Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2878/2020 17.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1964-cü il təvəllüdlü anası Bünyat-zadə Rəhimə Muxtar qızının xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirir ki, Bünyat-zadə Rəhimə Muxtar qızı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Anası qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkirmiş. xx.xx.2019-cu il tarixdə dünyasını dəyişmişdir. Bakı şəhəri TTYS tərəfindən anası Bünyat-zadə Rəhimə Muxtar qızna ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Ev şəraitində vafat etdiyi üçün ölüm haqqında şəhadətnamənin alınması əngələ çevrilmişdir. Anasının ölüm haqqında şəhadətnaməsinin alınması gələcəkdə yarana biləcək hüquqi münasibətlərin, sənədləşdirmə və digər bu kimi məsələlərin həlli zamanı yarana biləcək problemlərin qarşısının alınması üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AR ƏN Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli, 05/76- 326/15 saylı məktubunda bildirilir ki, Azərbaycan Respblikası Nazirlər Kabinetiniin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün xahişlərinin təmin edilməsi imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət etməsini tövsiyyə edir. İş materiallarında olan Təcili və X1 Stansiyası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən, həkimə qədər ölüm hadisəsi baş vermiş, 55 yaşlı Bünyat-zadə Rəhimə Muxtar qızının meyiti aşkar edilmişdir. İş materiallarında olan Fatmayı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən, Bünyat-zadə Rəhimə Muxtar qızı xx.xx.2019-cu il tarixdə Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi, 3 saylı şəhər poliklinikasının xx.xx.2020-ci il tarixli 69 nömrəli məktubunda qeyd olunur ki, Yasamal rayonu Əbilov 29 ünvanında yaşayan 1964-cü il Bünyat-zadə Rəhimə Muxtar qızı xx.xx.2019cu il tarixdə vəfat edib. Mərhumun qohumları “ölüm haqqında şəhadətnamə” üçün xx.xx.2020-ci il tarixdə müraciət etdiklərinə görə imtina olunub. Səhiyyə Nazirliyinin təlimatına əsasən, şəhadətnamə 3 gün müddətinə verilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə qeyd edir ki, Bünyat-zadə Rəhimə Muxtarqızının xx.xx.2019-cu il tarixdə Bakı şəhərində, ev şəraitində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bünyat-zadə Rəhimə Muxtar qızının xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə Bünyat-zadə Rəhimə Muxtar qızının ölümünün qeydə alınması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-2878/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2878/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver