Məhkəmə qərarları › İş №2(004)-29/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-29/2023

25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-29/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə. İddiaçı ASC-nın Cavabdeh qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsi üzrə 38805,05 manat əsas borc, 1284,71 manat faiz borcu, 93,25 manat cərimə olmaqla, cəmi 40183,01 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ttutulması, tutmanın ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehin həmin mənzilə olan istifadə hüquqununn itirilmiş hesab edilməsi və həmin mənzildən çıxarılması, mənzilinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində İddiaçı ASC xx.xx.2022-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı əlavə təqdim edərək, Cavabdeh iddiaçının xeyrinə xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1- 12 saylı kredit müqaviləsi üzrə 38153,92 manat əsas borc, 9164,86 manat faiz borcu, 183,59 manat cərimə olmaqla, cəmi 47502,37 manat məbləğində borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144,7 m2 ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və banka təhvil verilməsi, tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il 16 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin “1 saylı” filialından illik 8%-lə 276 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Yasamal rayonu, Fuad İbrahimbəyov küçəsi , 458-ci məhəllə ünavmnda yerləşən, 3 otaqlı, 144.7 kv.m ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzili 2012-ci il 16 yanvar tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2012-ci il 16 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.2-cü bəndinə əsasən hər gecikdirilən gün üçün çecikdirilmiş məbləğin illik ikiqat mislində cərimə hesablayıb borcludan tələb edir. xx.xx.2022-ci il tarixinə Cavabdeh 2012-ci il 16 yanvar tarixli kredit müqaviləsi üzrə banka 38153,92 manat əsas borc, 9164,86 manat faiz borcu, 183,59 manat cərimə olmaqla, cəmi 47502,37 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir.. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1- 12 saylı kredit müqaviləsinin surətindən görünür ki, borc alana borc alana illik 8 %-lə 276 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan "xxxx" İKB ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2012ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyana məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144,7 m2 ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzili iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə çıxarış verilmişdir. İpoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödənilmişdir. İddiaçı ASC-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından göründüyü kimi, Cavabdeh xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsi üzrə borcu 38153,92 manat əsas borc, 9164,86 manat faiz borcu, 183,59 manat cərimə olmaqla, cəmi 47502,37 manat təşkil edir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(004)-4217/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/9010 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli, 20-İP-AİF-1-0-1 - 12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 39.049,87 manat; - faiz borcu üzrə 130,17 manat. Son ödəniş tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 38.419,46 manat; - faiz borcu üzrə 00,00 manat. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(004)-128/2022 saylı qərardadı ilə iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2242 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli, 20-İP-AİF-1-0-1 - 12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 39.049,87 manat; - faiz borcu üzrə 130,17 manat. Son ödəniş tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 38.419,46 manat; - faiz borcu üzrə 00,00 manat. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(004)-128/2022 saylı qərardadı ilə başqa ekspertə həvalə edilməklə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4121 saylı ekspert rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 16 yanvar 2012-ci il tarixli, 20-İP-AİF-1 -0-1 -12 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı “Nikoil” İKB-yə olan borcu aşağıdaki kimi müəyyən edilir, o cümlədən: Maliyyə arayışının tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 39.049,87 manat; - faiz borcu üzrə 130,17 manat. Son ödəniş tarixinə yəni xx.xx.2021-ci il tarixə: - əsas borc üzrə 38.419,46 manat; - faiz borcu üzrə 00,00 manat. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(004)-128/2022 saylı qərardadı ilə başqa ekspertə həvalə edilməklə, iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6491 saylı ekspert rəyinə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair cədvəl məlumatları, xx.xx.2012-ci il tarixli, 20-İP- AİF-1 -0-1 -12 saylı kredit müqaviləsinin və xx.xx.2012-ci il tarixli, əlavənin şərtləri nəzərə alınmaqla (xx.xx.2020-ci il tarixdən illik 18%-lə hesablanmaqla), Cavabdeh xx.xx.2021-ci il tarixə (1-ci maliyyə arayışının tarixi) banka olan əsas və faiz borcu 41.330,43 manat məbləğində, xx.xx.2021-ci il tarixə (2-ci maliyyə arayışının tarixi) banka olan əsas və faiz borcu 44.029.54 manat məbləğində və xx.xx.2022-ci il tarixə (3-cü maliyyə arayışının tarixi) banka olan əsas və faiz borcu 49.062,51 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2021-ci il tarixə: əsas borc üzrə- 39.786,31 manat, faiz borcu üzrə- 1.544,13 manat. xx.xx.2021-ci il tarixə: əsas borc üzrə- 39.786,31 manat, faiz borcu üzrə- 4.243,23 manat. xx.xx.2022-ci il tarixə: əsas borc üzrə- 39.786,31 manat, faiz borcu üzrə- 9.276,20 manat. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1 maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2 maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “İpoteka haqqında” AR Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bu baxımdan qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanılmış sübütlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 20- İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 38153,92 manat əsas borc, 9164,86 manat faiz borcu, 183,59 manat cərimə olmaqla, cəmi 47502,37 manat borcunun qalması, müqavilə üzrə öhhdəliklərin icrası ipoteka ilə təmin olunması təsdiq olunduğundan iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi, borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin xx.xx.2021-ci il tarixli, 119 saylı hesabatına əsasən Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144,7 m2 ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinin bazar dəyəri 201000 manat, likvid dəyəri isə 180000 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 180000 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda və ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehin mənzildən çıxarılması və mənzilin boşaldılması” hissəsi də təmin edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin “tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra cavabdehin mənzildən istifadə hüquqlarının itirilməsi və mənzilin banka təhvil verilməsi” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, müvafiq tələbi irəli sürmək hüququ ipoteka predmetini açıq hərracda əldə edən şəxsə aid olduğundan İddiaçı ASCnin həmin tələblə çıxış etmək üzrə subyektiv hüququ yaranmamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222.2. və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsinin ləğv edilsin. Cavabdeh xx.xx.2012-ci il tarixli, 20-İP-AİF-1-0-1-12 saylı kredit müqaviləsi üzrə 38153,92 manat əsas borc, 9164,86 manat faiz borcu, 183,59 manat cərimə olmaqla, cəmi 47502,37 (qırx yeddi min beş yüz iki manat 37 qəpik) manat borc, 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı İddiaçı ASC-nın xeyrinə tutulsun. Tutma ipoteka qoyulmuş, Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144,7 m2 ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə yönəldilərək ilkin satış (likvid) qiyməti 180000 (yuz səksən min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Satışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilsin. Satışdan əldə olunmuş vəsait pul tələbinin təmin edilməsi üçün kifayət etmədiyi halda borcun qalan hissəsi ümumi qaydada Cavabdeh tutulsun. Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, 3 otaqlı, 144,7 m2 ümumi sahədən ibarət 12 nömrəli evin 34 nömrəli mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 (bir) ay ərzində cavabdeh mənzildən çıxarılsın və mənzil boşadılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə 480 (dörd yüz səksən) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ**********0000003944 SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində elektron qaydada Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar