Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3119/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: ölüm faktı) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi (Maraqlı şəxs) “şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə müəyyən vaxtda və şəraitdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, X6 onun anasıdır. X2 xx.xx.1950-cı ildə Şamaxı rayonunda doğulmuş, onunla birlikdə qeyd etdiyi ünvanda (Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 157Q) yaşamışdır. xx.xx.2024-cü il tarixdə anasının vəziyyəti ağırlaşmış və həkim çağırmışlar. Həkim gələnə kimi artıq anası vəfat etmişdir. Mərhumu el adəti ilə Qaradağ rayonu Sahil qəsəbə qəbirstanlıqda dəfn etsələr də həmin vaxtı ölüm haqqında şəhadətnaməsi almamışlar. Belə ki, həmin vaxt başı dəfn mərasiminə qarışdığı üçün bu barədə lazımi orqana müraciət etməmişdir. Sonradan bu barədə poliklinkaya müraciət etsə də anasına ölum şəhadətnaməsi almaq üçün tibbi şəhadətnamə verilməmişdir. Hazırda X2nın müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsi ona bəzi hüquqi sənədləri o cümlədən ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, anası mərhum C.Dadaşova xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ev şəraitində dünyasını dəyişmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. - 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Təcili və X3 Stansiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 01150 nömrəli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən müəyyən edilir ki, X5 adına ünvan 3 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm, 74 yaşlı qadın meytinin olması qeyd edilmişdir.
8. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 Bakı şəhər Baş Səhiyyə Mərkəzi X9 3 saylı şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, xx.xx.1950-ci il təvəllüdlü X5 ölümü qəfləti və səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli, 05 nömrəli qərarı ilə təsdiq edilmiş, “İnsan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5-ci bəndinə əsasən poliklinika tərəfindən onun barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir.
9. 2 saylı Bakı "Asan Xidmət" X4 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3/16-5/7-D-229-75-24 nömrəli məktuba əsasən müəyyən edilir ki, X5 ölümünü təsdiq edən sənəd olmadığından ölümünün qeydiyyata alınması mümkün olmamışdır.
10. Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi “Cümə” məscidi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışa əsasən müəyyən olunur ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə X2nın vəfat etməsi ilə əlaqədar məscidə müraciət etmişdir. Mərhum həmin tarixdə Sahil qəsəbəsi qəbirstanlığında dəfn olunmuşdur.
11. İş materiallarına X5 dəfn yerlərinin şəkili əlavə olunmuşdur.
12. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində, ev şəraitində vəfat etməsi faktı iş materialları ilə tam sübut olunduğundan və ölüm haqqında şəhadətnamənin alınması zəruri olduğundan, faktın digər yolla müəyyən edilməsi mümkün olmadığından həmin hüquqi fakt təsdiq edilməlidir.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
16. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
17. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
18. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə, Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. X1 ölüm faktının qeydə alınması üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil