Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-102/2023 19.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X2 ibarət tərkibdə, X7 qızının katibliyi ilə, İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və Cavabdeh1 cavabdeh İddiaçı İKB ASC-nə qarşı “qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə” dair qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-164/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 10 iyul 2013-cü il tarixdə İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. 25 avqust 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 28 faiz olmaqla 12 ay müddətinə 50.000 manat məbləğində kredit verilmiş, 21 fevral 2017-ci il tarixli Sazişə əsasən kreditin müddəti 21 fevral 2018-ci il tarixədək uzadılmışdır. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən 80 “D” saylı evin 11 saylı 4 otaqlı mənzili ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 11 iyul 2013- cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-in xeyrinə 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 8OD nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin “Lökbatan” filialında 60 ay müddətinə 300000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28%-lə 12 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 2017-ci il 21 fevral tarixli əlavə sazişə əsasən kreditin müddəti 21 fevral 2018-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili 2013-cü il 10 iyul tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2013-cü il 11 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 25 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il iyunun 13-dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir. Daha sonra İddiaçı İKB ASC iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 4460.72 manat faiz, 1404.27 manat cərimə və kredit müqaviləsi üzrə 21 fevral 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 675.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24982.74 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 cavabdeh İddiaçı İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, tərəflər arşında imzalanmış 25 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsinin etibarsız hesab edilməklə, həmin maddəyə əsasən ödənilmiş 7860 manat komissiya haqqının qaytarılmasına, 2015ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə faizlərin xx.xx.2017-ci il tarixədək hesablanmasına, Cavabdeh1 tərəfindən "xxxx" İKB ASCyə əsassız ödənilmiş 7860 manatın Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə öhdəlikləri ilə əvəzləşdirilməsinə, həmçinin Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-yə kredit müqavilələri üzrə ödənilmiş külli miqdar faiz məbləğləri nəzərə alınmaqla ikin iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələblərinin əsaslandırılması üçün 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə, 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə, 2017-ci il 21 fevral tarixli əlavə sazişə istinad edilərək , bildirir ki, "...2018-ci il iyunun 13-dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır." Aşağıda qeyd edilənlərə əsasən, hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, heç bir qanuni əsas olmadan qarşılıqlı iddiaçıdan alınmış pul vəsaitlərinin geri qaytarılmasına və kredit müqaviləsi üzrə artıq ödənişlərin kredit müqaviləsindən irəli gələn öhdəliklərlə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməlidir. Tərəflər arşında imzalanmış 25 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsində belə müddəa nəzərdə tutulmuşdur ki, "Bu müqavilə ilə Borcalan Bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir: Kredit sifarişinə baxılmasına görə 1%; Xəzinə xidmətlərinin göstərilməsinə görə kredit məbləğinin 1% həcmində. Kredit müqaviləsinin həmin maddəsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, bankla borcalan arasında müqavilənin bağlanmasında hər hansı kənar şəxs, vasitəçi olmamışdır və kredit birbaşa borcalan tərəfindən banka müraciət edilməklə verilmişdir. Belə olan halda, hər hansı "komisyon haqqı"ndan söhbət gedə bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, digər bank məhsullarından, xidmətlərindən (məsələn, pul köçürülməsi, depozit və s.) fərqli olaraq, bank verdiyi kreditlər üzrə müştəridən faizlər alır və bu faizlərə də bankın təklif etdiyi məhsulun təqdim edilməsi üzrə bütün ödənişlər daxil edilməlidir. Bundan əlavə, kredit təklifinə baxılması üçün 1% məbləğin tutulması da tamamilə əsassızdır və qanunvericiliklə nəzərdə tutulmayan, işgüzar adətlərdə tətbiq olunmayan, ümumiyyətlə, bankın satdığı kredit məhsuluna heç bir hüquqi əsas olmadan tətbiq edilən ödənişdir. Bank və borcalan kimi qarşılıqlı iddiaçı arasında mövcud olmuş kredit münasibətləri üzrə ödənişlərin yoxlanılmasını həyata keçirən V.İ.P Audit MMC-nin auditoru E.İ.Fərəcəov tərəfindən tərtib edilmiş 06 iyul 2018-ci il tarixli Audit Rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki: "...Borcdan alınmış 300 000 manat kreditin əsas məbləğini 24 ay ərzində tam şəkildə ödənilmiş, həmçinin 62464,62 manat məbləğindi faiz ödənilmişdir. Həmçinin xx.xx.2014-cü il tarixdə alnımış 100 000 manat kreditin də əsas məbləği tam şəkildə ödənilmiş, həmçinin 27 410,76 manat məbləğində faiz ödənilmişdir. Aparılmış auditlə məlum oldu ki, Nikoil İKB ASC-nin Lökbatan filialı müqavilə bağladığı gündən bugünkü günə qədər borc alana və məhkəmələrə, borcların silinmə ardıcıllığı və qanuna uyğunluğu barədə məlumat verməmişdir. Məhkəmələrə verilən borc haqqında arayışların heç biri əsaslandırılmamışdır. Belə ki, audit zamanı məlum olmuşdur ki, borcalan yalnız müqavilə bağlanan zaman kredit müqaviləsinə əlavə edilən əlavədəki məbləğlərdən başqa heç bir informasiyaya malik deyildir. Borc alan ödədiyi vəsaitlər hesaba əsasən hesabın möhkəmləndirilməsi adı altında mədaxil edilərək silinmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin ödənilən məbləğlərin nə qədər hissəsinin əsas kredit məbləğindən, nə qədərinin faiz məbləğindən silindiyi haqda dürüst məlumat ala bilməmişdir. Məhkəmələrə ayrı-ayrı zamanlardan təqdim olunan bank arayışlarından göründüyü kimi hesablanmış borc məbləğlərinin onlara hesablanmış faiz və pensiyalar əsaslandırılmamışdır. Belə ki, bu arayışlardan ödənilmiş məbləğlərin hansı qaydada silinməsini təyin etmək olmur. Daha sonra xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik 28% ilə 12 ay müddətinə 50 000 manat məbləğində kredit alınmışdır. Bu kredit üzrə bu günə kimi cəmi 46680,04 manat borc qaytarılmışdır. Manatın dollara qarşı kəskin ucuzlaşmasının vətəndaşın biznesinə də mənfi təsir etdiyinə gorə müştəri banka müraciət edərək güzəşt edilməsini istəmişdir. Müştərinin uzun illərlə bu bankla əməkdaşlıq etdiyini və böyük məbləğlərdə əməliyyatlar həyata keçirilməsini nəzərə alaraq, faizlərin hesablanmasının dayandırılması və s. kimi güzəştlər istənilməsinə baxmayaq, bank heç bir güzəştə getməyərək faizləri hesablamağa davam etmişdir. Beləliklə, auditin yekunu üzrə bu qənaətə gəlmək olur ki, Bank tərəfindən verilən çıxarışlarda yuxarıda sadalanan 3 kreditin alınıb ödənilməsi bir arayışda birləşdirildiyindən qeyd edilən faizlərin düzgünlüyü sual doğurur. Bu səbəbdən də müştəri sonuncu kredit üzrə ödənişlərini dayandırmış və faizlərin ləğv edilməsini tələb etmişdir. Bu müddət ərzində götürülən 443000 manat kredit məbləği qarşılığında 89875,38 manat faiz məbləği ödənilmişdir. Bundan əlavə, vətəndaş bankdan 100 000 ABŞ dolları məbləğində kredit də götürərək faizləri ilə birlikdə 111161,39 ABŞ dolları məbləğində krediti ödəmişdir. Həmin dövrdə AB$ dollarının bahalaşdığı üçün vətəndaş milli valyuta ilə ifadədə daha çox məbləğ ödəməli olmuşdur. Həmçinin vətəndaş X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC sahibkarlıq fəaliyyətini məhz həmin bankdakı hesablarında aparmışdır. Müəssisə böyük məbləğlərdə dövriyyələrlə həm manat, həm də valyuta əməliyyatları həyata keçirmişdi və bunun nəticəsində bank təkcə kurs fərqindən 111 615,94 manat gəlir əldə etmişdir. Bütün bunlar yekunlaşdırılsa, bank vətəndaşın həm götürdüyü kredit üzrə faizlər üzrə, həm də sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir aşağıdakı kimi olmuşdur: 293000 manat kredit üzrə 62464,62 manat faiz ödənişi, 100 000 manat kredit üzrə 27410,76 manat faiz ödənişi, 100 000 ABŞ dolları kredit üzrə 11161,39 ABŞ dolları faiz ödənişi, Kreditlərin rəsmiləşdirilməsi üçün 2 % komissiya haqqı - 7860 manat, Sahibkarlıq fəaliyyətindən gəlir 111 615,94 manat. Böyük məbləğdə kredit və faiz ödənişləri edilməsinə baxmayaraq, bank yenə də müştəridən böyük məbləğdə ödəniş tələb edir. "Göründüyü kimi, yuxarıda istinad edilən audit rəyində də qarşılıqlı iddiaçı tərəfindən ödənilən pul vəsaitlərinin hansı ardıcıllıqla, hansı məqsədə (əsas borc, faiz borcu, cərimə borcu və s.) silindiyi göstərilməmişdir. Bundan əlavə, yuxarıda istinad edilən auditor rəyindən və qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi bank arayışlarından da aydın olur ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əvvəllər götürülmüş kreditlər üzrə də Banka külli miqdar faizlər ödənilmişdir. Bankla müştəri arasında mövcud olmuş davamlı kreditorborclu münasibətlərindən do göründüyü kimi, Cavabdeh1 bütün öhdəliklərini vaxtında yerinə yetirmiş və götürmüş olduğu kreditlər üzrə banka aşağıdakı məbləğləri ödəmişdir: 293 000 manat kredit üzrə 62 464,62 manat faiz ödənişi; 100 000 manat kredit üzrə 27 410,76 manat faiz ödənişi; 100 000 ABŞ dolları kredit üzrə 11 161,39 ABŞ dolları faiz ödənişi. Başqa sözlə desək, Bank tərəfindən Cavabdeh1 təqdim edilən manat kreditləri üzrə 89875,38 manat, 100 000 ABŞ dolları krediti üzrə isə 11 161,39 ABŞ dolları faiz ödəmişdir. Daha sonra Cavabdeh1 qarşıqlılı iddia ərizəsinə əlavə verərək, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, ondan qanunsuz tutulmuş cəmi 27244(iyirmi yeddi min iki yüz qırz dörd) manatdan ondan tələb olunan 25426,33 manat çıxıldıqdan sonra yerdə qalan 1817,67 manatın "xxxx" İKB ASC dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)- 164/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11850,13 manat əsas, 4215,47 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 675.1 manat əldən çıxmış fayda, ümumilikdə 16940,7 (on altı min doqquz yüz qırx manat 70 qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 260.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" İKB ASC-nə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilən mənzildən çıxarılması, qalan hissədə ilk iddianın təmin edilməməsi, Cavabdeh1 cavabdeh İddiaçı İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun isə "xxxx" MMC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət olunmuşdur. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə xx.xx.2015-ci il tarixli, 19SMEG2-4-0-427-15(Ə3) nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan əsas borcu ekspert rəyi nəzərə alınmaqla 18170,13 manat borcdan rəydə göstərilmiş 6320 manat müqavilədən kənar tutulmuş pul məbləği çıxılmaqla əsas borc məbləği 11850,13 manat məbləğində, əldən çıxmış fayda 675.1 manat müəyyən edilməlidir. Faiz borcu rəyə əsasən 4215,47 manat, cərimə borcu isə 200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş müqavilədən kənar tutulmuş 6320 manat məbləğində pulu kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas borc məbləğindən çıxmaqla əvəzləşdirmişdir. Qarşılıqlı iddia üzrə tələb olunan məbləğin qalan hissəsi məhkəmə qarşısında sübuta qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 279, 295, 386.1, 439.4, 442, 445, 448.1, 467, 470.2, 472.1, 739.1, 739.2, 1091.1 və 1091.2-ci maddələrinə; “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin qismən, Cavabdeh1 və Cavabdeh2 əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin apellyasiya qaydasında ləğv edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı X4 qətnaməni rəsmi qaydada poçt vasitəsi ilə 16 yanvar 2020-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul etmişdir. Hesab edirlər ki, qətnamə Cavabdeh1 əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas və faiz borcunun məbləğləri düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azaldılmışdır. Belə ki, işin materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış 10 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə 300000 manat və ya həmin məbləğin digər valyutalara ekvivalentini məbləğində limit ayrılmışdır. Həmin kredit xətt müqaviləsinə əsasən cavadeh bankdan müxtəlif vaxtlarda və fərqli məbləğlərdə kredit götürmüşdür. Hal-hazırda məhkəmədə mübahisələndirilən 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi ilə illik 28% olmaqla 12 ay müddətinə Cavabdeh1 50000 manat məbləğində kredit verilmiş və 21 fevral 2017-ci il tarixli əlavə sazişə əsasən kredit müddəti 21 fevral 2018-ci il tarixədək uzadılmışdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi Bank Cavabdeh1 25 avqust 2015-ci il tarixli 50000 manat məbləğində olan kredit müqaviləsi üzrə borcu tələb etdiyi halda məhkəmə ekspert rəyinədə göstərilən Cavabdeh1 bank qarşısında olan digər öhdəliklərinə 2013-cü il tarixdə silinmiş məbləğləri hazırda məhkəmədə mübahisələndilən 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borc məbləğinə aid edərək, həmin məbləği 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcdan silərək, bankın tələb etdiyi əsas borc məbləğini azaldılmışdır. Bundan başqa Cavabdeh1 bankdan aldığı 50000 manat məbləğində kredit borcu üzrə ödənişləri qrafıkdən kənar gecikmələrlə ilə aparmışdır. Belə ki, Cavabdeh1 banka 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcundan isə 13465.86 manat ödəniş edməklə, əsas və faiz borcu üzrə sonuncu ödənişi 03 may 2017-ci il tarixdə etmişdir. Belə olan halda, cavabdehin əsas borcu məbləği 11850,13 manat və faiz borcu məbləği 4215,47 manat təşkil edə bilməz. Məhkəmənin cavabdehin əsas və faiz borcunun məbləğinin 11850,13 manat və faiz borcu məbləği 4215,47 manat müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 50000 manata münasibətdə müəyyən edilməlidir. Göründüyü kimi məhkəmə əsasız olaraq Cavabdeh1 banka olan əsas borc məbləğini və faiz borc məbləğini azaltmışdlır. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhkəməyə müraciət etsələr də vəsatətləri təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Qeyd olunanlara əsasən hesab edirlər ki, iş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 200 manat məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutlara düzgün və qanuni qiymət verilməmişdir,məhkəmə iddiaçı ilə onun qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə araşdırması zamanı da onun qarşılıqlı iddia tələbinin haqlı olduğu araşdırlmış mötəbər sübutlarla sübut olunmuşdur. Belə ki, məhkəmə baxışında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir, qeyd olunan kredit müqavilələri üzrə ödənişlərin edilməsi, faizlərin və digər tutmaların aparılması bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən araşdırılmışdır. Həmin məsələ ilə əlaqədar məhkəməyə daxil olmuş ekspert rəyində göstərilmişdir ki, 1-ci müqavilə üzrə İddiaçı İKB ASC tərəfindən 6320 manat silinmişdir, lakin bu, müqavilədə öz əksini tapmamışdır. Buradan da görünür ki, iddiaçı bank tərəfindən həmin 6320 manat ondan qanunsuz olaraq tutulmuşdur. Cavabdeh bankın onunla kredit müqaviləsini illik 28 faizdən faiz ödəmək şərti ilə bağladığını, bundan sonra da həmin müqaviləyə əlavə, daha sonra isə həmin müqavilənin davamı kimi əlavə kredit sazişi rəsməldirildiyini bildirmişdir.Yəni cavabdehin ondan qanunsuz tutduğu həmin 6320 manatı sonrakı müqavilələrlə özünə rəsmləşdirərək hər il üçün 28 faizdən ondan pul tutulduğunu qeyd etmişdir. Hesab edir ki, iddiaçı bank həmin məbləğin qanunsuz tutulması ilə və həmin məbləği sonrakı müqavilələrdə 28 faizdən yenidən ona qaytarmaqla cinayət etmişdir. Məhkəmə tərəfindən həmin cinayətlə əlaqədar aidiyyətli orqanlara məlumat verilməli olduğunu qeyd etmişdir.Birinci instansiya məhkəməsi tərəfindən bu məsələ də əsassız olaraq, öz həllini tapmamışdır. Ona görə də həmin məbləğ məhkəmədə iddia qaldırılanadək-yəni 2018-ci ilədək illik 28 faizdən hesablanmaqla mənə qaytarılmalı idi.Həmin 6320 manatın beş il müddət üçün 28 faizi (6320x28): 100=1769,6 manat.Həmin məbləği beş il üçün hesablayanda (1769,6x 5)= 8848 manat edir. Bunun da üstünə 6320 manatı gəldikdə 15168 manat məbləğ alınır ki həmin məbləğ tələb olunan ümumi məbləğdən çıxılmalı idi. Lakin məhkəmə şikayət olunan qətnamədə işin bu mühüm əhəmiyyət kəsb edən halına heç bir münasibət bildirməmişdir. Eyni zamanda məhkəməyə daxil olmuş həmin rəydən görünür ki, müqavilənin müddəti bitəndən sonra -yəni xx.xx.2017-ci ildən sonra ondan 4216 manat məbləğində pul tutulmuşdur. Belə ki, o, xx.xx.2017-ci il tarixdə cavabdehə rəsmi ərizə verərək, müqavilənin müddətinin bitdiyini xatırlamış və xahiş etmiş ki, faizlərin tutulması dayandırılsın. Lakin, ekspertin rəyindən də görünür ki, müqavilənin müddəti bitəndən sonra ondan faiz kimi 4216 manat məbləğində pul tutulmuşdur. Qanunun tələbinə görə müqavilənin müddəti bitdikdən sonra faizlər hesablana bilməz. Məhkəmə ilkin iddiaçının iddia tələbini qismən təmin edərkən həmin halı da nəzərə almamışdır və bununla əlaqədar məsələyə qətnamədə heç bir münasibət bildirməmişdir. Qətnamə qəbul edilərkən ondan qanunsuz tutulmuş cəmi 15168 manat məbləğ və cavabdehdən qanunsuz olaraq komissiya haqqı kimi tutulmuş 4200 manat əsassız olaraq, nəzərə alınmamışdır. Onun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş mənzilinin ilkin satış qiymətinin 260.000 manat dəyərində müəyyən edilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticənin birmənalı olaraq, əsassız olması ilə əlaqədar qeyd edir ki, əvvəla o, həmin mənzili 2010-cu ildə 330.000 manata almış ki,o vaxtkl qiymətlə mənilzin dəyəri 420.000 ABŞ dolları edir.Məhkəmə həmin ilkin satış qiymətini iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında müəyyən etmişdir. Bildirir ki,eyni zamanda mütəxəssis rəyindən də görünür ki, firma mənzilə ümumiyyətlə baxış keçirmədən, mənzilin hətta sahəsini belə göstərmədən ağlına gələn qiyməti rəyində qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)-164/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq öz qətnaməsini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmışdır. İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyən olunmadan ondan tutulmasını, ona məxsus mənzilin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qətnamədən eyni zamanda "xxxx" ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5125/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə iş üzrə iddiaçı "xxxx" ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsi - Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsi, 80 “D” saylı evin 11 saylı mənzilinin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 4 otaqlı mənzilin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə mənzilin satış qiymətinin həmin məbləğdə olması barədə nəticəyə gələrkən işin 89-94-cü səhifələrində olan "xxxx" MMC tərəfindən verilmiş 20 sentyabr 2018- ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəyə görə mənzilin bazar qiyməti 260.000 manat təşkil edir. İşdən göründüyü kimi cavabdehə məxsus mənzilin ilkin satış qiyməti müəyyən olunarkən mənzilə baxış keçirilməmiş, orada təmir işlərinin aparılması yoxlanılmamış, mənzilin qiyməti səthi aparılmış tədqiqat əsasında verilmişdir. Halbuki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və işin 239-cu səhifəsində olan maliyyə arayışından görünür ki, ona məxsus mənzil "xxxx" MTK-ya məxsus yaşayış binasında yerləşməklə həmin mənzilə görə cavabdeh tərəfindən MTK-ya 375.000 manat ödənilmişdir. Qiymətləndirmə rəyi işin həmin hallarına qiymət verilmədən və əmlaka baxış keçirilmədən verildiyindən, kollegiya hesab etmişdir ki, həmin rəy “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə cavab vermir. Göstərilən rəy əmlakın ilkin satış qiymətinin onun likvid qiymətinə uyğun olması barədə qəti nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab etmişdir ki, əmlakın likvid dəyərinin müəyyən olunması üçün yeni qiymətləndirmənin keçirilməsi zəruridir. Bank faiz və cərimə borcuna aid hissələrdə qətnamə ilə razılaşmasa da, qətnamənin həmin hissədə qanunsuz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kredit borcunun məbləği ilə əlaqədar nəticəyə gələrkən iş üzrə aparılmış ekspert rəyinə əsaslanmış, cərimənin məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə azaltmışdır. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması imkanını nəzərdə tutan Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiya məhkəməsində hazırki icraat Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh-apellyator kollegiyanın iclası barədə lazimi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Naftalan şəhərində sanatoriyada müalicə aldığını bildirib bu barədə müvafiq sənədləri ərizəsinə əlavə etsə də, məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh hazırki iş üzrə vəkillə təmsil olunur və apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclaslarında cavabdeh vəkillə birgə iştirak edərək apellyasiya şikayətlərinə dair mövqelərini bildirmişlər. Vəkil məhkəmə iclasının təxirə salınmasına dair müraciət etmədiyi üçün təyin edilmiş məhkəmə iclasında iştirak edə bilərdi. Məhkəmə kollegiyası prosessual qənaət prinsipindən çıxıb edərək cavabehin vəkili olduğu və onun da üzürlü səbəb olmadan iştirak etməməsini, eləcə də iş üzrə süründürməçiliyin qarşısını almaq üçün hesab edir ki, hazırki vəziyyətdə işə baxılması mümkündür. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının cavabdehin apellyasiya şikayəti üzrə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.2. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. 319.3. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Qanun: 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, hazırki apellyasiya baxışının predmeti Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən yalnız ipoteka predmetinin ilkin satış qiyməti hissəsi təkil edir. İş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin iclasında tədqiq edilmiş: - İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 19-S-1- 0-698-13(İ) nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 28 % olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 300000 manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - xx.xx.2015-ci il tarixli, 19-SMEG2-04-427-15 nömrəli kredit müqaviləsindən görünür ki illik 28 % olmaqla, 12 ay müddətinə 50000 manat məbləğində pul Cavabdeh1 verilmişdir. - xx.xx.2013-cü il tarixli, 19-S-1-0-698-13(İ) nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. - Həmin müqavilənin 2.6-cı maddəsinə əsasən ipoteka predmeti olan mənzil faktiki olaraq ipoteka qoyanın istifadəsində saxlanıldığını qeyd edir. - Həmin müqavilənin 3.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əmlak 234.000 manat məbləğində qiymətləndirilmişdir. - "xxxx" MMC-nin 24 sentyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 260.000 manat məbləğində təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Qanuna əsasən ipoteka müqaviləsində qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. İlkin satış qiyməti dedikdə bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiyməti başa düşülür. Həmçinin həmin Qanunun tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi öz mövqeyini 24 sentyabr 2018-ci il mütəxəssis rəyi ilə əsaslandırsa da, həmin rəydən görünür ki, rəy verilərkən mübahisə predmeti olan evə faktik olaraq baxış keçirilməmiş, rəy nəzəri biliklər əsasında verilmişdir. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq kollegiya tərəfindən ipoteka predmetinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin nə qədər təşkil etdiyini müəyyənləşdirmək məqsədilə xx.xx.2021-ci il tarixdə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin ƏEM/M 62-235/22 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin bazar dəyəri 360000 manat, likvid dəyəri isə 324000 manat təşkil edir. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin nə qədər təşkil etdiyini müəyyənləşdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648- 9/2860 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin bazar dəyəri 468000 manat, likvid dəyəri isə 445000 manat təşkil edir. Həmin rəydən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli mənzil üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün tədqiq olunan mənzilə ekspertlər tərəfindən baxış keçirilmiş, mənzilin faktiki vəziyyəti öyrənilmiş, müvafiq ölçü işləri aparılmış və zəruri məlumatlar əldə edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzil yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşir. Mübahisəli mənzil üzrə bir dəhlizin, bir ayaqyolunun, bir hamamın və bir mətbəxin olduğu, dörd yaşayış otağının olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilə giriş-çıxışın pilləkən qəfəssəsinə açılan qapı vasitəsilə olduğu müşahidə edilmişdir. Mənzilin təmirinin yaxşı vəziyyətdə olduğu, mənzildə faktiki olaraq yaşayış olduğu müşahidə edilmişdir. Tədqiq olunan mənzilin yerləşdiyi ərazinin yaxınlığında şadlıq saraylarının, park, ticarət və müxtəlif təyinatlı iaşə obyektlərinin olduğu müşahidə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi bu hissədə əsaslı olmamışdır, ona görə də qətnamə ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiyməti mübahisə predmetinə faktiki baxış keçirilərək verilmiş ekpert rəyinə uyğun olaraq 445.000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, işin materiallarında 239-cu səhifəsində olan maliyyə arayışından görünür ki Cavabdeh1 tərəfindən ona məxsus mənzil "xxxx" MTK-ya məxsus yaşayış binasında yerləşməklə həmin mənzilə görə cavabdeh tərəfindən MTK-ya xx.xx.2010-cu ildə 375.000 manat ödənilmişdir. "xxxx" MMC-nin rəyi həmin evin likvid dəyəri 324000 manat təşkil etməsi göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, 2010-cu ildən hazırki vaxta kimi daşınmaz əmlakların dəyəri azalan deyil artan xətt olduğundan bu məbləğdə mənzilinin ilkin satış qiymətinin müəyyən olunması ağlabatan deyildir. Məhkəmə kollegiyası mütəxəssislərin rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648-9/2860 saylı xx.xx.2023-cü il tarixli rəyi arasında mübahisəli mənzilin likvid dəyəri ilə bağlı kəskin ziddiyyət olduğu üçün vəsatət əsasında təyin edilərək keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648-9/2860 saylı xx.xx.2023-cü il tarixdə verdiyi rəyi hazırki iş üzrə sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində rüsumun 100 manatı iddiaçıdan, 100 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində rüsumun 50 manatı iddiaçıdan, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393, və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İş üzrə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)- 164/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X8 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin ilkin satış qiyməti 445.000 manat məbləğində müəyyən edilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 manat məbləğində rüsumun 100 manatı iddiaçıdan, 100 manatı isə Cavabdeh1 tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində rüsumun 50 manatı iddiaçıdan, 50 manatı isə cavabdeh S. .Teymurovdan tutularaq dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabir Bəhrəmzadə