Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-8/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı LPO "xxxx" ASC-nin Cavabdeh1-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ”Prod-istehsal” MMC-dən 27196,40 (iyirmi yeddi min yüz doxsan altı manat 40 qəpik) manat məbləğində əsas borc, 137,58 (bir yüz otuz yeddi manat 58 qəpik) manat məbləğində faiz borcu, 0,00 (sıfır manat 00 qəpik) manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 5245,88 (beş min iki yüz qırx beş manat 88 qəpik) manat olmaqla ümumilikdə 32579,86 (otuz iki min beş yüz yetmiş doqquz manat 86 qəpik) manat vəsaitin, 31 (otuz bir) manat dövlət rüsumunun, 31 (otuz bir) manat DƏDRX rüsumunun Ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasına, tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanına yönəldilərək hərrac yolu ilə satılmasına, ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanı satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Gəncə İnzibati- İqtisadi Məhkəməsinin 21 oktyabr 2016-cı il tarixli, 2-2(83)-736/2016 saylı qətnaməsi ilə "xxxx" ASC müflis elan edilmiş və həmin məhkəmənin 2-2(83)-736/2016 saylı, 27 oktyabr 2016-cı il tarixli qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici qismində təyin edilmişdir. Bildirilir ki, 18 iyul 2011-ci il tarixdə ’’Prod-İstehsal” MMC-nin rəhbəri Cavabdeh2 (bundan sonra - Borclu) ilə “Gəncəbank" ASC (bundan sonra - Bank) arasında 023 saylı kredit müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə əsasən Borcluya 200000 (iki yüz min) manat məbləğində, 24 (iyirmi dörd) aylıq güzəştlə, 60 (altmış) ay müddətinə, illik 7 (yeddi) faiz olmaqla kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə Bank arasında 18 iyul 2011-ci il tarixdə 023 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan ünvan 1 ünvanı ipoteka (girov) ilə yüklü edilmişdir. İpoteka müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 309-cu və İpoteka haqqında Qanunun 10.4 maddələrinə uyğun olaraq ipotekanın dövlət qeydiyyatı aparılmışdır. Bununla bağlı xx.xx.2011-ci il tarixdə DƏDRX tərəfindən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən əmlakın Bankın xeyrinə yüklü edilməsi barədə ******* №-li Çıxarış verilmişdir. Lakin Borclu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin 29 aprel 2019-cu il tarixinə Banka 27196,40 (iyirmi yeddi min yüz doxsan altı manat 40 qəpik) manat məbləğində əsas borc, 137,58 (bir yüz otuz yeddi manat 58 qəpik) manat məbləğində faiz borcu, 0,00 (sıfır) manat cərimə üzrə borc, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan 5245,88 (beş min iki yüz qırx beş manat 88 qəpik) manat faiz borcu olnaqla ümumilikdə 32579,86 (otuz iki min beş yüz yetmiş doqquz manat 86 qəpik) manat məbləğində borcu qalmışdır. Borclu müqavilə üzrə öhdəliklərini icra etmədiyi üçün “Gəncəbank" ASC Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317-ci və İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddələrinə əsasən tələbin ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********333 nömrəli, 11 aprel 2019-cu il tarixli bildirişi ipoteka qoyana göndərərək ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Tutmanın yönəldilməsi haqqında bildiriş ərizə ilə birlikdə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmiş və xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı LPO "xxxx" ASC Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsinə əlavə olaraq iddia tələbinin artırılması barədə ərizə təqdim edərək “Prod-İstehsal MMC-dən 01 avqust 2013-cü il tarixli 026 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 248296,72 (iki yüz qırx səkkiz min iki yüz doxsan altı manat 72 qəpik) manat , hesablanmış faiz – 24091,41 (iyirmi dörd min doxsan bir manat 41 qəpik) manat, cərimə borcu 0,00 (sıfır manat 00 qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 18594,67 (on səkkiz min beş yüz doxsan dörd manat 67 qəpik) manat olmaqla cəmi 290982,80 (iki yüz doxsan min doqquz yüz səksən iki manat 80 qəpik) manat, 18 iyul 2011-ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə əsas məbləğ 27196,40 (iyirmi yeddi min yüz doxsan altı manat 40 qəpik) manat, hesablanmış faiz -137,58 (bir yüz otuz yeddi manat 58 qəpik) manat, cərimə borcu 0,00 (sıfır manat 00 qəpik) manat, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu – 5245,88 (beş min iki yüz qırx beş manat 88 qəpik) manat olmaqla cəmi 32579,86 (otuz iki min beş yüz yetmiş doqquz manat 86 qəpik) manat məbləğində borcun tutulmasına, 18 iyul 2011-ci il tarixli kredit müqaviləsi üzrə tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanına yönəldilərək hərrac yolu ilə satılması, İpoteka ilə yüklü edilmiş ünvan 1 ünvanı satıldıqdan və mülkiyyətçisi dəyişdikdən sonra əmlakın 1 (bir) ay ərzində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək xx.xx.2011 -ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə cəmi 25391,36 (iyirmi beş min üç yüz doxsan bir manat 36 qəpik) manat - bundan 22066,69 (iyirmi iki min altmış altı manat 69 qəpik) manat əsas, 106,49 (yüz altı manat 49 qəpik) manat faiz, 0 (sıfır) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3218,17 (üç min iki yüz on səkkiz manat 17 qəpik) manat faiz borcu; xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsi üzrə cəmi 344550,57 (üç yüz qırx dörd min beş yüz əlli manat 57 qəpik) manat - bundan 248296,72 (iki yüz qırx səkkiz min iki yüz doxsan altı manat 72 qəpik) manat əsas, 58366,15 (əlli səkkiz min üç yüz altmış altı manat 15 qəpik) manat faiz, 0 (sıfır) manat cərimə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 37887,70 (otuz yeddi min səkkiz yüz səksən yeddi manat 70 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat rüsumun Cavabdeh1-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan ünvan 1-ya yönəlməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, - satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh1-dən tutulması, - ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı LPO "xxxx" ASC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində tələbin yönəldiyi ünvan 1 digər kredit üzrə LPO "xxxx" ASC tərəfindən hərrac vasitəsi ilə əldə edildiyini və Bankın balansına alındığını bildirmiş, qeyd edilənlərin nəzərə alınaraq Cavabdeh1-dən borcun tutulması ilə bağlı müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə, təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; "Borcverən" "xxxx" SKB və “Borcalan” Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 023 saylı kredit müqaviləsindən görünür ki, Bank 200000 manat məbləğində krediti 24 aylıq güzəştlə, 60 ay müddətinə, xx.xx.2016-cı il tarixədək illik 7% faizlə "Borcalan"ın mülkiyyətinə verir və "Borcalan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri Kredit verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə ipoteka saxlayan Bank ilə borcalan və ipotekaqoyan Cavabdeh1-nin rəhbəri Cavabdeh2 arasında bağlanmış 18 iyul 2011-ci il tarixli 023 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, İpoteka qoyan Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 0.182 ha torpaq sahəsində yerləşən 62 nömrəli, 16 mərtəbəli binanın “c” girişinin, 5-ci mərtəbəsində yerləşən 128.4 kv.m ümumi, 73.18 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 116 nömrəli mənzili 023 saylı “18’' İyul 2011ci il tarixli Kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi İpoteka saxlayana ipotekaya verilmişdir. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 476 №-li kredit müqaviləsindən görünür ki, bank borcalana VW Tiguan minik markalı avtomobili satın alması üçün 17 dekabr 2011-ci il tarixinədək olan müddətə illik 20 % dərəcəsi ilə kreditin verilməsi öhdəliyini götürür və borcalan banka alınmış kreditin bu müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və miqdarda qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 414 №-li İpoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Bank tərəfindən veriləcək 31100 manat məbləğində kreditin və ona hesablanacaq faizlərin qaytarılmasının təminatı kimi tərəflər arasında bağlanmış 17 dekabr 2009-cu il tarixli 476 saylı kredit müqaviləsinin 1.1 bəndinə göstərilmiş əmlakı - VW Tiguan minik markalı avtomobili ipoteka ilə yüklü edir. İş materiallarında olan kreditor "xxxx" ASC və zamin Cavabdeh2 arasında bağlanmış 25 aprel 2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin, X5 ilə bank arasında bağlanmış 2052 BFAK nömrəli xx.xx.2010-cu il tarixli kredit müqaviləsindən, ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləri üzrə öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin tamailə icra edilməsini öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2010-cu il tarixli "xxxx" ASC Gəncə filialı üzrə mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə mədaxil qəbzindən görünür ki, X5 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə Qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə Qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə Qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli "xxxx" ASC Gəncə filialı üzrə Qəbzdən görünür ki, Cavabdeh2 tərəfindən 1200 ABŞ dolları kredit ödənişi edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil "LPO "xxxx" SKBnin xeyrinə xx.xx.2011-ci il tarixdə 60 ay müddətinə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC heyvandarlığın genişləndirilməsi məqsədi ilə 250000 manat məbləğində krediti 24 aylıq güzəştlə, 60 ay müddətinə, xx.xx.2018-cı il tarixədək illik 8% faizlə "Borcalan"ın mülkiyyətinə verir və "Kredit alan" isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və bu kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri Kredit verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsinə əlavə kredit və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, verilən kreditin məbləği 250000 AZN, illik faiz 8%, əsas borcdan ödəniş 36 ay, güzəşt müddəti 24 ay, müddət 60 aydır. İş materiallarında olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında **********333 nömrəli, 11 aprel 2019-cu il tarixli bildirişdən görünür ki, "LPO "xxxx" ASC tərəfindən ipoteka qoyana məhkəməyə müraciət edilmədən ipoteka predmetinə (girova) tutmanın yönəldilməsi üçün notariat qaydasında razılaşmanın təsdiq edilməsi təklif olunmuşdur. İş materiallarında olan MH seriyalı ******* saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 0.182 ha torpaq sahəsində yerləşən 62 nömrəli 16 mərtəbəli binanın “c” girişində 5-ci mərtəbəsində yerləşən 128.4 kv.m ümumi, 73.18 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 116 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli reyestr kitabının 13760 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, ləğv prosesində olan "LPO "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət edilərək, ipoteka predmetinə tutmanın yönəldilməsi dair bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli pretenziya məktubundan görünür ki, X1 və Cavabdeh1-yə borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********417 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1-nin 27196,40 (iyirmi yeddi min yüz doxsan altı manat 40 qəpik) manat məbləğində əsas borc, 137,58 (bir yüz otuz yeddi manat 58 qəpik) manat məbləğində faiz borcu, 0,00 (sıfır manat 00 qəpik) manat cərimə üzrə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 5245,88 (beş min iki yüz qırx beş manat 88 qəpik) manat olmaqla ümumilikdə 32579,86 (otuz iki min beş yüz yetmiş doqquz manat 86 qəpik) manat borcu vardır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, LPO "xxxx" ASC tərəfindən 10,40 (on manat 40 qəpik) manat, xx.xx.2019-cu il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 20,40 (iyirmi manat 40 qəpik) manat, xx.xx.2018-ci il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən 30,40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli **********733 saylı maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1-nin 01 avqust 2013-cü il tarixli 026 saylı müqavilə üzrə 248296,72 manat məbləğində əsas borc, 24091,41 manat məbləğində faiz borcu, 0,00 (sıfır manat 00 qəpik) manat cərimə üzrə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun qərarına əsasən hesablanan faiz borcu 18594,67 manat olmaqla ümumilikdə 290982,80 manat borcu vardır. İş materiallarında olan 30 dekabr 2019-cu il tarixli, 20255 №-li ekspert rəyindən görünür ki, 18 iyul 2011-ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə Cavabdeh1-nin 27 iyul 2016-cı il tarixə banka olan borcu: əsas borc üzrə 18884,78 manat, faiz borcu üzrə 106,49 manat olmaqla, cəmi 18991,27 manat müəyyən olunur, həmçinin "xxxx" SKB ilə Cavabdeh1 arasında bağlanmış 18 iyul 2011-ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarxdən sonra 5310 manat məbləğində ödəniş aparılmış, hazırki hesablama xx.xx.2016-cı il tarixədək olduğundan sonradan ödənilən 5310 manat nəzərə alınmamışdır, 01 avqust 2013-cü il tarixıli 026 saylı kredit müqaviləsi üzrə Cavabdeh1-nin 01 avqust 2018-ci il tarixə banka olan borcu: əsas borc üzrə 246305,55 manat, faiz borcu üzrə 58366,15 manat olmaqla, cəmi 304671,70 manat məbləğində müəyyən olunur, həmçinin təqdim edilmiş hesabdan çıxarışa əsasən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə ümumilikdə 5478 manat məbləğində ödəniş edilmişdir, lakin çıxarış məlumatlarına əsasən 5478 manatın hansı kreditə aid olmasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-15/2021 nömrəli qətnamənin surətindən görünür ki, "LPO "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03 saylı kredit müqaviləsi üzrə X2 198405.38 manat məbləğində əsas borc, 11551.56 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 209956.94 (iki yüz doqquz min doqquz yüz əlli altı manat, doxsan dörd qəpik) manat və 31 (otuz bir) manat dövlət rüsumu, 31 (otuz bir) manat "LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 240.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borc ləğv prosesində olan "LPO "xxxx" ASC-nə ödənilməsi, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışdan görünür ki, ümumi sahəsi 128.40 m2 olan ünvan 1 ünvanında yerləşən əmlak xx.xx.2022-ci il tarixdən ləğv prosesində olan "xxxx" ASC-nin adına tam paylı xüsusi mülkiyyət kimi qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli QXM/314M №li qiymətləndirmə hesabatından görünür ki, təqdim edilmiş sənədlər və qiymətləndirmə obyektinə aid məlumatlar nəzərə alınaraq Cavabdeh1-yə məxsus, ünvan 3 ünvanında yerləşən mənzil analoji bazar dəyərinə uyğun qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixə bazar dəyəri 160000,00 (bir yüz altmış min) manat, likvid dəyəri 150000,00 (bir yüz əlli min) manat müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 avqust 2022-ci il tarixli, 4/1197 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, ekspertizaya təqdim edilmiş mülki işin 02-ci cildinin 133-134-cü vərəqlərində edilmiş “Gəncəbank" ASC ilə "xxxx" MMC arasında olan xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsində “Borcalan” qrafasında aşağıda yerləşən “Cavabdeh2” yazıları qarşısındakı imza Cavabdeh2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, 5/1307 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, tədqiqata təqdim edilmiş “Gəncəbank" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 026 saylı kredit müqaviləsində olan “AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur, tədqiqata təqdim edilmiş “Gəncəbank" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 026 saylı kredit müqaviləsində olan “AZƏRBAYCAN RESPUBLİKASİ GƏNCƏ ŞƏHƏRİ "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” məzmunlu möhür əksi ekspertizaya təqdim edilmiş eyni məzmunlu möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 aprel 2023-ci il tarixli, 9/1370 №-li ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 023 saylı kredit müqaviləsi üzrə ödənilmiş bütün məbləğlər nəzərə alınmaqla borcalanın banka ödənilməli olan əsas borcu 13681,27 manat, faiz borcu 0,00 manat, xx.xx.2013-cü il tarixli, 026 saylı kredit müqaviləsi üzrə ödənilmiş bütün məbləğlər nəzərə alınmaqla borcalanın banka ödənilməli olan əsas borcu 246305,55 manat, faiz borcu 52888,15 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında sonuncuya 24 aylıq güzəşt olmaqla 60 ay müddətinə illik 7 faizlə 200000 manat məbləğində kredit verilməsi məqsədilə xx.xx.2011-ci il tarixli 023 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdeh1-yə verilmiş kreditin təminatı olaraq Cavabdeh2 ilə Bank arasında xx.xx.2011-ci il tarixli 023 saylı ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Bakıxanov küçəsi, 758-759-cu məhəllədə istifadədə olan 0.182 ha torpaq sahəsində yerləşən 62 nömrəli binanın “c” girişinin, 5-ci mərtəbəsində yerləşən 116 nömrəli mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-15/2021 nömrəli qətnaməsinə əsasən, "LPO "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03 saylı kredit müqaviləsi üzrə X2 ümumilikdə 209956.94 manat və 31 manat dövlət rüsumunun "LPO "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzilə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 240.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borc ləğv prosesində olan "LPO "xxxx" ASC-yə ödənilməsi, mənzilin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir, əmlak xx.xx.2022-ci il tarixdən ləğv prosesində olan "xxxx" ASC-nin adına tam paylı xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin "xxxx" ASC və Cavabdeh1 arasında sonuncuya 24 aylıq güzəştlə, 60 ay müddətinə illik 8% faizlə 250000 manat məbləğində kredit verilməsi barədə xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilələrə əsasən, Cavabdeh1 kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və kredit müqaviləsi ilə müəyyən olunmuş müddətdə və qaydada krediti və ona hesablanacaq faizləri Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam olaraq yerinə yetirilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət müraciət edərək müqavilələr üzrə kredit borcunun ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh1 tərəfindən kredit müqavilələri üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsiri pozuntusuna görə məsuliyyət daşıyaraq kredit müqavilələrinə əsasən, əsas və faiz borcunu iddiaçıya ödəməlidir. İddiaçı iddia tələbi üzrə cavabdehdən xx.xx.2011 -ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə 22066,69 manat əsas, 106,49 faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 3218,17 manat faiz, xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsi üzrə 248296,72 manat əsas, 58366,15 manat faiz və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 37887,70 faiz borcun ödənilməsini tələb edir. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasına dair verilmiş rəydə hazırda Cavabdeh1-nin xx.xx.2011-ci il tarixli, 023 saylı kredit müqaviləsi üzrə əsas borcu 13681,27 manat, faiz borcu 0 manat, xx.xx.2013-cü il tarixli, 026 saylı kredit müqaviləsi üzrə əsas borcu 246305,55 manat, faiz borcu 52888,15 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə müvafiq rəyi nəzərə alaraq cavabdehin kredit borcu üzrə əsas və faiz borcunun miqdarının rəyə uyğun nəzərə alınmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Odur ki, hazırda cavabdehdən xx.xx.2011-ci il tarixli, 023 saylı müqavilə üzrə AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən, müqavilə bitdikdən sonra hesablanmış faiz borcunun 1929,24 manat, xx.xx.2013cü il tarixli, 026 saylı kredit müqaviləsi üzrə Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanan faiz borcunun 9681,18 manat miqdarında müəyyən edilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu Cavabdeh1-dən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda Cavabdeh1-dən cəmi 250 (138+62+50) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1-dən xx.xx.2011-ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə 13681,27 manat əsas və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1929,24 manat faiz borcu olmaqla cəmi 15610,51 manat və xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsi üzrə 246305,55 manat əsas, 52888,15 manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9681,18 manat faiz borcu olmaqla cəmi 308874,88 (üç yüz səkkiz min səkkiz yüz yetmiş dörd manat 88 qəpik) manat, habelə iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı "LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Eyni zamanda Cavabdeh1-dən 250 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1-dən xx.xx.2011-ci il tarixli 023 saylı kredit müqaviləsi üzrə 13681,27 (on üç min altı yüz səksən bir manat 27 qəpik) manat əsas və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1929,24 (min doqquz yüz iyirmi doqquz manat 24 qəpik) manat faiz borcu olmaqla cəmi 15610,51 (on beş min altı yüz on manat 51 qəpik) manat və xx.xx.2013-cü il tarixli 026 saylı kredit müqaviləsi üzrə 246305,55 (iki yüz qırx altı min üç yüz beş manat 55 qəpik) manat əsas, 52888,15 (əlli iki min səkkiz yüz səksən səkkiz manat 15 qəpik) manat faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 9681,18 (doqquz min altı yüz səksən bir manat 18 qəpik) manat faiz borcu olmaqla cəmi 308874,88 (üç yüz səkkiz min səkkiz yüz yetmiş dörd manat 88 qəpik) manat, habelə iş üzrə ödənilmiş 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Cavabdeh1-dən 250 (iki yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X3 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-8/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-8/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver