Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3016/2025 08.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı, Cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3, Cavabdeh Quliyeva (Baxşiyeva) Şəhla Əkbər qızının iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X9 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X9 qarşı “mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair xx.xx.2025-ci il tarixdə iddia ərizəsi ilə və xx.xx.2025-ci il tarixdə sonuncu iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh3 Əkbər qızının, X8 ünvan 1 ünvanından çıxarılması və onun öz ailə üzvləri ilə birlikdə həmin ünvana köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında 61.3 kv.m “B” literli sahəyə mülkiyyət sahibidir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 iyul 2023-cü il tarixli ekspert rəyinə əsaslanan “payın naturada bölünməsi” qətnaməsi ilə və AR Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə qanuni qüvvəyə minməsi onu paylı mülkiyyətçi qismində olmağını təsdiqlədi. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən 17 yanvar 2025-ci il tarixində aldığı çıxarış onun paylı mülkiyyət sahibi olmağı və qanunla əks olunan hərəkətləri etməyi: satmaq, girov qoymaq, bağışlamaq, vəsiyyət etmək, kirayə vermək haqqı yaranır. Lakin həmin əraziyə ailəsi ilə birlikdə və qanunla ona verilən səlahiyyətlərdən istifadə edə bilmir. Çünki həmin ərazini qanuna zidd tərzdə, heç bir sənədi olmayan şəxslər evinə giriblər və oradan çıxmaq istəmirlər. Heç bir mülkiyyət sənədi olmayan vətəndaş Cavabdeh1 onun evini zəbt edərək çıxmaq istəmir. Müraciətlərinə baxmayaraq, hətta Bakı şəhəri, Yasamal rayonu İcra şöbəsinə ərizə ilə müraciəti heç bir nəticə verməyib. O, qanuni sahibi olduğu halda, daşınmaz əmlakdan istifadə edə bilmir. Cavabdeh1 həmin ünvanda pasport qeydiyyatına nə o, nə də mərhum anası salmayıb. Burada 1978-ci ildə onun anasının xəstələnməyi və rəhmətə gedən dövrdə Cavabdeh1 ailəsi ilə ünvan 4 ünvanına pasport qeydiyyatına düşərək, anasından qalan evini zəbt edib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, o 10 ildir ki, həmin evdə yaşayır. Ondan qabaq qaynatası həmin evdə 30 il yaşamışdır. İddiaçının dayısı onu həmin evə qeydiyyata salmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Quliyeva (Baxşiyeva) Şəhla Əkbər qızı iddia tələbini qəbul etməyərək, məhkəmədən onun təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat Şöbəsinin 05 dekabr 1991-ci il tarixli doğum haqqında şəhadətnaməsinə əsasən İddiaçı xx xxxxxx 1961-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3, anası isə X11r. - Bakı şəhəri Oktyabr rayonu Qeydiyyat Şöbəsinin 22 noyabr 1978-ci il tarixli ölüm haqqında şəhadətnaməsinə əsasən X18 22 noyabr 1978-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 0,05239 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 10 otaqlı, 121,01 kv.m. yaşayış, 121,18 kv.m. köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/5 hissə, X2 1/5, X4 2/5 hissədən – 1 otaq, X7 2/5 hissədən – 1 otaq, X1 2/5 hissədən – qalan hissə, X15 1/5 adlarına daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 1688 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7180/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunaraq, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 saylı evə köçürülməsi, iddia tələbinin “cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 saylı evdən çıxarılması” hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-328/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7180/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin olunmamışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7766 saylı, 28 fevral 2023-cü il tarixli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırkı faktiki vəziyyətinə uyğun olaraq (texniki pasportda olmayan, sonradan aparılan tikililər nəzərə alınmaqla) B literli yaşayış evini bütövlükdə iddiaçıya verilməklə İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq iddiaçının payının naturada ayrıla bilər. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırki faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin naturada ayrılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4513/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9477/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddia tələbi təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin İddiaçı adına mülkiyyət hüququ ilə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş **********41-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 61,30 kv.m. olan fərdi yaşayış evi tam mülkiyyət kimi İddiaçı adına xx.xx.2025-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsinin 67 saylı, 08 aprel 2025-ci il tarixli arayışına əsasən İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzildə onun həyat yoldaşı X6 və qızı X16 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən ünvan 1 ünvanında Cavabdeh1 və Cavabdeh3 qeydiyyatdadırlar. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə ünvanladığı 29 may 2025-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh1 xx.xx.2005-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Cavabdeh1 qeydiyyata alınmasına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən mənzilin 1/5 hissə üzrə mülkiyyətçisi İddiaçıdur. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7180/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin olunaraq, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 saylı evə köçürülməsi, iddia tələbinin “cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 saylı evdən çıxarılması” hissəsində iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdehlər həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-328/2016 saylı, 21 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7180/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin olunmamışdır. Həmin qətnamədə qeyd olunmuşdur ki, iddiaçının mübahisəli mülkdəki payın naturada bölünməsini, yəni mülkiyyətçinin payına müvafiq yaşayış sahəsinin ayrılmasını həll etmədən iddiaçının mübahisəli mülkə köçürülməsi əsassızdır. Bundan sonra İddiaçı cavabdeh X12 və qeyrilərinə qarşı “payın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin 1/5 hissəsinin pay bölgüsünün aparılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-132/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3815/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-132/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-842/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsi, 12 nömrəli fərdi yaşayış evinin hazırki faktiki vəziyyətinə uyğun olaraq “B” literli yaşayış evinin naturada ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4513/2023 saylı, 25 dekabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-67/2023 saylı, 25 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* saylı, xx.xx.2007-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Fəridə və Pərviz Abbasovlar küçəsində istifadədə olan 0,05239 ha torpaq sahəsində yerləşən 3 ədəd 1 mərtəbəli, 10 otaqlı, 121,01 kv.m. yaşayış, 121,18 kv.m. köməkçi sahədən ibarət 12 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisəli fərdi yaşayış evi tərəflər arasında naturada bölünməsinə baxmayaraq iddiaçı sözü gedən mənzilin özünə məxsus hissəsinə cavabdehlər tərəfindən yaradılmış maneələrə görə köçə bilməmişdir. İddiaçı hal-hazırda Cavabdeh1, Cavabdeh3 Əkbər qızının, X8 ünvan 1 ünvanından çıxarılmasını və onun öz ailə üzvləri ilə birlikdə həmin ünvana köçürülməyini tələb edir, cavabdehlər isə iddia tələbinə etiraz edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzilin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüquqlarının olmasını ehtiva edir. Ona görə də, iddiaçı öz mülahizəsinə görə paylı mülkiyyətində olan mübahisəli mənzilə dair sahiblik və istifadə hüququna malikdir. Lakin, cavabdehlər onu mübahisəli mənzilə buraxmaması nəticəsində İddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Bu səbəbdən iddiaçı bu hüquqların ona tanıdığı imkandan istifadə edərək ailə üzvləri ilə birlikdə həmin mənzilə köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddia tələbinin “İddiaçı öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanına köçürülməyi” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Məhkəmə iddia tələbinin “cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əkbər qızının, X8 ünvan 1 ünvanından çıxarılması” hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7180/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsində qeyd olunmuşdur ki, qanuni qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(103)-5218/2009 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əkbər qızı, X19 və X20 yaşayış yeri üzrə qanuni əsaslarla qeydiyyata alınmaqla mübahisəli ünvanda daimi yaşadıqları üçün onların həmin evdən çıxarılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunan qətnamənin həmin hissəsini predyusial əhəmiyyətə malik hesab edir, bundan başqa cavabdehlərin mübahisəli evdə 30 ilə yaxın yaşamalarını və qadın olmalarını nəzərə alaraq, iddia tələbinin həmin hissədə təmin olunması üçün əsas görmür. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3016/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3016/2025
08.07.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver