Məhkəmə qərarları › İş №2(005)-3/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3/2024

08.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3/2024 08.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6, cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı Ləğv prosesində olan “Atrabank “ASC-nin ləğvedicisi X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-dən Ləğv prosesində olan “Atrabank “ASC-nin xeyrinə 396.436 ABŞ dolları əsas, 132.851 ABŞ dolları faiz, cəmi 529.287 ABŞ dolları borcun, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınması üçün ödənilmiş 31 manat pulun tutulması, tutmanın digər Cavabdeh1 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, 3 saylı evin, 2 saylı mənzilinə və Bakı şəhəri, Nərimanov rayonu, A.Hedərov küçəsi, 3 saylı evin. 2 A saylı mənzillərinə yönəldilməsi, həmin mənzillərin açıq həracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində qeydiyyatda olan Cavabdeh1 və Cavabdeh2 mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh3 ASC arasmda bağlanmış xx.xx.2015-ci il tarixli, KXM 02 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən borcalan qrafikə əsasən krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka 396436 ABŞ dolları əsas, 132851 ABŞ dolları faiz, cəmi 529287 ABŞ dolları borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 saylı mənzil və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2A saylı mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 ASC, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə kredit müqaviləsinin uydurma əqd olduğunu, kredit borcunun Cavabdeh3 ASC tərəfindən götürülməsinə baxmayaraq, niyyətinin kredit götürmək olmamasını əsas gətirərək iddia ərizəsinin əsassız olduğuna görə iddia tələblərinin təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Borcverən İddiaçı ASC və borcalan Cavabdeh3 ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 12 ay müddətinə, illik 18 faiz ödəmək şərtilə 500000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcalan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. “İpoteka saxlayan” İddiaçı ASC və “ipoteka qoyan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2a nömrəli mənzili xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışında qeyd olunur ki, Cavabdeh3 ASC-nin xx.xx.2015-ci il tarixli KXM 02 saylı kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə olan əsas borcu 396436 ABŞ dolları, faiz borcu 132851 ABŞ dolları, cəmi borcu 529287 ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh3 ASC-yə və Cavabdeh1 ünvanlanmış bildirişdən görünür ki, kredit borcunun vaxtında ödənilmədiyi üçün ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi prosedurana başlanılacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ləğv prosesində olan İddiaçı ASCyə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktublarda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2 nömrəli mənzili və Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 3, 2a nömrəli mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-59/2022 saylı hökmü ilə X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən cəzaları qismən toplamaq yolu X13 qəti olaraq 1 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 3 il sınaq müddətinin müəyyən edilməsi, hökmün icrasına nəzarətin yaşayış yeri üzrə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, sınaq müddəti ərzində üzərinə cəzasının icrasına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: "xxxx" MMC-nin direktoru X22 MMC-nin fəaliyyətini genişləndirmək üçün 2014-cü il tarixdə tanışı olan İddiaçı ASC-nin idarə heyətinin sədri Elmixan Nəbiyevlə kredit müqaviləsi bağlayaraq ******* manat borc pul götürmüşdür. Lakin bu məbləğin yarısı, yəni 150000 manat pul Elmixan Nəbiyevin təklifi ilə bankın ləğv prosesinin başlanılmasının qarşısını almaq məqsədi ilə müvəqqəti olaraq bankın nizamnamə kapitalına yerləşdirilmişdir. Sonradan "xxxx" MMC-nin direktoru X22 MMC-nin fəaliyyəti üçün zəruri olduğundan və Elmixan Nəbiyev bankda saxlandığı kredit məbləğini ona qaytara bilmədiyindən əlaqəsi olduğu və etibar etdiyi digər şəxslərlə yanaşı, Cavabdeh3 ASCnin direktoru Asif Bədəlovdan da adına kredit məbləği götürməsini xahiş üetmiş, sonuncu da bu xahişi yerinə yetirərək götürdüyü kredit borcunu "xxxx" MMC-nin direktoru X16 vermişdir. Sonradan "xxxx" MMC-nin direktoru X14 əməllərində cinayət tərkibi olduğundan barəsində cinayət işi başlanılmış və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(103)-59/2022 saylı hökmü ilə X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 294.1-ci maddəsinə əsasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin 1(103)-59/2022 nömrəli, 26 aprel 2022-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X20 xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, yuxarıda qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası X30 heyətinin banklarda məcmu kapitalının minimum miqdarının 50.000.000 manat müəyyən edilməsi haqqında 25 iyul 2012-ci il tarixli qərarında nəzərdə tutulmuş şərtləri pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq və bununla da bankın fəaliyyətini davam etdirməsi iləəlaqədar nizamnamə kapitalının artırılması üçün tələt olunan vəsaitin, bankın səhmdarlarının adından formal olaraq kassaya mədaxil olunmasına, həmin vəsaitin bankın Azərbaycan Respublikası Mərkəzi Bankında olan müxbir hesabına köçürülməsinə və Milli Depozit Mərkəzində təsdiq olunmasına nail olmaq və qeyd edilən pul vəsaitinin mövcudluğunu təsdiq etmək üçün, X30 heyətinin sədri tərəfindən 18 noyabr 2008-ci il tarixli 34 saylı protokolla təsdiq edilmiş “Banklarda Kreditlərin verilməsi Qaydaları”na zidd olaraq, yəni kreditin məqsədini, ödənişlərin mənbəyini, borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsini, kreditin, habelə onun müqabilində təklif edilən təminatın bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığım, kreditləri üzrə rəalryyət sahəsində borcalamn təcrübə və biliklərini, borcalana kredit ilk dəfə verildikdə bank borcalanın nüfuzunu və ödəniş qabiliyyətini nəzərə almayaraq, faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə yaxın münasibətləri olduğu ayrı-ayrı şəxslərin adına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələrin adlarına, o cümlədən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 21 noyabr 2017-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 3.500.000 manat, “Günel-R” firmasının direktoru X2 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, “Bəyaz” firmasının direktoru X3 21 yanvar 2016-cı il tarixli kredit müqaviləsi ilə 21 yanvar 2018-ci il tarixədək illik 6 faiz ödəmək şərtilə 1.000.000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 1.602.800 manat, eyni zamanda yaxın münasibətlərindən istifadə edərək hüquqi şəxsin adına rəsmiləşdirməklə, yəni "xxxx" MMC-nin direktoru X16 21 noyabr 2014-cü il tarixli kredit müqaviləsi ilə 16 noyabr 2015-ci il tarixədək illik 5,5 faiz olmaqla 3.000.000 manat kreditin ayrılmasını təmin edib, həmin vəsaitin 1.500.000 manat hissəsini borc olaraq alıb onun 1.362.750 manatını 25 noyabr 2014-cü il tarixdə özünə məxsus AZ80ATRA 410100 480000 00000005 saylı cari, 26 noyabr 2014-cü il tarixdə isə həmin hesabdan ******************** saylı subordinasiya depcziti hesabına köçürüb, həmin vəsaiti Nizamnamə kapitalının formalaşmasına yönəltməklə, sonradan sonuncu tərəfindən borc vəsaitinin geri qaytarılması tələb olunduqda, həmin tələb olunen vəsaiti ayrı-ayrı hüquqi və fiziki şəxslərin, o cümlədən "xxxx" MTK-nın sədri X17 adına 25 noyabr 2015-ci il tarixli 1.000.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 255.000 ABC dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 267.979,50 manat, X7 (hazırkı iş üzrə cavabdeh) adına 21 iyul 2015-ci il tarixli kredit müqaviləsi ilə 12 ay müddətinə illik 14 faiz ödəmək şərtilə 600.000 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 629.940 manat və Cavabdeh3 direktoru X18 adına 08 oktyabr 2015-ci il tarixli 500.000 ABŞ dolları məbləğində olan kredit xətti müqaviləsi ilə 12 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 396.436 ABŞ dolları, həmin dövrün rəsmi valyuta məzənnəsi ilə 415.464,92 manat, ümumilikdə isə 8.018.984,12 manat olmaqla, qanunsuz kreditlərin rəsmiləşdirilməsi ilə Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaradıb, bununla da bankın fəaliyyətinin qanunsuz davam etdirilməsinə nail olaraq, faktiki olaraq bankın məcmu kapitalı və likvid ehtiyatları müəyyən edilmiş səviyyədə olmadığından, gələcəkdə müştəriləri qarşısında öhdəliklərini icra etmə imkanları aradan qaldırılmaqla, yekun olaraq bankın ləğvi ilə nəticələnən qeyd olunan hərəkətləri ilə, Ləğvetmədə olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hüqı qlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinindaha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Hökmü qəbul edən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, X10 yuxarıda göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün ifadəsi, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi və işin araşdırılmış digər obyektiv halları ilə sübuta yetirildiyindən, istintaq orqanı tərəfindən X10 hərəkətlərinin düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə tövsif edilməsi qənaətinə gəlinmişdir, X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək ona cəza təyin edilməli və cəza təyin edilərkən X10 şəxsiyyəti, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu səciyyələndirən hallar, o cümlədən ona təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri, X10 30 yanvar 1950-ci ildə anadan olmaqla hazırda 73 yaşının içində olması, 43 il bank sistemində fasiləsiz olaraq işləməsi, ailəli olması, əvvəllərməhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun barəsində cəzanı yüngülləşdirən hallar kimi, X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalı, eyni zamanda cəza təyin edilərkən məhkum X10 törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, apellyasiya baxışı zamanı zərəçəkmiş (mülki iddiaçı) İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedici Əmanətlərin Sığortalanması Fondunun məhkuma qarşı heç bir şikayət və tələbi olmamaqla vermiş olduqları apellyasiya şikayətindən və mülki iddiadan imtina etmələri, eləcə də məhkumun hazırda 73 yaşının içində olması, xəstəliyi, X11 “Keçirilmiş beyin qan dövranı pozğunluğu(İnsult.Kardioserebral forma) davmlı qalıq əlaməti, sağ tərəfli hemiparez, nitq və yaddaş pozğunluğu, Ağır esefaloratiya, hərəkət məhdudluğu, X23, xroniki ürək çatmamazlığı 3-cü dərəcə, “Dağınıq skleroz” diaqnozu qoyulması və evdə yataq rejimində müalicə almaqda olması, eyni zamanda, tibbi arayışa əsasən, X10 həyat yoldaşı X4 da ”Alzheimer xəstəliyi 2-ci dərəcə” diaqnozu ilə müalicə almaqda olması, xəstəyə psixiatrın nəzarəti altında olmasının məsləhət görülməsi nəzərə alınmaqla, X10 bərəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin olunacaq cəzanın şərti hesab edilməklə ona sınaq müddətinin müəyyən edilməsi məqsədə müvafiqdir, apellyasiya şikayətinin dəlilləri X13 törətdiyi cinayət əməllərinə görə bəraət verilməsi üçün əsas ola bilməz, ona görə də məhkum X10 müdafiəçisi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5 tərəfindən verilmiş apellyasiya protesti qismən təmin olunmalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2018-ci il tarixli hökmü ləğv edilməli, X20 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli və yuxarda göstərilənlər nəzərə alınaraq X20 bərəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq ona təyin olunacaq cəzanın şərti hesab edilməklə ona sınaq müddəti müəyyən edilməlidir, eyni zamanda iş üzrə 21 yanvar 2016-cı il tarixli, KM 02 saylı kredit müqaviləsinin, 007901 saylı çekin, 21 yanvar 2016-cı il tarixli, KM 05 saylı kredit müqaviləsinin, 077876 saylı çekin, 21 noyabr 2014- cü il tarixli, KM 01 saylı kredit müqaviləsinin, 21 yanvar 2016-cı il tarixli, GM 01 saylı girov müqaviləsinin, 20 fevral 2015-cı il tarixli KM 01 saylı kredit müqaviləsinin, həmin tarixli GM 01 saylı girov müqaviləsinin, 065726 saylı çekin, 23 sentyabr 2011-ci il tarixli, 02 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, 24 sentyabr 2013-cü il tarixli, 07 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, bu qovluğa aid məxaric orderinin, 29 aprel 2015-ci il tarixli, 06 saylı kredit müqaviləsinin, həmin tarixli zaminlik müqaviləsinin, 03 iyul 2015-ci il tarixli, 07 saylı kredit müqaviləsinin və həmin tarixli zaminlik müqaviləsinin, eləcə də bu qovluğa aid məxaric orderinin, 25 noyabr 2015-ci il tarixli, KXM 01 saylı xətti kredit müqaviləsinin, 059277, 059278, 059279, 059280, 059281, 059282, 059283 saylı çeklərin, 23 noyabr 2015-ci il tarixli məktubun, 21 iyul 2015-ci il tarixli, İPK 01 saylı kredit müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, 22 iyul 2015-ci il tarixli məxaric orderinin, 08 oktyabr 2015-ci il tarixli, KXM 02 saylı kredit xətti müqaviləsinin, həmin tarixli ipoteka müqaviləsinin, 075876, 075879, 075878 saylı çeklərin, 21 nolyabr 2014-cü il tarixli, KM 01 saylı kredit xətti müqaviləsinin, həmin tarixli, GM 01 saylı girov müqaviləsinin, həmin tarixli sonrakı ipoteka müqaviləsinin, 066002 saylı çekin, 21 mart 2011-ci il tarixli, İKM 04, 07 avqust 2014-cü il tarixli, İKM 07, 29 may 2015-ci il tarixli, KM 08 və 26 noyabr 2015-ci il tarixli, KM 09 saylı kredit müqavilələrinin, eləcə də 29 may 2015, 02 iyun 2015, 07 avqust 2014-cü il tarixli kassa məxaric orderlərinin kserosurətlərinin 20 fevral 2018-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməklə orada saxlanılması nəzərə alınmalıdır, iş üzrə mülki iddia yoxdur və iş üzrə ekspertiza tədqiqatının dəyəri 122 (yüz iyirmi iki) manat məbləğində pulun təqsirləndirilən şəxs X8 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. 26 fevral 2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan və sözügedən hökmdən müəyyən edilir ki, istintaq zamanı şahiq qismində dindirilmiş Cavabdeh3 ASC-də idarə heyətinin sədri işləmiş X25 ifadəsində göstərmişdir ki, xx.xx.2015-ci il tarixdə Əkbər Məmmədovla birlikdə İddiaçı ASC-nin Baş ofisinə gedərək müəyyən kredit sənədlərinə imza etmiş və kredit müqaviləsində 396436 ABŞ dolları kreditin ayrıldığını görmüşdür. Bundan sonra bankın kassasından 396436 ABŞ dollarını hissə-hissə olmaqla bir neçə dəfəyə götürərək Əkbərə vermiş, başqa proseslərdən xəbəri olmamış və kreditin faizlərini də Əkbər özü etmişdr. Həmin kreditin götürülmə səbəbi Elmixanın Əkbərin direktoru olduğu "xxxx" MMC-nin adına olan kreditdən ******* manatını özünə götürərək qaytara bilməməsi və bunun nəticəsində kredit kimi sənədləşdirərək qaytarması olmuşdur. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Polad-2008" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə söykənərək qeyd edir ki, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə pulun çıxarılması faktı öz-özlüyündə borcun etiraf edilməsi kimi qiymətləndirilə bilməz. Belə nəticə üçün iki tərəf arasında bağlanan kredit müqaviləsinin doğruluğuna, uydurma əqd olub-olmamasına, bank təcrübəsində böyük məbləğdə verilən kreditə görə kredit müqaviləsinin real təminat olmadan bağlanması faktına və digər sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. AR Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. AR Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması vəşəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Göründüyü kimi, Cavabdeh3 ASC bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi real müqavilə olmamış, E.Nəbiyevin təklifi ilə "xxxx" MMC-nin direktoru Ə.Məmmədovun 2014-cü il tarixli kredit müqaviləsi əsasında kredit məbləğinin bankda saxlanılan hissəsinin qaytarılması məqsədi ilə bağlanmışdır. Məhkəmə onu da qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərarı). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Sadalanan qanunvericilik aktları normalarına və məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi əhəmiyyətsiz əqd olduğundan, iddiaçının həmin əqd üzrə öhdəliklərdən irəli gələn mövcud iddia tələbi əsassızdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi etibarsız olduğundan onun təminatı kimi bağlanmış həmin tarixli ipoteka müqaviləsi də etibarsızdır və tərəfər üçün, o cümlədən Cavabdeh1 üçün heç bir öhdəlik yaratmır. Odur ki, məhkəmə belə yekun qənaətə gəlir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASCyə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh3 ASC-yə, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar