Məhkəmə qərarları › İş №2(004)-288/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-288/2022

26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-288/2022 26.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı, Cavabdeh-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh-ya qarşı “maddi və mənəv ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı “maddi və mənəv ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzil üçün artıq alınan 16.494,4 manat məbləğində pulun, əldən çıxmış faydaya görə 2.144,27 manat pul vəsaitinin, manat mənəvi zərərə görə 3000 manatın və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla "xxxx" ASC və Cavabdeh arasında üçtərəfli 04 iyun 2019-cu il tarixində 067-19/İ nörməli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti ondan ibarətdir ki, Cavabdeh (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 79.88 kvadratmetr olan 94.259 manat dəyərində mənzili onun mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 18.859 manat məbləğində hissəsi tərəfindən, qalan 75.400 manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 03 İyun 2019-cu il tarixli 067-19/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən ona ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən mənzilin pay dəyəri tam ödənilmişdir. Tərəfindən müqavilə üzrə öhdəliklər tam yerinə yetirilmiş və kredit ödənilməkdədir. Lakin bu yaxınlarda mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olaraq mənzil ona 65.90 kv.metr ölçüdə təhvil verilmişdir. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq yaşadığı ünvan 1 saylı mənzilin sahəsi 79.88 kvadratmetr deyil, 65.80 kvadratmetrdir. Yəni mövcud olmayan 13.98 kvadratmetr mənzil sahəsi üçün ondan 16.494,4 manat pul vəsaiti artıq alınmışdır. Bununla da ona əhəmiyyətli dərəcədə zərər vurulmuşdur. Aldığı mənzilin müqavilə üzrə bir metr kvadratı təxminən 1180 manat edir. Faktiki ona təhvil verilən mənzil 65.9 kvadratmetr olduğundan MTK ona 13.98 kvadratmetr sahənin dəyərini artıq almaqla ümumilikdə ona 16.494,4 manat maddi ziyan vurmuşdur. Həmçinin həmin pul vəsaitini 30 illik kredit vasitəsilə aldığını hesab edilsə, ona dəymiş ziyanın daha da artacağı istisna deyildir. Halbuki, həmin müqavilənin 1.2-ci bəndinə əsasən göstərilən mənzil 2 (iki) otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 79.88 kvadratmetr göstərilmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin 1.2-ci bəndini kobud şəkildə pozaraq müqavilədə nəzərdə tutulmuş ölçüdən az sahədən ibarət mənzil təhvil vermişdir. Yəni, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də onun hüquqlarını pozmuş, olmayan ölçüyə görə ondan artıq pul vəsaiti alınmış, ona mənəvi və maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunun uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, onunla "xxxx" ASC və Cavabdeh arasında üçtərəfli 04 iyun 2019-cu il tarixində 067-19/İ nörməli “İlkin bazardan alqı-satqı və ipoteka” müqaviləsi bağlanmışdır. Sözügedən müqavilənin şərtlərinə əsasən ümumi sahəsi 79.88 kvadratmetr olan mənzil ona təhvil verilməli idi. Lakin 2020-ci ilin yanvar ayında mənzilə çıxarış alan zaman ona məlum olmuşdur ki, cavabdehə tam ödəniş edilməsinə baxmayaraq öhdəliyə uyğun olmayaraq mənzil ona 65.90 kv.metr ölçüdə təhvil verilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarında ümumi sahə anlayışına nələrin daxil olması qeyd edilmişdir. Orada qeyd olunur ki, Yaşayış binasının ümumi sahəsi - binanın mərtəbələrinin sahələrin cəmi kimi müəyyən edilir. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir. Buradan hesablanma qaydaları aydın görünsə də, cavabdeh tərəf bildirmişdir ki, mənzilin qapısından içəri girilən zaman görülən hissələr mənzilin ümumi sahəsinə aid hissələr hesab olunur. Bu isə hesab edir ki, düzgün mövqe deyil. Bundan başqa Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsibdə də göstərilir ki, yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Həmin Məcəllənin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Lakin cavabdeh tərəf müqavilədə ümumi sahəni qeyd etsə də, ümumi sahəyə uyğun mənzili ona təhvil verməmişdir. Beləliklə, cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməmiş və nəticə də onun hüquqlarını pozmuş, olmayan ölçüyə görə ondan artıq pul vəsaiti alınmış, ona mənəvi və maddi ziyan vurmuşdur. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Keçirilmiş ekspertizalar nəticəsində verilmiş rəylərə münasibətdə isə qeyd etmək istəyir ki, ilkin aparılmış ekspertiza nəticəsində verilmiş 10/6423 saylı, 24 yanvar 2022-ci il tarixli ekspert rəyi ilə tamamilə razıdır. Belə ki, ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 52 ünvanda yerləşən “ünvan 2i üzrə (çöldən-çölə) sahəsinin 79,88 kv.metr olması, mənzilin faktiki sahəsinin, yəni içdən-içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlar da daxil olmaqla sahəsi 65,9 kv.metr təşkil edir və hər iki hesablama arasındalı fərqin 13,98 kv.metr olması müəyyən edilmişdir. Yəni burada göstərilən hesablama nəticələri iddia tələbinə uyğun olmuşdur. İkinci dəfə keçirilmiş ekspertiza nəticəsində verilmiş 10/5650 saylı, xx.xx.2022-ci il tarixli rəyi isə qəbul etmir və hesab edir ki, tamamilə əsassız və uydurma bir rəydir. Belə ki, eskpertlər ümumi sahə anlayışını düzgün verməmiş, ümumi sahənin riyazi hesablanmasında yanlışlığa yol verərək, 66.5 kv.metr əvəzinə 66.9 kv.metr hesablamışlar. Digər tərəfdən isə ekspert rəyində suala düzgün münasibət bildirilməmişdir. Belə ki, sualda daxili divarlar (yəni daxili tikintialtı sahələr) nəzərə alınmaqla mənzilin ümumi sahəsinin nə qədər təşkil etməsi sual olunur. Lakin ekspertlər rəyin təsviri-əsaslandırıcı hissəsində daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla ümumi sahənin 79,12 kv.metr olmasını qeyd etmiş, rəyin nəticəvi hissəsində isə müqavilədə göstərilən sahəni nəzərə almaqla və yalnız daxili arakəsmələr hesablanmaqla 79,88 kv metr olmasını qeyd etmişdir. Buna baxmayaraq, ekspert rəyində göstərilən sxemdən göründüyü kimi hesablama düzgün edilməmiş, hesablama aparılarkən daxili arakəsmələr, şaxta və xarici divarlar nəzərə alınmaqla hesablanılmışdır, lakin sualın cavabı düzgün verilməmişdir. Bundan başqa nəzərə çatdırmaq istəyir ki, iş materiallarında olan və tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdə tərtib edilmiş rəydə mənzilinin sahəsi hesablanmış və faktiki ümumi sahənin 67,33 kv.metr olması qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh-nın nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü faktlar qabardılmış şəkildə məhkəmənin nəzərinə çatdırılmışdır. Məsələ bundan ibarətdir ki, iddiaçı ilə bağlanmış müqavilədə müqavilənin bütün şərtləri qeyd edilmiş, iddiaçı azad iradə ifadəsi ilə həmin müqaviləni bağlamış, daha sonra mənzili təhvil almış və mənzildə təmir işləri aparmışdır. Həmçinin tərəflərindən tikintialtı sahənin faktiki hesablanmış ölçüləri də təqdim edilmiş və iddiaçı bütün bunlardan məlumatlı olmuşdur. Daha sonra mənzilə çıxarış aldıqda oradakı yaşayış sahəsinin ümumi sahə ilə ziddiyyət təşkil etdiyini görmüş və əlbəttə ki, haqlı olaraq mənzilin sahəsini mübahisələndirmişdir. Lakin hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, keçirilmiş ekspertiza zamanı da müəyyən edilmişdir ki, tərəflərindən təqdim edilmiş tikintialtı sahənin ölçüləri ilə çıxarışda qeyd edilən rəqəmlə uyğun gəlmir. Buna səbəb isə mənzili təhvil aldıqdan sonra iddiaçının orada təmir işləri aparması, divarlarda dekorativ qalın materialda olan kərpiclərdən istifadə etmişdir və bu kimi amillər də mənzilin ümumi sahəsinin ölçüsünə təsir göstərmişdir. Beləliklə, müqavilədə göstərilən faktiki sahə ilə çıxarışda göstərilən yaşayış sahəsi arasında fərq olması tikinti altı sahələrin nəzərə alınmamsında yaranmışdır. Reallıqda tərəflərindən müqaviləyə uyğun, yəni müqavilədə göstərilmiş ümumi sahə ölçüsündə tikintialtı sahəyə uyğun mənzil, tərəfə təqdim edilmişdir. Bundan başqa ekspert rəyi ilə razıdır və hesab edir ki, qoyulan suallara Azərbaycan Respublikası şəhərsalma və tikinti Məcəlləsinin və ümumiyyətlə qanunvericiliyin normalarına uyğun hesablama qaydaları əsasında hesablama aparılaraq suallara cavab verilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbi əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş subutlarla müəyyən edilmişdir ki, İddiaçı, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış 067-19/İ saylı, xx.xx.2019-cu il tarixli ilkin bazardan Alqı-satqə və ipoetka müqaviləsinə əsasən, Cavabdeh (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 79.88 kvadratmetr olan 94.259 manat dəyərində mənzili onun mülkiyyətinə verməli, qarşılığında isə həmin mənzilin dəyərinin 18.859 manat məbləğində hissəsi İddiaçı (ipoteka qoyan) tərəfindən, qalan 75.400 manat məbləğində hissəsi isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 03 İyun 2019-cu il tarixli 067-19/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) tərəfindən ona ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməli və qarşılığında həmin əmlak ipoteka ilə yüklü edilməli idi. xx.xx.2019-cu il tarixli xəzinə mədaxil orderinə əsasən İddiaçı ipoteka üzrə ilkin ödəniş üzrə 18859 manat ödəniş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən ünvan 1 xüsusi mülkiyyət hüququ növü üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. Həmin Çıxarışa əsasən mənzilin ümumi sahəsi 65.90 kv.m qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli, 10/6423 saylı rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin xarici parametrləri (çöldən-çölə) üzrə sahəsinin 79,88 kv.metr olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydalan”nın tələbləri nəzərə alınmaqla İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilin ümumi sahəsi 65,9 kv.metr olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanda yerləşən “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 saylı mənzilə dair bağlanmış (79.88 kv.m) sahə ilə mənzilin faktiki sahəsi (içdən içə hesablanaraq arakəsmələr, həmçinin eyvan və sanitar qovşaqlarda daxil olmaqla) arasında fərq olduğu və həmin fərqin 13.98 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Müfaviq rəylə mübahisəli mənzilin ümumi sahəsi hesablanarkən tikintialtı sahalər nəzərə alınmadığından məhkəmə tərəfindən iş üzrə təkrar ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5650 saylı rəyinə əsasən İddiaçı Firuddun oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 52 ünvanında “Xətai Park” Yaşayış Kompleksinin B blokunun 19-cu mərtəbəsində yerləşən 2 nömrəli mənzilin faktiki ümumi sahəsinin 79,88 m2, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2, 59-cu maddələrinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın tələbləri nəzərə alınmaqla isə sahəsinin 66.9 kv.m olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MM-nin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 773-cü maddəsinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir; 775-ci maddəsinə əsasən əgər podratçı qüsuru bilərəkdən gizlədərsə, sifarişçinin məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran razılaşmaya istinad edə bilməz. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyəminməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2012-ci il tarixli Qanununun 5-ci bəndinə əsasən şəhərsalma və tikinti fəaliyyəti ilə bağlı digər normativ hüquqi aktlar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə zidd olmayan hissədə hüquqi qüvvəsini saxlayır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı, "xxxx" ASC və Cavabdeh ilə aralarında bağlanmış 067-19/İ saylı, xx.xx.2019-cu il tarixli ilkin bazardan Alqı-satqı və ipoetka müqaviləsinə əsasən, Cavabdeh (satıcı) inşa etdiyi ona məxsus olan, ünvan 1 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 79.88 kvadratmetr olan 94.259 manat dəyərində mənzili iddiaçının mülkiyyətinə verməyi, E.İsgəndərov isə qarşılığında həmin mənzilin dəyərinin 18.859 manat məbləğində hissəsinin özü (ipoteka qoyan) tərəfindən, qalan 75.400 manat məbləğində hissəsinin isə "xxxx" ASC (Kreditor-ipoteka saxlayan) ilə aralarında bağlanmış 03 İyun 2019-cu il tarixli 067-19/İ nömrəli kredit müqaviləsi üzrə "xxxx" ASC (Kreditoripoteka saxlayan) tərəfindən ona ayrılmış 360 ay müddətinə illik 4 faiz olmaqla kredit hesabına satıcıya ödənilməyi və qarşılığında həmin əmlak ipoteka ilə yüklü etməyi öhdəsinə götürmüşdür. İddiaçı ona təhvil verilmiş mənzilin ümumi sahəsinin məhz müqavilədə göstərilmiş 79.88 kvadratmetr olmamasını, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən mənzilin ümumi sahəsinin 65.90 kv.m olmasını əsas gətirərək, cavabdehdən maddi və mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanılmış (İddiaçı ilə Cavabdeh arasında) “ilkin bazardan Alqı-satqı və ipoetka müqaviləsi” əslində mənzilin alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsidir. Yəni cavabdeh, Cavabdeh müqavilənin 1.2.2-ci bəndinə əssən ümumi sahəsi 79.88 kv.m olan, iki otaqlı mənzili tikərək iddiaçıya təhvil verməyi, iddiaçı (sifarişçi) isə mənzilin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanılmış müqavilənin 1.2.3-cü bəndinə əsasən isə mənzilin yaşayış sahəsinin 41.41 kv.m olacağı müəyyən edilmişdir. Mübahisəli mənzilin ümumi sahəsinin 79.88 kv.m olması məhkəmə araşdırması zamanı keçirilmiş hər iki ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə, cavabdeh tərəfin müqavilə şərtlərinə əsasən məhz, ümumi sahəsi 79.88 kv.m olan, mənzili tikərək iddiaçıya təhvil verməyi öz öhdəsinə götürməsini, mənzilin ümumi sahəsinin həm də, mənzilin daxili arakəsmələrinin və digər tikililərinin aparıldığı (eləcə də, saxtaların mənzilin daxili sahəsinə düşən divarlarının hörgü altı sahələri), tikintialtı sahalərini də əhatə etməsini, eləcə mənzilin ümumi sahəsinin 79.88 kv.m olmasının mübahisəsiz olaraq iş materilları ilə müəyyən olunmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan, rədd edilməlidir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cımaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh-ya qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar