Məhkəmə qərarları › İş №2(004)-3131/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3131/2024

31.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3131/2024 31.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞB/13/2024-00180 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin “mediasiya prosesində tərəflər saziş imzalandıqdan sonra aralarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 fevral 2021-ci il tarixli nikahın pozulmasına və Maraqlı şəxs tərəfindən 2024-cü ilin mart ayından başlayaraq hər ayın 3- 10-u aralığında övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşdılar” hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında 22 fevral 2021ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikah bağlanılmışdır və bu nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrə ilə qeyd edilmişdir. Bu nikahdan xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Tərəflər arasında mövcud olan ailə münasibətləri artıq formal xarakter daşıdığından Ərizəçi ilə Maraqlı şəxs ilə arasında bağlanmış 22 fevral 2021-ci il tarixli nikahın pozulması qərarına gəlmişdir. Buna görə də Ərizəçi Maraqlı şəxs qarşı “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və atanın uşaqla ünsiyyət” tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə prosesindən əvvəl Ərizəçi ilə Maraqlı şəxs arasında “nikahın pozulması, uşağın ananın himayəsində saxlanılması, aliment və atanın uşaqla ünsiyyət tələbi”-nə dair xx.xx.2024-cü il tarixində mediasiya prosesi təşkil edilmişdir. Hər iki tərəf mediasiya prosesində iştirak etmiş və tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bununla bağlı iddiaçıya “Barışıq sazişi” verilmişdir. Mediasiya prosesi Bakı 13 saylı Mediasiya Təşkilatında keçirilmiş və tərəflər arasında MŞB/13/2024-00180 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən tərəflər saziş imzalandıqdan sonra aralarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrəli akt qeydi ilə tərtib olunmuş 22 fevral 2021-ci il tarixli nikahın pozulmasına, Maraqlı şəxs xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsində saxlanmasına razılaşmış, eyni zamanda, mediasiya prosesində Maraqlı şəxs tərəfindən 2024-cü ilin mart ayından başlayaraq hər ayın 3-10-u aralığında övladları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment ödəməsi barədə razılaşırlar. Tərəflər arasında nikahın pozulması və alimentlə bağlı barışıq sazişi var.Lakin alimentlə bağlı saziş olsa da, Maraqlı şəxs barışıq sazişinə əməl etmir. Belə ki, o, ilk ayın alimentini belə gec ödəmiş, növbəti ayların alimentini isə ödəməyəcəyini bildirmişdir. Ərizəçi hazırda övladına özü tək baxır, Maraqlı şəxs övladının baxımında iştirak etmir. Hətta övladı X3 17 yanvar 2024-cü il tarixində ürək əməliyyatı olmuş, onun bütün xəstəxana xərclərini, dərmanlarının xərclərini də ərizəçi özü çəkmişdir. Maraqlı şəxs atası olaraq övladına baxmır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, barışıq sazişinin nikahın pozulması və alimentin ödənilməsi hissəsində təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəni qəbul edərək, izahatında göstərdi ki, barışıq sazişini öz iradəsi ilə imzalamışdır. Məhkəmə ərizəçi və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00180 nömrəli barışıq sazişinə əsasən,

1. (nikahın pozulması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 22 fevral 2021-ci il tarixində Bakı 2 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağladıqları, 174 sayı ilə qeydə alınan nikahı pozsunlar;

2. (uşağın ananın himayəsində saxlanılması tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər 1-ci tərəf X1 yanında, himayəsində saxlanılmasına razılaşdılar;

3. (aliment tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 3-10-u aralığında 235 (iki yüz otuz beş) manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs1-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar;

4. (atanın uşaqla ünsiyyət tələbi) Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 2-ci tərəf Maraqlı şəxs ilə 1-ci tərəf Ərizəçi iştirakı ilə ay ərzində 2 dəfə olmaqla bazar günləri saat 10:00-dan 14:00-a qədər görüşüb ünsiyyətdə olması barədə razılaşdılar. İş materiallarında olan Az-İİ № 426582 seriya nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 174 nömrəsi ilə qeyd edilmişdir. İş materiallarında olan Az-İV № 821955 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.2022-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 16-cı maddəsinə əsasən, nikaha xitam verilməsi müvafiq icra hakimiyyəti orqanı, bu Məcəllənin 19-21-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin “Ərizəçi ilə Maraqlı şəxs arasında 22 fevral 2021-ci il tarixində Bakı 2 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağladıqları, 174 sayı ilə qeydə alınan nikahı pozsunlar” hissəsi qanunvericiliyin tələblərinə zidd olduğundan həmin hissədə təsdiq edilməsindən imtina olunmalıdır. Həmin barışıq sazişinin “Ərizəçi Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 3-10-u aralığında 235 (iki yüz otuz beş) manat aliment məbləğini Maraqlı şəxs Ərizəçi ödəməsi barədə razılaşdılar” hissəsi qanuni şəkildə bağlanmışdır, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/13/2024- 00180 nömrəli barışıq sazişi aliment tələbi hissəsində təsdiq edilməlidir. Məhkəmə tərəflərə izah edir ki, aralarında bağlanmış nikaha məhkəmə qaydasında xitam verilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024cü il tarixli MŞB/13/2024-00180 nömrəli barışıq sazişi “Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə birgə nikahdan anadan olan uşaqları xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2024-cü ilin mart ayından başlayaraq hər ayın 3-10-u aralığında 235 (iki yüz otuz beş) manat aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi ödəməsi barədə razılaşdılar” hissəsində təsdiq edilsin. “Tərəflər 1-ci tərəf Ərizəçi 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək 22 fevral 2021-ci il tarixində Bakı 2 saylı Asan xidmət mərkəzində qeydiyyat şöbəsində bağladıqları, 174 sayı ilə qeydə alınan nikahı pozsunlar” hissəsində təsdiq edilməsindən imtina olunsun. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Aydan Oruclu

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar