Məhkəmə qərarları › İş №2(004)-2962/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2962/2022

16.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2962/2022 16.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. xx.xx.2011-ci il tarixdə birgə nikahlarından doğulmuş Ləman adlı qızılarının vəziyyəti xx.xx.2012ci il tarixdə saat 04:15 radələrində qəfildən dəyişdiyindən təcili tibbi yardıma müraciət etmişlər. Lakin gec gəldikləri üçün uşaq artıq dünyasını dəyişmiş körpəni səhər saatlarında Qəbələ rayon ərazisində dəfn etmişlər. Bununla bağlı ötən müddətdə hər-hansı rəsmi sənəd alınmamışdır. Sonradan Maraqlı şəxsnə ərizə ilə müraciət edilmiş, lakin həmin şöbə xx.xx.2022-ci il tarixdə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, xx.xx.2011-ci il təvəllüdlü X4 xx.xx.2012-ci il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə müraciət etməsinin əsas məqsədi qızı ilə bağlı olan sənədləşmə işlərinin aparılmasının olmasını qeyd etmişdir. Maraqlı şəxs Yasamal rayonu Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 782939 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2011-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X3r, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 835 nömrə ilə qeyd edilmişdir.. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 05 may 2022-ci il tarixli, 05Q- 1699/75 nömrəli arayışda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydiyyata alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə edir. İş materiallarında olan Qəbələ Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 89 nömrəli arayışdan görünür ki, Ərizəçi qızı X8 xx.xx.2012-ci il tarixdə vəfat etmiş və Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan Qəbələ rayonu, Qəmərvan kəndində yaşayan X12, Qəbələ rayonu, Z.Əliyeva küçəsi, dalan 3, ev 1-də yaşayan X14 və Qəbələ şəhəri, H.Əliyev küçəsi, ev 3-də yaşayan X15 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Ərizəçi və X2 xx.xx.2011-ci il tarixdə birgə nigahdan doğulmuş Ləman adlı uşağının vəziyyəti xx.xx.2012-ci il tarixdə saat 04:15 radələrində qəfildən dəyişmişdir. Bununla əlaqədar təcili tibbi yardıma müraciət olunmuş lakin, həkimlər evə gələnə qədər körpə dünyasını dəyişmişdir. xx.xx.2012-ci il tarixdə X1 şəhəri, H.Əliyev prospektində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İş materiallarında olan 8İ-3038 reyestr nömrəli ərizədən görünür ki, X6, X9 və X10 ərizəsi əsasında imzalarının həqiqiliyi Qəbələ regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. Qardaşının xx.xx.2011-ci il tarixdə əkiz uşaqları anadan olmuşdur. Lakin onlar zəif uşaqlar idi. Qardaşı ona zəng edərək uşaqlardan birinin narahat olduğunu bildirmişdir. Buna görə təcili tibbi yardım çağırmışlar və onlar gələnə kimi uşağı xəstəxanaya aparmışlar. Lakin uşaq orada ölmüşdür. Sonra da uşağı aparıb Qəbələ şəhəri, H.Əliyev prospektində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Dəfn mərasimində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X8 ərizəçinin qızı olmuşdur. xx.xx.2012-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 şəhəri, H.Əliyev prospektində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun oğlu olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi oğlunun ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin qızının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə qızının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin qızı X4 xx.xx.2012-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2011-ci ildə doğulmuş X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar