Məhkəmə qərarları › İş №2(004)-2981/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2981/2025

29.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2981/2025 29.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi Elbrus qızının, Maraqlı şəxs Mustafa oğlunun iştirakları ilə, Ərizəçi Elbrus qızının “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs Mustafa oğlu maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Elbrus qızı ərizə və ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs Mustafa oğlu arasında mediator X4 iştirakı ilə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazışının təsdiq edilməsi, məhkəmə xərci üçün ödənilmiş 101 manat dövlət rüsumunun Maraqlı şəxs Mustafa oğlundan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, mediator X9 müraciət edərək, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü Durmuş X1 üçün hər birinə 235 manat olmaqla, cəmi 470 manat alimentin tutulmasını tələb etmiş, xx.xx.2024-cü il tarixdə bununla bağlı barışıq sazişi imzalanmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Elbrus qızı ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Mustafa oğlu izahatında barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi Elbrus qızı və Maraqlı şəxs Mustafa oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01091 nömrəli Barışıq sazişinə əsasən, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 va xx.xx.2017-ci il təvəllüdlü X8 2-ci tərəfin (X5) yanında yanında qalması, 1-ci tərəf (Maraqlı şəxs Mustafa oğlu) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X20 Onurun yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəfə (X10) har ay har uşağa görə 235 manat (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti ödəməyi ,alimentin ödənilməsi xx.xx.2024-cü il tarixindən başlanmağı,aliment hər ayın 20-dan 30-nadək 2-ci tərəfin təqdim etdiyi bank hesabına və ya bank kartına ödənilməsi,2-ci tərəf (X11) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X20 Onur ilə ataları Maraqlı şəxs Mustafa oğlu arasında ünsiyyətdə olmaqları ilə bağlı hər hansı maneə yaratmayacağı, tərəflər (Maraqlı şəxs Mustafa oğlu və X11) birgə nikah dövründə alda edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 1-ci tərəfin (X5) adına qeydiyyatdan keçmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ümumi birgə mülkiyyətdə olan əmlak hesab edilməsi, Abşeron rayonu, Novxanı kəndində yerləşən əmlakın 1/2 hissəsinə Maraqlı şəxs Mustafa oğlunun, digər ½ hissəsinə isə X6 pay hüququnun tanınımasl, qeyd olunan əmlak tərəflərin razılığı ilə ağlabatan müddətə bazar qiymətlərinə uyğun şəkildə satılaraq, satışdan əldə olunmuş gəlir isə paylara mütənasib olaraq bölünməsi,qeyd olunan əmlak satıldıqdan sonra tərəflərin birgə nikah dövründə, bu barışıq sazişi İmzalandığı günədək 2-ci tərəfin (X5) adına götürülmüş bütün kreditlər 1-ci tərəf (Maraqlı şəxs Mustafa oğlu) tərəfindən ödənilməsi barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişinin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01091 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Elbrus qızı ilə Maraqlı şəxs Mustafa oğlu arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01091 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 va xx.xx.2017-ci il təvəllüdlü X8 2-ci tərəfin (X5) yanında yanında qalacaqdır.

2. 1-ci tərəf (Maraqlı şəxs Mustafa oğlu) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2014ci il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X20 Onurun yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəfə (X10) har ay har uşağa görə 235 manat (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat məbləğində alimenti ödəməyi öhdəsinə götürür.

3. Alimentin ödənilməsi xx.xx.2024-cü il tarixindən başlanacaqdır.

4. Aaliment hər ayın 20-dan 30-nadək 2-ci tərəfin təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəkdir.

5. 2-ci tərəf (X11) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2014-ci il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X20 Onur ilə ataları Maraqlı şəxs Mustafa oğlu arasında ünsiyyətdə olmaqları ilə bağlı hər hansı maneə yaratmayacaqdır.

6. Tərəflər (Maraqlı şəxs Mustafa oğlu və X11) birgə nikah dövründə alda edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrində 1-ci tərəfin (X5) adına qeydiyyatdan keçmiş Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini ümumi birgə mülkiyyətdə olan əmlak hesab edirlər.

7. Abşeron rayonu, Novxanı kəndində yerləşən əmlakın 1/2 hissəsinə Maraqlı şəxs Mustafa oğlunun, digər ½ hissəsinə isə X6 pay hüquqları tanınır.

8. Qeyd olunan əmlak tərəflərin razılığı ilə ağlabatan müddətə bazar qiymətlərinə uyğun şəkildə satılaraq, satışdan əldə olunmuş gəlir isə paylara mütənasib olaraq bölünəcəkdir.

9. Qeyd olunan əmlak satıldıqdan sonra tərəflərin birgə nikah dövründə, bu barışıq sazişi İmzalandığı günədək 2-ci tərəfin (X5) adına götürülmüş bütün kreditləri 1-ci tərəf( Maraqlı şəxs Mustafa oğlu) tərəfindən ödəniləcəkdir. Maraqlı şəxs Mustafa oğlundan ödənilmiş dövlət rüsumunun əvəzi kimi 101 (yüz bir) manat pul tutularaq Ərizəçi Elbrus qızına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar