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin etibarsız hesab edilməsinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16.01.2020-ci il tarixli 2(103)-904/2020 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03.09.2020-ci il tarixli 2(102)- 3032/2020 nömrəli qanuni qüvvəyə minmiş qərarı olduğuna görə, İddiaçı məhkəmə tərəfindən etibarsız hesab edilmiş (bağlandığı andan hüquqi qüvvəsini itirmiş) 11.06.2019-cu il tarixli 57 saylı müqaviləyə istinad etməklə, Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilindən çıxarılmasını, İddiaçı və ailə üzvləri olan əri Məmmədov Mənsur Məhəmməd oğlu, övladları X4 və X1 həmin mənzilə köçürülmələrini tələb etməsi əsassızdır. Çünki, Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzili İddiaçı və ya onun əri Məmmədov Mənsur Məhəmməd oğluna məxsus deyildir, həmin mənzil Cavabdeh qanuni sahibliyində və istifadəsindədir. Odur ki, İddiaçı iddia tələbi özü-özlüyündə əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqarər edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “Cavabdeh ailə üzvləri və əşyaları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsi “Qırmızı Şərq 1” hərbi şəhərciyi 136 nömrəli evin 173 nömrəli mənzilindən çıxarılması, İddiaçı və ailə üzvləri olan əri Məmmədov Mənsur Məhəmməd oğlu, övladları X4 və X1 həmin mənzilə köçürülmələri” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar