Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-294/2022 31.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Əlizadə Şamil Akif oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “ev və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “ev və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin üzərinə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanda inşa etdiyi çox mərtəbəli, çox mənzilli yaşayış binasından 175 kvm ərazisi olan mənzillə təmin etmək vəzifəsinin qoyulması, Cavabdeh MMC-dən 350.000 (üç yüz əlli min) manat maddi zərərin və 100.000 (bir yüz min) manat mənəvi zərərin əvəzi olaraq, cəmi 450.000 (dörd yüz əlli min) manat, 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, 15 dekabr 2009-cu ildə iddiaçı atası Balabəylə birlikdə gedərək Cavabdeh MMC-dən yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən cavabdehin tikdiyi Bakı şəhəri. Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda inşa edilən 12 mərtəbəli, bir bloklu yaşayış binasında (bundan sonra “Bina”) 12-ci mərtəbədə yerləşən 30 saylı mənzili mənzilin hər kvm-nə 2000 manat pul ödəməklə almışdır. Belə ki, aldığı mənzilin ölçüsü 175 kvm olub və o, 350.000 (üç yüz əlli min) manat pul ödəmişdir. Mənzilin pulunu cavabdehə tam ödəməyinə dair cavabdeh tərəfindən ona maliyyə arayışı verilmişdir. Həmin müqavilə ilə cavabdeh öhdəlik götürüb ki, binanı istismara verən kimi iddiaçının mənzilini təhvil verəcəkdir. Müqavilə ilə müddət müəyyən edilməmiş, müqavilənin şərti mənzillə təmin edilmə olmuşdur. Lakin, cavabdeh bu gün də öz öhdəliyini yerinə yetirməkdən əsassız olaraq imtina edir. Qeyd edilməlidir ki, cavabdehlə iddiaçının arasında öhdəliyin yaranmasına səbəb müqavilədir. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı Cavabdeh üzərinə iddiaçıya Bakı şəhəri, Yasamal rayonu. Azərbaycan prospekti 14. məhəllə 221 ünvanında inşa edilmiş çoxmərtəbəli çoxmənzilli yaşayış binasından 175 kv.m sahəsi olan mənzillə təmin edilməsi vəzifəsinin qoyulmasına dair hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, guya cavabdehdən, yəni hazırki halda Cavabdehndən 15.12.2009-cu il tarixdə müqavilə əsasında hər bir kv .m üçün 2000 manat olmaqla, ümumilikdə 350000 manata ümumi sahəsi 175 kv.m olan 12-ci mərtəbədəki 30 saylı mənzili almış və mənzilin dəyərini tam ödəyərək buna dair maliyyə arayışı almışdır. Bu xüsusatla bağlı bildirmək istəyirlər ki, iddiaçı ilə "xxxx" MMC arasında heç bir zaman müqavilə bağlanmamış və onlar tərəfindən iddiaçıya hər hansı bir mənzil satılmayaraq, ondan bu məqsədlə pul alınmamışdır. İddiaçı mənzilə görə 350000 manat ödəməsini bildirsə də, nə müqavilədə, nə də ki maliyyə arayışında mənzilin dəyəri müəyyən edilməmiş və ya ödənilmiş pulun məbləğinə dair hər hansı bir məlumat əks etdirilməmişdir. İddiaçı mənzilin ona "xxxx" MMC tərəfindən satılmasını iddia etsə də, həm 15 12.2009-cu il tarixli müqavilədən, həm də maliyyə arayışından aşkar surətdə görünür ki, müqavilə X45 ilə iddiaçı arasında bağlanmış, müqaviləni və maliyyə arayışında mənzilin dəyərinin alınıb verilməsi ilə bağlı hissəni iddiaçı ilə X46 imzalamışlar. X46 həmin müqaviləni "xxxx" MMC-nin həmtəsisçisi olaraq imzalasa da, onun təsisçi olaraq "xxxx" MMC-nin adından çıxış etmək və ya "xxxx" MMC-nin adından hansısa sənədi imzalamaq səlahiyyəti olmadığından Tahir Yusifovun müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərə görə "xxxx" MMC hər hansı bir məsuliyyət daşımır. İddiaçının istinad edərək iddia ərizəsinə əlavə etdiyi 15.12.2009-cu il tarixli müqavilədə X33 "xxxx" MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarına əsasən əvəzsiz olaraq payına verilmiş 30 saylı mənzilin iddiaçıya satılması göstərilsə də, nədənsə iddiaçı həmin qərarı satıcı olan X28 tələb etməmiş, ümumiyyətlə həmin mənzilin satıcıya məxsus olub-olmamasını araşdırmamışdır. 15.12.2009-cu il tarixli müqavilədə istinad olunan “UQS" MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarına əsasən, mübahisəli mənzilin əvəzsiz olaraq X33 payına düşməsi göstərilsə də, elə həmin qərarda 30 saylı mənzilin qeyd olunan qərar imzalanan ana qədər, yəni 29.09.2009-cu il tarixədək Tahir Yusifov tərəfindən satıldığı qeyd olunmuşdur. Yəni qərar qəbul olunan ana artıq həmin mənzilin sahibi mövcud olmuşdur (“UQS" MMC-nin təsisçilərinin 29.09.2009-cu ıl tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarı əlavə edilir). Belə ki, qeyd olunan 30 saylı mənzil 12.06.2009-cu il tarixli müqaviləyə əsasən vətəndaş /X4 ("xxxx" MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarında 30 saylı mənzilin Tahir Yusifov tərəfindən satılması göstərilərkən məhz bu hal nəzərdə tutulmuşdur) və mənzil həmin şəxsə məxsus olmuşdur (12.06.2009-cu il tarixli müqavilənin və şəxsiyyət vəsiqəsinin surətləri əlavə edilir). X12 29.01.2011-ci il tarixli ərizəsinə əsasən 30 saylı mənzilə dair 12.06.2009-cu il tarixli müqavilə ləğv edilmiş və mənzil yenidən Tahir Yusifovun sahiblik istifadəsinə qayıtmışdır (ərizənin surəti əlavə edilir). Bundan sonra Tahir Yusifov 01.02.2011-ci il tarixli müqaviləyə əsasən sahiblik və istifadəsində olan 30 saylı mənzili 21.06.2010-cu il tarixli müqaviləyə əsasən həmin binanın 3 saylı mənzilinin sahibi olan X29 ilə dəyişdirmiş və həmin müqaviləyə əsasən, 30 saylı mənzil üzərində sahiblik və istifadə hüququ Lalə Məmmədovaya 3 saylı mənzil üzərində sahiblik və istifadə hüququ Tahir Yusifova keçmişdir (21.06.2010-cu il tarixli və 01.02.2011-ci il tarixli müqavilələrin surətləri əlavə edilir). X29 da 30 saylı mənzili öz növbəsində 26.07.2017-ci il tarixli müqaviləyə əsasən X10 və hazırda da həmin mənzilin sahibi sonuncudur (26.07.2017-ci il tarixli müqavilənin surəti əlavə edilir). Qeyd etmək istəyirlər ki, həmin binanın 3-cü mərtəbəsində yerləşən 3 saylı mənzil də X33 iradəsi ilə "UQS” MMC tərəfindən ilk dəfə olaraq hələ 07.09.2006-cı il tarixdə X9 və həmin xüsusat “UQS" MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarında öz əksini tapmışdır (07.09.2006-cı il tarixli 18 saylı müqavilənin surəti əlavə edilir). X23 21.06.2010-cu il tarixli ərizəsinə və həmin tarixli müqaviləyə əsasən 3 saylı mənzil sonuncunun yaxın qohumu olan X17 adına rəsmiləşdirilmiş və sonuncu da öz növbəsində həmin mənzili yuxarıda qeyd olunan 01.02.2011-ci il tarixli müqaviləyə əsasan 30 saylı mənzillə dəyişdirmişdir (F.E.Sultanovun 21.06.2010-cu il tarixli ərizəsinin surəti əlavə edilir). Binanın 3 saylı mənzili 01.02.2011-ci il tarixli dəyişdirmə müqaviləsinə əsasən Tahir Yusifovun sahiblik istifadəsinə qayıtdıqdan sonra isə sonuncu həmin mənzili 20.04.2011-ci il tarixli müqaviləyə əsasən X3 (20.04 2011-ci İl tarixli müqavilənin surəti əlavə edilir). X18 isə 20.04.2011-ci il tarixli müqaviləyə əsasən əldə etdiyi 3 saylı mənzili 16.08.2011-ci il tarixli müqaviləyə əsasən vətəndaş X6 və hazırda həmin mənzil sonuncunun mülkiyyətindədir (16.08.2011-ci il tarixli müqavilənin surəti əlavə edilir). Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, “UQS" MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli növbədənkənar ümumi yığıncağının 01 saylı qərarının həqiqiliyi və qüvvəsi qərarın hər səhifəsində "xxxx" MMC-nin möhüründən əlavə təsisçilərinin hər ikisinin imzasının olması və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.06.2011-ci il tarixli 2(004)-330/11 nömrəli qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2011-ci il tarixli 2(103)-4314 2011 nömrəli qətnaməsi ilə dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (hər iki qətnamənin surətləri əlavə edilir). Məhkəməni tam əmin etmək istəyirlər ki, “UQS" MMC iddiaçı ilə Tahir Yusifov arasında bağlanmış 15.12.2000-cu il tarixli müqavilədən və həmin müqaviləyə əlavə edilmiş maliyyə arayışından məlumatsızdır və iddiaçı tərəfindən təqdim edilmiş həmin müqavilədə “UQS" MMC-yə məxsus möhürün hansı şəraitdə vurulması müəmmalıdır və çox güman ki, həmin müqavilədəki möhür ya saxta, yada ki, Cavabdeh MMC-nin adına qanunsuz yolla düzəldilmiş digər möhür vasitəsilə vurulmuşdur. Bu səbəbdən iş üzrə ekspertiza təyin edilməli və müqavilənin əsli iddiaçı tərəfdən tələb edilməlidir. Göründüyü kimi, iddiaçının istinad etdiyi 15.12.2009-cu il tarixli müqavilə Tahir Yusifovla bağlanarkən, sonuncunun 30 saylı mənzil üzərində sərəncam vermək hüququ olmamış, həmin mənzili dəyərini tam ödəməklə 12.06.2009-cu il tarixli müqaviləyə əsasən X19 həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda Tahir Yusifovun ona məxsus olmayan əşva (mənzili barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və konstitusiya Məhkəməsi Plenumunun 25.10.2010-cu il tarixli qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. İddiaçı Cavabdehndən maddi zərərin əvəzi olaraq 350000 manat, mənəvi zərərin əvəzi otaraq 100000 manat olmaqla, ümumilikdə 450000 manatın və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, iddia tələbində həmin hissəni əsaslandıran hər hansı bir dəlil gətirməmiş, iddia tələbinin birinci hissəsində ona mənzilin təhvil verilməsini istədiyi halda, maddi ziyanın nədən ibarət olması, mənəvi zərərin nədən formalaşması ilə bağlı sübutları əlavə etməmişdir. İddia ərizəsinə etirazın 1-ci hissəsində məhkəmənin diqqətinə çatdırdıqları dəlillər 'UQS" MMC-nin iddiaçı qarşısında heç bir öhdəlik götürmədiyinə, iddiaçı ilə hər hansı bir müqavilə bağlamadığı və iddiaçıdan pul almadığına dəlalət etdiyi halda, iddiaçının "xxxx" MMC-yə bununla bağlı iddiası əsassızdır. Bu səbəbdəndə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh isə mülki işin mahiyyəti üzrə baxışını tələb etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 18.11.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X20 bildirmişdir ki, iddiaçı onun qızıdır. 15 dekabr 2009-cu il tarixdə qızına mənzil almaq istədiyi üçün UQS MMC tərəfindən tikilən həmin mənzili X28 almışdır. Ondan müqavilənin imzalanmasını və möhürlənməsini istəmiş, o da bir az vaxt istəmiş və möhürlü imzalı nüsxədə ona təqdim etmişdir. Cavabdehin nümayəndəsi-vəkilinin sualına cavab olaraq bildirmişdir ki, oraya lift qoyulanda demişdilər ki, təmir işlərinə başlaya bilərlər. O da hər dəfə oranın komendatı ilə danışanda hələ qoylmadığını bildirmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl ona məlum olmuşdur ki, həmin mənzili başqasına satmışdırlar. Həmçinin bildirmişdir ki, möhür onun yanında vurulmamışdır, təsisçilər arasında mübahisə olmasından xəbəri olmamışdır. X31 ilə qardaşı telefonda danışmış və ona müqaviləni göstərəndə bildirmişdir ki, narahatçılığa əsas yoxdur, bu barədə bir şey fikirləşəcəklər. 08.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X27 mənzili qardaşının qızı üçün aldığını, ona da hərdən bir gedib mənzilə baxmağını tapşırdığını, onun da gedib mənzilə baxdığını, bir dəfə komendatdan liftin qoyulubqoyulmadığını soruşduğunu, onun da qoyulduğunu bildirdiyini, onlara lift qoyulduqdan sonra mənzildə təmir işlərinin aparılmasının mümkün olduğunu dediklərini, komendatla birlikdə həmin mərtəbəyə qalxdıqda onlara verilməli olan mənzilə qapı qoyulduğunu, digər yerlərin boş olduğunu gördüklərini, oradakı xanımdan qapını onların qoyub-qoymadıqlarını soruşduğunu, xanımın da qapının onların qoyduğunu, mənzilin onlara aid olduğunu dediyini bildirmişdir. Qeyd etmişdir ki, həmin vaxt onlara deyilən mənzil başqasına satıldığını anlamışdır. Komendatla aşağı düşmüş, Şahin müəllimə zəng edərək ona həmin mənzilin başqasına satıldığını bildirmişlər. əvvəlcə Şahin müəllim onlarla sərt danışmış, daha sonra Şahin müəllimə möhürlü müqavilənin olduğunu bildirdikdə o gəlmiş və sənədləri ona göstərmişlər. Şahin müəllim də məsələni başqa cür yoluna qoyacaqlarını ya pulu qaytarmaq, ya da başqa mənzillə əvəz edəcəklərini, onları evlə təmin edəcəklərini bildirsə də, məsələ ele də qalmışdır. 10.03.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında ekspert qismində ifadə verən X34 bildimişdir ki, tədqiqat materiallarına əlavə edilmiş müqavilə və maliyyə arayışında olan möhür bir başa vurulmamışdır. Hansısa mexaniki qurğu ilə köçürülmüşdür. Bu lazer ilə və ya komputer vasitəsi ilə ola bilər.Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, möhür birbaşa əl ilə müqavilənin və maliyyə arayışının üzərinə vurulmamışdır. İş materiallarında olan UQS MMC-nin təsisçilərinin ümumi yığıncağının növbədənkənar ümumi yığıncağının 29.09.2009-cu il tarixli protokolundan görünür ki, ümumi yığıncaqda iştirak edənlərin yekdil səs qərarına əsasən təsisçilər arasında özlərinə məxsus paylardan istifadə şərtləri qəbul edilmişdir. X8 payına 4-cü mərtəbədə 5,6 saylı, 5-ci mərtəbədə 7, 9 saylı, 6-cı mərtəbədə 10, 12 saylı, 8-ci mərtəbədə 18 saylı, 10-cu mərtəbədə 23 saylı, 11-ci mərtəbədə 25, 26, 27 saylı mənzillər, X11 payına isə 3cü mərtəbədə 3 saylı mənzil, 4-cü mərtəbədə 4 saylı, 5-ci mərtəbədə 8 saylı, 7-ci mərtəbədə 14, 15 saylı, 9-cu mərtəbədə 19, 20, 21 saylı, 10-cu mərtəbədə 22 saylı, 12ci mərtəbədə 28 və 30 saylı mənzillər düşmüşdür. İş materiallarında olan satıcı UQS MMC ilə X35 arasında bağlanmış 07.09.2006-cı il tarixli 18№-li müqavilədən görünür ki, satıcı ünvan 4 ünvanında inşa etdiyi 12 mərtəbəli 1 bloklu yaşayış binasında 3 saylı mənzilini Bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, alıcı isə mənzilin bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini müqavilə şərtlərinə uyğun satıcıya ödəyir. İş materiallarında olan X35 tərəfindən verilmiş 21.06.2010-cu il tarixli ərizədən görünür ki, o UQS MMC ilə aralarında bağlanmış 07.09.2006-cı il tarixli, 18 saylı müqaviləyə əsasən Bakı şəhəri H.Hacıyev 14 ünvanında yerləşən yaşayış binasının 3-cü mərtəbəsindəki 3 saylı mənzili aldığını, mənzilin dəyərini tam ödədiyini, hazırda həmin mənzili müqavilə üzrə əldə etmək hüququndan X17 xeyrinə imtina etdiyini bildirmiş və həmin mənzilə görə ödədiyi ödənişlərin onun adına hesablanmaqla gələcəkdə həmin mənzilin X17 adına rəsmiləşdirməklərini xahiş etmişdir. İş materiallarında olan UQS MMC-nin baş direktoru X31 ilə Zülfüqarova Zərifə arasında bağlanmış 12.06.2009-cu il tarixli Yeni tikilən yaşayış binasında mənzillərin satış müqaviləsinə əsasən müəyyən olunur ki, satıcı Bakı şəhəri H.Hacıyev 14 ünvanında inşa etdiyi 12 mərtəbəli, 1 bloklu yaşayış binasında 30 saylı mənzili bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, alıcı isə mənzilin bu müqavilə ilə müəyyənləşdirilmiş dəyərini müqavilə şərtlərinə uyğun Satıcıya ödəyir. İş materiallarında olan X19 tərəfindən UQS MMC-nin baş direktoru Şahin Qonaqova ünvanlanmış 29.01.2011-ci il tarixli ərizədən görünür ki, o UQS MMC tərəfindən ünvan 6 ünvanında inşa edilən yaşayış binasındakı 30 saylı mənzilin satışna dair aralarında bağlanmış 12.06.2009-cu il tarixli müqaviləyə xitam verilməsini xahiş etmişdir. Həmin mənzilə görə ödədiyi məbləğ ona qaytarıldığından UQS MMC-yə qarşı tələbi olmadığını bildirmişdir. İş materiallarında olan satıcı UQS MMC-nin baş direktoru X31 ilə alıcı X29 arasında bağlanmış 21.06.2010-cu il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, satıcı Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14 ünvanında inşa etdiyi 12 mərtəbəli, 1 bloklu yaşayış binasında 3 saylı mənzilini Bina istismara verildikdən sonra alıcıya təhvil verir, alıcı isə həmin mənzili gələcəkdə mülkiyyətinə keçmək şərtilə istifadəsinə qəbul edir. İş materiallarında olan X46 ilə X29 arasında bağlanmış 01.02.2011-ci il tarixli müqavilədən görünür ki, X46 UQS MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli, 01 saylı növbədənkənar ümumi yığıncağının qərarına əsasən əvəzsiz olaraq payına verilmiş Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan proapekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanında UQS MMC tərəfindən inşa edilən 12 mərtəbəli, 1 bloklu yaşayış binasında yerləşən və ümumi sahəsi 169,8 m2 olan 30 saylı mənzilini X24 21.06.2009-cu il tarixli müqavilə əsasında məxsus olan 174,3 m2 olan 3 saylı mənzillə dəyişdirmişdir. İş materiallarında olan X18 ilə X22 arasında bağlanmış 16.08.2011-ci il tarixli Yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsindən görünür ki, satıcı 20.04.2011-ci il tarixli müqavilə əsasında əldə etdiyi ona məxsus olan Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilən 12 mərtəbəli, 1 bloklu yaşayış binasında 3 saylı mənzili Bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, Alıcı isə mənzilin tərəflərin razılığı ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəyir. İş materiallarında olan X25 tərəfindən verilmiş 16.08.2011-ci il tarixli ərizədən görünür ki, o əri X14 məxsus Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 174,3 kv.m olan 3 otaqlı 3 saylı mənzilin sonuncu tərəfindən X1 xəbərdar olduğunu, həmin mənzilin satılmasına etiraz etmədiyini və bununla bağlı gələcəkdə UQS MMC-yə qarşı hər hansı tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan 16.08.2011-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 174,3 kv. m olan 3 otaqlı 3 saylı mənzil X18 tərəfindən X2. Həmin mənzilin X18 ilə X22 arasında müəyyənləşdirilmiş dəyəri X22 tərəfindən tam olaraq X14 ödənilmişdir. İş materiallarında olan satıcı UQS MMC ilə alıcı İddiaçı arasında bağlanmış 15.12.2009-cu il tarixli Yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsindən görünür ki, satıcı UQS MMC-nin təsisçilərinin 29.09.2009-cu il tarixli, 01 saylı növbədənkənar ümumi yığıncağının qərarına əsasən əvəzsiz olaraq payına veriilmiş Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilən 12 mərtəbəli, 1 bloklu yaşayış binasında 30 saylı mənzili Bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, Alıcı isə mənzilin tərəflərin razılığı ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəyir. İş materiallarında olan 15.12.2009-cu il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsindəki 30 saylı mənzili, ümumi sahəsi 175 m2 olan yaşayış sahəsi X46 tərəfindən İddiaçı satılmışdır. Həmin yaşayış sahəsinin X46 ilə İddiaçı arasında müəyyənləşdirilmiş dəyəri İddiaçı tərəfindən X41 tam olaraq ödənilmişdir. İş materiallarında olan satıcı X29 ilə alıcı X42 arasında bağlanmış 26.05.2017-ci il tarixli Yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsindən görünür ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilən 12 mərtəbəli, 1 bloklu yaşayış binasında 30 saylı mənzili Bina istismara təhvil verildikdən sonra alıcıya təhvil verir, Alıcı isə mənzilin tərəflərin razılığı ilə müəyyənləşdirilmiş dəyərini satıcıya ödəyir. İş materiallarında olan 26.05.2017-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində, ümumi sahəsi 169,8 kv. m olan 3 otaqlı 30 saylı mənzil X24 məxsusdur və sonuncunun həmin mənzilə görə borcu qalmamışdır. 25.05.2017-ci il tarixdə qeyd olunan mənzil X29 tərəfindən X7. Həmin mənzilin X29 ilə X42 arasında müəyyənləşdirilmiş dəyəri X42 tərəfindən tam olaraq X24 ödənilmişdir. İş materiallarında olan X32 tərəfindən verilmiş 26.05.2017-ci il tarixli ərizədən görünür ki, o, arvadı X24 məxsus Bakı şəhəri Yasamal rayonu, Azərbaycan prospekti (keçmiş Hüsü Hacıyev küçəsi) 14, məhəllə 221 ünvanda UQS MMC tərəfindən inşa edilmiş 12 mərtəbəli, 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində, ümumi sahəsi 169,8 kv. m olan 3 otaqlı 30 saylı mənzilin sonuncu tərəfindən X5 xəbərdar olduğunu, həmin mənzilin satılmasına etiraz etmədiyini və bununla bağlı gələcəkdə UQS MMC-yə qarşı hər hansı tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan 21.02.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı ilə X46 arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsində və eyni tarixli arayışda möhür əksləri sənədlərin üzərinə birbaşa vurulmamış, elektrofotoqrafik çap üsulu ilə çap edilmişdir. Təqdim edilmiş İddiaçı ilə X46 arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsinin və eyni tarixli arayışın üzərlərində olan möhür əksləri eyni məzmunlu sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. İş materiallarında olan 14.04.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mülki işin 139-141-ci vərəqlərində olan X46 ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsində və 15.12.2009-cu il tarixli arayışda olan möhür əksləri elektrofotoqrafik (lazer) printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş mülki işin 139-141-ci vərəqlərində olan X46 ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2009-cu il tarixli yeni tikilən yaşayış binasında mənzillərin ilkin satış müqaviləsində və 15.12.2009-cu il tarixli arayışda olan möhür əkslərinin təsvirləri ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürünün sərbəst əks nümunələri ilə eynilik təşkil edirlər. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı tərəf onunla X46 arasında bağlanmış müqavilə üzrə UQS MMC-nin üzərinə iddiaçıya qeyd ediən ünvanda mənzil verilməsi öhdəliyinin qoyulmasını tələb etsə də iş materialları ilə UQS MMC-nin belə bir öhdəliyinin olması müəyyən edilməmişdir. Belə ki, müqavilə, iddiaçı ilə X46 arasında bağlanmış, müqavilədə X33 UQS MMC-dəki vəzifəsi, səlahiyyəti göstərilməmiş, həmçinin müqavilə və maliyyə arayışına vurulmuş UQS MMC-yə məxsus möhür ekspert rəyinə əsasən birbaşa üsulla deyil, lazer üsulu ilə vurulmuşdur. Belə olan halda məhkəmə qeyd edir ki, müqavilənin UQS MMC tərəfindən bağlanılması sübuta yetirlimədiyindən, cavabdeh UQS MMC-nin iddiaçı qarşısında hər hansı bir öhdəliyi müəyyən edilmədiyindən, cavabdeh tərəfindən İddiaçı 350.000 manat məbləğində maddi ziyan və 100.000 manat məbləğində mənəvi ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, iş materialları ilə belə hallar müəyyən edilmədiyindən iddia tələbi əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən hesab edir ki, iddia tələbi rədd edildiyindən iddiaçı təərfində ödənilmiş 30 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh MMC-nin üzərinə İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanda inşa etdiyi çox mərtəbəli, çox mənzilli yaşayış binasından 175 kvm ərazisi olan mənzillə təmin etmək vəzifəsinin qoyulması, Cavabdeh MMC-dən 350.000 (üç yüz əlli min) manat maddi zərərin və 100.000 (bir yüz min) manat mənəvi zərərin əvəzi olaraq, cəmi 450.000 (dörd yüz əlli min) manat, 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-294/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-294/2022
31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver