Məhkəmə qərarları › İş №2(004)-3096/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3096/2023

09.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3096/2023 09.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xüsusi icraat qaydasında tərəfindən verilən ərizəni təmin edib cavabdeh Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 ilə mediasiya şurasında bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi tələbinə dair tərəfindən ərizə ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2673C023 nömrəli. xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə geri qaytanlmış və aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdirlər. Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü it tarixində barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin şərtlərinə əsasən, Maraqlı şəxs Xaçmaz rayonu, Susayqışlaq Bələdiyyəsinin 30 iyul 2007-ci il tarixli qərarına əsasən ona satılmış,Xaçmaz rayonu, Pərdiqron kəndində yerləşən 1000.kv m-dən ibarə torpaq sahəsindən ərizəçinin xeyrinə imtina edir, həmin sahənin ərizəçinin mülkiyyətinə keçməsi ilə bağlı lazımı sənədləşdirməni aparmaqdan ötrü ona etibarnamə verirdi. Sözügedən banşıq sazişinin digər şənlərinə əsasən Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri İsmayıllı rayonu, İvanovka kəndində yerləşən torpaq sahəsi üzərində və “Mitsubishi Outlander" markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində olan 50% pay hüququndan ərizəçi imtina edir. Bundan başqa həmçinin,o məhkəməyə müraciət edərək irəli sürdüyü tələbdən imtina edərək, əmlakların özgəninkiləşdiriİməsinə qadağa qoyulması ilə bağlı müvəqqəti təminat tədbirini ləğv edib və əmlak bölgüsü ilə əlaqədar heç bir iddia və tələbinin olmadığını bəyan etməyi də qeyd etdikləri barışıq sazişinin şərtlərində nəzərdə tutulmuşdur. Cavabdeh Maraqlı şəxs ilə aralarında Mediasiya Təşkilatında barışıq sazişi bağlanmış və bütün şərtlər razılaşdırılmışdır. Buna görə də, məhkəmə cavabdehlə aralarında bağlanan xx.xx.2023-cü il tarixli barişiq sazişini nəzərə alaraq barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul etməlidir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs barışıq sazişində göstərilən şərtlərlə razı olduğunu bildirərək barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, ərizəçi şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci əsasən işə Ərizəçi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər birgə ailə mübahisəsi ilə bağlı əmlak bölgüsü tələbi ilə bağlı razılığa gəldilər. Saziş ilə birinci tərəf - Maraqlı şəxs üzərinə götürdüyü öhdəliklər: 2.1-Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin 30 İyul 2007-ci il tarixi qararına əsasən ona satılmış, Xaçmaz rayonu, Pərdiqran kəndində yerləşən 1000 kv.m-dan ibarət torpaq sahəsindən Ərizəçi xeyrinə imtina edir, hamin sahənin Ərizəçi mülkiyyətinə keçməsi ilə bağlı lazımı sənədləşdirməni aparmaq üçün ona müvafiq etibamamə verir. Saziş ilə ikinci tərəf - Ərizəçi üzərinə götürdüyü öhdəliklər: 2.2-o Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri İsmayıllı rayonu, İvanovka kəndində yerləşən torpaq sahəsi üzərində və “Mitsubishi Outlander" markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində olan 50% pay hüququndan imtina edir.2.3-Ərizəçi məhkəməyə müraciat edərək irəli sürdüyü iddialardan imtina edir, əmlakların özgəninkiləşdiriİməsinə qadağa qoyulması ilə bağlı müvəqqəti təminat tədbirini ləğv etdirir və əmlak bölgüsü ilə əlaqədar heç bir iddia və tələbinin olmayacağını bəyan edir.2.4 Tərəflər bu saziş üzrə öhdəliklərinin icrasını bir-biri ilə şərtləndirir. Sazişin İcra qaydası aşağıdakı kimidir: məhkəmə tərəfindən bu sazişdə göstərilən əmlaklann özgəninkiləşdiriİməsinə qadağan edilməsi ilə bağlı veilmlş qərarlar Ərizəçi ərizəsi əsasında ləğv olunur, X2 bu Sazişin 2.1ci bəndində göstərilən etbamamənl qeyd edilən məhkəmə qərarları qəbul edilən gündən 48(qırx səkkiz) saat ərzində Ərizəçi verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi həmin məzmunda təsdiq olunmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. Bu Barışıq sazişi mediasiya prosesi nəticəsində mübahisə tərəfləri arasında mübahisənin həlli şərtlərinə aid əldə edilən razılaşmadır.

2. Mübahisə tərəfləri bundan sonra ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaqdır. 2.1 Maraqlı şəxs Xaçmaz rayonu, Susayqışlaq bələdiyyəsinin 30 İyul 2007-ci il tarixi qararına əsasən ona satılmış, Xaçmaz rayonu, Pərdiqran kəndində yerləşən 1000 kv.m-dan ibarət torpaq sahəsindən Ərizəçi xeyrinə imtina edir, həmin sahənin Ərizəçi mülkiyyətinə keçməsi ilə bağlı lazımı sənədləşdirməni aparmaq üçün ona müvafiq etibamamə verir. 2.2 Ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə əldə etdikləri İsmayıllı rayonu, İvanovka kəndində yerləşən torpaq sahəsi üzərində və “Mitsubishi Outlander" markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində olan 50% pay hüququndan imtina edir. 2.3 Ərizəçi məhkəməyə müraciat edərək irəli sürdüyü iddialardan imtina edir, əmlakların özgəninkiləşdiriİməsinə qadağa qoyulması ilə bağlı müvəqqəti təminat tədbirini ləğv etdirir və əmlak bölgüsü ilə əlaqədar heç bir iddia və tələbinin olmayacağını bəyan edir. 2.4 Tərəflər bu saziş üzrə öhdəliklərinin icrasını bir-biri ilə şərtləndirir. Sazişin icra qaydası aşağıdakı kimidir: məhkəmə tərəfindən bu sazişdə göstərilən əmlaklann özgəninkiləşdiriİməsinə qadağan edilməsi ilə bağlı veilmiş qərarlar Ərizəçi ərizəsi əsasında ləğv olunur, X2 bu Sazişin 2.1-ci bəndində göstərilən etbamaməni qeyd edilən məhkəmə qərarları qəbul edilən gündən 48 (qırx səkkiz) saat ərzində Ərizəçi verir. 3.Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud ilan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 4.Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

5. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla. Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

6. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayn müddət müəyyən eddməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. 7.Tərəflər Sazişdən irəfi gələn öhdəükJərimn pozulmasına görə, o cümlədən. Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

8. Sazişin könüllü İcrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

9. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir.

10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir.

11. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 12.Tərəflər bununla təsdiq edirlər ki, onlann vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssisləri məsləhətləşmək hüququ vardır.

13. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz

14. Əgor Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zaman Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsəd ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 15.Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflə məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər. 16.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 16.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 16 2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 16.3 Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 16.4 yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə);

17. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir.

18. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsinndən əmələ gətmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövtət vo yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir. 19.Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır.

20. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim Günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir.

21. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini İcra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir.

22. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf təmin edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır. 23.Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır. 24.Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. 25.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). 26.İlkin mediasiya sessiyasından sonra birinci tərəf X3 50 (əlli) manat məbləğində İlkin mediasiya sessiya rüsumunu, 200 (iki yüz) manat məbləğində barışıq sessiyası rüsumunu ödəmişdir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar