Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3070/2023 24.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində anadan olmuş, xx.xx.1936-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamə verilməsinin maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” X3 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1936-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X11 onun anasıdır. O, xx.xx.2023-cü il tarixində vəfat etmişdir. O, anasının ölümündən sonra onun üçün ölüm haqqında şəhadətnamənin alınmasına görə Bakı Baş Səhiyyə Mərkəzi 3 saylı şəhər poliklinikasına müraciət etsə də, onlar ölüm haqqında şəhadətnamənin alınması üçün onu asan xidmətə yönəltmişlər. 3 saylı Bakı Asan Xidmət X3 müraciət etdikdən sonra oradan da ona imtina məktubu verilmişdir və məhkəməyə müraciət edərək ölüm faktını təsdiq etməyi tövsiyyə edilmişdir. Mərhum anası Yasamal qəbirsanlığında dəfn edilmişdir. Qoşmaya əlavə edilmiş doğum haqqında şəhadətnamə onların ana-bala olmaqlarını təsdiq edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, anası yatmışdı. Anasını nəfəs almadığını görüb X4 Yardım Stansiyasına zəng etmişdir. Anası Parkinson xəstəliyindən əziyyət çəkirdi və əvvəllər insult keçirtmişdi. O. yataq xəstəsi idi. X17 xidmətinin işçiləri gələnə kimi artıq anası vəfat etmişdi. Mərhumu vəfat etdiyi gün dəfn etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X13 Şəxs “Bakı Baş Səhiyyə Mərkəzi” X20 3 nömrəli şəhər Poliklinikasının 24 may 2023-cü il tarixli məktubunda bildirilir ki, “ananız xx.xx.1936- cı il təvəllüdlü X6 ölümü qəfləti olduğundan və səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 Nq-İİ Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə” nin verilmə qaydasının 4.4.5 bəndinə əsasən tərəfimizdən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin 24 may 2023-cü il tarixli məktubunda bildirilir ki, X6 ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilmədiyindən və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında X6 ölümünə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması imkan xaricindədir. İş materiallarında olan Bakı şəhəri Təcili və X5 Stansiyasının Statistika şöbəsi tərəfindən verilmiş 21 may 2023-cü il tarixli ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, 21 may 2023-cü il tarixdə çağırışla əlaqədar saat 13:05 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 97 ünvanında yerləşən 12 nömrəli mənzilə gəlinmiş və çağırış yerinə gələn briqada ünvanda həkimə qədər ölmüş qadın cinsli meyit aşkar etmişdir. İş materiallarında olan АЗ seriyalı №385078 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx xxxxxx 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. X2r. İş materiallarında olan qəbirüstü abidənin fotoşəkilində X6 xx.xx.1936-cı ildə doğulduğu, xx.xx.2023cü ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, ərizəçi mərhum bacısının qızıdır. Bacısı 3 ildir ki, yataq xəstəsi idi. Ərizəçi ona zəng edərək mərhum bacısının can verdiyini bildirdi. O, gələndə bacısı hələ rəhmətə getməmişdi. Rəhmətə gedəndən sonra X17 gəldi. Mərhum bacısını Yasamal qəbiristanlığında dəfn etmişlər. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, ərizəçi anasdır. Saat 12:00 radələrində anası ona zəng edərək, mərhum nənəsinin vəziyyətinin pis olduğunu bildirmişdir. O, anasına X17 çağırmasını demişdir. O, saat 13:00 radələrində gəlmiş və nənəsinin vəziyyətinin pis olduğunu görmüşdür. Yenidən X17a zəng etmişdir. X17 gələndə mərhum artıq vəfat etmişdi. O, nənəsinin dəfnində və yas mərasimlərində iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X11 ərizəçinin anası olmuşdur. 21 may 2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. X1 qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun qızı olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi ərinin ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin anasının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə anasının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin anası xx.xx.1936-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə ölməsi ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3070/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3070/2023
24.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver