Məhkəmə qərarları › İş №2-2(113)-49/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(113)-49/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(113)-49/2023 25.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı-birləşdirilmiş işlər üzrə iddiaçı və cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 nümayəndəsi X2, Cavabdehlər-birləşdirilmiş işlər üzrə cavabdehlər və iddiaçılar X10, X11 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X13, Cavabdeh və X14 qarşı cavabdeh X6 iddiaçının xeyrinə 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 54185 manat əsas borcun, 16275 manat faiz borcunun, 426821 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə 506912 manat borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 2295 manat əsas borcun, 898 manat faiz borcunun, 72135 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə 75330 manat məbləğdə borcun, borc tələbinin, 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli İ-027/2014 saylı Sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli, İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X14 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manat satış (likvid) dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 manat satış (likvid) dəyərlə açıq hərracda satılarag tələb edilən borcun ödənilməsi, ümumilikdə iddia tələbi üzrə hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manatın və 60 manat dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsinə, birləşdirilmiş iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər Cavabdeh və X14 qarşı Cavabdeh iddiaçının xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 129197 manat əsas borcun, 43586 manat faiz borcunun və ******* manat dəbbə borcunun, ümumilikdə ******* manat məbləğində borcun və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə əsasında 07 aprel 2023-cü il tarixinədək 8576 ABŞ dolları əsas borcun, 14162 ABŞ dolları faiz borcunun və 78865 ABŞ dolları dəbbə pulu borcunun, ümumilikdə 101604 ABŞ dolları borcun tutulması, borc tələbinin, K- 148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə iddia ərizəsinə, birləşdirilmiş iş üzrə iddiaçılar X11, Cavabdeh və X10 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı cavabdeh ilə iddiaçı X16 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli K025/2015 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləğini təşkil edən (45444,53+3120,52-973,11) 47.591,94 manat kredit öhdəliyinə onun X7 cavabdehin xeyrinə tutulmaqla xitam verilməsi, cavabdeh ilə iddiaçı X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli İ027/2014 saylı sonrakı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş X14 məxsus ünvan 2 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar ipotekalara xitam verilməsi və həmin əmlakların ipoteka yüklülüyündən azad olunması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X13, Cavabdeh və X14 qarşı cavabdeh borcalan X7 iddiaçının xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 54185 manat əsas borcun, xx.xx.2014-cü il tarixdən kredit müqaviləsinin müddəti başa çatma 27 oktyabr 2019-cu il tarixinə kimi hesablanmış 3247 manat faiz borcunun, 100506 manat dəbbə pulu, cəmi 157939 manat borcun və kredit müqaviləsinin müddəti bitdikdən sonra 27 oktyabr 2019-cu il tarixindən 01 aprel 2021-ci il tarixinədək dövrü üzrə 54185 manat əsas borc məbləğinə hesablanmış 5364 manat faiz borcunun, 130041 manat dəbbə pulu borcunun, cəmi 135405 manat borcun, hər iki dövr üzrə ümumilikdə 293363 manat məbləğində borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 2295 manat əsas borcun, 01 may 2015-ci il tarixdən bu kredit müqaviləsinin müddəti başa çatma tarixi 01 may 2020-ci il tarixinə kimi hesablanmış 486 manat faiz borcunun, 64773 manat dəbbə pulu borcunun, bu kredit müqaviləsinin müddəti bitdikdən sonra 01 may 2020-ci il tarixindən 01 aprel 2021-ci il tarixinə kimi qalıq 147 manat faiz borcunun və kredit müqaviləsinin müddətinin bitməsindən sonrakı dövrü üzrə hesablanmış 3788 manat dəbbə pulu borcunun, hər iki dövr üzrə ümumilikdə 71491 manat borcun, 210 manat pulun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X14 məxsus ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 yaşayış sahəsi 143,2 kv.m, 56,4 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 298000 manat likvid dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsini 168000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-3938/2021 saylı qərardadı ilə iddiaçılar X11, Cavabdeh və X10 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı cavabdeh ilə iddiaçı X16 arasında bağlanmış 27 oktyabr 2014cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli K025/2015 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləğini təşkil edən (45444,53+3120,52-973,11) 47.591,94 manat kredit öhdəliyinə onun X7 cavabdehin xeyrinə tutulmaqla xitam verilməsi, cavabdeh ilə iddiaçı X16 arasında bağlanmış xx.xx.2014-cü il tarixli K163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli İ027/2014 saylı sonrakı ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş X14 məxsus ünvan 2 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ilə əlaqədar ipotekalara xitam verilməsi və həmin əmlakların ipoteka yüklülüyündən azad olunması tələbi barədə 2(006)- 3938/2021 saylı mülki iş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X13, Cavabdeh və X14 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair 2(005)- 164/2021 saylı mülki işlə bir icraatda birləşdirilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir (bundan sonra birinci birləşdirilmiş iş). Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-1199/2022 saylı qərardadı ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər Cavabdeh və X14 qarşı Cavabdeh iddiaçının xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 129197 manat əsas borcun, 14731,80 manat faiz borcunun və 327504,49 manat dəbə pulunun, cəmi 471433,33 manat məbləğində borcun və K- 023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1N li Əlavə əsasında 8576,09 ABŞ dolları əsas borcun, 6978,11 ABŞ dolları faiz borcunun, cəmi 15554,20 ABŞ dolları məbləğdə borcun tutulması və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin, K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 apel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 482000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi tələbi barədə e-2- 2(113)-1199/2021 saylı kommersiya işi, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər X13, Cavabdeh və X14 qarşı “borcun tutulması və tutulmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçılar X16, Cavabdeh və X10 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı “öhdəliyə xitam verilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı e-2-2(113)-1201/2021 saylı kommersiya işinə birləşdirilmişdir (bundan sonra ikinci birləşdirilmiş iş). İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 bir neçə dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə cavabdeh X6 iddiaçının xeyrinə 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 54185 manat əsas borcun, 16275 manat faiz borcunun, 426821 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə 506912 manat borcun və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 2295 manat əsas borcun, 898 manat faiz borcunun, 72135 manat dəbbə (penya) pulu borcunun, ümumilikdə 75330 manat məbləğdə borcun, borc tələbinin, 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli İ-027/2014 saylı Sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli, İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X14 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manat satış (likvid) dəyərlə və Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 manat satış (likvid) dəyərlə açıq hərracda satılarag tələb edilən borcun ödənilməsi, ümumilikdə iddia tələbi üzrə hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manatın və 60 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci birləşdirilmiş iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 bir neçə dəfə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Cavabdeh iddiaçının xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi əsasında 07 aprel 2023-cü il tarixinədək 129197 manat əsas borcun, 43586 manat faiz borcunun və ******* manat dəbbə borcunun, ümumilikdə ******* manat məbləğində borcun və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə əsasında 07 aprel 2023-cü il tarixinədək 8576 ABŞ dolları əsas borcun, 14162 ABŞ dolları faiz borcunun və 78865 ABŞ dolları dəbbə pulu borcunun, ümumilikdə 101604 ABŞ dolları borcun tutulması, borc tələbinin, K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin İ-025/2014 saylı xx.xx.2014cü il tarixli ipoteka müqaviləsi və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmiş cavabdeh X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evini 298000 manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Salahov Nurlan Salah oğlu arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi əsasında 100.000 (bir yüz min) manat məbləğində və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 60000 (altmış min) manat məbləğində heyvandarlıq təsərrüfatının inkişafı məqsədləri üçün güzəştli şərtlərlə əsas borcun ödənişinə 2 il möhlətlə 60 ay müddətinə illik 7 faiz ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0,5 faiz hesabı ilə dəbbə pulu tətbiq edilmək hüququ şərtləri ilə kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı olaraq 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı ipoteka müqaviləsinə əsasən cavabdeh Salahova Sevda Sadiq qızına məxsus Bakı şəhəri, Sabunşu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ünvanında yerləşən fərdi yaşayış evi notarial qaydada ipoteka ilə yüklü edilmişdir və fərdi yaşayış evi DƏDRX-də RX seriya, ******* nömrəli çıxarışla xx.xx.2014-cü il tarixdə dövlət reyestrində qeydə alınmışdır. 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı olaraq 01 may 2015-ci il tarixli İ-006/2015 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7E ünvanında yerləşən qeyri-yaşayış sahəsi notarial qaydada ipoteka ilə yüklü edilmişdir və qeyri-yaşayış sahəsi DƏDRX-də RX seriyalı ******* nömrəli çıxarışla xx.xx.2015-ci il tarixdə dövlət reyestrində qeydə alınmışdır. Kredit müqavilələrinin maliyyələşdirilməsi Dövlətin kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsinə yönəldilən vəsaiti hesabına icra edilmişdir. 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsinin kreditdən istifadə müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir və xx.xx.2023-cü il tarixinə gecikdirilmiş, ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: 54185 manat əsas borc, 16275 manat faiz borcu, 426821 manat dəbbə (penya) pulu borcu, ümumilikdə 506912 manat məbləğindədir. 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə kreditdən istifadə müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir və xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: 2295 manat əsas borc, 898 manat faiz borcu, 72135 manat dəbbə (penya) pulu borcu, ümumilikdə 75330 manat məbləğdən ibarətdir. Birinci birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "Effektinvest” MMC onlara qarşı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, borcalan X7 BOKT "Effektinvest” MMC-nin xeyrinə 27 oktyabr 2014-cü il tarixli K- 163/2014 saylı kredit müqaviləsi əsasında 54185,11 manat əsas borcun, 4031,14 faiz borcu, 133288,42 manat dəbbə pulunun, cəmi 191504,67 manat borcun və 01 may 2015ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi əsasında 2295,99 manat əsas borcun, 531,87 manat faiz borcunun, 64773,31 manat dəbbə pulu olmaqla, cəmi 67601,17 manat borcun, hər iki müqavilə üzrə 259105,84 manat borcun və 30 manat dövlət rüsumunun ödənilməsi, borc tələbinin 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 27 oktyabr 2014-cü il tarixli İ-027/2014 saylı sonrakı ipoteka müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan 01 may 2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi əsasında təminat üsulu olaraq yüklü edilmiş cavabdeh X14 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli ümumi sahəsi 199,5 yaşayış sahəsi 143,2 kv.m, 56,4 kv.m yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 482000 (dörd yüz səksən iki min) manat likvid dəyərlə və cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi, ev 7E ünvanında yerləşən qeyri-yaşayış sahəsini 168000 (bir yüz altmış səkkiz min) manat satış (likvid) dəyərlə açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı vəsatət verilərək göstərilmişdir ki, iddiaçı BOKT tərəfindən tutulması tələb olunan borc düzgün hesablanmamış, edilmiş ödənişlər borcun ödənilməsinə düzgün yönəldilməmiş, həmçinin cərimə və faiz borcu şişirdilmişdir. Bundan başqa, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kreditdən istifadə müddətinin xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq borc xx.xx.2020-ci il tarixə hesablanmışdır. Ona görə də iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1904/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq espertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli 9/4944 saylı ekspert rəyi məhkəməyə təqdim edilmişdir. Həmin rəylə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə, yəni, xx.xx.2019-cu il tarixə əsas borc 45444,53 manat, faiz borcu 1113,39 manat, xx.xx.2020-ci il tarixə isə əsas borc 45444,53 manat, faiz borcu 3120,52 manat, həmçinin xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu sıfıra bərabərdir, hətta 973,11 manat artıq ödəniş edilmişdir. Beləliklə, ekspert rəyi ilə borcun həqiqi məbləği müəyyən edilmişdir və onlar həmin məbləği BOKT "xxxx" MMC-yə ödəməyə hazırdır. Baxmayaraq ki, 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsinin bitmə tarixi olan xx.xx.2019-cu il tarixə faiz borcu 1113,39 manat müəyyən edilmişdir, onlar hətta faiz məbləğini artıqlaması ilə 3120,52 manat həcmində ödəməyə hazırdırlar. İkinci birləşdirilmiş iş üzrə iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bank olmayan kredit təşkilatı "Efektinvest” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanılmış K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi 200000 (iki yüz min) manat məbləğində əsas borcun ödənişinə 2 (iki) il möhlətə 60 (altmış) ay müddətinə illik 7% ödənişlə kredit verilmişdir. Eyni zamanda, bu kredit müqaviləsinin 10-cu bəndində ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5% , hesabı ilə dəbbə pulu tətbiq etmək hüququ şərtləndirilmişdir. Bu iddia tələbinin əsası olan K- 148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit borcu öhdəliyinin təminat üsulu olaraq X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi İ-025/2014 saylı xx.xx.2014cü il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir və əmlakın yüklüyünü AR DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2014-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən yüklü edilərək dövlət reyestr qeydiyyatına alınmışdır. Bundan başqa "EFfektinvest” Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanılmış 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinə əsasən 50000 (əlli min) ABŞ dolları məbləğində 12 (on iki) ay müddətində kredit verilmişdir. Bu kredit müqaviləsinin müddətinin bitməsinə bir gün qalmış kredit borcu üzrə ödənilməmiş 26 589.49 (iyirmi altı min beş yüz səksən altı dollar, 49 sent) ABŞ dolları əsas borc və 3 052.80 (üç min əlli iki dollar, 60 sent) ABŞ dollar faiz borc qalığı məbləğləri (dəbbə pulu tamamilə güzəşt edilməklə) 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə ilə edilmiş dəyişikliyə müvafiq olaraq kreditdən istifadənin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Bu əlavə ilə cavabdehin kredit borcunu ABŞ dolları ilə olduğuna və kreditdən istifadənin uzadılmış 24 ayı müddətində ödəyəcəyinə verdiyi vədi nəzərə alaraq bu tarixə kimi hesablanmış ödənilməmiş 9494.58 ABŞ dolları məbləğində dəbbə (penya) pulu cavabdehə güzəşt edilərək bu öhdəliyin icrasına xitam verilmişdir, bununla yanaşı 15 aprel 2015-ci il tarixli K- 023/2015 saylı kredit müqaviləsinin şərtindən 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. Bu iddia tələbinin əsası olan 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə borc öhdəliyinin təminatı olaraq X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə yüklü edilmişdir və əmlakın yüklülüyü AR DƏDRX Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışa əsasən yüklü edilərək dövlət reyester qeydiyyatına alınmışdır. "Kredit müqaviləsi-1” üzrə kreditdən istifadə müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir və xx.xx.2023-cü il tarixinə gecikdirilmiş, ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: əsas borc qalığı: 129197 manat; faiz borc qalığı: 43586 manat, dəbbə (penya) pulu borcu: ******* manat, Bu iddia tələbi əsasında "Kredit müqaviləsi-2” edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə kreditdən istifadə müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir və xx.xx.2023-cü il tarixinə gecikdirilmiş, ödənişi təmin edilməmiş borc öhdəliyinin vəziyyəti aşağıdakı kimidir: əsas borc qalığı: 8576,09 ABŞ dolları; faiz borc qalığı: 14162 ABŞ dolları; Qeyd olunduğu kimi 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavəyə əsasən 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin 10-cu bəndində ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5%, hesabı ilə dəbbə pulu tətbiq etmək hüququ 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. Bu şərtlə müvafiq olaraq, yəni kreditdən istifadənin son 15 aprel 2018-ci il tarixindən etibarən kreditin əsas məbləğinin ödənişi gecikdirilən hər gününə görə 0.5% ilə hesablanmalı dəbbə pulu məbləği 78865 ABŞ dollarındadır. Lakin bu dəbbə məbləği iddia tələbi üzrə hesabata daxil edilməmişdir. Ona görə də bu iddia tələbi əsasında "Kredit müqaviləsi-2” üzrə ümumilikdə ödənilməmiş borc 101604 ABŞ dolları məbləğdən ibarətdir. Qeyd olunan kredit müqaviləsinin 6.5 bəndinin "Kredit üzrə faizlər kredit borcu Borcverənə ödənildiyi günədək Borcalandan tutulur”. Kredit müqaviləsinin 8.1-ci bəndinin "Borcverən”-in müqavilə şərtlərinin borcalan tərəfindən pozulduğu hallarda vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, habelə Kredit müqaviləsinin 10-cu bəndində şərtləndirilmiş ödənişi gecikdirilən məbləğin hər bir gecikdirilən gününə görə 0.5%, hesabı ilə dəbbə pulu tətbiq edilmək hüququ vardır. Kredit müqaviləsinin 12.1-ci yarımbəndinə əsasən müqavilə şərtlərini tam və vaxtında icra etmək "Borcalan”-ın vəzifəsidir. İddiaçı-birləşdirilmiş işlər üzrə iddiaçı və cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 nümayəndəsi X8 ilk və ikinci birləşdirilmiş işlər üzrə iddia ərizələrinin məzmunlarına uyğun izahat verdi, ilk və ikinci birləşdirilmiş işlər üzrə iddiaların təmin edilməsini, birinci birləşdirilmiş iş üzrə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər-birləşdirilmiş işlər üzrə cavabdehlər və iddiaçılar X10, X11 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 birinci birləşdirilmiş iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verdi, birinci birləşdirilmiş iş üzrə iddianın təmin edilməsini, ilk və ikinci birləşdirilmiş işlər üzrə iddiaların rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh-birləşdirilmiş işlər üzrə cavabdeh və iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 Aslan oğlu əvvəl keçirilmiş məhkəmə iclasında izahatında bildirdi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən 2015-2016-ci illər ərzində Cavabdeh və X1 təsərrüfatı təyinatı üzrə kredit verilmişdir. Verilmiş kreditlərin müəyyən qisminin ödənilməsinə baxmayaraq bir hissəsi ödənilməmiş qalmışdır. Nəticədə "xxxx" BOKT-la borcalanlar arasında kreditlərin verilməsi və ödənilməsinda uyğunsuzluq olduğuna görə tərəflər arasında mülki mübahisə yaranmışdır. “Yenilik” İKF-nin direktoru Cavabdeh ilə "xxxx" MMC-nin rəhbər şəxslərindən biri X8 yaxın ailəvi dostluq münasibətlərində olmuşlar. Bir-birilərinin sözünə etimad göstərmişlər. Onlar arasında əldə edilmiş razılaşmaya əsasən Cavabdeh tərəfindən Zülfüqar Niftiyevə məxsus Bakı şəhəri, Badamdar qəsəbəsi, Massiv 1, Seymur Məmmədov küçəsində yerləşən 61 saylı evdə qapı, pəncərə və pilləkan işləri görülmüş, xidmətlər göstərilmişdir. Tərəflər belə razılığa gəlmişlər ki, görülmüş işlərin dəyəri Cavabdeh "xxxx" MMC-dən götürdüyü kredit borcundan silinəcəkdir. Cavabdeh əvəzindən kredit borclarından müəyyən ödənişlər edilsə də, verilən vədə tam əməl edilməmiş, görülmüş işlərin dəyəri kredit borcundan silinməmişdir. Digər tərəfdən hesab edir ki, iddiaçının K-023/2015 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1N°-li Əlavə əsasında borcun tutulması tələbi tamamilə əsassızdır. 14 aprel 2016-cı il tarixli “1 nömrəli Əlavə” 15 aprel 2015-ci il tarixli İ-005/2015 saylı notarial qaydada bağlanmış “Sonrakı ipoteka müqaviləsinə” dəyişikliyi nəzərdə tutduğundan notarial qaydada təsdiq edilməli və daşınmaz əmlakın dövlət reyestrdə əlavə dövlət qeydiyyatı aparılması üçün təqdim edilməli idi. Lakin notarial qaydada təsdiq edilmədiyi üçün 14 aprel 2016-cı il tarixli “1 nömrəli Əlavə” bağlanmış və qüvvəyə minmiş hesab edilmir. Odur ki, həmin sənəd əsasında irəli sürülmüş tələb də əsassız hesab edilməlidir. Bundan başqa, 14 aprel 2016cı il tarixli “1 nömrəli Əlavədə” əsas öhdəliyin mahiyyəti, ölçüsü və ya icra müddəti dəyişmişdir, lakin buna baxmayaraq ipotekanın əlavə dövlət qeydiyyatı aparılmamışdır. Belə olan halda, 15 aprel 2015-ci il tarixli İ- 005/2015 saylı “Sonrakı ipoteka müqaviləsi” K- 023/2015 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə götürülmüş borcun təminatı kimi öz əhəmiyyətini itirmişdir. Ona görə də, K-023/2015 saylı, xx.xx.2015-ci il tarixli “Kredit müqaviləsi” üzrə tutmanın ipoteka ilə yüklü edilmiş X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməsi hissəsində iddia tələbi əsassızdır. Göründüyü kimi, kreditin qaytarılma qaydasında ödənilən pulun dəbbə pulunun ödənməsinə yönəlməsi barədə razılaşma yoxdur. Yəni yazılmayib ki, ödənilən məbləğ ilk növbədə dəbbə pulunun, sonra faizin, kredit məbləğinin ödənməsinə yönəlir. Lakin BOKT ödənilən məbləğləri əsassız olaraq razılaşmadan kənara çıxaraq dəbbə pulunun ödənməsinə yönəltmişdir. Göstərilənlərdən aydın olur ki, gecikdirilmiş borcun yaranma anı hər bir kredit müqaviləsi üzrə kredit vəsaitindən istifadə müddəti kimi müəyyən edilmiş 3 və 5 illik müddətlərin bitmə anıdır. Bu vaxta qədər aylıq ödənişlərin vaxtında edilməməsi müqavilələrə əsasən gecikdirilmiş borcun yaranmasına əsas təşkil edə bilməz. İddiaçı MMC tərəfindən tutulması tələb olunan borcun razılaşmadan kənara çıxmaqla düzgün hesablanmadığını görən cavabdehlər ödənişin edilməsini dərhal dayandırmış və borcun həqiqi məbləğinin məhkəmə qaydasında müəyyən edildikdən sonra ödənişi həyata keçirməyi qərara almışlar. İş üzrə ekspert rəyləri ilə borcun məbləğinin həqiqətən düzgün hesablanmadığı, hətta bir kredit müqaviləsi üzrə artıq ödəniş olduğu müəyyən edilmişdir. Ekspert rəyləri ilə borcun həqiqi məbləğləri müəyyən edildikdən dərhal sonra cavabdehlər rəylə müəyyən edilmiş borcu ödəməyə hazır olduqlarını bəyan etmişlər. Sonda nümayəndə və vəkil birinci birləşdirilmiş iş üzrə iddianın təmin edilməsini, ilk və ikinci birləşdirilmiş işlər üzrə iddiaların rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıda qeyd olunan sənədlər əlavə edilmişdir: X16 ilə BOKT "EFfektinvest” MMC arasında bağlanmış K-163/2014 saylı 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, borcverən kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün borcalana 100000 (bir yüz min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.4-cü bəndinə əsasən, Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7 faizlə hesablanır. K-163/2014 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X16 tərəfindən MMC-yə 27 noyabr 2014-cü il tarixdən 27 oktyabr 2015-ci il tarixədək hər ay 583,33 manat, 27 noyabr 2016-cı il tarixdən 27 oktyabr 2019-cu il tarixədək hər ay 3087,71 manat məbləğində ödəniş edilməli idi. 30 oktyabr 2014-cü il tarixli 184 nömrəli kassa məxaric orderindən görünür ki, Salahov Nurlan BOKT "Effektinvest” MMC-dən 100000 manat məbləğində pul almışdır. İpotekasaxlayan BOKT "Effektinvest” MMC, ipoteka qoyan X17 və borcalan X16 arasında bağlanmış İ-027/2014 saylı 27 oktyabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, ünvan 2 27 oktyabr 2014- cü il tarixli K-163/2014 saylı kredit müqaviləsinə əsasən 100000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X12 xüsusi mülkiyyətidir. Daşınmaz əmlakın dövlət reyestrində 278 nömrəli reyestr kitabının 25851 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 12 sentyabr 2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, 17 saylı fərdi yaşayış evinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. X16 ilə BOKT "Effektinvest” MMC arasında bağlanmış K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün borcalana 60000 (altmış min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 5.4-cü bəndinə əsasən, Borcalana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır. Müqavilənin 6.1-ci bəndinə əsasən, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 7 faizlə hesablanır. K-025/2015 saylı kredit müqaviləsinə əlavədən görünür ki, X16 tərəfindən MMC-yə 01 iyun 2015-ci il tarixdən 01 may 2017-ci il tarixədək hər ay 350 manat, 01 iyun 2017-ci il tarixdən 01 may 2020-ci il tarixədək hər ay 1852,63 manat məbləğində ödəniş edilməli idi. 01 may 2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, Salahov Nurlan BOKT "xxxx" MMC-dən 60000 (almış min) manat məbləğində pul almışdır. İpotekasaxlayan BOKT "xxxx" MMC, ipoteka qoyan X15 və borcalan X16 arasında bağlanmış İ-006/2015 saylı 01 may 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi ünvanında yerləşən 7 e saylı qeyri-yaşayış sahəsi 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsinə əsasən 60000 manat məbləğində 60 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi, 7e qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətidir. Daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 146 nömrəli reyestr kitabının 13673 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh ilə "EFfektinvest” BOKT MMC arasında bağlanmış xx.xx.2014- cü il tarixli K-148/2014 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən 60 (altmış) ay müddətinə, illik 7% ödənişlə 200000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən ödənişin gecikdirildiyi hər bir gün üçün 0,5 % dəbbə pulu hesablanır. Cavabdeh, X18 ilə "EFfektinvest” BOKT MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli İ-025/2014 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli K- 148/2014 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X14 məxsus olan ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi "EFfektinvest” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh ilə "EFfektinvest” BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsindən görünür ki, MMC tərəfindən 12 (on iki) ay müddətinə, illik 26% ödənişlə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 10-cu bəndinə əsasən ödənişin gecikdirildiyi hər bir gün üçün 0,5 % dəbbə pulu hesablanır. Cavabdeh, X18 ilə "EFfektinvest” BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2015-ci il tarixli K- 023/2015 saylı Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə X14 məxsus olan ünvan 2 "EFfektinvest” BOKT MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh, X18 ilə "EFfektinvest” BOKT MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli K-023/2015 saylı Kredit və xx.xx.2015-ci il tarixli İ- 005/2015 saylı ipoteka müqavilələrinə edilmiş xx.xx.2016-cı il tarixli 1N°-li Əlavədən görünür ki, 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Kredit müqaviləsi üzrə kreditdən istifadə dövründə Kredit müqaviləsinin 10-cu bəndində şərtləndirilmiş tələbə uyğun olaraq 15 aprel 2015-ci il tarixdən 15 aprel 2016-cı il tarixədək ödəniş qrafiki üzrə əsas borc məbləğinin ödənişlərinin gecikdirilməsinə görə gecikdirilən əsas borc məbləğinin hər gecikdirilən günü üçün 0.5% dərəcəsi ilə 9494.58 (doqquz min dörd yüz doxsan dörd dollar 58 sent) ABŞ dolları məbləğində hesablanmış dəbbə pulu borcalan Cavabdeh Vali oğluna, onun maliyyə vəziyyətində yaranmış çətinliklər və kreditdən istifadə dövründə AZN/ABŞ məzənnəsində mühüm fərqin baş verməsi nəzərə alınaraq güzəşt edilmişdir. "Əmlak Ekspert Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 05 noyabr 2020-ci il tarixli ƏEM/N 18-614/20 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 351000 manat, likvid dəyəri 298000 manat müəyyən edilmişdir. "Exspress Lisding” Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 oktyabr 2020-ci il tarixli 20-10/20- ƏKV nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin ilkin bazar dəyəri 450000-500000 manat civarında olduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin ƏEM/N 18-614/20 saylı, 05 noyabr 2020-ci il tarixli ekspert rəyinən görünür ki, ünvan 2-nin 05 noyabr 2020-ci il tarixinə bazar dəyəri 351000 manat, likvid dəyəri 298000 manat təşkil edir. "xxxx" MMC-nin 22 iyul 2021- ci il tarixli qiymətləndirmə ilə bağlı rəyindən görünür ki, ünvan 2 ünvanında 0,01929 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 199,5 kv.m, o cümlədən yaşayış sahəsi 143,1 k.m, yardımçı sahə 56,4 kv.m olan 7 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi kimi olan, o cümlədən 103,5 kv.m mansard, 90 kv.m zirzəmi, 51,0 kv.m açıq eyvan sahələrindən ibarət daşınmaz əmlakın hazırki orta bazar qiyməti 365000 manat, ünvan 1 ünvanında yerləşən Cavabdeh xüsusi mülkiyyəində olan ümumi sahəsi 150,7 kv.m olan qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiyməti 196000 manat müəyyən edilmişdir. "Fame Pro” Məhdud Məsuliyyətli Cəmiyyətinin 15 aprel 2021-ci il tarixli 01/21-182 nömrəli qiymətləndirmə hesabatının məzmunundan görünür ki, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinin bazar dəyəri 340000 manat, likvid dəyəri 289000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2021-ci il tarixli 9/4145 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 08 oktyabr 2014-cü il tarixli, K148/2014 və 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 08 oktyabr 2014-cü il tarixli, K148/2014 kredit müqaviləsi üzrə 08 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 114629,27 manat, faiz borcu üzrə 2384,93 manat. 19 dekabr 2019-cu il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 108746,72 manat, faiz borcu üzrə 0,00 manat; 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə 15 aprel 2016-cı il tarixə əsas borc üzrə 25538,03 ABŞ dolları, faiz borcu üzrə 2932,62 ABŞ dolları. 15 aprel 2018ci il tarixə əsas borc üzrə 17444,29 ABŞ dolları, faiz borcu üzrə 403,16 ABŞ dolları. 17 avqust 2019-cu il tarixə əsas borc üzrə 14984,41 ABŞ dolları, faiz borcu üzrə 129,86 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 mart 2021-ci il tarixli 9/4944 saylı ekspertiza rəyindən görünür ki, 27 oktyabr 2014-cü il tarixli K-164/2014 saylı kredit müqaviləsi üzrə 27 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 45444,53 manat, faiz borcu üzrə 1113,39 manat, 15 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 45444,53 manat, faiz borcu üzrə 3120,52 manat, 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə 01 may 2020-ci il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat, artıq ödəniş 973,11 manat, 15 sentyabr 2020-ci il tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat, artıq ödəniş 973,11 manat. Ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 iyun 2021-ci il tarixli 9/1533 nömrəli ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 08 oktyabr 2014-cü il tarixli, K148/2014 və 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu aşağıdakı kimi müəyyən olunur o cümlədən; 08 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 114629,27 manat, faiz borcu üzrə 2384,93 manat; 19 dekabr 2019-cu il tarixə (son ödəniş tarixinə) əsas borc üzrə 108746,72 manat, faiz borcu üzrə 0,00 manat; 15 aprel 2016-cı il tarixə əsas borc üzrə 22652,43 ABŞ dolları, faiz borcu üzrə 2601,25 ABŞ dolları, 15 aprel 2018-ci il tarixə əsas borc üzrə 13770,80 ABŞ dolları, faiz borcu üzrə 318,26 ABŞ dolları, 17 avqust 2019-cu il tarixə əsas borc üzrə 9866,21 ABŞ dolları, faiz borcu üzrə 85,51 ABŞ dolları təşkil etmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 150 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2022-ci il tarixli 9/3867 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, maliyyə arayışı məlumatları, 08 oktyabr 2014-cü il tarixli K-148/2014 saylı kredit müqaviləsində və 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq Cavabdeh "xxxx" MMC-nə olan əsas və faiz borcu 08 oktyabr 2014-cü il tarixli K-148/2014 saylı kredit müqaviləsi üzrə 08 oktyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 114.629,27 manat, faiz borcu üzrə 2.384,93 manat, 19 dekabr 2019-cu il tarixə (sonuncu ödəniş tarixinə) əsas borc üzrə 108.746,72 manat, faiz borcu üzrə 0,00 manat, 15 aprel 2015-ci il tarixli, K-023/2015 saylı kredit müqaviləsi üzrə 15 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 17.444,29 ABŞ dolları, faiz borcu üzrə 403,16 ABŞ dolları, 05 avqust 2019-cu il tarixə (sonuncu ödəniş tarixinə) əsas borc üzrə 14.984,41 ABŞ dolları, faiz borcu üzrə 0,00 ABŞ dolları müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında 08 oktyabr 2014-cü il tarixli K-148/2014 saylı kredit müqaviləsi və 15 aprel 2015-ci il tarixli, K- 023/2015 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və maliyyə arayışı məlumatları, 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsində və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq X11 “"xxxx" MMC -nə olan əsas və faiz borcu 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə 27 oktyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 45.444,53 manat, faiz borcu üzrə 1.113,39 manat, 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə 01 may 2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödəniş 973,11 manat müəyyən edilmişdir. Qeyd edilmişdir ki, iş materiallarında 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə X13 cərimə hesablanmadı. Ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatlara əsasən "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli, K-148/2014 saylı kredit müqaviləsi üzrə Cavabdeh iş materiallarında olan sənədlərə əsasən banka olan borcu 08 oktyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə əsas borc üzrə 114.629,27 manat, faiz borcu üzrə 2.384,93 manat, 15 sentyabr 2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 108746,72 manat, faiz borcu üzrə 20849,16 manat, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan borcu 15 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 18.657,91 ABŞ dolları, faiz borcu üzrə 431,20 ABŞ dolları, 15 sentyabr 2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 16.675,31 ABŞ dolları, faiz borcu üzrə 13.488,48 ABŞ dolları, "xxxx" MMC ilə X16 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixit K-163/2014 saylı kredit müqaviləsi üzrə X11 banka olan borcu 27 oktyabr 2019-cu il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 45.444,53 manat, faiz borcu üzrə 1.113,39 manat, 15 sentyabr 2022-ci il tarixə (sualda göstərilən tarixə) əsas borc üzrə 45.444,53 manat, faiz borcu üzrə 10.285,61 manat, "xxxx" MMC ilə X16 arasında bağlanmış 01 may 2015-ci il tarixit K-025/2015 saylı kredit müqaviləsi üzrə X11 xx.xx.2020-ci il tarixə banka olan borcu əsas borc üzrə 0,00 manat, faiz borcu üzrə 0,00 manat, artıq ödəniş 973,11 manat müəyyən olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçılarının izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilk və birləşdirilmiş iddialar qismən təmin olunmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 -ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi-İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardandır. "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 27 oktyabr 2014-cü il tarixdə qüvvədə olan 34.1.2-ci maddəsinə əsasən, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, borcverən BOKT "xxxx" MMC ilə borcalan X16 arasında K-163/2014 saylı 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, borcverən boralana illik 7 faiz dərəcəsi ilə 60 ay mqddətinə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 100000 (bir yüz min) manat məbləğində kredit vermişdir. 30 oktyabr 2014-cü il tarixli 184 nömrəli kassa məxaric orderi ilə də X11 BOKT "xxxx" MMC-dən 100000 (bir yüz min) manat məbləğində pul alması öz təsdiqini tapmışdır. K-163/2014 saylı 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi isə ipoteka saxlayan BOKT "Effektinvest” MMC, ipoteka qoyan X17 və borcalan X16 arasında İ-027/2014 saylı 27 oktyabr 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, X10 xüsusi mülkiyyətində olan ünvan 2 ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə borcverən BOKT "Effektinvest” MMC ilə borcalan X16 arasında K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən borcverən borcalana illi 7 faiz dərəcəsi ilə 60 ay müddətinə kənd təsərrüfatı məhsulu istehsalı məqsədləri üçün 60000 (altmış min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi isə ipoteka saxlayan BOKT "Effektinvest” MMC, ipoteka qoyan Cavabdeh və borcalan X16 arasında İ-006/2015 saylı 01 may 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi ünvanında yerləşən 7e saylı qeyri-yaşayış sahəsi kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Bank olmayan kredit təşkilatı İddiaçı1 ilə borcalan Cavabdeh arasında bağlanılmış K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 2 (iki) il möhlətdə 60 (altmış) ay müddətinə illik 7% ödənişlə 200000 (iki yüz min) manat məbləğində əsas borcun ödənişinə kredit verilmişdir. Bundan başqa "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanılmış 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinə əsasən 12 (on iki) ay müddəting 50000 (əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin müddətinin bitməsinə bir gün qalmış kredit borcu üzrə ödənilməmiş 26 589.49 (iyirmi altı min beş yüz səksən altı dollar, 49 sent) ABŞ dolları əsas borc və 3 052.80 (üç min əlli iki dollar, 60 sent) ABŞ dollar faiz borc qalığı məbləğləri (dəbbə pulu tamamilə güzəşt edilməklə) 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqaviləsinin müddəti 14 aprel 2016-cı il tarixli 1N°-li Əlavə ilə edilmiş dəyişikliyə müvafiq olaraq kreditdən istifadənin müddəti 24 (iyirmi dörd) ay uzadılmışdır. Bu əlavə ilə cavabdehin kredit borcunu ABŞ dolları ilə olduğuna və kreditdən istifadənin uzadılmış 24 ayı müddətində ödəyəcəyinə verdiyi vədi nəzərə alaraq bu tarixə kimi hesablanmış ödənilməmiş 9494.58 ABŞ dolları məbləğində dəbbə (penya) pulu cavabdehə güzəşt edilərək bu öhdəliyin icrasına xitam verilmişdir, bununla yanaşı 15 aprel 2015-ci il tarixli K- 023/2015 saylı kredit müqaviləsinin şərtindən 15 aprel 2018-ci il tarixə, yəni kreditdən istifadənin son tarixinə kimi dəbbə pulunun hesablanması istisna edilmişdir. K-148/2014 saylı xx.xx.2014-cü il tarixli və 15 aprel 2015-ci il tarixli K-023/2015 saylı kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi isə ipoteka saxlayan BOKT "Effektinvest” MMC, ipoteka qoyan X17 və borcalan Cavabdeh arasında xx.xx.2014-cü il tarixli İ-025/2014 saylı və xx.xx.2015-ci il tarixli İ-005/2015 saylı ipoteka müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən, X10 xüsusi mülkiyyətində olan ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi BOKT "EFfektinvest” MMCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Məhkəmə qeyd edir ki, işlər üzrə kreditin verilməsi ilə bağlı məsələlər mübahisələndirilmir, yəni BOKT "Effektinvest” MMC müqavilələr üzrə öhdəliylərini yerinə yetirmişdir. Məhkəmə hesab edir ki, həm ilk, həm də birinci birləşdirilmiş işlər üzrə iddia tələbinin ilk olaraq K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsi və İ- 006/2015 saylı 01 may 2015- ci il tarixli ipoteka müqaviləsi üzrə qiymət verilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin qeyd edir ki, digər kredit müqavilələri ilə yanaşı K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə də qalıq borc məbləği ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğundan məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli 9/4944 nömrəli, 15 iyul 2022-ci il tarixli 9/3867 nömrəli ekspert rəylərinə və sonuncu verilmiş 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyinə əsasən 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə 01 may 2020-ci il tarixə, yəni müqavilə müddətinin bitdiyi tarixə əsas borc üzrə 0 manat, faiz borcu üzrə 0 manat, artıq ödəniş 973,11 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən sonuncu dəfə verilmiş 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin borc məbləğləri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. BOKT "EFfektinvest” MMC cavabdeh X7 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə 2295,99 manat manat əsas borcun, 531,87 manat faiz borcunun, 64773,31 manat dəbbə pulu olmaqla, cəmi 67601,17 manat borcun tutulmasını tələb etmiş, daha sonra isə sonuncu dəfə iddia tələbinin həcmini artıraraq 2295 manat əsas borcun, 898 manat faiz borcunun, 72135 manat dəbbə pulu borcunun, ümumilikdə 75330 manat borcun tutulmasını tələb etmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş digər ekspert rəyiləri ilə yanaşı sonuncu dəfə verilmiş 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyinə əsasən qeyd edilən müqavilə üzrə X11 BOKT "EFfektinvest” MMC-yə əsas və faiz borcu yoxdur, hətta 973,11 manat artıq ödəniş vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məhkəmə qeyd edir ki, X7 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərini əsas və faiz borcuna münasibətdə tam icra etdiyindən hazırda borcun qaytarılması öhdəliyinı daşımır və ilk iş üzrə iddia tələbi qeyd edilən müqavilə üzrə əsas və faiz borcuna münasibətdə təmin edilə bilməz. Əsas və faiz borcunun ödənilməsi ilə bağlı öhdəliyini icra etdiyinə görə isə onun cərimə pulu ödəməsi üçün olan əsas da aradan qalxmışdır. Məhkəmə 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra tələb olunan faiz borcunun tutulması hissəsi ilə bağlı qeyd edir ki, kredit müqaviləsi 60 ay müddətinə bağlanmışdır və 01 may 2020-ci il kredit müqaviləsinin bitmə tarixidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəylərinə əsasən 01 may 2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə 01 may 2020-ci il tarixə əsas borc və faiz borcu mövcud olmamışdır. Bu da öz növbəsində müqavilə müddəti bitdikdən sonra dəymiş zərərin əvəzi kimi pul tələb edilməsini istisna edir. Ona görə ilk iş üzrə iddia tələbi qeyd edilən hissədə də təmin oluna bilməz. Məhkəmə birinci birləşdirilmiş iş üzrə iddia tələbinin 1 may 2015-ci il tarixli K- 025/2015 saylı kredit müqaviləsinin təminatı kimi bağlanmış eyni tarixli ipoteka müqaviləsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Göründüyü kimi tərəflər öz iradə ifadələrini realizə etmiş və K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi ipotekasaxlayan BOKT "Effektinvest” MMC, ipoteka qoyan Cavabdeh və borcalan X16 arasında İ-006/2015 saylı 01 may 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 294.2-ci maddəsinə görə girovla təmin edilmiş öhdəliyin icrası nəticəsində və ya girov qoyanın tələbi ilə girova xitam verildikdə girov qoyulmuş əşyanı saxlamış girov saxlayan onu dərhal girov qoyana qaytarmağa borcludur. Həmin Məcəllənin 529-cu maddəsinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Həmin Məcəllənin 311.3-cü maddəsinə görə kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, ipoteka müqaviləsi təminat müqaviləsi olduğundan, özözlüyündə mövcud olmur və öhdəlik yaradan əsas müqavilənin və müqavilədən yaranan öhdəliyin mövcudluğu ilə şərtlənir. K-025/2015 saylı 01 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə isə hər hansı öhdəliyin olması müəyyən edilmədiyindən İ-006/2015 saylı 01 may 2015-ci il tarixli ipoteka müqaviləsi üzrə əmlaka tutma yönəldilməsi zərurəti yoxdur və əmlakın ipoteka yüklülüyünün davam etməsi mülkiyyətçi Cavabdeh mülkiyyət hüququnun məhdudlaşdırılmasına gətirib çıxaracaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təmin edilməli olan hər hansı öhdəlik olmadığından İ-006/2015 saylı 01 may 2015-ci il tarixli ipoteka müqaviləsi ilə ipoteka ilə yüklü edilmiş Cavabdeh xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X26 küçəsi ünvanında yerləşən 7e saylı qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməli və əmlak yüklülükdən azad edilməlidir. Məhkəmə həm ilk, həm də birinci birləşdirilmiş iş üzrə iddia tələbinin K-163/2014 saylı 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə münasibətdə aşağıdakıları qeyd edir. BOKT "xxxx" MMC X7 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 54185 manat borcun ödənilməsini tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyinə əsasən 27 oktyabr 2014-cü il tarixli K- 164/2014 saylı kredit müqaviləsi üzrə 27 oktyabr 2019-cu il tarixə əsas borc üzrə 45444,53 manat borcun olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi ilə müəyyən edilmiş 45444,53 manat əsas borc məbləği BOKT "xxxx" MMC-nin xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, BOKT "xxxx" MMC K-163/2014 saylı 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə 2128,27 manat, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 14146,77 manat olmaqla, ümumilikdə 16275,04 manat məbləğində borc hesablamışdır. Göründüyü kimi BOKT "xxxx" MMC müqavilə müddətinin bitdiyi tarixə 2128,27 manat faiz borcu tələb edir. Ekspert rəyində isə 27 oktyabr 2019-cu il tarixə faiz borcu 1113,39 manat müəyyən edilmişdir. "Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4.-cü maddəsinə əsasən, BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən, Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir);kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi öz əksini tapmalıdır: Məhkəmə hesab edir ki, illik 7 faiz dərəcəsi ilə 60 ay müddətinə bağlanmış 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin müddəti 27 oktyabr 2019-cu il tarixdə bitdiyindən həmin tarixdən sonra faiz hesablanması qanuni deyildir. Ona görə də məhkəmə hesab edir ki, faiz məbləği kredit müqaviləsinin müddəti bitən tarixə ekspert rəyində qeyd edilən 1113,39 manat həddində tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması ilə bağlı hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Ekspert rəyindən göründüyü kimi əsas borc məbləği yuxarıda qeyd edilənlərə əsasən 45444,53 manat təşkil edir. Odur ki, bu məbləğə mütənasib olmadığından cərimə azaldılmalı və 2200 manat dəbbə pulu cavabdeh X7 tutulmalıdır. Məhkəmə ilk iş üzrə iddia tələbinin 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 27 oktyabr 2019-cu il tarixindən 07 aprel 2023-cü il tarixinədək dövr üzrə tələb olunan faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, cavabdeh X16 BOKT "xxxx" MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri BOKT "xxxx" MMC-yə qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. X3 müqavilə öhdəliklərini icra etməyərək, BOKT "xxxx" MMC qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC tərəfindən kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan vaxt 41 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 7763,44 manat (45444,53 x 5% / 12 x 41 ay) təşkil etdiyindən məhkəmə hesab edir ki, 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 7763,44 manat BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ikinci birləşdirilmiş iş üzrə iddia tələbinin K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə münasibətdə aşağıdakıları qeyd edir. BOKT "xxxx" MMC Cavabdeh K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 129197 manat borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyinə əsasən əsas borc üzrə həmin kredit müqaviləsi müddətinin bitdiyi 08 oktyabr 2019-cu il tarixə 114629,27 manat, 15 sentyabr 2022-ci il tarixə isə 108746,72 manat borcun olması müəyyən edilmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra xx.xx.2019-cu il tarixdə 9850 manat ödəniş edilmiş, həmin ödəniş məbləğinin 5882,55 manat məbləği əsas borca, qalan 2384,93 manat məbləği isə müqavilə müddətinin bitdiyi tarixə qalmış 2384,93 manat faiz borcuna silinmişdir. Yəni ödənişin edildiyi xx.xx.2019-cu il tarixə Cavabdeh borcu, əsas borc üzrə 108746,72 manat qalmış, faiz borcu üzrə borcu qalmamışdır. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixdə edilmiş ödəniş nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən edilmiş 108746,72 manat əsas borc məbləği BOKT "xxxx" MMCnin xeyrinə tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, BOKT "xxxx" MMC K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2019-cu il tarixə 5074,57 manat, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 38512,18 manat olmaqla, ümumilikdə 43586,75 manat məbləğində borc hesablamışdır. Göründüyü kimi BOKT "xxxx" MMC müqavilə müddətinin bitdiyi tarixə 5074,57 manat faiz borcu tələb edir. Ekspert rəyində isə müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 2384,93 manat müəyyən edilmiş, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 9850 manat ödəniş edilmiş, həmin ödəniş məbləğinin 2384,93 manat məbləği faiz borcuna silinmiş, Cavabdeh xx.xx.2019-cu il tarixə müqavilə üzrə faiz borcu qalmamışdır. Ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş 20849,16 manat faiz borcu isə ekspert rəyinin məzmunundan göründüyü kimi xx.xx.2019-cu il tarixdən sonrakı dövrə hesablanmış faiz borcudur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı K- 148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləğinə hesablanmış faiz borcu xx.xx.2019-cu il tarixdə ödənildiyindən ikinci birləşdirilmiş iş üzrə iddia tələbi göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Ekspert rəyindən göründüyü kimi əsas borc məbləği yuxarıda qeyd edilənlərə əsasən 108746,72 manat təşkil edir. Odur ki, bu məbləğə mütənasib olmadığından cərimə azaldılmalı və 5400 manat dəbbə pulu Cavabdeh tutulmalıdır. Məhkəmə ikinci birləşdirilmiş iş üzrə iddia tələbinin 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 08 oktyabr 2019-cu il tarixindən 07 aprel 2023-cü il tarixinədək dövr üzrə tələb olunan faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh BOKT "xxxx" MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri BOKT "xxxx" MMC-yə qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, BOKT "xxxx" MMC qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC tərəfindən kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bitmə tarixi olan xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan vaxt 42 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 19030,68 manat (108746,72 x 5% / 12 x 42 ay) təşkil etdiyindən məhkəmə hesab edir ki, 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 19030,68 manat BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ikinci birləşdirilmiş iş üzrə iddia tələbinin K-023/2015 saylı, 15 aprel 2015ci il tarixli kredit müqaviləsinə münasibətdə aşağıdakıları qeyd edir. BOKT "xxxx" MMC Cavabdeh K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 8576 ABŞ dolları borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 fevral 2023-cü il tarixli 9/7513 nömrəli ekspert rəyinə əsasən əsas borc üzrə həmin kredit müqaviləsi müddətinin bitdiyi 15 aprel 2018-ci il tarixə 18657,91 ABŞ dolları, 15 sentyabr 2022-ci il tarixə isə 16675,31 ABŞ dolları borcun olması müəyyən edilmişdir. Ekspert rəyinin məzmunundan görünür ki, Cavabdeh tərəfindən müqavilə müddəti bitdikdən sonra xx.xx.2018-ci il tarixdə 2705 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə 6000 ABŞ dolları, ümumilikdə 8705 ABŞ dolları məbləğində ödənişlər edilmişdir. Göstərilən ödənişlər nəzərə alınmaqla sonuncu ödənişin edildiyi xx.xx.2019-cu il tarixə Cavabdeh borcu, əsas borc üzrə 16675,31 ABŞ dolları borcu qalmış, faiz borcu üzrə borcu qalmamışdır. Məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC tərəfindən tələb olunan 8576 ABŞ dolları əsas borc məbləği ekspert rəyi ilə təsdiq olunduğundan həmin borc məbləği BOKT "xxxx" MMC-nin xeyrinə tutulmaqla iddia göstərilən hissədə təmin edilməlidir. 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borca münasibətdə məhkəmə əlavə olaraq qeyd edir ki, ekspert rəyi ilə əsas borc məbləği iddiada tələb olunan məbləğdən artıq müəyyən olunsa da, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş sonuncu iddia tələbinin həcminin artırılması barədə ərizənin məzmunundan görünür ki, BOKT "xxxx" MMC K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən faiz borcu üzrə müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə 1251,15 ABŞ dolları, müqavilə müddətinin bitdiyi tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 12911,63 ABŞ dolları olmaqla, ümumilikdə 14162,78 ABŞ dolları məbləğində borc hesablamışdır. Göründüyü kimi BOKT "xxxx" MMC müqavilə müddətinin bitdiyi tarixə 1251,15 ABŞ dolları faiz borcu tələb edir. Ekspert rəyində isə müqavilə müddətinin bitdiyi tarixə faiz borcu 431,20 ABŞ dolları müəyyən edilmiş, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixdə 2705 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə isə 6000 ABŞ dolları, ümumilikdə 8705 ABŞ dolları ödəniş edilmiş, həmin ödəniş məbləğinin 431,20 ABŞ dolları məbləği faiz borcuna silinmiş, Cavabdeh xx.xx.2019-cu il tarixə müqavilə üzrə faiz borcu qalmamışdır. Ekspert rəyində xx.xx.2022-ci il tarixə müəyyən edilmiş 13488,48 ABŞ dolları faiz borcu isə ekspert rəyinin məzmunundan göründüyü kimi xx.xx.2019-cu il tarixdən sonrakı dövrə hesablanmış faiz borcudur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, məhkəmə tədqiqatı zamanı K- 023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas kredit məbləğinə hesablanmış faiz borcu xx.xx.2019-cu il tarixdə ödənildiyindən ikinci birləşdirilmiş iş üzrə iddia tələbi göstərilən hissədə təmin oluna bilməz. Məhkəmə 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə üzrə tələb olunan dəbbə pulu əsas borc məbləği əsas götürülməklə hesablanmalıdır. Əsas borc məbləği yuxarıda qeyd edilənlərə əsasən 8576 ABŞ dolları təşkil edir. Odur ki, bu məbləğə mütənasib olmadığından cərimə azaldılmalı və 400 ABŞ dolları dəbbə pulu Cavabdeh tutulmalıdır. Məhkəmə ikinci birləşdirilmiş iş üzrə iddia tələbinin 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit müqaviləsinin müddəti bitdikdən sonra 15 aprel 2018-ci il tarixindən 07 aprel 2023-cü il tarixinədək dövr üzrə tələb olunan faiz borcu ilə bağlı aşağıdakıları qeyd edir. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh BOKT "xxxx" MMC-dən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri BOKT "xxxx" MMC-yə qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, BOKT "xxxx" MMC qarşısında pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, BOKT "xxxx" MMC tərəfindən kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış borcun tutulması hissəsində iddia tələbi qismən əsaslıdır. Belə ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi bitmə tarixi olan xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan vaxt 60 ayı əhatə edir. Bu halda kredit müqaviləsinin müddəti bitdikdən sonrakı dövr üzrə faiz borcu 2144 ABŞ dolları (8576 x 5% / 12 x 60 ay) təşkil etdiyindən məhkəmə hesab edir ki, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə müqavilə müddətinin bitdiyi tarixdən hesablanmış faiz borcuna görə 2144 ABŞ dolları BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə ilk və ikinci birləşdirilmiş işlər üzrə iddia tələblərinin tələbin fərdi yaşayış evinə yönəldilməsi, bu fərdi yaşayış evinin 298000 manat likvid dəyərlə satılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: iş materiallarından göründüyü kimi ilk iş üzrə 27 oktyabr 2014-ci il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olan xx.xx.2014-cü il tarixli İ-027/2014 saylı Sonrakı ipoteka müqaviləsi, ikinci birləşdirilmiş iş üzrə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyinin təminat üsulu olaraq İ-025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və K- 023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi əsasında təminat üsulu olaraq İ- 025/2014 saylı xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli İ- 005/2015 saylı Sonrakı İpoteka müqaviləsi ilə cavabdeh X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından həm X11, həm də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, X16 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi, Cavabdeh isə xx.xx.2014-cü il tarixli və 15 aprel 2015-ci il tarixli kredit müqavilələri ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmişlər, BOKT "xxxx" MMC-yə olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtlarda və qaydalarda ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşlar. Buna görə də onlar, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, öz öhdəliylərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, BOKT "xxxx" MMC-yə olan borcu ödəməlidir. X16 və Cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəliyləri vaxtında icra etməmişlər, BOKT "xxxx" MMC-yə olan borclarını müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişlər. X16 və Cavabdeh xəbərdarlıq məktubları ünvanlanaraq kredit müqavilələri üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıqlar edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmamış, ipoteka predmetlərinə tutmanın yönəldilməsinə dair bildirişlər ipoteka saxlayanın (BOKT "xxxx" MMC) ərizəsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, BOKT "xxxx" MMC "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclular müqavilələr üzrə əsas borcların və faizin ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. BOKT "xxxx" MMC (ipoteka saxlayan) hazırda ipoteka predmetlərinin satılmasını tələb edir. Məhkəmə hesab edir ki, ilk və ikinci birləşdirilmiş işlər üzrə iddia tələbləri göstərilən hissələrdə təmin edilməli, ipoteka müqavilələrii ilə təmin edilmiş öhdəlik X16 və Cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün həmin tələblər ipotekaya qoyulmuş cavabdeh X14 məxsus, ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5 kv.m., yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. O da qeyd edilməlidir ki, ipoteka predmetinin qiyməti ilə bağlı suallara aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilmiş və müvafiq rəy alınmışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, "Consulting and Accounting Services” MMC-nin 22 iyul 2021-ci il tarixli qiymətləndirmə ilə bağlı rəyində ünvan 2 ünvanında 0,01929 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 199,5 kv.m, o cümlədən yaşayış sahəsi 143,1 k.m, yardımçı sahə 56,4 kv.m olan 7 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi kimi olan, o cümlədən 103,5 kv.m mansard, 90 kv.m zirzəmi, 51,0 kv.m açıq eyvan sahələrindən ibarət daşınmaz əmlakın hazırki orta bazar qiyməti 365000 manat olduğundan həmin əmlakın ilkin satış qiyməti 365000 manat müəyyən edilməlidir. Məhkəmə birinci birləşdirilmiş iş üzrə iddia tələbinin BOKT "Effektinvest” MMC ilə cavabdeh X16 arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə cəmi borc məbləğini təşkil edən (45444,53+3120,52-973,11) 47.591,94 manat kredit öhdəliyinə onun X7 BOKT "xxxx" MMC-nin xeyrinə tutulmaqla xitam verilməsi hissəsi ilə bağlı qeyd edir ki, 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliklər vardır və məhkəmə qərarında qeyd edilən öhdəliklər icra edilmədiyi müddətdə həmin müqavilə üzrə kredit öhdəliyinə xitam verilə bilməz və iddia tələb həmin hissədə təmin edilməməlidir. Birinci birləşdirilmiş iş üzrə iddia tələbinin X14 məxsus ünvan 2 ünvanında ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipotekasına xitama verilməsi və həmin əmlakın ipoteka yüklülüyündən azad olunması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, sözügedən əmlak 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə isə öhdəliklər mövcuddur və məhkəmə həmin müqavilə üzrə pul tələbinin tutulmasını və tutmanın ipoteka predmetinə yönəldilməsini ilk iş üzrə iddia tələbinə münasibətdə artıq qeyd etmişdir. Öhdəlik mövcud olduğundan qeyd edilən əmlakın ipoteka yüklülüyündən azad edilməsi yolverilməzdir və birinci birləşdirilmiş iş üzrə iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə ilk iş üzrə iddia tələbinin hüquqi yardım üçün vəkilə ödənilmiş 1020 manatın tutulması hissəsinə münasibətdə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə 1020 manat məbləğin iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 iddiaları üzrə iddiaların təmin edilmiş hissəsinin iddia tələblərinin 10,76 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, həmin iddialar üzrə dövlət rüsumuna görə ödənilmiş 570 manat məbləğində dövlət rüsumunun 61,33 manat məbləği cavabdehlər X7, Cavabdeh və X9 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə ödənilməli, qalan 508,67 manat məbləği Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə aid edilməlidir. İddianın qismən təmin edilməsini nəzərə alaraq, birləşdirilmiş iş üzrə iddiaçılar X11, Cavabdeh və X10 iddiası üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləği Bank Olmayan Kredit Təşkilatı İddiaçı1ndən tutularaq iddiaçılara ödənilməli, qalan 20 manat məbləği iddiaçılara aid edilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, ilk iş üzrə iddia qismən təmin edilməli, cavabdeh X6 Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7763,44 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulmalı, tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X14 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməli, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, ilk iş üzrə iddia qalan hissədə rədd edilməli, birləşdirilmiş iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər Cavabdeh və X14 qarşı iddiası qismən təmin edilməli, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat əsas borc, 5400 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 19030,68 manat faiz və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə 8576 ABŞ dolları əsas borc, 400 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2144 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulmalı, tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X14 məxsus ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilməli, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilməli, birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilməli, birləşdirilmiş iş üzrə iddiaçılar X11, Cavabdeh və X10 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı iddiası qismən təmin edilməli, xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xx.xx.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilməli və həmin əmlak ipoteka yüklülüyündən azad edilməli, birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 700 manat məbləğində ekspertiza xərclərinin 75,32 manat məbləği X7, Cavabdeh və X9 müştərək qaydada, 624,68 manat məbləği isə Bank Olmayan Kredit Təşkilatı İddiaçı1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iş üzrə iddia qismən təmin edilsin. Cavabdeh X6 Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 xeyrinə 27 oktyabr 2014-cü il tarixli K-163/2014 saylı kredit müqaviləsi üzrə 45444,53 manat əsas borc, 1113,39 manat faiz borcu, 2200 manat dəbbə (penya) pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 7763,44 manat faiz, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1020 manat tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X14 məxsus Bakı səhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zəfəran sovxozu, ev 17 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143.2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. İlk iş üzrə iddia qalan hissədə rədd edilsin. Birləşdirilmiş iş üzrə iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 cavabdehlər Cavabdeh və X14 qarşı iddiası qismən təmin edilsin. Cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 xeyrinə K-148/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 108746,72 manat əsas borc, 5400 manat dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 19030,68 manat faiz və K-023/2015 saylı, 15 aprel 2015-ci il tarixli kredit müqaviləsi və bu kredit müqaviləsinə edilmiş 14 aprel 2016-cı il tarixli 1 nömrəli Əlavə üzrə 8576 ABŞ dolları əsas borc, 400 ABŞ dolları dəbbə pulu, müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün 2144 ABŞ dolları faiz ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutulsun. Tutma, ilkin satış qiyməti 365000 manat müəyyən edilməklə cavabdeh X14 məxsus ünvan 2 ümumi birgə mülkiyyətdə olan 0.01729 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 199,5, yaşayış sahəsi 143,2 kv.m., 56.4 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı fərdi yaşayış evinə yönəldilsin, bu fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borc ödənilsin. Birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilsin. Birləşdirilmiş iş üzrə iddiaçılar X11, Cavabdeh və X10 cavabdeh Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə qarşı iddiası qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli K-025/2015 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xx.xx.2015-ci il tarixli İ-006/2015 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ipotekasına xitam verilsin və həmin əmlak ipoteka yüklülüyündən azad edilsin. Birləşdirilmiş iş üzrə iddia qalan hissədə rədd edilsin. Bank Olmayan Kredit Təşkilatı İddiaçı1 iddiaları üzrə ödənilmiş 570 manat məbləğində dövlət rüsumunun 61,33 manat məbləği cavabdehlər X7, Cavabdeh və X9 müştərək qaydada tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə ödənilsin, qalan 508,67 manat məbləği Bank Olmayan Kredit Təşkilatı İddiaçı1nə aid edilsin. Birləşdirilmiş iş üzrə iddiaçılar X11, Cavabdeh və X10 iddiası üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 10 manat məbləği Bank Olmayan Kredit Təşkilatı İddiaçı1ndən tutularaq iddiaçılara ödənilsin, qalan 20 manat məbləği iddiaçılara aid edilsin. İş üzrə təyin edilmiş məhkəm ekspertiza tədqiqatlarının dəyəri 700 manat məbləğində ekspertiza xərclərinin 75,32 manat məbləği cavabdehlər X7, Cavabdeh və X9 müştərək qaydada, qalan 624,68 manat məbləği Bank Olmayan Kredit Təşkilatı İddiaçı1ndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X4, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar