Məhkəmə qərarları › İş №2(004)-3008/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3008/2021

07.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3008/2021 07.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X12 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi əri X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi əri X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri 15.11.1954-cü il təvəllüdlü X1 03.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi ev 36 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi ev 36 ünvanında qeydiyyatdadır və yaşayır. Mərhum əri X6 03 fevral 2021-ci il tarixdə Bakı şəhərində həmin ünvanda vəfat etmişdir. Ölüm səbəbi Yüksək təzyiqlə əlaqədar olaraq beyninə qansızma olaraq bilinir. Ölüm şəraiti yatdığı yedrə keçinməsi ilə xarakterizə olunur. Mərhum ərinin vəfat etməsindən sonra bəzi sənədləşmələr üçün ölüm haqqında şəhadətnaməsinin alınması vacibdir. Bu məqsədlə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Bakı şəhəri Maraqlı şəxs ona ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. O, bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və əri 15.11.1954-cü il təvəllüdlü X1 03.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi ev 36 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs 24.04.2021-ci il tarixdə 05/76-1243/13 saylı məktub ilə məhkəməyə müraciət edərək, işə Qeydiyyat şöbəsinin nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X4 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur. Ərizəçinin əri X6 içki düşkünü idi. Bu səbəbdən də ayaqları tutulmuşdu. Ərizəçi onu müalicə etdirsə də, o içməkdə davam edir. Axır vaxtlar vəziyyəti pisləşmişdi. Dəqiq nə vaxt rəhmətə getməyi yadımda deyil. Yeznəsi ona dedi ki, Firuz rəhmətə getdi. X10, atası və anasının yanında Novxanı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X2 ifadəsində bildirmişdir ki, Ərizəçi qonşusudur. 1969-cu ildən orada yaşayır. Ərizəçinin əri X6 içki düşkünü idi. Bu səbəbdən də ayaqları tutulmuşdu. Axır vaxtlar vəziyyəti daha da pisləşmişdi. Fevral ayında təcili yardım gəldi, lakin Firuz artıq rəhmətə getmişdi. X10, atası və anasının yanında Novxanı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirmişdir ki, mərhum X1 qardaşıdır. Qardaşı gənc yaşlarından içki düşkünü idi, nə qədər onu bu vərdişdən çəkindirmək istəsələr də, mümkün olmadı. Son vaxtlar vəziyyəti daha da pisləşmişdi. Özünü idarə edə bilmirdi. Fevral ayının üçündə təcili yardım gəldi, lakin Firuz artıq rəhmətə getmişdi. X10, atası və anasının yanında Novxanı kəndində dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı 23 fevral 2021-ci il tarixli 05/75 578/15 nömrəli məktubundan müəyyən olunur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 145 nömrəli, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində müvafiq ərizənin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Təcili və X5 Stansiyasının 8 saylı Bölməsinin 03 fevral 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 03.02.2021- tarixdə saat 06.21 radələrdə Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi ev 36 ünvanına X1 adına çağırış daxil olmuş, həkimə qədər ölüm (kişi cinsli meyid) aşkar olunmuşdur. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Bakı şəhəri Yasamal rayonu Ə.Abdullayev küçəsi ev 36 ünvanında qeydiyyatdadır. AZE 17449334 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 15.11.1954cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatdadır. ünvan 4ah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 28 aprel 1981-ci il tarixdə nikaha daxil olmuş və bu barədə 361 saylı akt tərtib edilmişdir. Nikah bağlandıqdan sonra arvada Bəşirov soyadı verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, 15.11.1954-cü il təvəllüdlü X1 03 fevral 2021-ci ildə Bakı şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.11.1954-cü il təvəllüdlü X1 03 fevral 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar