Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2924/2024 04.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Ərizəçi X1, maraqlı şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi X1 “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X2 “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2024-cü ildə məhkəməyə müraciət edərək, anası xx.xx.1949-cu ildə Yardımlı rayonunda doğulmuş X3 xx.xx.2024-ci ildə Abşeron rayonunda ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsinə dair qətnamə qəbul etmişdir. Ərizəçi ərizəsində “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsini və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi X2 məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, anası xx.xx.1949-cu ildə Yardımlı rayonunda doğulmuş X5 ünvan 1 ünvanda qeydiyyatda olsa da, onunla birlikdə Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 “Baxçalı evlər” yaşayış massivi bina 10B mənzil 23 ünvanda yaşamışdır. xx.xx.2024-cü il tarixdə anasının vəziyyəti pisləşmişdir. O, anası üçün təcili tibbi yardım çağırsa da, təcili tibbi yardım briqadası gələnədək anası vəfat etmişdir. Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsində də ölümün ilkin səbəbi qrafasında həkimə qədər ölüm qeyd edilmişdir. Anası Bakı şəhərində Ümumşəhər (Qurd qapısı) qəbristanlığında dəfn etmişlər. Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün xx.xx.2024-cü il tarixli ərizə ilə maraqlı “Abşeron Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə müraciət etmişdir. Xəstəxana xx.xx.2024 tarixli məktubla anasının ölüm səbəbi məlum olmadığını və tibb müəssisəsində tibbi kartası olmadığına görə anasının adına ölüm haqqında tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Ölümün başqa qaydada təsdiq edilməsi mümkün deyil. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizə ilə bağlı bildirdi ki, həqiqətən də xx.xx.2024-cü il tarixdə xx.xx.1949-cu il təvəllüdlü X3 adına Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 “Baxçalı evlər” yaşayış massivi bina 10B mənzil 23 ünvana çağırış daxil olmuşdur. “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Təcili və X4 Stansiyasının həkim briqadası ünvanda olmuş və X3 həkimə qədər ölməsini təsdiq etmişlər. Bu barədə xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsi vermişlər. Ərizəçi X2 anasına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün “Abşeron rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə müraciət etmişdir. Lakin mərhumun ölüm səbəbi məlum olmadığı və tibb müəssisəsində tibbi kartası olmadığı üçün imtina edilmişdir. Ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmişdir, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məktub göndərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-20/2-Q-xx-xx/2024 nömrəli məktubdan müəyyən edilir ki, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cüı bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə”, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cii və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ş.Əhədovanın ölümünün baş vermə səbəbi məlum olmadığından onun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsindən imtina edilmişdir. “Abşeron rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Təcili və X4 Stansiyasının xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, Təcili və X4 Stansiyasının həkim briqadası Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş-93 “Baxçalı evlər” yaşayış massivi bina 10B mənzil 23 ünvana xx.xx.2024-cü il tarixdə saat 01:10-də gəlmişlər, 1949-cu il təvəllüdlü X3 həkimə qədər ölməsini müəyyən etmişlər. Qadın meyitinin üzərində zorakılıq əlamətləri olmamışdır. COVİD 19 infeksiyasına görə yaxma götürülmüşdür. Bakı şəhəri İcra Hakimiyyəti MKTD-nin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin xx.xx.2024-cü il tarixli 135 nömrəli arayışından müəyyən edilir ki, X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Ümumşəhər (Qurd qapısı) qəbristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1949-cu ildə Yardımlı rayonunda doğulmuş X5 Ərizəçi doğma anasıdır. X5 xx.xx.2024-cü ildə Abşeron rayonunda ölmüşdür və Bakı şəhərində Ümumşəhər (Qurd qapısı) qəbristanlığında dəfn edilmişdir. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməni başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307- 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1949-cu ildə Yardımlı rayonunda doğulmuş X3 xx.xx.2024-ci ildə Abşeron rayonunda ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X3 adına ölüm haqqında şəhadətnamə verilməsi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-2924/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2924/2024
04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver