Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3009/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Şəfiyev Rəhman İntizar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan, xx.xx.1998-ci il təvəllüdlü X2 Saray Qəsəbəsi, R.Əzimov 28 ünvanından Sumqayıt səhəri 1 nömrəli şəhər Xəstəxanasına aparılarkən yolda ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 30 oktyabr 1996-cı il tarixində X3 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.1998-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. X16 16 dekabr 2024-cü il tarixdə vəfat etmişdir. O, hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. Mərhumun məzar şəklinin surəti hazırkı ərizəyə qoşma qismində əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, R.Əzimov, 28 ünvanında qızının vəziyyəti qəfil pisləşmişdir. Təcili tibbi yardım xidmətinin gəlməsi üçün vaxtı olmadığından olduğu ünvandan Sumqayıt şəhər 1 nömrəli Xəstəxanasına aparılmasını qonşudan xahiş etmişlər. Lakin Xəstəxanaya çatdıqda bizə onun yolda olarkən vəfat etdiyi bildirilmişdir. Bu barədə onlara Sumqayıt şəhər 1 nömrəli Xəstəxanası tərəfindən xx.xx.2024-cü il tarixli arayış təqdim olunmuşdur. Həmin arayışdan aydın olur ki, X7 xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində xəstəxanaya meyid olaraq gətirilmişdir. Sonradan mərhum üçün ölüm haqqında tibbi şəhadətnamə alınması məqsədilə 3 nömrəli Şəhər Poliklinikasına müraciət etmişlər. Poliklinika tərəfindən onlara xx.xx.2025-ci il tarixli, 18-1-1-1/2-N-85-31-8/2025 saylı imtina məktubu verilmişdir. Həmin məktub hazırkı ərizəyə qoşma qismində əlavə edilmişdir. Məktubda qeyd edilmişdir ki, xx.xx.1998-ci il təvəllüdlü X2 ölümü qəfləti və səbəbi məlum olmadığından poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. Əllərindəki mövcud sənədlərlə ölüm haqqında şəhadətnamənin verilməsi üçün bu dəfə 3 saylı Bakı Asan Xidmət X5 müraciət etsələr də, 11 aprel 2025-ci il tarixli № 3-16-5-8-15-662/2025 saylı cavab məktubunda bildirilmişdir ki, ölümü təsdiq edən sənəd (tibbi şəhadətnamə) olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Həmin imtina məktubu hazırkı ərizəyə qoşma qismində əlavə edilmişdir. Beləliklə hal-hazırda məhkəmə tərəfindən ölüm faktının qeydə alınması və ölüm haqqında tibbi şəhadətnamə verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarında olan Vİİ-ЖГ 277825 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi ilə X8 nikahlarını xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Sumqayıt şəhəri Nikah evində bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 729 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Niftəliyev”, arvada “Niftəliyeva” soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ 405932 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X6 xx.xx.1998-ci il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 251 nömrə ilə qeyd edilmişdir. Atası Ərizəçi, anası X1r. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli Xəstəxananın arayışına əsasən X9 xx.xx.2024-cü il tarixdə, saat 10:30-da xəstəxanaya meyid olaraq gətirilmişdir. Uşaq serebral iflici diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının sistemdən çıxarışına əsasən xx.xx.1998-ci il təvəllüdlü X6 ümumi xəstəlik, yəni kvadroplegik spastik serebral iflic, disfaziya və afaziya, imbesillik dərəcəsində ağıl zəifliyi, nitq qüsuru diaqnozu ilə birinci dərəcəli əlilliyi qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxs 3 nömrəli şəhər poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixdə 18-1-1-1/2-N-85-31- 8/2025 nömrəli ərizəyə cavab məktubuna əsasən xx.xx.1998-ci il təvəllüdlü X2 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-cı ıl tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ölüm haqqında şəhadətnamə" nin verilmə qaydasının 4.4.5 bəndinə əsasan tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnamə* verilməsi mümkün deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5-8-15-661/2025 nömrəli müraciətə cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü ıl 145 saylı Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8 1 ,8 2 və 8 3-cü bəndlərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölum faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer uzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır.Olüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Qeydiyyat şöbəsi Azərbaycan Respublikasının ərazisində Ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır "Həmin Qaydanın 8 5 ci bəndində isə göstərilir ki."ölüm haqqında tibbi şəhadətnamə” olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194 2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə’ informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxıl olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır' Beləliklə, ölüm haqqında tibbi şəhadətnamə tərəfinizdən təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında qızınızın ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkanları xaricindədir. İş materiallarında olan Azərbaycan Respublikası Abşeron rayonu Saray Bələdiyyəsi xx.xx.2025-ci il tarixli, 05/54 nömrəli arayışına əsasən X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X4 aid məzar daşının üzərində xx.xx.2024-cü ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 4.8-ci bəndinə qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Ərizəçi xx.xx.1998-ci il tarixdə doğulmuş X2 atasıdır. X6 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etmiş və xx.xx.2024-cü il tarixdə Saray qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1998-ci il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3009/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3009/2025
26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver