Məhkəmə qərarları › İş №2(004)-2971/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2971/2023

09.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2971/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X3 katibliyiilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mediator X7 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi Ağadadağ qızı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilərək, tərəflərin birgə nikahından olan xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs (hər növbəti ayın 5dən 20-dək) onun əmək haqqı və başqa gəlirlərinin ¼ hissəsinə yönəldilməyi və alimentin Ərizəçi "xxxx"da açdırdığı **********210594 kart hesabına köçürüləcəyi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Uşağın saxlanılması üçün alimentin tutulması mediasiya qaydasında barışıq sazişi ilə həll edilmiş, lakin barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq cavabdeh tərəfindən icra olunmamışdır. Bu səbəbdən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. Belə ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış və Mediasiya Şurasının qərarı ilə təsdiq edilmiş barışıq sazişindən görünür ki, tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2021-ci il təvəllüdlü X2 Ərizəçi himayəsində saxlanılması və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 01 mart 2023-cü tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs əmək haqqı və başqa gəlirlərinin 1/4 hissəsinə yönəldilməyi və alimentin onun "Kapital Bank"da açdırdığı **********210594 nömrəli kart hesabına köçürüləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmış ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə, AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi (“Birinci tərəf”) və xx.xx.1990-cı il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (“İkinci tərəf”) ünvan 2əşkilatının mediatoru X4 iştirakı ilə aşağıdakı şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətiləri barədə bu Sazişi imzalamışdırlar: Birinci tərəf: Ərizəçi ikinci tərəf bu saziş imzalandıqdan sonra Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə 2 Saylı Bakı “ASAN xidmət”mərkəzinin Qeydiyyat şöbəsində 1478 nömrə qeydi ilə təsdiq edilmiş nikahın ləğv olunmasına razıdır. Bu nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü övladları X2 onun (ananın) himayəsində (yanında) qalmasına razıdır.Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladları X1 üçün ikinci tərəf Maraqlı şəxs xx.xx.2023cü il tarixdən başlayaraq (hər növbəti ayın 5-dən- 20-dək) alimentin onun əmək haqqı və başqa gəlirlərinin ¼ (dördə bir) hissəsinə yönəldilməyinə və alimentin onun "xxxx" ASC-də açdırdığı **********210594 nömrəli kart hesabına köçürüləcəyinə dair götürdüyü öhdəliklə razıdır.Bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı ikinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu şaziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə xx.xx.2019-cu il tarixdə 2 Saylı Bakı “ASAN xidmət”mərkəzinin Qeydiyyat şöbəsində 1478 nömrə qeydi ilə təsdiq edilmiş nikahın ləğv olunmasına razıdır. Bu nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü övladları X2 birinci tərəf (anası) Ərizəçi himayəsində (yanında) qalmasına razıdır. Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladları X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq (hər növbəti ayın 5-dən - 20-dək) birinci tərəf Ərizəçi ödəyəcəyi alimentin onun aylıq əmək haqqı və başqa gəlirlərinin ¼ (dördə bir) hissəsinə yönəldilməyinə, birinci tərəfin "xxxx" ASC-də açdırdığı **********210594 nömrəli kart hesabına köçürülməsinə razıdır və bu sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyinə razıdır və buna etiraz etmir. Sazişin 6-cı bəndinə görə saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır və sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Sazişin 8-ci bəndinə görə sazişin könüllü icrasından imtina olunarsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasənməhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Hazırda maraqlı şəxs sazişlə müəyyən edilmiş könüllü icra müddəti ərzində üzərinə götürdüyü öhdəliyi icra etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq ünvan 2əşkilatında bağlanmış və mediator X7 tərəfindən təsdiq edilmiş xx.xx.2023cü il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: Birinci tərəf: Ərizəçi ikincitərəf bu saziş imzalandıqdan sonra Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə 2 Saylı Bakı “ASAN xidmət”mərkəzinin Qeydiyyat şöbəsində 1478 nömrə qeydi ilə təsdiq edilmiş nikahın ləğv olunmasına razıdır. Bu nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü övladları X2 onun (ananın) himayəsində (yanında) qalmasına razıdır.Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladları X1 üçün ikinci tərəf Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq (hər növbəti ayın 5-dən- 20dək) alimentin onun əmək haqqı və başqa gəlirlərinin ¼ (dördə bir) hissəsinə yönəldilməyinə və alimentin onun "xxxx" ASC-də açdırdığı **********210594 nömrəli kart hesabına köçürüləcəyinə dair götürdüyü öhdəliklə razıdır.Bu saziş imzalandıqdan sonra ikinci tərəf Maraqlı şəxs sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair götürdüyü öhdəliklə razıdır. Bu mübahisə ilə bağlı ikinci tərəfə qarşı digər tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində aidiyyatı üzrə məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. İkinci tərəf: Maraqlı şəxs bu şaziş imzalandıqdan sonra birinci tərəf Ərizəçi ilə xx.xx.2019-cu il tarixdə 2 Saylı Bakı “ASAN xidmət”mərkəzinin Qeydiyyat şöbəsində 1478 nömrə qeydi ilə təsdiq edilmiş nikahın ləğv olunmasına razıdır. Bu nikahdan dünyaya gəlmiş xx.xx.2021-ci il təvəllüdlü övladları X2 birinci tərəf (anası) Ərizəçi himayəsində (yanında) qalmasına razıdır. Yetkinlik yaşına çatmayan xx.xx.2021-ci il təvəllüdlü övladları X1 üçün xx.xx.2023-cü il tarixdən başlayaraq (hər növbəti ayın 5-dən - 20-dək) birinci tərəf Ərizəçi ödəyəcəyi alimentin onun aylıq əmək haqqı və başqa gəlirlərinin ¼ (dördə bir) hissəsinə yönəldilməyinə, birinci tərəfin "xxxx" ASC-də açdırdığı **********210594 nömrəli kart hesabına köçürülməsinə razıdır və bu sazişin surətini icra olunması üçün iş yeri üzrə mühasibatlıq şöbəsinə təqdim edəcəyinə dair öhdəlik götürür. Bu mübahisə ilə bağlı birinci tərəfə qarşı qarşılıqlı tələblərinin olmadığını və bu mübahisənin məhkəmədən kanar qaydada, tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğu təsdiq edir. Nikahın pozulması hissəsində birinci tərəfin aidiyyəti məhkəməyə müraciət edəcəyinə razıdır və buna etiraz etmir. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar