Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2915/2023 06.07.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı "Asan Xidmət" X4nə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı "Asan Xidmət" X4nə qarşı “ölüm faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası xx.xx.1954-cü il təvəllüdlü X5 xx.xx.2023-cü il tarixdə vəfat edib. Vəfat etdikdən sonra ona ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Belə ki, ərizəçi bu məqsədlə aidiyyəti üzrə qeydiyyat şöbəsinə müraciət etmiş oradan isə xx.xx.2023-cü il tarixli müvafiq imtina məktubu verilməklə ona məsələnin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə ki, qeydiyyat şöbəsi tərəfindən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Odur ki, ölüm faktını təsdiq edən sənədin olmaması nəzərə alınaraq, qeydiyyat şöbəsi tərəfindən ərizə təmin edilməmişdir. Göstərilənlərə əsasən ölüm faktının müəyyən edilməsi üçün məhkəmədən qətnamə çıxarılması xahiş edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı "Asan Xidmət" X4 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərək, əizəyə dair etirazlarının olmamasını məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan keçirilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirir ki, xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdə yatmış vəziyyətdə olarkən anası onu oyadaraq atasının səhhətinin pis olması ilə bağlı məlumat vermişdir. O, əvvəlcə atası həmin gün soyuq içki içdiyi üçün onun soyuqlamasını düşünmüşdür. Onlar dərhal TTYSna zəng etmişlər, bir qədər sonra həkimlər gəldikdə artıq atası keçinmişdir. Bu səbəbdən çağırışa gələn TTYS-nın həkimləri ilkin qeydiyyatı həkimə qədər ölüm faktı kimi aparmışlar. Əlavə olaraq qeyd edir ki, atasının səhhəti ilə bağlı qəfləti ölümünə görə şikayəti yoxdur, belə ki, atasının 69 yaşı olmasına baxmayaraq, kifayət qədər yaşlanmışdır. Daha sonra atası həmin tarixdə Sulu-təpə qəbiristanlığında dəfn olunmuşdur. Atasının tibbi qeydiyyatı olmadığından ölüm haqqında şəhadətnamənin alınması mümkün olmamışdır. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını və ölüm faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 0858 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən edilir ki, X2 adına Yasamal rayonu, Yeni Yasamal 1, ev 12, mənzil 13 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm, 69 yaşlı kişi meytinin olması qeyd edilmişdir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə Mərkəzi X8 39 saylı şəhər poliklinikasının xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, ünvan 1 ünvanında yaşamış xx.xx.1954-cü il təvəllüdlü X2 poliklinikaya sonuncu müraciəti xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır, lakin ölümünə səbəb ola biləcək xəstəlik aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixdə təcili yardım çağırılmış, lakin xəbərdarlıq vərəqəsində ölüm səbəbi qeyd edilmədiyi üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş, “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan 3 saylı Bakı "Asan Xidmət" X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3/16-5/8-A/15-1406/2023 nömrəli məktuba əsasən müəyyən edilir ki, X2 ölümü haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümünün qeydiyyata alınması imkan xaricindədir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Xocəsən bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumata əsasən müəyyən olunur ki, X5 həqiqətən xx.xx.2023-cü il tarixdə “Sulu-Təpə” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində bildirmişdir ki, mərhumun həyat yoldaşıdır. Mərhumun xəstəliyi ilə bağlı bildirir ki, mərhum həyat yoldaşının mədə altı vəzisində, mədəsində xorası var idi, on iki barmaq bağırsağından neçə illərdir ki, əziyyət çəkirdi. Bu xəstəlikləri ilə bağlı 2-ci qrup əlil idi. Mərhum həyat yoldaşı vəfat edən gün o, işdən gəlmişdi, mərhum ona çox üşüdüyünü bildirib, o da bunun mərhumun soyuq nələrsə yediyindən ola biləcəyini düşünüb. Həmişə o cür ağrıları olan zaman həkim çağırmağa qoymazdı, lakin mərhum bu dəfə bildirib ki, “ona nəsə olacaq, o üşüyür, ağrıları var və həkim çağırmaq lazımdır.” Təcili yardım çağırıb, onlar gələndə artıq mərhum vəfat edib. Qeyd olunur ki, Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Lakin “Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, hazırki iş üzrə dövlət rüsumu ödənilmədiyindən məhkəmə tərəfindən hüquqi qiymət verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə, Bakı şəhərində, ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-2915/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2915/2023
06.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver