Məhkəmə qərarları › İş №2(005)-29/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-29/2024

19.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-29/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" BOKT MMC ilə Cavabdeh arasınzda bağlanmış 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 10.900,00 (on min doqquz yüz) manat əsas, 5.267,92 (beş min iki yüz altmış yeddi manat doğsan iki qəpik) manat faiz, cəmi 16.167,92 (on altı min yüz altmış yeddi manat doğsan iki qəpik) manat borcun tutulmasına, 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 49.748,60 (qırx doqquz min yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 55.699,17 (əlli beş min altı yüz doğsan doqquz manat on yeddi qəpik) manat faiz, cəmi 105.447,77 (bir yüz beş min dörd yüz qırx yeddi manat yetmiş yeddi qəpik) manat borcun tutulmasına, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 19.980,00 (on doqquz min doqquz yüz səksən) manat əsas, 13.259,44 (on üç min iki yüz əlli doqquz manat qırx dörd qəpik) manat faiz, cəmi 33.239,44 (otuz üç min iki yüz otuz doqquz manat qırx dörd qəpik) manat borcun tutulmasına, 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin ləğv edilməsinə, cavabdehdən həmin müqavilə üzrə 15.000,00 (on beş min) manat əsas, 11.276,00 (on bir min iki yüz yetmiş altı) manat faiz, cəmi 26.276,00 (iyirmi altı min iki yüz yetmiş altı min) manat borcun tutulmasına, 19 fevral 2018-ci il tarixli, 161 Nli kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan 75.683,36 manat pul vəsaitinin həmin müavilələr üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyriyaşayış sahəsinə (44 saylı mağazaya) yönəldilməsinə, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyriyaşayış sahəsinin (44 saylı mağazasının) hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, 07 iyun 2018ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan 105.447,77 manat pul vəsaitinin həmin müavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinə yönəldilməsinə, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, İpoteka predmeti olan əmlakların likvid dəyəri əsasında Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) ilkin satış qiymətinin 59.500 manat və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin ilkin satış qiymətinin 56.250 manat müəyyən edilməsinə, Hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsinə və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsindən cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə, onların mənzildən çıxarılmasına dair xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir) İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdehə illik 36 faizlə 12 ay müddətinə 10.900.00 manat məbləğində kredit verilmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən ödənişin son müddəti xx.xx.2019-cu il təşkil edir. Müqavilənin 4.5-ci bəndinə əsasən gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş ödhəliyin 1 faizi miqdarında vaxtı keçmiş faiz ödəyir. Müqavilənin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borc alan borc verənə verilmiş kredit məbləğinin 72 faizi miqdarında cərimə faizi ödəyir. Tərəflər arasında 19 fevral 2018- ci il tarixli, 161 N-li kredit müqaviləsinin tərkib hissəsi olan 22 noyabr 2018-ci il tarixli İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdeh qeyd olunan öhdəliyinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X3 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağazanı) ipoteka ilə yüklü etmişdir. İpoteka predemtinin qiyməti 59.000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, onun xx.xx.2021-ci il tarixə 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi üzrə 10.900.00 manat əsas. 3.865.20 manat faiz borcu yaranmışdır. İddiaçı “AZİNVESTKREDİT» Bank Olmayan Kredit Təşkilatı" ilə Cavabdeh arasında 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilənin l.l-ci bəndinə əsasən iddiaçı cavabdehə biznesin inkişafı məqsədilə 50.000 manat məbləğində 07 iyun 2021 -ci il tarixədək kredit xətti açmış, cavabdehə 50.000 manat kredit vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz.dərəcəsi 36 faiz təşkil edir, tərəflər arasında 07 iyun 2018-ci il tarixli. 122 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 07 iyun 2018-ci il tarixli, 172 N-li İpoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdeh qeyd olunan öhdəliyinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə. X3 küçəsi ev İ 10. mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsini ipateka ilə yüklü etmişdir. İpoteka predemtinin qiyməti 59.000 (əlli doqquz min) manat qiymətləndirilmişdir. Cavabdeh kredit xətti müqaviləsi üzrə öhdəliyini icra etməmiş, onun xx.xx.2021 -ci il tarixə 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə 49.748,60 (qırx doqquz min yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 21.889,51 manat faiz borcu yaranmışdır. İddiaçı “AZİNVESTK.REDİT Bank Olmayan Kredit Təşkilatı'’ ilə Cavabdeh arasında 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilənin l.l-ci bəndinə əsasən iddiaçı cavabdehə biznesin inkişafı məqsədilə 20.000 manat məbləğində 10 yanvar 2021- ci il tarixədək kredit xətti açmış, cavabdehə 20.000 manat kredit vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil edir.Tərəflər arasında 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 yanvar 2019-ci il tarixli, 199/b N-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdeh qeyd olunan Öhdəliyinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə. X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağazanı) ipateka ilə yüklü etmişdir. İpoteka predemtinin qiyməti 59.000 (əlli doqquz min) manat qiymətləndirilmişdir. Cavabdeh kredit xətti müqaviləsi üzrə öhdəliyini icra etməmiş, onun xx.xx.2021-ci il tarixə 10 yanvar 2019cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi üzrə 19.680,00 (on doqquz min altı yüz səksən) manat əsas, 4.214,16 (dörd min iki yüz on dörd manat, on altı qəpik) manat faiz borcu, 2.035,76 (iki min otuz beş manat yetmiş altı qəpik) cərimə borcu yaranmışdır. İddiaçı “Azinvestkredit Bank Olmayan Kredit Təşkilatı" ilə Cavabdeh arasında 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi bağlanmışdır. Müqavilənin l.l-ci bəndinə əsasən iddiaçı cavabdehə biznesin inkişafı məqsədilə 15.000 manat məbləğində 10 iyul 2021 -ci il tarixədək kredit xətti açmış, cavabdehə 15.000 manat kredit vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil edir.Tərəflər arasında 10 iyul 2019cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 iyul 2019-ci il tarixli, 230 N-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən cavabdeh qeyd olunan öhdəliyinin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağazanı) ipoteka ilə yüklü etmişdir. İpoteka predmentinin qiyməti 80.000 manat qiymətləndirilmişdir. Cavabdeh kredit xətti müqaviləsi üzrə öhdəliyini icra etməmiş, onun xx.xx.2021-ci il tarixə 10 ivul 2019-cu il tarixli. 230 N-li kredit xətti müqaviləsi üzrə 15.000,00 manat əsas, 6.148,25 manat faiz borcu yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmiş, rədd edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2013-cü il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzili Cavabdeh xüsusi mülkiyyətindədir. . - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 161 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank cavabdehə 12 ay müddətinə, illik 36% ödəmək şərti ilə 10900 manat məbləğində kredit verməyi, borcalan isə krediti qəbul edərək, müqavilədə göstərilən müddətdə və qaydada krediti, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında hesablanmış faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. - Qeyd edilən Müqavilənin 4.5-ci bəndinə əsasən gecikdirilmiş borc yarandıqda borc alan borc verənə hər gecikdirilmiş gün üçün icra edilməmiş ödhəliyin 1 faizi miqdarında vaxtı keçmiş faiz ödəyir. - Qeyd edilən Müqavilənin 4.6-cı bəndinə əsasən müqavilə üzrə nəzərdə tutulmuş kredit və ona hesablanmış faiz məbləğləri ilə əlaqədar yaranan borc öhdəliyi ümumiyyətlə icra edilmədikdə borc alan borc verənə verilmiş kredit məbləğinin 72 faizi miqdarında cərimə faizi ödəyir. - "xxxx" BOKT MMC ilə (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi 44 saylı mağaza "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Bu xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh əsas borcu 10900 manat, faiz borcu isə 3865,20 manat təşkil edir. - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 172 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, cavabdehə biznesin inkişafı məqsədilə 50.000 manat məbləğində 07 iyun 2021-ci il tarixədək kredit xətti açmış, cavabdehə 50.000 manat kredit verilmişdir. - "xxxx" BOKT MMC ilə (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2018ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzil öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. Bu müqavilə xx.xx.2018-ci il tarixli 172 nömrəli kredit xətti müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzil "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Bu xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2018-xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh əsas borcu 49748 manat, faiz borcu isə 21889,51 manat təşkil edir. - "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 199 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə biznesin inkişafı məqsədilə 20.000 manat məbləğində 10 yanvar 2021-ci il tarixədək kredit xətti açmış, cavabdehə 20.000 manat kredit vermişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil edir. - Qeyd edilən Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. - Qeyd edilən Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil edir. - "xxxx" BOKT MMC ilə (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (44 saylı mağaza) öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi 44 saylı mağaza "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Bu xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2021-xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh əsas borcu 19680 manat, faiz borcu 4214,16, cərimə borcu isə 2035,76 manat təşkil edir. - Azinvestkredit” BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı cavabdehə biznesin inkişafı məqsədilə 15.000 manat məbləğində 10 iyul 2021-ci il tarixədək kredit xətti açmış, cavabdehə 15.000 manat kredit vermişdir. - Qeyd edilən Müqavilənin 1.2-ci bəndinə əsasən ayrılan kreditlər kredit xəttinin müddəti ərzində verilir. - Qeyd edilən Müqavilənin 1.3-cü bəndinə əsasən kredit üzrə faiz dərəcəsi 36 faiz təşkil edir. - "xxxx" BOKT MMC ilə (ipoteka qoyan) Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli 230 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağazanı) öhdəliklərin təminatı kimi bankın xeyrinə yüklü edilmişdir. - ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi 44 saylı mağaza "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. Bu xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - xx.xx.2019-xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh əsas borcu 15000 manat, faiz borcu 6148,25 manat təşkil edir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/1619 saylı rəydən görünür ki, “Borcalan” Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixli, 161 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək)- əsas borcu 10900 manat, faiz borcu isə 3924 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 10900 manat, faiz borcu isə 4822 manat təşkil edir. xx.xx.2022-ci il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 10900 manat, faiz borcu isə 5267,92 manat təşkil edir. xx.xx.2018-ci il tarixli, 172 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) - əsas borcu 49748,60 manat, faiz borcu isə 53004,45 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 49748,60 manat, faiz borcu isə 53667,76 manat təşkil edir. xx.xx.2022-ci il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 49748,60 manat, faiz borcu isə 55699,17 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 199 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) - əsas borcu 19980 manat, faiz borcu isə 14385,60 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 19680 manat, faiz borcu isə 12955,44 manat təşkil edir. xx.xx.2022ci il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 19680 manat, faiz borcu isə 13259,44 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 230 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək)- əsas borcu 15000 manat, faiz borcu isə 10532,25 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 15000 manat, faiz borcu isə 10663,50 manat təşkil edir. xx.xx.2022ci il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 15000 manat, faiz borcu isə 11276 manat təşkil edir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/9135 saylı rəydən görünür ki, “Borcalan” Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2018-ci il tarixli, 161 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək)- əsas borcu 10900 manat, faiz borcu isə 3924 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 10900 manat, faiz borcu isə 4822,83 manat təşkil edir. xx.xx.2022-ci il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 10900 manat, faiz borcu isə 6103,58 manat təşkil edir. xx.xx.2018-ci il tarixli, 172 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək)- əsas borcu 49748,60 manat, faiz borcu isə 53004,45 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 49748,60 manat, faiz borcu isə 53667,76 manat təşkil edir. xx.xx.2024-cü il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 49748,60 manat, faiz borcu isə 59513,22 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 199 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək) - əsas borcu 19980 manat, faiz borcu isə 14385,60 manat təşkil edir. xx.xx.2021-ci il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 19680 manat, faiz borcu isə 12955,44 manat təşkil edir. xx.xx.2024cü il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 19680 manat, faiz borcu isə 14767,84 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, 230 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixədək (müqavilə müddəti qüvvədə olduğu tarixədək)- əsas borcu 15000 manat, faiz borcu isə 10532,25 manat təşkil edir. xx.xx.2024-cü il tarixədək (maliyyə arayışının verildiyi tarixədək) əsas borcu 15000 manat, faiz borcu isə 10663,50 manat təşkil edir. xx.xx.2024cü il tarixədək (rəy verildiyi tarixədək) əsas borcu 15000 manat, faiz borcu isə 12259,33 manat təşkil edir. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağaza) hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 162800 manat və likvid dəyəri 154000 manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 104000 manat və likvid dəyəri 98000 manat məbləğində müəyyən edilir. - Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin 12 aprel 2022-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağaza) real bazar dəyəri 70000 manat, likvid dəyəri isə 59500 manat təşkil edir. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzilin real bazar dəyəri 65000 manat, likvid dəyəri isə 56250 manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında 4 kredit, 4 ipoteka müqavilələri bağlanmışdır. - 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi və 19 fevral 2018- ci il tarixli, 161 N-li kredit müqaviləsinin tərkib hissəsi olan 22 noyabr 2018-ci il tarixli İpoteka müqaviləsi, - 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi və 07 i\un 2018-ci il tarixli. 122 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 07 iyun 2018-ci il tarixli, 172 N-li İpoteka müqaviləsi, - 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 yanvar 2019-ci il tarixli, 199/b N-li sonrakı ipoteka müqaviləsi, - 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 iyul 2019-ci il tarixli, 230 N-li sonrakı ipoteka müqaviləsi. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh götürdüyü kreditlərlə əlaqədar bağlanmış kredit müqavilələrinə əsasən aşağıdakı əmlaklarla bağlı iddiaçı ilə ipoteka müqavilələri bağlayaraq ipoteka ilə yüklü etmişdir: - 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsinin tərkib hissəsi olan 22 noyabr 2018-ci il tarixli İpoteka müqaviləsi üzrə - mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X3 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağaza), - 07 iyun 2018-ci il tarixli. 122 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 07 iyun 2018-ci il tarixli, 172 N-li İpoteka müqaviləsi üzrə - mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə. X3 küçəsi ev İ 10. mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsi, - 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 yanvar 2019-ci il tarixli, 199/b N-li sonrakı ipoteka müqaviləsi üzrə - mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə. X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağaza), - 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 iyul 2019-ci il tarixli, 230 N-li sonrakı ipoteka müqaviləsi üzrə - mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsini (44 saylı mağaza) İşin materiallarından görünür ki, xx.xx.2018-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 110, mənzil 104 ünvanında yerləşən mənzil, xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ******* nömrəli Çıxarışa əsasən isə Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti, 81A ünvanında yerləşən qeyri-yaşayış sahəsi (44 saylı mağaza) "xxxx" BOKT MMC-nin xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehin kredit xətti müqavilələri üzrə öhdəliklərini icra etməməsi ilə əlaqədar ilkin olaraq onun xx.xx.2021-ci il tarixə həmin müqavilələr üzrə aşağıdakı borclarının yaranmasını iddia etmişdir: - 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi üzrə 10.900.00 manat əsas. 3.865.20 manat faiz borcu, - 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə 49.748,60 manat əsas, 21.889,51 manat faiz borcu, - 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi üzrə 19.680,00 manat əsas, 4.214,16 manat faiz borcu, 2.035,76 cərimə borcu, - 10 ivul 2019-cu il tarixli. 230 N-li kredit xətti müqaviləsi üzrə 15.000,00 manat əsas, 6.148,25 manat faiz borcu, xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması ərizəsində tutulması iddia edilən borc məbləğləri aşağıdakıdardır: - 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqavilə üzrə 10.900,00 manat əsas, 5.267,92 manat faiz, cəmi 16.167,92 manat; - 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə 49.748,60 manat əsas, 55.699,17 manat faiz, cəmi 105.447,77 manat; - 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi üzrə 19.980,00 manat əsas, 13.259,44 manat faiz, cəmi 33.239,44 manat; - 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə 15.000,00 manat əsas, 11.276,00 manat faiz, cəmi 26.276,00 manat borc. “Borcalan” Cavabdeh tərəfindən "xxxx" BOKT MMC-dən alınmış kredit vəsaiti üzrə ödənilməli olan borclarının müqavilə müddəti qüvvədə olduğu tarixədək, rəy verildiyi tarixədək, maliyyə arayışının verildiyi tarixədək müəyyən etmək müvafiq ekspertizalar təyin edilmiş və yuxarıda qeyd edilmiş AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin demək olar ki, eyni məzmunlu rəyləri ilə göstərilən tarixlərə qədər cavabdehin alınmış kredit vəsaiti üzrə ödənilməli olan borclarının məbləği müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanma anına görə real əqddir, konsensual əqdlərdən fərqli olaraq real əqdlərin bağlanmış hesab olunması üçün yalnız razılaşma kifayət deyil, bunu üçün əqdin məzmununa daxil olan müəyyən hərəkətin icra edilməsi tələb olunur. Kredit müqaviləsində belə hərəkət müqavilənin predmetini təşkil edən pulun borcverən tərəfindən borcalana verilməsidir. Odur ki, pulun verildiyi andan kredit müqaviləsi bağlanmış sayılır, pulun verildiyi şəxs isə borcalan hesab olunur. Əgər Bank (iddiaçı) kreditin ona qaytarılmasını tələb edirsə, ilk növbədə həmin kreditin onun tərəfindən verilməsini sübut etməlidir. Tərəflər arasında kredit münasibətlərinin baş verməsi, yəni müqavilələr üzrə göstərilən məbləğlərin cavabdehə verilməsi faktı işin mübahisəsiz halıdır. Mübahisəli hal cavabdehin müqavilələr əsasında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ilə bağlıdır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə şərtlərə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə ekspert rəylərinə işin digər sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, iddia borc vəsaitinin tutulmasına dair hissədə qismən təmin edilməklə "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış müqavilələrin müddəti qüvvədə olduğu tarixədək ekspertizalar tərəfindən müəyyən edilmiş, lakin iddia tələbləri həcmindən artıq olmayan məbləğdə, yəni 19 fevral 2018-ci il tarixli müqavilə üzrə 10900 manat əsas, 3.924 manat faiz borcu, 07 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 49748,60 manat əsas, 53,004,45 manat faiz borcu, 10 yanvar 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 19980 manat əsas borc, 13259,44 manat faiz borcu, (tələb həcmində) 10 iyul 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 15000 manat əsas, 10532,25 manat faiz borcu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməlidir. . Məhkəmə iddia tələbinin 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müavilələr üzrə ipoteka predmetlərinə yönəlməli olmasına dair hissəsi ilə bağlı qeyd edir ki, bu halda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə xx.xx.2023-cü il tarixli 02/2023 saylı qərardadını da nəzərə alınmalıdır. Belə ki, həmin qərardadla kollegiyalar qərara almışlar ki, tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsindən ən geci bir ay ərzində çıxarılmalarına dair” iddia tələblərinə mahiyyəti üzrə baxılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsinin tərkib hissəsi olan 22 noyabr 2018-ci il tarixli və 07 iyun 2018-ci il tarixli. 122 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 07 iyun 2018-ci il tarixli 172 N-li İpoteka müqaviləsi ilə yanaşı 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 yanvar 2019-ci il tarixli, 199/b N-li sonrakı ipoteka müqaviləsi ilə 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 iyul 2019-ci il tarixli, 230 N-li sonrakı ipoteka müqaviləsi də qeyd edilən qərardadın təsir dairəsinə düşmür. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qeyd edilən qərardadı konkret olaraq tərəflər arasında ipoteka müqaviləsinin 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmaqla ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldilmə olduğu hallarda iş üzrə icraata həmin hissədə xitam verilməli olmasını nəzərdə tutur. Hazırki iş üzrə tərəflər arasında 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 yanvar 2019-ci il tarixli, 199/b N-li sonrakı ipoteka müqaviləsi ilə 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsinin tərkib hissəsi olan 10 iyul 2019-ci il tarixli, 230 N-li sonrakı ipoteka müqaviləsinin predmeti isə nə fərdi yaşayış evi nə də mənzil deyil, qeyri-yaşayış sahəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. - 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. - 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. - 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş “İpoteka haqqında” Qanunun: - 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqısatqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. - 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. - 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, qeyd edilən Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2018-ci il tarixli, 3650 saylı bildiriş cavabdehə göndərilmiş və xx.xx.2018-ci il tarixli məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Məhkəmə iddia tələbinin kredit müqavilələrinin ləğv edilməsinə dair hissəsini də əsaslı sayır. Belə ki, Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 421-ci maddəsi ilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları, 424-cü maddəsi ilə isə müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin nəticələri müəyyən edilmişdir. Yəni, qanunvericiliyə əsasən əqdin ləğvi anlayışı onu ehtiva edir ki, əqd qanunun tələblərinə uyğun aparılmışdır, lakin hal-hazırda şəraitin dəyişməsi nəticəsində həmin əqd üzrə öhdəliklərin icrası qeyrimümkündür Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması, şəraitin dəyişməsinə bərabər tutulur. Göründüyü kimi, qanunverici, müqavilənin dəyişdirilməsini tərəflərdən birinin onu əhəmiyyətli dərəcədə pozması və ya şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hallarında mümkün saymışdır. Bundan əlavə, müqavilə öhdəliyinin hər cür pozuntusu, yaxud müqavilə bağlanarkən əsas götürülən şəraitin dəyişməsi deyil, pozuntunun və şərait dəyişikliyinin yalnız əhəmiyyətli olduğu hallarda müqavilə dəyişdirilə bilər. Öhdəliyin pozulması və şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, müqavilə tərəfı təmin etmək istədiyi mənafedən (ümid etməyə haqqı çatandan) xeyli dərəcədə məhrum olur, yaxud dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydi, onun müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayacağı və ya ümumiyyətlə bağlamayacağı aşkar olur. Başqa sözlə, əgər tərəflər müqavilə bağlayarkən əldə edəcəkləri mənfəəti, yaxud mövcud şəraitinin dəyişəcəyini görmüşlərsə, yaxud lazımi diqqət və ağlabatan ehtiyatlılıqla bunu görməli idilərsə, o zaman müqavilənin dəyişdirilməsindən söhbət gedə bilməz. Eyni Məcəllənin 422.2-ci maddəsinə əsasən əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: - 422.2.1. müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; - 422.2.2. şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; - 422.2.3. müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; - 422.2.4. işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 119 fevral 2018-ci il tarixli müqavilə üzrə 10900 manat əsas, 3.924 manat faiz borcu, 07 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 49748,60 manat əsas, 53,004,45 manat faiz borcu, 10 yanvar 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 19980 manat əsas borc, 13259,44 manat faiz borcu, (tələb həcmində) 10 iyul 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 15000 manat əsas, 10532,25 manat faiz borcu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməli, 10 yanvar 2019-cu il tarixli və 10 iyul 2019-cu il tarixli kredit xətti müqavilələri ləğv edilməli, 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müavilələr üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinə (44 saylı mağazaya) yönəldilsin, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazasının) hərracdan satılmasına, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilməsinə, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınmasına, 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinə yönəldilməli, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin hərracdan satılmalı, satışdan əldə edilmiş pul vəsait cavabdehin borcuna ödənilməli, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləği cavabdehdən alınmalı, İpoteka predmeti olan əmlakların likvid dəyəri əsasında Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) ilkin satış qiymətinin 154000 manat və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin ilkin satış qiymətinin 98000 manat müəyyən edilsin, əmlaklar hərracda satıldıqdan sonra əldə edilmiş məbləğ borcun dəyərindən yüksək olduqda qalan məbləğ cavabdehə geri qaytarılmalı, hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməli, Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsindən cavabdeh və ailə üzvləri ilə birlikdə çıxarılmalı, iddia qalan hissələrdə təmin edilməməlidir. Belə ki, məhkəmə hesab edir ki, hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmetlərinin boşaldılaraq iddiaçıya təhvil verilməsi məqsədi ilə cavabdehin və ailə üzvləri mənzildən çıxarılmalı olmasına baxmayaraq qeyd edilən sahələrə cavabdehin və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə dair tələb irəli surulməsinə görə iddiaçı subyektiv hüquqa malik deyildir. Bu hüquqdan ipoteka predmetlərini əldə edərək mülkiyyət hüquqları qeydə alınmış şəxs və şəxslər istifadə edə bilərlər. Məhkəmə həmçinin qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh) qaytarılmalıdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilə üzrə 10900 (on min doqquz yüz) manat əsas, 3.924 (üç min doqquz yüz iyirmi dörd) manat faiz borcu, 07 iyun 2018-ci il tarixli kredit müqaviləsi üzrə 49748,60 (qırx doqquz min yeddi yüz qırx səkkiz manat altmış qəpik) manat əsas, 53,004,45 (əlli üç min dörd manat qırx beş qəpik) manat faiz borcu, 10 yanvar 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 19980 (on doqquz min doqquz yüz səksən) manat əsas borc, 13259,44 (on üç min iki yüz əlli doqquz manat qırx dörd qəpik) manat faiz borcu, 10 iyul 2019-cu il tarixli kredit xətti müqaviləsi üzrə 15000 (on beş min) manat əsas, 10532,25 (on min beş yüz otuz iki manat iyirmi beş qəpik) manat faiz borcu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nin xeyrinə ödənilsin. 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi, 07 iyun 2018-ci il tarixli, 172 Nli kredit xətti müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi ləğv edilsinlər. 19 fevral 2018-ci il tarixli, 161 N-li kredit müqaviləsi, 10 yanvar 2019-cu il tarixli, 199 N-li kredit xətti müqaviləsi və 10 iyul 2019-cu il tarixli, 230 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müqavilələr üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinə (44 saylı mağazaya) yönəldilsin. Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinə (44 saylı mağaza) hərracdan satılsın, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilsin, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləğinin cavabdehdən alınsın. 07 iyun 2018-ci il tarixli, 172 N-li kredit xətti müqaviləsi üzrə tutulmalı olan pul vəsaitinin həmin müqavilə üzrə ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinə yönəldilsin. Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsi hərracdan satılsın, satışdan əldə edilmiş pul vəsaitinin cavabdehin borcuna ödənilsin, əgər satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə yetmədikdə qalan borc məbləği cavabdehdən alınsın. İpoteka predmeti olan əmlakların likvid dəyəri əsasında Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) ilkin satış qiymətinin (likvid dəyəri) 154000 manat və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsinin ilkin satış qiymətinin (likvid dəyəri) 98000 manat müəyyən edilsin, əmlaklar hərracda satıldıqdan sonra əldə edilmiş məbləğ borcun dəyərindən yüksək olduqda qalan məbləğ cavabdehə geri qaytarılsın. Hərracın keçirilməsindən 1 ay ərzində ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 prospekti 81A ünvanında yerləşən 17.7 kv m. sahəsi olan qeyri-yaşayış sahəsinin (44 saylı mağazanın) və Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Bakı şəhəri, Nərimanov rayonu, 887-ci məhəllə, X2 küçəsi ev 110, mənzil 104 ünvanında yerləşən 39 kv m. sahəsi olan yaşayış sahəsindən cavabdeh və ailə üzvləri ilə birlikdə çıxarılsın. Mülki iş üzrə ödənilmiş 424 manat dövlət rüsumunun 411 (dörd yüz on bir) manatı Cavabdeh tutulsun, qalan hissədə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 390 manat məbləğində vəsaitin 378 (üç yüz yetmiş səkkiz) manatı Cavabdeh, 12 (on iki) manatı iddiaçı "xxxx" BOKT MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ34CTRE********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar