Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2884/2023 10.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi nümayəndəsi (qızı) Nümayəndə iştirakı ilə, Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2023-cü ildə məhkəməyə müraciət edərək, onun anası - 1913-cü ildə Şabran rayonu Gəndov kəndində doğulmuş X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə Maraqlı şəxs kimi göstərilmişdir. Ərizəçi nümayəndəsi (qızı) Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, 1913-cü ildə Şabran rayonu Gəndov kəndində doğulmuş X6 Ərizəçi doğma anasıdır. X6 xx.xx.1980-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda vəfat etmişdir. X3 doğulduğu ünvan 2sində yerləşən kənd qəbristanlığında dəfn etmişlər. Lakin ona ölüm haqqında şəhadətnamə almamışlar. X6 Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.1979-cu il tarixli 2-537 reyestr saylı vəsiyyətnamə ilə əmlakını, o cümlədən ünvan 1 ünvandakı evini oğlu Ərizəçi vəsiyyət etmişdir. Hazırda mirası rəsmiləşdirmək üçün X4 ölüm haqqında şəhadətnamə alınmasına zərurət yaranmışdır. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etməyi ərizəçiyə tövsiyyə etmişdir. Odur ki, məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərmişdir. Lakin maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-2xx/xx/2023 nömrəli məktubu ilə X2 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə etmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 05/Q-275/69 nömrəli arayışından müəyyən edilir ki, X2 barəsində Bakı şəhəri Maraqlı şəxsndə ölüm akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları Bakı şəhəri Maraqlı şəxsndə 1976-1982-ci illərə dair ilkin, 1980-1986-cı illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-3407/13/23 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, X2 doğumu və ölümü haqqında “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə xx.xx.2023-cü il tarixədək yoxlama aparılmış doğum və ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.1979-cu il tarixli 2-537 reyestr saylı vəsiyyətnamədən müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan X6 öldüyü anda özünə məxsus olan harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını, o cümlədən ünvan 1 ünvandakı şəxsi evini oğlu Ərizəçi vəsiyyət etmişdir. Ağır xəstəliyi ilə bağlı vəsiyyətnamə X2 yaşadığı ünvan 1 ünvanda təsdiq edilmişdir. Vəsiyyətnamənin qeydə alındığı reyestr kitabında X6 xx.xx.1979-cu il tarixdə 537 reyestr nömrəsinin qarşısında imza etmişdir. X2 şəxsiyyəti müəyyən edilmiş, Vİ-JQ 619709 nömrəli pasportu yazılmışdır. Şabran rayonu Gəndov bələdiyyəsinin sədri N.H.İsmayılov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 32 nömrəli arayışdan görünür ki, 1913-cü il təvəllüdlü Şabran rayonu Gəndov kənd sakini X6 xx.xx.1980-ci il tarixdə vəfat etmişdir və Şabran rayonu Gəndov kənd qəbristanlığında dəfn edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İV 854208 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1947-ci ildə Şabran rayonunda doğulmuşdur. X1, anası X5r. Doğum akt qeydi xx.xx.1947-ci il tarixdə 128 nömrə ilə Şabran rayon Qeydiyyat şöbəsində aparılmışdır. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin nümayəndəsinin izahatından, təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 1913-cu ildə Şabran rayonu Gəndov kəndində doğulmuş X6 Ərizəçi doğma anasıdır. X6 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir və xx.xx.1980-ci il tarixdə Şabran rayonu Gəndov kənd qəbristanlığında dəfn edilmişdir. Ölüm faktının müəyyən edilməsi ərizəçiyə miras əmlakı adına rəsmiləşdirmək üçün lazımdır. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 1913-cü ildə Şabran rayonu Gəndov kəndində doğulmuş X2 xx.xx.1980-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X2 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2884/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2884/2023
10.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver