Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3032/2024 12.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı “çıxarışın ləğvi, sənədlərin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı “çıxarışın ləğvi, sənədlərin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək DƏDKR-ın ********** saylı, xx.xx.2023-cü il tarixli çıxarışının ləğv edilməsi, həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin etibarsız hesab edilməsi, "xxxx" MMC tərəfindən faktiki mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 7 saylı mənzilə dair pay haqqının tam ödənilməsi haqqında arayışın verilməsi və həmin mənzilin DƏDKR tərəfindən iddiaçının adına təqdim olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq hazırki iddianın digər hakimin icraatında olan iş ilə birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında iştirak edən iddiaçı vəkilinin dedikləri ilə razı olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı 2(004)-3032/2024 saylı iş Bakı şəhəri Yasamal rayon Məhəməsinin (hakim Kərim Xudayev) icraatında olan e- 2(004)-2301/2024 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılmalıdır. Belə ki, məhkəmənin hakimi Kərim Xudayevin icraatında olan e-2(004)-2301/2023 saylı mülki iş üzrə iddiaçı Cavabdeh2 MMC cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və qadağanın qoyulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 7 saylı mənzildən cavabdehin ailə üzvləri ilə istifadəsinə qadağanın qoyulması və mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mülki işlərin bir icraatda birləşdirilməsinin məqsədi bir-biri ilə əlaqəsi olan oxşar mahiyyətli mülki mübahisələrin daha tez, obyektiv və hərtərəfli həllini təmin etməkdir. Mülki işlərin bir-biri ilə əlaqəsi, baxılan iş üzrə tərəflərin eyni olmasında, mübahisə predmetinin eyniliyində, mübahisə doğuran hüquq münasibətlərinin subyektlərinin və ya obyektin eyniliyində ifadə olunmalıdır. Hazırkı və hakim Kərim Xudayevin icraatında olan e-2(004)-2301/2024 saylı mülki işlər üzrə tərəflər eyni olmaqla hər iki mülki iş bir-biri ilə əlaqədardır. Belə olan halda məhkəmə qeyd edir ki, hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqə mövcuddur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, ......bir-biri ilə əlaqəli olan işlərə, iddia tələbinin daşınar və ya daşınmaz əşya ilə bağlı olmasından asılı olmayaraq, bir icraatda baxılmalıdır. Bu qayda ədalət mühakiməsinin bərabərlik, çəkişmə və dispozitivlik prinsipləri əsasında həyata keçirilməsini təmin edir, tərəflərdən hər hansı birinə imtiyazların və ya üstünlüklərin verilməsini istisna edir. Bununla yanaşı, prosessual qənaət prinsipi məhkəmə proseslərinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə yönəlmişdir...” Ədalət mühakiməsinin düzgün həyata keçirilmə zərurətini, prosessual qənaət prinsipini, hər iki mülki işin bir icraatda baxılmasının məqsədəmüvafiqliyini, icraatda olan e- 2(004)-2301/2024 saylı mülki işin ilkin olaraq icraata qəbul edilməsini nəzərə alaraq məhkəmə hesab edir ki, 2(004)-3032/2024 saylı mülki iş ilkin olaraq icraata götürülmüş e- 2(004)-2301/2024 saylı mülki işlə birləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi, "xxxx" MMC və Cavabdeh2 MMC-yə qarşı “çıxarışın ləğvi, sənədlərin etibarsız hesab edilməsi və öhdəliyin qoyulması” tələbinə dair 2(004)-3032/2023 saylı mülki iş, Yasamal rayon Məhkəməsinin (hakim Kərim Xudayev) icraatında olan iddiaçı Cavabdeh2 MMC-nin cavabdeh İddiaçı qarşı “mənzildən çıxarılma və qadağanın qoyulması” tələbinə dair e-2(004)-2301/2024 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin və mülki işə e-2(004)-2301/2024 saylı nömrə ilə baxılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülkər Xəlil
Məhkəmə qərarları › İş №2(004)-3032/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3032/2024
12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver