Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3032/2025 01.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X4 və Maraqlı şəxs2 qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs X4 və Maraqlı şəxs2 qarşı «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə X4 və Maraqlı şəxs2 arasında 8 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00447 Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 və Maraqlı şəxs2 və Ərizəçi arasında 8 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00447 Barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi mediator X6 tərəfindən təsdiq edilmişdir. Barışıq sazişinin mətninə əsasən tərəflər razılığa gəlmişdir ki, X4 və Maraqlı şəxs2 Ərizəçi 330.000 (üç yüz otuz min manat) manat məbləğində borcludurlar və xx.xx.2025-ci il tarixindən başlayaraq 8 (səkkiz) il müddətinə (hər ayın 10-dək) hissə-hissə 94 (doqsan dörd) ay ərzində aylıq 3500 (üç min beş yüz manat) manat olmaqla 329.000 manat və sonuncu ay 1000 (bir min) manat olmaqla ödəniləcək. Bu pul məbləğinin hər ay ərizəçinin maraqlı şəxslərə təqdim etdiyi və özünə məxsus olan bank kartı hesabına ödəniləcək. Maraqlı şəxslərin ərizəçiyə müştərək qaydada borclu olduqlarını 330.000 (üç yüz otuz min manat) manat pul borclarının təminatı olaraq, birgə nikah dövründə əldə edildmiş və Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında yerləşən (ÇİXARİŞ-SERİYA RX № 13311042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq üzərində tikilən 1 mərtəbəli Fərdi yaşayış evini mübahisəsiz qaydada özləri (mülkiyyətçi tərəfindən) 100.000 (bir yüz min) manat dəyərində qiymətləndirərək, barışıq sazişi üzrə tərəflər arasında mübahisə yarandığı zaman ərizəçini məlumatlandırmaq şərti ilə bu borc məbləğinin ödənilməsi məqsədi ilə üçüncü şəxslərə satacaqlarını və satışdan əldə edilən məbləği ərizəçiyə ödəyəcəklər. Ərizəçinin xəbəri olmadan müvafiq əmləkla bağlı notarial qaydada aparılacaq hər hansı bir əməliyyat üzrə əqd məhkəmə qaydasında etibarsızlığa səbəb olacaqdır. Maraqlı şəxslərin ərizəçiyə müştərək qaydada borclu olduqları 330.000 (üç yüz otuz min manat) manat pul borclarının təminatı olaraq, birgə nikah dövründə əldə edildmiş və Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında yerləşən (ÇİXARİŞ-SERİYA RX № 13311042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq üzərində tikilən 1 mərtəbəli Fərdi yaşayış evinin hazırda yüklü olmadığını etiraf edilərək, Bu barışıq sazişi üzrə öz öhdəliklərini tam icra edənə qədər bu danışmaz əmlakı ərizəçini məlumatlandırmadan özgəninkiləşdirmək, (girov qoymaq, ipoteka ilə yüklü etmək, satmaq, bağışlamaq və s.) kimi hüquqlarını mübahisəsiz qaydada məhdudlaşdırılır. Barışıq sazişi üzrə maraqlı şəxslər öz öhdəliklərini yerinə yetirdikləri müddətdə aralarında nikah münasibətlərinin pozulduğu təqdirdə və ya hər hansı birinin fiziki cəhətdən sıradan çıxması zamanı Bu sazişin 1-ci və 2-ci bəndində əks edilən öhdəliklər qüvvədə qalır və əmlakı qəbul edəcək digər vərəsə (varis) olsa belə həmin şəxs bu borc məbləğinin ödənilməmiş hissəsində qəbul etmiş sayılacaqdır. Ərizəçi və maraqlı şəxslər barışıq sazişi imzalandıqdan sonra tərəflər arasında yarmış mülki xarakterli mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər və Maraqlı şəxslər bu barışıq sazişinin 1-ci bəndində öz üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə (pul borcunu bu sazişdə göstərilən vaxtda və məbləğdə ödəmədikdə) Ərizəçi barışıq sazişinin məhkəmədə təsdiq etdirmək, sazişin 2-ci, 3-cü və 4-cü bəndində əks etdirilən şərtlər nəzərə alınmaqla sazişi məcburi icraya yönəltmək hüququna öz üzərində saxlayır. Barışıq sazişi tərəflərin konstitusiyon hüququnu məhdudlaşdırmadığını və onu mübahisəsiz qaydada və könüllü şəkildə imzaladıqlarını yazılı təsdiq ediblər. Barışıq sazişinin imzalanmasına baxmayaraq sonradan X4 və Maraqlı şəxs2 qanunsuz hərəkətsizlik göstərərək barışıq sazişinin 1-ci bəndində öz üzərinə götürdükləri Ərizəçi xx.xx.2025-ci il tarixdən başlayaraq hər ayın 10-dək 3500 (üç min beş yüz) manat ödənişinin icrasından qərəzli şəkildə yayınmışlar. Bundan ərizəçi tərəfindən maraqlı şəxslərə öhdəliyin könüllü qaydada icra edilməsi ilə bağlı təkliflər olub, maraqlı şəxslərlə telefon əlaqəsi zamanı ərizəçiyə ümumiyyətlə borc ödənişi ödəməyəcəklərinə dair fikir bildirmişlər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etməyərək, izahatında bildirmişdir ki, hazırki vaxtadək maddi çətinlikdə olduğundan ödəniş edə bilməmişdir, lakin o da, həyat yoldaşı da bu aydan işləməyə başlayıblar, bundan sonra borcu ödəyəcəklər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxs X4 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə digər maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: Tərəflər arasında 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/8/2025-00447 saylı Barışıq sazişinin şərtlərindən görünür ki, Tərəflər kimi çıxış edən X4 və Maraqlı şəxs2 və Ərizəçi aşağıda göstərilən şərtlər əsasında razılaşdılar. Sazişin 1-ci bəndinə əsasən, Birinci tərəf: Ərizəçi (Ş/V AA*******, FİN: xxxxxxx) xx.xx.1992-ci il təvəllüdlü) ikinci tərəf: X4 (Ş/V AA*******, FİN:xxxxxxx, xx.xx.1985-ci il təvəllüdlü) və Maraqlı şəxs2 (Ş/V AA*******, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) ona müştərək qaydada 330.000 (üç yüz otuz min manat) manat məbləğində borclarının olduğunu etiraf etmələri və bu saziş bağlandığı tarixdən etibarən bu borc məbləğini xx.xx.2025-ci il tarixindən başlayaraq 8 (səkkiz) il müddətinə (hər ayın 10-dək) hissə-hissə 94 (doxsan dörd) ay ərzində aylıq 3500 (üç min beş yüz) manat olmaqla 329.000 manat və sonuncu ay 1000 (bir min) manat olmaqla ona ödəyəcəklərinə (qaytaracaqlarına) dair öz üzərlərinə götürdükləri öhdəliklə razıdır. Bu pul məbləğinin hər ay onun ikinci tərəflərə təqdim edəcəyi və özünə məxsus olan bank kartı hesabına ödəyəcəklərinə dair ikinci tərəf: X4 və Maraqlı şəxs2 mübahisəsiz qaydada öz üzərilərinə götürdükləri öhdəliklə razıdır. Sazişin 2-ci bəndinə əsasən, Birinci tərəf: Ərizəçi ikinci tərəf: X4 və Maraqlı şəxs2 ona müştərək qaydada 330.000 (üç yüz otuz min) manat pul borclarının təminatı olaraq, birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında yerləşən (ÇİXARİŞ-SERİYA RX № 13311042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq üzərində tikilən 1 mərtəbəli Fərdi yaşayış evini mübahisəsiz qaydada özləri (mülkiyyətçi tərəfindən) 100.000 (bir yüz min) manat dəyərində qiymətləndirərək, bu sazişi üzrə tərəflər arasında mübahisə yarandığı zaman (Birinci tərəf: Ərizəçi məlumatlandırmaqla) bu borc məbləğinin ödənilməsi məqsədi ilə üçüncü şəxslərə (birinci tərəfin iştirakı ilə könüllü qaydada və ya hərrac yolu ilə) satacaqlarına və satışdan əldə edilən məbləği Birinci tərəfə ödəyəcəklərinə dair öz üzərilərinə müştərək qaydada öhdəlik götürürlər.Bu əmləkla bağlı Birinci tərəfin xəbəri olmadan aparılacaq hər hansı notarial qaydada əməliyyat üzrə əqd məhkəmə qaydasında etibarsızlığa səbəb olacaqdır və ikici tərəflər bunu mübahisəsiz qaydada təsdiq edirlər. Sazişin 3-cü bəndinə əsasən, Birinci tərəf: Ərizəçi ikinci tərəf: X1 və Maraqlı şəxs2 ona müştərək qaydada borclu olduqları 330.000 (üç yüz otuz min) manat pul borclarının təminatı olaraq, birgə nikah dövründə əldə edildmiş və Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında yerləşən (ÇİXARİŞ-SERİYA RX № 13311042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq üzərində tikilən 1 mərtəbəli Fərdi yaşayış evinin hazırda yüklü olmadığını etiraf etmələri, Bu barışıq sazişi üzrə öz öhdəliklərini tam icra edənə qədər bu danışmaz əmlakı (Birinci tərəf: Ərizəçi məlumatlandırmadan) özgəninkiləşdirmək, (girov qoymaq, ipoteka ilə yüklü etmək, satmaq, bağışlamaq və s.) kimi hüquqlarını mübahisəsiz qaydada məhdudlaşdırdıqları ilə razıdır. Bu sazişi üzrə ikinci tərəf öz öhdəliklərini yerinə yetirəcəkləri müddətdə aralarında nikah münasibətlərinin pozulduğu təqdirdə və ya hər hansı birinin fiziki cəhətdən sıradan çıxması zamanı Bu sazişin 1-ci və 2-ci bəndində əks edilən öhdəliklər qüvvədə qalır və əmlakı qəbul edəcək digər vərəsə (varis) olsa belə həmin şəxs bu borc məbləğinin ödənilməmiş hissəsində qəbul etmiş sayılacaqdır. Sazişin 4-cü bəndinə əsasən, Birinci tərəf: Ərizəçi ikinci tərəf: X4 və Maraqlı şəxs2 bu sazişi imzalandıqdan sonra tərəflər arasında yaranmış mülki xarakterli mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. ikinci tərəf: X4 və Maraqlı şəxs2 bu barışıq sazişinin 1-ci bəndində öz üzərilərinə götürdükləri öhdəliklərini icra etmədikdə (pul borcunu bu sazişdə göstərilən vaxtda və məbləğdə ödəmədikdə) birinci tərəf bu barışıq sazişini məhkəmədə təsdiq etdirmək, bu sazişin 2-ci, 3-cü və 4-cü bəndində əks etdilən şərtlər nəzərə alınmaqla sazişi məcburi icraya yönəltmək hüququna öz üzərində saxlayır. Sazişin 5-ci bəndinə əsasən, Tərəflər bu saziş şərtərinin onların konstitusiyon hüququnu məhdudlaşdırmadığını onu mübahisəsiz qaydada və könüllü şəkildə imzaladıqlarını yazılı təsdiq edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Ərizəçi ilə X4 və Maraqlı şəxs2 arasında 8 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00447 saylı Barışıq sazişinin şərtləri təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 216-220, 355-25, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X4 və Maraqlı şəxs2 arasında 04 mart 2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış Barışıq sazişinin şərtləri aşağıdakı məzmunda təsdiq edilsin: 1-ci bənd. Birinci tərəf: Ərizəçi (Ş/V AA 4077398, FİN:xxxxxxx, xx.xx.1992-ci il təvəllüdlü) ikinci tərəf: Maraqlı şəxs1 (Ş/V AA 3264962, FİN:xxxxxxx, xx.xx.1985-ci il təvəllüdlü) və Maraqlı şəxs2 (Ş/V AA 4082291, FİN: xxxxxxx, xx.xx.1978-ci il təvəllüdlü) ona müştərək qaydada 330.000 (üç yüz otuz min) AZN məbləğində borclarının olduğunu etiraf etmələri və bu saziş bağlandığı tarixdən etibarən bu borc məbləğini xx.xx.2025-ci il tarixindən başlayaraq 8 (səkkiz) il müddətinə (hər ayın 10-dək) hissə - hissə 94 (doxsan dörd) ay müddətinə hər ay 3500 (üç min beş yüz) AZN olmaqla 329.000 AZN və sonuncu ödəniş 1000 (bir min) AZN olmaqla ona ödəyəcəyəklərinə (qaytaracaqlarına) dair öz üzərlərinə götürdükləri öhdəliklə razıdır. Bu pul məbləğinin hər ay onun İkinci tərəflərə təqdim edəcəyi və özünə məxsus olan bank kartı hesabına ödəcəklərinə dair İkinci tərəf: Maraqlı şəxs1 və X2 mübahisəsiz qaydada öz üzərlərinə götürdükləri öhdəliklə razıdır. 2-ci bənd. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs1 və Maraqlı şəxs2 ona müştərək qaydada borclu olduqları 330.000 (üç yüz otuz min) AZN pul borclarının təminatı olaraq, birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında yerləşən (ÇİXARİŞ - SERİYA RX Ne 1331042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq üzərində tikilən 1 mərtəbəli Fərdi yaşayış evini mübahisəsiz qaydada özləri (mülkiyyətçi tərəfindən) 100.000 (bir yüz min) AZN dəyərində qiymətləndirərək, bu saziş üzrə tərəflər arasında mübahisə yarandığı zaman (Birinci tərəf Ərizəçi məlumatlandırmaqla) bu borc məbləğinin ödənilməsi məqəsədi ilə üçüncü şəxslərə (Birinci tərəfin iştirakı ilə könüllü qaydada və ya hərrac yolu ilə) satacağlarına və satışdan əldə olunan məbləği Birinci tərəfə ödəyəcəklərinə dair öz üzərlərinə müştərək qaydada öhdəlik götürürlər. Bu əmlakla bağlı Birinci tərəfin xəbəri olmadan aparılacaq hər hansı notarial qaydada əməliyyat üzrə əqd məhkəmə qaydasında etibarızlığa səbəb olacaqdır və İkinci tərəflər bunu mübahisəsiz qaydada təsdiq edir. 3-cü bənd. Birinci tərəf: Ərizəçi İkinci tərəf: Maraqlı şəxs1 və Maraqlı şəxs2 ona müştərək qaydada borclu olduqları 330.000 (üç yüz otuz min) AZN pul borcunun təminatı olaraq, birgə nikah dövründə əldə etdikləri Maraqlı şəxs2 adına olan, ünvan 1 ünvanında (ÇİXARİŞ - SERİYA RX № 1331042, Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********47-10301, Qeydiyyat tarixi xx.xx.2018-ci il) ümumi sahəsi 75.4 kv.m olan, 0.0156 ha torpaq sahəsində yerləşən, Fərdi yaşayış evinin hazırda yüklü olmadığını etiraf etmələri, Bu barışıq sazişi üzrə öz öhdəliklərini tam icra edənə qədər bu daşınmaz əmlakı (Birinci tərəf Ərizəçi məlumatlı etmədən) özgəninkiləşdirmək, (girov qoymaq, ipoteka ilə yüklü etmək, satmaq, bağışlamaq və s.) kimi hüquqlarını mübahisəsiz qaydada məhdudlaşdırdıqları ilə razıdır. Bu saziş üzrə İkinci tərəflər öz öhdəliklərini yeri yetirəcəkləri müddətdə aralarında nikah münasibətləri pozulduğu təqdirdə və ya hər hansı birinin fiziki cəhətdən sıradan çıxması zamanı Bu sazişin 1-ci və 2-ci bəndində əks edilən öhdəliklər qüvvədə qalır və əmlakı qəbul edəcək digər vərəsə (varis) olsa belə həmin şəxs bu borc məbləğini ödənilməmiş hissəsində qəbul etmiş sayılacaqdır. 4-cü bənd. Birinci tərəf: Ərizəçi, İkinci tərəf: Maraqlı şəxs1 və Maraqlı şəxs2 Bu Saziş imzalandıqdan sonra tərəflər arasında yaranmış mülki xarakterli mübahisənin məhkəmədən kənar qaydada tərəflərin qarşılıqlı razılığı ilə həll olunduğunu təsdiq edirlər. İkinci tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2 bu Barışıq sazişinin 1-ci bəndində öz üzərlərinə götürdükləri öhdəliklərini icra etmədikdə (pul borcunu bu sazişdə göstərilən vaxtda və məbləğdə ödəmədikdə) Birinci tərəf bu barışıq sazişini məhkəmədə təsdiq etdirmək, bu sazişin 2-ci, 3-cü və 4-cü bəndində əks edilən şərtlər nəzərə alınmaqla sazişi məcburi icraya yönəltmək hüququnu öz üzərində saxlayır. 5-ci bənd. Tərəflər Bu saziş şərtlərinin onların Konstitusion hüquqlarını məhdudlaşdırmadığını onu mübahisəsiz qaydada və könüllü şəkildə imzaladıqlarını yazılı şəkildə təsdiq edirlər. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3032/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3032/2025
01.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver