Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-3/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdeh1, onun vəkili Vəkil iştirakları ilə, İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi; İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddiaları üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh6 birgə qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə və tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzilinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları (mənzildən köçürülmələri və rəsmi pasport qeydiyyatının ləğv edilmələri) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı1 ASC-nin arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 846 saylı kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 8% ödəmək şərtilə 450000 ABŞ dolları məbləğində və xx.xx.2012-ci il tarixli, 985 saylı kredit nüqaviləsinə əsasən 24 ay müddətinə illik 18% ödəmək şərtilə 75000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən, kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi lə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə xx.xx.2012-ci il tarixdə edilmiş 1 saylı əlavəyə əsasən, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili və tam mülkiyyət hüququ üzrə Cavabdeh5 məxsus olan, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili İddiaçı1 ASC- nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka Müqaviləsinə əlavə notarial qaydada təsdiq olunmuş və AR DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh7 və Cavabdeh6 ilə aramızda bağlanmış zaminlik müqavilələrinə əsasən, onlar borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürüblər. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin banka xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcu yaranmışdır. Məhkəmə baxışı dövründə İddiaçı1 ASC iddia tələbinin dəyişdirilməsi barədə xx.xx.2018-ci il tarixdə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh7 və Cavabdeh6 müştərək qaydada İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinə əsasən 196189,19 ABŞ dolları əsas, 108424,09 ABŞ dolları faiz olmaqla, cəmi 304613,28 ABŞ dolları və xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsinə əsasən 74975 ABŞ dolları əsas, 21833,79 ABŞ dolları faiz olmaqla, cəmi 96808,79 ABŞ dolları borcun, ümumilikdə 401.422,07 ABŞ dolları məbləğində borcun, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaitin tutulması, tələbin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlak satıldıqdan sonra mənzildə qeydiyyatda olan və ya yaşayan şəxslərin mənzildən ən geci 1 ay ərzində çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh İddiaçı1 ASC-də olan bank hesabından əsassız hesablanmış 401422,07 ABŞ dolları məbləğində borc vəsaitinin silinməsi, dəymiş maddi zərərin əvəzi olaraq, 283223,14 ABŞ dolları məbləğində vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilində yerləşən əmlakın girovdan azad edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə tələb edilən sənədlərin ona təqdim edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2011-ci ildə işi ilə əlaqədar ona pul vəsaiti lazım olmuşdur. Belə ki, o, qısa müddət öncə Cavabdeh6 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs öncə ona birgə bizneslə məşğul olmağı təklif etmişdir. Daha sonra o, rəsmi olaraq bacısının əri Cavabdeh5 adına reyestrdə qeydiyyatdan keçsə də, faktiki olaraq isə özünə məxsus olan Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i almağı ona təklif etdi. Mənzilə baxaraq bəyənmiş, lakin həmin dövrdə maddi imkanı daşınmaz əmlakın dəyərini birdəfəyə ödəməyə imkan verməmişdir. Bu səbəbdən də alqı-satqı üçün razılaşdığı 170000 ABŞ dollarını hissəvi ödəməli idi. Qısa müddət ərzində onun tərəfindən Babaşovaya 120000 ABŞ dolları ödənildi. Bundan sonra Babaşova onun adına tam səlahiyyətli etibarnamə vermişdir. Etibarnaməni aldıqdan sonra o, həmin mənzildə təmir aparmış və qızı ailəsi ilə ora köçmüşdür. Lakin qısa müddət sonra Babaşova yerdə qalan 50000 ABŞ dollarını istəmişdir. Maddi imkanı olmadığı üçün o, kredit götürməli olmuşdur. Bu məqsədlə elə tanışı Cavabdeh7 vasitəsi ilə cavabdeh "xxxx" ASC-yə müraciət etmişdir. Orada şərtlərlə tanış olaraq, 450 000 ABŞ dolları miqdarında pul vəsaitinin alınmasına razılıq vermişdir. Belə ki, həmin dövrdə ona bizneslə məşğul olmaq üçün əlavə vəsait tələb edilirdi. Bunun üçü də yuxarıda qeyd edilən miqdarda vəsait götürmüşdür. Bildirmişdir ki, o, cavabdeh təşkilatdan kredit almaq üçün razılaşmağına əsasən həm Babaşovadan aldığı Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i, həm də paylı mülkiyyətində olan İ.Dadaşov küçəsi ev 50, mənzil 83-ü də girov qoymalı idi. Beləliklə xx.xx.2011-ci il tarixdə onunla cavabdeh "xxxx" ASC arasında 846 saylı Kredit Müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən ona 450000 ABŞ dolları birdəfəlik kredit ayrılmışdır. Həmçinin elə həmin tarixdə Cavabdeh7 ilə 846 saylı Zaminlik Müqaviləsi imzalandı. Həmçinin yuxarıda qeyd edilən məbləğin alınması üçün yuxarıda ünvanları qeyd edilən mənzillərə dair xx.xx.2011-ci il tarixdə 846 saylı İpoteka Müqaviləsi imzalanmışdır. Rəsmiləşdirmə bitdikdən sonra cavabdeh təşkilat tərəfindən ona müvafiq məbləğ ödənilmişdir. Bankda işini bitirdikdən sonra o həmin məbləğdən 50 000 ABŞ dolları Babaşovaya verilmişdir. Lakin elə o zaman onunla Aygün arasında narazıçılıq yaranmışdır. Belə ki, o mənzilin dəyərinin 170000 ABŞ dolları deyil, 250 000 ABŞ dolları olduğunu bildirmişdir. Bir müddət danışıqlardan sonra məcburiyyət qarşısında evi 220 000 ABŞ dollarına almağa razılıq vermişdir. Beləliklə bankdan aldığı vəsaitdən Babaşovaya daha 100 000 ABŞ dolları ödəmişdir. Həmin dövrdə artıq aldığı mənzil ipoteka müqaviləsi ilə yüklü edildiyi üçün öz adına rəsmiləşdirə bilməmişdir. Bildirmişdir ki, qısa müddət ərzində tərəfindən götürdüyü kredit məbləğindən 376 000 ABŞ dolları ödənilmişdir. Vaxtından öncə ödəniş etdiyindən cavabdeh təşkilat tərəfindən ona 75000 ABŞ dolları məbləğində yeni kredit xətti açıldı. Bundan sonra onunla cavabdeh təşkilat arasında xx.xx.2012-ci il tarixli 985 saylı Kredit Müqaviləsini imzalanmış və vəsait alınmışdır. İkinci müqavilədən sonra da ödənişləri vaxtında aparılmışdır. Artıq işləri ilə əlaqədar 1 ay ərzində yerdə qalan kredit borcunu, yəni 196000 ABŞ dollarını ödəmək istəmişdir. Bu məqsədlə də Babaşovanı görüşə dəvət edərək, qısa müddət sonra mənzili rəsmiləşdirməyə gedəcəyini demişdir. Lakin bu görüşdə Babaşova onun mənzilinin dəyərinin 220000 ABŞ dolları deyil 400 000 ABŞ dolları olduğunu demişdir. Bundan sonra aralarında narazılıq baş verdi. Sonda belə razılaşmışlar ki, o, dərhal onun banka olan 196 000 ABŞ dolları borcunu ödəyəcək və o, mənzili ona təhvil verəkdir. Yerdə qalan ona borcunuda bir müddət sonra qaytaracaq. Banka ödənişi isə 15 gün ərzində ödəməyi öhdəsinə götürmüşdür. Əliyev Vüqarın təklifi ilə Babaşova onun kreditinə dair zaminlik müqaviləsi imzalamalıdır. Babaşova ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə xx.xx.2011-ci il tarixli 846 saylı Kredit Müqaviləsinə aid 846/01 saylı Zaminlik Müqaviləsi bağlanmışdı. Müqavilənin üzərindən 15 gün keçdikdən sonra o, "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X10 ilə əlaqə saxlayaraq, Babaşovamn kreditit ödəyib ödəmədiyini soruşmuşdur. Vüqar Əliyevin verdiyi cavaba əsasən Babaşova artıq 196000 ABŞ dollarını artıq ödəmişdir. Bundan sonra o, artıq kreditimin bağlandığını anlamışdır və bu məsələ ilə artıq maraqlanmamışdır. Üzərindən 2 ilə yaxın müddət keçdikdən sonra yəni 24 dekabr 2014-cü il tarixdə ona cavabdeh təşkilat tərəfindən bildiriş daxil olmuşdur. Həmin bildirişdə onun ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları borcunun olduğu bildirilirdi. Bundan sonra məsələni araşdırmaq üçün o, cavabdeh təşkilata müraciət etmişdir. Məlum olmuşdur ki, Babaşova banka heç bir vəsait ödəməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri ilə əlbir olaraq, ona xəbər vermədən bacısının ərinə məxsus olan Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-in ipotekadan azad olunması haqda rəsmi sənəd hazırlamış və mənzili digər şəxsə satmışdır. Həmçinin bank rəhbərliyi də bu qanunsuz əməldə iştirak edərək, kredit müqaviləsi bağlamış şəxsi bu barədə xəbərdar etməmişdir. Bundan sonra o, hüquq-mühafizə orqanlarına şikayətlər ünvanlamışdır. Nəticədə Cavabdeh6 və "xxxx" ASC-nin "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X10 məsuliyyətə cəlb edildilər. Beləliklə onunla müxtəlif müqavilələr bağlayaraq üzərinə öhdəlik götürmüş təşkilatın rəhbər şəxslərinin törətdiyi qeyri-qanuni əməllər nəticəsində ona külli miqdarda maddi zərər vurulmuşdur. Hesab edir ki, "xxxx" ASC tərəfindən 985 və 846 saylı müqavilələrin 6.4-cü maddəsinin tələbləri pozulmuşdur. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsləri əlbir olaraq, ona qarşı delikt törətmişlər. Delikt nəticəsində ona külli miqdarda maddi zərər dəymişdir. Belə ki, hazırda ona "xxxx" ASC əsassız olaraq, ilk müqavilə üzrə 304613,28 ABŞ dolları, ikinci müqavilə üzrə isə 96808,79 ABŞ dolları, yəni toplam 401422,07 ABŞ dolları məbləğində maddi zərər vurmuşdur. Həmçinin Ak. Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21-i o, faktiki olaraq, almışdır. Mənzilə dair tələb edilən bütün pul vəsaiti ödənilmişdir. Lakin mənzil ipoteka müqaviləsi ilə yüklü edildiyi üçün həmin dövrdə tam səlahiyyətli etibarnamə ilə mülkiyyət hüququmu dövlət reyestrində qeydiyyatdan keçirə bilməmişdir. "xxxx" ASC-nin rəhbər vəzifəli şəxsi olan "Hüquqi şəxslərin kreditləşdirilməsi" Şöbəsinin müdiri X7 hazırladığı və bankın möhürü ilə təsdiq edilmiş girovdan azad edilmə barədə sənədə əsasən faktiki sahibliyində olan daşınmaz əmlak digər şəxslər tərəfindən özgəninkiləşdirilmişdir. Beləliklə cavabdeh hüquqi şəxsin əməkdaşının törətdiyi mülki hüquq pozuntusu nəticəsində ona ikinci külli miqdarda maddi zərər dəymişdir. Həmin zərərin miqdarını isə müvafiq ipoteka müqaviləsindən müəyyən etmək olar. Belə ki, müqavilədə qeyd edildiyi kimi, "xxxx" ASC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən mənzilin qiymət qoyması aparılmışdır. Həmin təşkilatın rəyində göstərilir ki, xx.xx.2011-ci il tarixdə mənzilin real bazar dəyəri 222755 manat olmuşdur. Kreditin dolları verildiyini nəzərə alaraq, hesab edirki, yuxarıda qeyd edilən məbləğin həmin dövrə olan məzənnəsi nəzərə alınmalıdır. Belə ki, Mərkəzi Bankın xx.xx.2011-ci il tarixə olan məzənnəsinə uyğun olaraq, 0,7865 manat 1 ABŞ dollarına bərabər olmuşdur. 222755:0,7865=283223,14 ABŞ dolları. X9" ASC-nin ona ikinci dəfə vurduğu maddi zərərin miqdarı 283223.14 ABŞ dollarıdır. Yuxarıda qeyd edilənlərdən aydın olur ki, cavabdeh hüquqi şəxsin əməkdaşlarının delikti nəticəsində onun "xxxx" ASC-də olan bank hesabına əsassız 401422,07 ABŞ dolları borc hesablanmış və 283223.14 ABŞ dolları birbaşa zərər vurulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2052/2018 nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı pul tələbinə dair mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair 2(005)-8085/2017 nömrəli (yeni nömrə 2(005)-482/2018) mülki işlə bir icraatda birləşdirilib baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı1 ASC xx.xx.2018-ci il tarixdə Cavabdeh1 iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Cavabdeh1 İddiaçı1 ASC-yə qarşı əsassız borc məbləğinin silinməsi və. s tələbinə dair iddia ərizəsini aşağıda göstərilənlərə əsasən əsassız və qanunazidd hesab edir: İddiaçı öz iddia ərizəsində biznes məqsədilə cavabdehdən xx.xx.2011 -ci il tarixində 450 000 ABŞ dolları məbləğində kredit götürdüyünü və kreditin təminatı olaraq yaxın tanışı kimi İddiaçı1 ASC-yə təqdim etdiyi Cavabdeh6 yardımı ilə onun bacısının əri Cavabdeh5 mülkiyyətində olan Mirəli Qaşqay küçəsi ev 28, mənzil 21 üzrə ünvanda yerləşən mənzili etibarnamə əsasında Bankda ipoteka ilə yüklü etdiyini etiraf edir. Həmçinin digər ipoteka ilə yüklü edilmiş paylı mülkiyyətdə olan İ.Dadaşov küçəsi ev 50, mənzil 83-də yerləşən yaşayış sahəsinin də həmin kredit üzrə ipoteka ilə yüklü edilməsi üçün Banka təqdim etdiyini qeyd edir. Daha sonra isə xx.xx.2012-ci il tarixində 75 000 ABŞ dolları məbləğində kredit aldığını da etiraf edir. Daha sonra iddia ərizəsində Banka girov qoyulmuş Bakı şəhəri, Nəsimi Rayonu, X11 küçəsində yerləşən, 28 saylı evin, 21 saylı mənzili etibarnamə əsasında aldığını iddia etmiş və öz mənzili kimi Banka ipoteka ilə yüklü etdiyini, lakin daha sonra Cavabdeh6 ilə aralarında mübahisə yarandğını və onu aldatdığını və bu səbəbdən də Babaşovaya 450 000 ABŞ dolları məbləğindəki kreditə görə zaminlik müqaviləsi imzalatdığını qeyd edir. Daha sonra Cavabdeh6 ilə aralarındakı razılaşmadan və onun iddiaçıya olan əvvəlcə 220 000 ABŞ doları daha sonra isə 400000 ABŞ dolları borcundan bəhs edir. Əvvəla qeyd edir ki, Cavabdeh6 ilə aralarında olan belə bir razılaşmadan Bankın xəbəri olmamış və hətta olsa da bunun iddiaçının Banka olan borcu heç bir əlaqəsi olmamışdır. Qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən etibarnamə əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq etmir. İddiaçı cinayət nəticəsində ipoteka yüklülüyündən qanunsuz yolla azad edilmiş mənzilin mülkiyyətçisi olmamış və bu əmlak üzərində hər hansı başqa hüquqa da malik deyildir, əmlak ona yox, Cavabdeh5 məxsusdur, onun həmin mənzillə yeganə hüquqi bağlılığı mənzilin ipoteka ilə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanarkən mülkiyyətçi Cavabdeh5 adından verilmiş xx.xx.2011 tarixli saxta etibarnamə əsasında onu təmsil etməkdən ibarət olmuş, ipoteka müqaviləsini həmin etibarnaməyə əsasən Cavabdeh1 imzalamışdır. Həmçinin, ipoteka müqaviləsi bağlandıqdan sonra mülkiyyətçi dəyişmir, sadəcə əmlak üzərində yüklülük yaranır. Bu səbəbdən, kredit ödəniləcəyi təqdirdə əmlakın mülkiyyətçisi yenə də Cavabdeh5 olacağına görə mənzilin yuklülükdən azad edilməklə öz mülkiyyətinə keçirəcək biləcəyi və bu səbəbdən ona əmlakın dəyəri (222 755 manat) həddində birbaşa zərər vurulması iddiası absurddur. Hətta, Cavabdeh1 ona verilmiş etibarnamədən istifadə etməklə əmlakı öz mülkiyyətinə ala biləcəyini iddia etsə də, bu şəkildə mənzili öz adına qeydiyyatdan keçirməsi mümkün olmazdı, çünki etibarnamə əsasında təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz . Mənzilin saxta sənəd əsasında ipotekadan azad edilməsi Cavabdeh1 hər hansı formada ziyan vurmamış, sadəcə kreditin təminatsız borca çevrilməsinə səbəb olmuşdur ki, bu da yalnız Bankın mənafeyinə mənfi təsir edən haldır. Bu səbəbdən də ipoteka predmeti olan əmlakın saxta sənədlərin tərtibi yolu ilə yüktülükdən azad edilməsi ilə bağlı cinayət işində Bank da zərərçəkmiş kimi tanınmışdır. Üstəlik, Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvədə olan xx.xx.2016 tarixli ittiham hökmü ilə kreditə zamin olan Cavabdeh6 AR CM-in 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1, 320.2 (saxta sənəd hazırlama və istifadə etmə) maddələri ilə təqsirli bilinib məhkum olunduğu cinayət işi üzrə Cavabdeh1 zərərçəkmiş şəxs kimi tanınmış və sözügedən mənzilə görə onun tərəfindən 178.271 manat pulun ödənilməsi və Cavabdeh6 tərəfindən ona qarşı külli miqdarda dələduzluq cinayətinin törədilməsi halları öz təsdiqini tapmış, həmin cinayət işində Cavabdeh1 həm də mülki iddiaçı olmuş və vurulmuş ziyanın əvəzi olaraq Cavabdeh6 178.271 manat pulun onun xeyrinə tutulması qərara alınaraq, mənzillə əlaqədar Cavabdeh1 vurulmuş ziyan bərpa edilmişdir. Beləliklə bir daha məlum olur ki, hal-hazırda iddiaçının xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə yaranmış Banka olan ümumilikdə 401 422.07 ABŞ dolları məbləğində kredit borcunun özünün təbiri ilə desək, “Bank hesabından silinməli” olduğu iddiası, eləcə də ona məxsus olmayan əmlakın ipoteka ilə yüklü edilərkən müəyyən edilmiş qiymətinin həmin dövrün məzənnəsinə çevirərərək 283 223.14 ABŞ dollarının da dəymiş zərərin əvəzi olaraq ona verilməsi barədə iddiası tamamilə əsassızdır. İddiaçı1 ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bankın iddia ərizəsini müdafiə etdi, digər iddia ərizəsinin isə əsassız olduğunu bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 və onun vəkili Vəkil ayrı-ayrılıqda bankı iddia ərizəsinin rədd edilməsini, digər iddianın isə təmin edilməsini xahiş etdilər. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, bankın iddiası qismən təmin edilməli, digər iddia ərizəsi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 730 gün yəni xx.xx.2013-cü il tarixədək illik 18% ödəmək şərti ilə 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh1 730 gün müddətinə illik 18% ödəmək şərti ilə 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 və Cavabdeh7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 846 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin X8 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 846/01 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh6 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İş materiallarında olan İddiaçı1 ASC ilə Cavabdeh1 və Cavabdeh6 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 846/01 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh6 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 846 nömrəli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili və Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Qaşqay küçəsi, ev 28, mənzil 21 bank qarşısında ipotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2011-ci il tarixli 846 nömrəli ipoteka müqaviləsinə dəyişiklik edilməsi haqqında xx.xx.2012-ci il tarixli 1№-li sazişdən görünür ki, xx.xx.2011-ci il tarixli və xx.xx.2012-ci il tarixli kredit müqavilələri üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 paylı mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili və Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Akademik M.Qaşqay küçəsi, ev 28, mənzil 21 bank qarşısında ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə borcun ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, X1, X2, Cavabdeh1, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 50 nömrəli, 3 otaqlı 83 nömrəli mənzilə tutmanın yönəlməsi barədə bildiriş qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində istifadədə olan 0.04334 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 10 mərtəbəli binada, 81.4 kv.m ümumi, 53.7 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 83 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X1-1/4 hissə, X2-1/4 hissə, Cavabdeh1-1/4 hissə, Cavabdeh2-1/4 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 383 nömrəli reyestr kitabının 35732 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X6 Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində istifadədə olan 0,23237 ha torpaq sahəsində yerləşən 28 nömrəli, 14 və 17 mərtəbəli binanın B bloku 2-ci girişində, 9-cu mərtəbəsində, 161.3 kv.m ümumi, 84.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 21 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh5 adına daşınmaz əmlakın dövlət reyestrində 995 nömrəli reyestr kitabının 89430 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, X5, Cavabdeh5 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, X11 küçəsində 28 nömrəli evin 21 nömrəli mənzilini ipotekaya qoyulmasına etirazı yoxdur, razıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 4016 saylı rəyinin nəticə hissəsindən görünür ki, Birinci sual üzrə: Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2013- cü il tarixə (kredit müqaviləsinin bitmə tarixinə) banka olan borcu 207.694,13 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2013-cü il tarixə əsas borc üzrə 189.418,12 ABŞ dolları, faiz borcu üzrə 18.276,01 ABŞ dolları. İkinci sual üzrə: Cavabdeh1 oğunun xx.xx.2012-ci il tarixli 985 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2014-cü il tarixə (kredit müqaciləsinin bitmə tarixinə) banka olan borcu 102000 ABŞ dolları məbləğinə müəyyən olunur, o cümlədən. xx.xx.2014-cü il tarixə əsas borc üzrə 75.000,00 ABŞ dolları, faiz borcu üzrə 27.000,00 ABŞ dolları. Üçüncü və dördüncü sual üzrə: iş materiallarında olan xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsi üzrə ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ümumilikdə xx.xx.2013-cü il tarixədək (sualda göstərilən tarixə) 324047,85 ABŞ dolları məbləğində ödəniş aparılmışdır və Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2013-cü il tarixədək (sualda göstərilən tarixə) banka olan borcu 193.703,90 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2013-cü il tarixə əsas borc üzrə 189.418,12 ABŞ dolları, faiz borcu üzrə 4.285,78 ABŞ dolları. Beşinci və altıncı sual üzrə: xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsi üzrə ödəniş qəbzlərindən, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ümumilikdə xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (sualda göstərilən tarixlər) 25.310,00 ABŞ dolları məbləğində ödəniş aparılmışdır və Cavabdeh1 tə'əfindən banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, hesabdan çıxarış və xx.xx.2011-ci il tarixli 846 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək (sualda göstərilən tarixlər) banka olan borcu 230.878,01 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2014-cü il tarixə əsas borc üzrə 189418,12 ABŞ dolları, faiz borcu üzrə 41459,89 ABŞ dolları. Aparılmış tədqiqatın dəyəri 145 (bir yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-74/2021 saylı, 01 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X4, X3, Cavabdeh4 cavabdehlər İddiaçı1 ASC-nə, Cavabdeh1 və 5 saylı dövlət notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5647 saylı rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2011-ci il tarixli, 846 №-li kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş qəbzləri; cari hesabdan çıxarış; titul vərəqəsi məlumatları; 26 sentyabr 2011-ci il tarixli, 846 kredit müqaviləsinin şərtləri və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı1 ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2013-cü il tarixə (müqavilə müddətinin sonuna) 228.334,07 USD: əsas borc üzrə 196.500,15 USD, faiz borcu üzrə 31.833,92 USD xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) 353.338,12 USD əsas borc üzrə 196.500,15 USD, faiz borcu üzrə 156.837,97 USD xx.xx.2012-ci il tarixli 985 №-li kredit müqaviləsi üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş qəbzləri; cari hesabdan çıxarış; titul vərəqəsi məlumatları; 11 aprel 2012-ci il tarixli, 985 saylı kredit müqaviləsinin şərtləri və AR Mərkəzi Bankının bank uçot dərəcəsi nəzərə alınmaqla Cavabdeh1 İddiaçı1 ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2014-cü il tarixə (müqavilə müddətinin sonuna) 78.290,00 USD: əsas borc üzrə 75.000,00 USD, faiz borcu üzrə 3.290,00 USD. xx.xx.2022-ci il tarixə (qərardadın tarixinə) 127.843,13 USD: əsas borc üzrə 75.000,00 USD, faiz borcu üzrə 52.843,13 USD. Qeyd edilir ki, rəylər arasındakı fərqə səbəb xx.xx.2019-cu il tarixli, 4016 №-li ekspert rəyi ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarına əsasən, xx.xx.2022-ci il tarixli, 9/5647 №-li ekspert rəyi isə ödəniş qəbzləri, cari hesabdan çıxarış və titul vərəqəsi məlumatlarına istinad edilərək tədqiqat apanlaraq hesablanmışdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat məbləğində müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7021-9/7792 saylı rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küşəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 125.000 manat və likvid dəyəri təqribən 113.000 manat məbləğində müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat məbləğində müəyyən edilmişdir; Məhkəmə ilk növbədə ilkin iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ASC Cavabdeh1 xx.xx.2011ci il tarixli 846 nömrəli kredit müqaviləsinə əsasən 730 gün müddətinə illik 18% ödəmək şərti ilə 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində, xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsinə əsasən 730 gün müddətinə illik 18% ödəmək şərti ilə 75.000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı, Cavabdeh7 arasında xx.xx.2011ci il tarixli 846 nömrəli və Cavabdeh6 ilə xx.xx.2013-cü il tarixli 846/01 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Hər iki zaminlik müqaviləsi xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına dair bağlanmışdır. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dələlərlə şifahi o cümlədən yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. İmzalanmış zaminlik müqavilələrinin 3.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin həcmi “Borcalan”ın kredit müqaviləsi üzrə bank qarşısında yaranmış öhdəliyi həcmindədir. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin 3.1-ci bəndinin şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsi və zaminlik konkret müddət təyin edilməklə verilmişdir və buna görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, 730 gün ərzində, yəni xx.xx.2013-cü il tarixədək ödənişi tam həcmdə həyata keçirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər Cavabdeh7 və Cavabdeh6 birgə və eyni həcmdə məsuliyyət daşısa da, iddiaçı zaminlərə qarşı müvafiq olaraq xx.xx.2014-cü il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də İddiaçı1 ASC-nin zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh7 və Cavabdeh6 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminlərin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh7 və Cavabdeh6 aid hissədə rədd edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqavilələri üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlik icra edilməmiş, iddiaçıya olan borcu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədikləri bütün hallar üçün müştərək qaydada cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/5647 saylı ekspert rəyini nəzərdən keçirərək hesab edir ki,xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsinə münasibətdə əsas borc 196189,19 ABŞ dolları, faiz borcu 31.833,92 ABŞ dolları olmaqla, ümumilikdə 228.023,11 ABŞ dolları; xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsinə münasibətdə əsas borc 74975 ABŞ dolları, faiz borcu 3.290 ABŞ dolları olmaqla, ümumilikdə 78265 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, İddiaçı1 ASC “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı1 ASC (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını tələb edir. İş materiallarından görünür ki, xx.xx.2011-ci il tarixli, 846 №-li ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili ipotekaya qoyulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı və mənzil açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzində boşaldılmalıdır. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak qiymətləndirmə fəaliyyətinin obyektidir; 7-ci maddəsinə əsasən qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər; 8-ci maddəsinə görə də qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxıla bilər. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti əmlakın qiymətləndirilməsi ekspertizası ilə müəyyən olunmuş məbləğdə, yəni likvid dəyəri 113.000 manat (iki yüz əlli min) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Belə ki, mülki işin araşdırılması zamanı mühasibatlıq ekspertizası təyin edilmiş və nəticədə Cavabdeh1 banka qalıq borcu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə Cavabdeh1 iddia ərizəsinin əsassız olduğunu sübuta yetirir. Məhkəmə qeyd edir ki, borc öhdəliyinin mövcud olması və həmin mövcudluq məhkəmə araşdırması zamanı öz hüquqi təsdiqini tapdığından borc vəsaitinin silinməsi və maddi zərərin ödənilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 ASC-nin xeyrinə, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 295 (iki yüz doxsan beş) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 ASC-nin iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2011-ci il tarixli 846 nömrəli kredit müqaviləsinə münasibətdə 196.189,19 ABŞ dolları əsas borc, 31.833,92 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 228.023,11 ABŞ dolları; xx.xx.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsinə münasibətdə 74.975 ABŞ dolları əsas borc, 3.290 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 78.265 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) məbləğində borc, iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu, bank xərci və xidmət haqqı olaraq ödənilmiş 52 manat məbləğində vəsait İddiaçı1 ASC-nin xeyrinə tutulsun. Tələb cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətində olan, Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinə yönəldilsin və ipoteka predmetinin ilkin satış qiyməti 113.000 (bir yüz on üç min) manat müəyyən edilsin. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili açıq hərracdan satılsın, əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilsin. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzilinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait paylara uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılsın. Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən, 50 saylı evin, 83 saylı mənzili açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində boşaldılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 ASC-nə qarşı borc vəsaitinin silinməsi, maddi zərərin ödənilmsi və sənədlərin təqdim edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 295 (iki yüz doxsan beş) manat vəsait Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-3/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-3/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver