Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3072/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Bakı 13 saylı Mediasiya Təşkilatı cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00121 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında 2008-ci il tarixində nikah bağlanmışdır. Tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin Qətnaməsi ilə tərəflər arasında 2008-ci il tarixində bağlanmış nikah pozulmuş və cavabdeh Maraqlı şəxs1 tərəflərin birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək hər ay 100 (yüz) manat alimentin iddiaçı Ərizəçi xeyrinə ödənilməsi qət edilmişdir. Ərizəçi aliment məbləğinin artırılması ilə bağlı Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət etmişdir və tərəflər arasında xx.xx.2024-cü il tarixində MŞB/13/2024-00121 nömrəli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə görə, “tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Məhkəmə qətnaməsi ilə müəyyən olunan 100 (bir yüz) manat aliment məbləğinin 235 (iki yüz otuz beş) manata qaldırılmasına və aliment məbləğinin 2024-cü il fevral ayının 25-dən başlayaraq hər ayın 25-5-i aralığında 2-ci tərəf Maraqlı şəxs1 tərəfindən 1-ci tərəf Ərizəçi 4169 7388 9291 5863 nömrəli Kapital banka məxsus kart hesabına ödənməsi barədə razılığa gəldilər”. Barışıq sazişinin 8-ci bəndində nəzərdə tutulur ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Lakin, Maraqlı şəxs1 aliment ödəməkdən yayınır, yəni barışıq sazişini könüllü icra etməkdən imtina edir. Bugünə qədər heç bir məbləğdə ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, maraqlı şəxs bugünə qədər heç bir məbləğdə ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 ərizəni qəbul edərək, izahatında göstərdi ki, barışıq sazişini öz iradəsi ilə imzalamışdır və barışıq sazişi ilə razıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Bakı 13 saylı Mediasiya Təşkilatı məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər.Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/13/2024-00121 saylı mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən, “tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Məhkəmə qətnaməsi ilə müəyyən olunan 100 (bir yüz) manat aliment məbləğinin 235 (iki yüz otuz beş) manata qaldırılmasına və aliment məbləğinin 2024-cü il fevral ayının 25-dən başlayaraq hər ayın 25-5-i aralığında 2-ci tərəf Maraqlı şəxs1 tərəfindən 1-ci tərəf Ərizəçi 4169 7388 9291 5863 nömrəli Kapital banka məxsus kart hesabına ödənməsi barədə razılığa gəldilər”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi qanuni şəkildə bağlanmışdır, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00121 saylı barışıq sazişi təsdiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli “tərəflər, 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs1 övladları xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Məhkəmə qətnaməsi ilə müəyyən olunan 100 (bir yüz) manat aliment məbləğinin 235 (iki yüz otuz beş) manata qaldırılmasına və aliment məbləğinin 2024-cü il fevral ayının 25-dən başlayaraq hər ayın 25-5-i aralığında 2-ci tərəf Maraqlı şəxs1 tərəfindən 1-ci tərəf Ərizəçi 4169 7388 9291 5863 nömrəli Kapital banka məxsus kart hesabına ödənməsi barədə razılığa gəldilər” məzmunlu barışıq sazişi təsdiq edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-3072/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3072/2024
29.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver