Məhkəmə qərarları › İş №2(004)-2882/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2882/2023

25.05.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2882/2023 25.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 maraqlı şəxslər Maraqlı şəxs1 Səməndər oğlu və Bakı 03 saylı Mediasiya Təşkilatına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə xüsusi icraat qaydasında mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi X2 maraqlı şəxslər Maraqlı şəxs1 Səməndər oğlu və Bakı 03 saylı Mediasiya Təşkilatına qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə X2 arasında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən kristal yaşayış kompleksinin 38 binasının 19 saylı mənzilində yerləşən 3 otaqlı mənzildən ona aid olan hissədən onun xeyrinə imtina edilməsi barədə 30 noyabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, birgə yaşayış dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Kristal yaşayış Kompleksində bina 38, mənzil 19-da yerləşən 3 otaqlı mənzildən keçmiş həyat yoldaşı Maraqlı şəxs1 ona aid olan hissəsindən onun xeyrinə imtina etməsini xahiş etmişdir. Hazırkı iş üzrə Maraqlı şəxs1 Səmədər oğlu ilə aralarında Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən kristal yaşayış kompleksinin 38 binasının 19 saylı mənzilində yerləşən 3 otaqlı mənzildən ona aid olan hissədən onun xeyrinə imtina edilməsinə dair 30.11 2022-ci il tarixində barışıq sazişi bağlanılmışdır. 30 noyabr 2022-ci il tarixində barışıq sazişinin bağlanılmasına baxmayaraq, Maraqlı şəxs1 Səməndər oğlu barışıq sazişinin şərtlərinə əməl etməmişdir. 10 gün müddət keçməsinə baxmayaraq, Maraqlı şəxs1 barışıq sazişinin icrasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X2 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 Səməndər oğlu və Bakı 03 saylı Mediasiya Təşkilatının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - birinci tərəf X2 ilə ikinci tərəf Maraqlı şəxs1 arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış MŞB-3/01848 saylı, xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki,

1. X2 Bakı 3 saylı mediasiya təşkilatına müraciət edərək birgə yaşayış dövründə əldə olunmuş Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolun kənarında yerləşən yaşayış binası (Kristal yaşayış kompleksin) bina 38, mənzil 19-da yerləşən 3 otaqlı məzildən keçmiş həyat yoldaşı Maraqlı şəxs1 aid olan hissəsindən imtina edilməsini xahiş etmişdir. 2. Cavabdeh Maraqlı şəxs1 Səməndər oğlu ərizəni qəbul etmiş və bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolun kənarında yerləşən yaşayış binası (Kristal yaşayış kompleksin) bina 38, mənzil 19-da yerləşən 3 otaqlı məzildən keçmiş həyat yoldaşının xeyrinə özünə aid olan hissədən imtina edir. - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinin AZ-İ №435423 saylı, 08 dekabr 2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən Maraqlı şəxs1 ilə X2 arasında bağlanmış nikah Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş, xx.xx.2022ci il tarixdə 553 nömrə ilə qeyd edilmişdir. - "xxxx" MTK-nın 18 aprel 2023-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Yasamal rayonu, Kənar dairəvi yolda yerləşən kristal yaşayış kompleksinin 38-ci binasının 19 saylı mənzilində yerləşən 3 otaqlı mənzili xx.xx.2020-ci il tarixində ******* nömrəli müqavilə əsasında Ərizəçi satılmışdır. Ərizəçi hal-hazırda qeyd edilən mənzildə yaşayır, qeydiyyata düşməyib. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 ilə Maraqlı şəxs1 Səməndər oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı qaydada təsdiq edilməlidir. Maraqlı şəxs1 Səməndər oğlu Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolun kənarında yerləşən yaşayış binası (Kristal yaşayış kompleksin) bina 38, mənzil 19-da yerləşən 3 otaqlı məzildən keçmiş həyat yoldaşının (X1) xeyrinə özünə aid olan hissədən imtina edir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X2 ilə Maraqlı şəxs1 Səməndər oğlu arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs1 Səməndər oğlu Bakı şəhəri, Yasamal rayonu, xarici dairəvi avtomobil yolun kənarında yerləşən yaşayış binası (Kristal yaşayış kompleksin) bina 38, mənzil 19da yerləşən 3 otaqlı məzildən keçmiş həyat yoldaşının (X1) xeyrinə özünə aid olan hissədən imtina edir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar