Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3071/2024 08.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuş X9 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X13 ərizəçinin oğludur. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Doğulandan sonra ona doğum haqqında şəhədətnamə almışlar və bu barədə Bakı şəhəri Maraqlı şəxsndə 1628 №li doğum qeydi tərtib olunmuşdur. O, anadan xəstə halda doğulmuş və Türkiyə Respublikasında müalicələr almışdır. Müalicələr almasına baxmayaraq Türkiyədə müalicə edən həkim onlara bildirmişdir ki, bu uşaq ən çoxu 3-4 ay yaşayacaq. Həqiqətən də oğlunun 3 ayı tamam olmamış, xx.xx.2006-cı il tarixdə vəfat etdi. X2 el adəti ilə Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 6-cı sektorunda dəfn etmişlər. Həmin vaxt oğlunun vəfat etməsi ilə bağlı ölüm haqqında şəhadətnamə almamışdır. Belə ki, həmin vaxt başları dəfn mərasiminə qarışdığından və uzun müddət oğlunun vəfatının təsiri altında olduğuna görə bu barədə lazımi orqanlara müraciət etməmişdir. Sonradan bu barədə poliklinikaya müraciət etsə də ona ölüm şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda oğlunun müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri, o cümlədən də oğluna ölüm şəhadətnaməsini əldə etmək üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, ərizəçi oğludur, mərhum X13 isə nəvəsidir. X3 40 günlük olanda onu həkimə aparmışlar. Həkim valideynlərinin qohumluğuna görə uşaqda xəstəlik olduğunu, çox yaşamayacağını bildirmiş, uşaq 2-3 aylıq olanda rəhmətə getmiş və Yasamal qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, ərizəçi oğludur, mərhum X13 isə nəvəsidir. X3 doğulanda xəstə idi, 2-3 aylıq olanda rəhmətə getmişdir. Nəvəsini Yasamal qəbiristanlığında dəfn etmişlər və dəfnində o da iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, ərizəçi keçmiş həyat yoldaşıdır, mərhum X13 isə oğludur. X6 xx.xx.2024-cü il tarixdə doğulmuşdur, SMA xəstəsi idi, 2 ay yarım yaşadıqdan sonra evdə dünyasını dəyişmiş, Yasamal qəbiristanlığında dəfn edilmiş və dəfnində o da iştirak etmişdir. Uşağın anası olaraq ölüm faktını təsdiq etdiyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan Bakı şəhəri,Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-718-15/24 nömrəli arayışa əsasən, X13 14 iyun 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, bu barədə 15 iyul 2006-cı il tarixdə Bakı şəhəri,Maraqlı şəxsndə 1628 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Ərizəçi, anası X5r. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3/16-5-7-15-1289/24 nömrəli məktuba əsasən, Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün X9 ölümünün qeydə alınmasının imkanları xaricində olduğunu bildirərək, aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Yasamal rayon 10 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 61 nömrəli arayışın məzmununa əsasən, Əliyev X12 rayonu, A.Qarayev küçəsi, dalan 14, ev 4 ünvanında yaşayan övladı xx.xx.2006-cı il təvəllüdlü X10 poliklinikaya qeydiyyata götürülməsindən imtina etmişdir. xx.xx.2006-cı ildə rəhmətə getməsi barədə məlumat vermədiyi üçün sonradan ölüm haqqında sənəd tələb etməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 689 nömrəli arayışa əsasən, X13 (xx.xx.2006-xx.xx.2006) qəbirdaşına əsasən Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 6-cı sektorunda dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X11 aid məzar daşının üzərində xx.xx.2006-cı ildə vəfat etdiyi qeyd edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi xx.xx.2006-cı il tarixdə doğulmuş X9 atasıdır. X13 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Yasamal rayonu, X14 küçəsində yerləşən Dağüstü 1 qəbirstanlığının 6-cı sektorunda dəfn olunmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X9 xx.xx.2006-cı il tarixdə, Bakı şəhərində vəfat etməsi faktı iş materialları ilə sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan həmin hüquqi fakt təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X9 xx.xx.2006-cı il tarixdə, Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3071/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3071/2024
08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver