Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2999/2025 24.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə "ölüm faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum oğlu X6 11 oktyabr 2002-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş oğlu X6 anadangəlmə ürək qüsuru olmuş, kəskin ürək-damar çatışmazlığından əziyyət çəkmişdir. 3 yaşında vəziyyəti daha ağırlaşmış, xx.xx.2002-ci il tarixdə X5 əməliyyat olunmuş, xx.xx.2002-ci il tarixdə vəfat etmiş, Xəzər rayonu Türkan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Onun itkisi ağır təsir etdiyindən ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etməmişdir. Həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması ila bağlı notariat ofisina müraciət etdikdə mərhum uşağın ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Daha sonra Maraqlı şəxsnə müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir.Tibbi sənəd olaraq ona X1 epikriz verilmişdir. Xəstəxana bildirmişdir ki, tibbi şəhadətnamə köhnə sənəd olaraq arxivdə tapılmır. Uşağın ölüm haqqında şəhadətnaməsi olmadığı üçün müvafiq qeydiyyat şöbəsi onun doğum haqqında şəhadətnaməsini da verməkdən imtina etmişdir. Bununla bağlı ayrıca imtina məktubu vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslı olub təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Oktyabr rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş V-ЖГ seriyalı 386747 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 31 iyul 1990-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə 514 nömrəli akt qeydi tərtib edilmişdir. Nikah bağlandıqdan sonra ərə “İmanov”, arvada “İmanova” soyadı verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1992-ci il təvəllüdlü X11 və xx.xx.1999-cu il təvəllüdlü X12 adlı iki övladı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Klinik Xəstəxanası tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli epikrizindən görünür ki, X9 anadangəlmə ürək qüsuru, fallo tetradası, fallo tetradasının radikal korreksiyası, PFO birincili ləğvi, kəskin ürək-damar çatışmazlığı, sağtərəfli qasıq-xaya yırtığı diaqnozu qoyulmuşdur. Aparılan reanimasiya və intensiv terapiya tədbirlərinə baxmayaraq X7 asistoliya baş vermiş və xx.xx.2002-ci il tarixdə saat 09:45-də vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 484684 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində sol mədəcik çatışmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 138 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-445-15/25 nömrəli arayışından görünür ki, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş oğlu X6 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası"nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq eden tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün onun xahişinin təmin edilməsi imkanları xaricindədir. Ona ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Bakı şəhər Xəzər rayon Türkan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X8 mərhum qardaşı xx.xx.2002-ci il tarixində vəfat etmiş və Türkan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X2 31 iyul 1990-cı il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1992-ci tarixdə X11 və xx.xx.1999cu il tarixdə X12 anadan olmuşdur. xx.xx.1999-cu il təvəllüdlü X12 anadangəlmə ürək qüsurlu (fallo tetradası) olmuş, kəskin ürək-damar çatışmazlığından əziyyət çəkmişdir. X12 xx.xx.2002-ci il tarixdə X5 cərrahi əməliyyat olunaraq, ürəyindəki qüsur götürülmüş, lakin saat 20:00-da vəziyyəti pisləşmiş, təkrar təcili əməliyyat olunmasına və bütün reanimasiya tədbirləri görülməsinə baxmayaraq, xx.xx.2002-ci il tarixdə xəstəxanada vəfat etmişdir. Xəzər rayonu Türkan qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Valideynləri ölüm haqqında şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət edilməmişdir. Ərizəçinin həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınması ila bağlı notariat ofisina müraciət etdikdə mərhum oğlunun ölüm haqqında şəhadətnaməsi tələb olunmuşdur. Daha sonra iddiaçı Maraqlı şəxsnə müraciət etmişdir. Həmin idarədən ona verilmiş imtina məktubunda ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının qeydiyyat şöbəsinin imkanları xaricində olduğu bildirilmişdir. Tibbi sənəd olaraq ona X1 epikriz verilmişdir. Epikrizdə xx.xx.1999-cu il təvəllüdlü X6 xx.xx.2002-ci il tarixdə bioloji ölüm fakti təsdiq olunur. Həmçinin tibbi şəhadətnamənin köhnə sənəd olduğundan xəstəxananın arxivində tapılmadığı Ərizəçi bildirilmişdir. Hazırda Ərizəçi xx.xx.2002-cü il tarixdə vəfat edən oğlu X6 ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, ərizəçinin oğlu 06 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 11 oktyabr 2002-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, 06 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 11 oktyabr 2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 06 dekabr 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş X6 11 oktyabr 2002-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-2999/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2999/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver