Məhkəmə qərarları › İş №2(004)-2873/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2873/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2873/2024 06.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü ildə anadan olmuş X3 xx.xx.2024-cü il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı, yəni 02 iyun 1992-ci il tarixdən rəsmi nikah bağlayaraq (həmin nikahdan övladları var) bir yerdə yaşadığı xx.xx.1964-cü il təvəllüdlü X8, son illər daxili xəstəliklərdən əziyyət çəkmiş, bu səbəbdən də dövri olaraq stasionar və ambulator müalicələr almışdır. Buna baxmayaraq xəstəliyi getdikcə ağırlaşmış, nəhayət, 2024-cü ilin fevral ayının 11-də müalicə həkimi onun vəziyyətinin artıq çarəsiz olduğunu, ömrünün sonuna "bəlkə də saatlar qaldığını" bildirərək "hazırlıq görməyi" məsləhət bilmişdir. Bu səbəbdən də onu elə həmin gün, yəni 2024-cü ilin fevral ayının 11-də, günorta saatlarında, doğulduğu Göyçay rayonuna aparmaq üçün yola düşmüş, lakin o, rayona çatda vəfat etmiş, bundan sonra isə milli dəfn qaydalarına uyğun olaraq Göyçay rayonunun Potu kənd qəbristanlığında dəfn edilmişdir. Mərhumun ölüm şəhadətnaməsini almaq üçün Yasamal rayonu üzrə "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinə müraciət etdikdə isə mərhumun qeydiyyat yeri üzrə müvafiq poliklinika tərəfindən verilməli olan "Ölüm haqqında tibbi şəhadətnamə"nin zəruri olduğu bildirilmişdir. Odur ki, o, həmin şəhadətnaməni alıb təqdim etmək üçün mərhumun qeydiyyatda olduğu "Bakı Baş Səhiyyə Mərkəzi" X15 3 nömrəli Şəhər Poliklinikasına müraciət etmiş, lakin həmin qurumun xx.xx.2024-cü il tarixli məktubu ilə "ölüm hadisəsinin Təcili və X6 xidmətinin həkimi tərəfindən qeydə alınmadığından mərhumun adına "Ölüm haqqında tibbi şəhadətnamə"nin verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, mərhumun ölüm faktı hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə tərəfindən müəyyən edilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Maraqlı şəxsnə məlumat verilmiş, lakin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini və iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Göyçay rayon VVAQ tərəfindən verilmiş 02 iyun 1992ci il tarixli Vİ-ЖГ 260576 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X9 arasında 02 iyun 1992-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 01 avqust 1964-cü ildə anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 3 saylı şəhər poliklinikasının Ərizəçi ünvanlanmış 01 mart 2024-cü il tarixli 18-1-1-1/2-N-336-xx-xx/2024 saylı məktubundan müəyyən olunur ki, 1964-cü il təvəllüdlü X3 ölüm hadisəsi Təcili və X7 Xidmətinin həkimi tərəfindən qeydə alınmadığından şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3- 16-5/7-15-1797/2024 nömrəli məktubundan müəyyən olunur ki, X3 barəsində ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınmasından imtina edilərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Göyçay rayon İHB-nın Potu Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini icra edən Rövşən Cabbarovun xx.xx.2024-cü il tarixli 160 saylı arayışdan görünür ki, X1 rayonunun Potu kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə edilmiş fotoşəkildən görünür ki, X4 aid məzar daşının üzərində xx.xx.1964-xx.xx.2024-cü il tarixləri qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində bildirmişdir ki, ərizəçinin rəfiqəsidir. Mərhumu da tanıyırdı. Xəstəliyi var idi, fevral ayında Göyçayda vəfat etdi. Orada da dəfn edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadəsində bildirmişdir ki, mərhum onun atasıdır. Fevralın 11-ində halı pisləsmişdir, xəstəliyi var idi. Valideynləri və qohumları ilə vidalaşması üçün rayona aparılmışdır. Lakin Göyçaya çatanda vəfat etdi, Göyçayda Potu qəbristanlığında dəfn olunub. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1964-cü ildə anadan olmuş X3 xx.xx.2024-cü il tarixində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1964-cü ildə anadan olmuş X3 xx.xx.2024-cü il tarixində Göyçay rayonunda ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar