Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3135/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Əfəndiyeva Aygül Fikrət qızının katibliyi, İddiaçı Murtuz qızının və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X6 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Murtuz qızının Cavabdeh X4rşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Murtuz qızı Cavabdeh X4rşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli, 20-0138 saylı əmrin qanunsuz və əsassız hesab edilməsi, işsiz qaldığı bütün dövr üzrə orta əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, dəymiş mənəvi zərərə görə 20000 manat məbləğində pul vəsaitinin, hüquqi məsləhət və nümayəndəlik xidmətləri üçün 200 manat məbləğində pulun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci il tarixli 20-0138 saylı kadr əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad olunmuşdur. xx xxxxxx 2020-ci il tarixli 20-0138 saylı əmr qanunsuz və əsassız hesab edilərək ona dəymiş zərərin məbləği işəgötürən tərəfindən onun xeyrinə ödənilməlidir. Belə ki, "xxxxxxxxx" QSC-nin xx xxxxxx 2020-ci il tarixli rəsmi bildirişdən görünür ki, işə götürən istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişikliklər edilməli olduğundan departamentin əməkdaşları arasında vəzifə bölgüsü yenidən aparılmış və o, əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədər "Cavabdeh" QSC-nin başqa fililalına keçirilmişdir. Halbuki qanunvericiliyin tələblərinə görə, işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl onu xəbərdar etməli idi və yeni əmək şəraitinə razılıq vermədiyi təqdirdə işəgötürən onu başqa vəzifəyə keçirə bilərdi və əgər bu mümkün olmasaydı işəgötürənin əmək müqaviləsinə xitam verməyə hüququ olardı. Yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermək üçün işəgötürən həmin yeni əmək şəraiti ilə iddiaçını tanış etməli idi, onu da etməmişdir. Nəticə etibarı ilə "Cavabdeh" QSC əmək qanunvericiliyinin tələblərinə əməl etmədən əmək münasibətlərinə xitam vermiş və iddiaçıya maddi və mənəvi zərər vurmuşdur.xx xxxxx 2008-ci il tarixindən “Cavabdeh" QSC-də fəaliyyətə başlamış və həmin bankda xx xxxxxx 2017-ci ildən QKM (qeyri kredit məhsullarının) Satış və Bank Xidmətləri üzrə aparıcı mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifədə xx xxxx 2019-cu ildən xx xxxx 2019-cu il tarixədək analıq, xx xxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək əsas əmək məzuniyyəti, xx xxxxxx 2019-cu ildən xx xxxxxx 2019-cu il tarixədək uşağa qulluqla bağlı sosial məzuniyyətdə olmuşdur. xx xxxxxx 2020-ci il tarixdən işə çıxmış və Cavabdeh QSC-nin rəhbəri tərəfindən heç bir xəbərdarlıq olunmadan əmək funksiyasından kənarlaşdırılmış və onun yerinə başqa işçi götürülmüşdür.Bundan başqa, məzuniyyətdə olduğu dövrdə çalışdığı departamentin adı dəyişdirilmiş və ondan başqa bütün əməkdaşlara yeni müqavilə təqdim olunmuşdur. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müqaviləyə xitamın əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin "c" yarımbəndinə, yəni əmək şəraitinin şərtlərinin dəyişdirilməsi kimi göstərilsə də, əslində cavabdeh əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" yarımbəndində göstərilmiş, yəni işçilərin sayı və ştatları ixtisarı edilmə əsası ilə əmək müqaviləyə xitama hüquqi don geyindirməyə çalışmışdır. Beləliklə, onların bu hərəkəti cinayət məsuliyyətindən yayınmaya yönəldilmişdir.İşin faktiki hallarından göründüyü kimi Əmək Məcəlləsində 3 yaşınadək uşağı olan qadınlar üçün nəzərdə tutulmuş sosial müavinətlərin və sair ödənişlərin, qısa iş saatı və digər üstünlükləri ilə bağlı tələblərinin yerinə yetirməli olduğu halda işəgötürən əlavə xərcə düşməmək üçün onu, yəni 3 yaşınadək uşağı olan qadın olması əsası ilə faktiki olaraq ixtisara salmış, əmrdə isə formal olaraq əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin "c" bəndini qeyd edərək xitam vermişdir, nəticə etibarı ilə məsuliyyətdən yayınmağa cəhd göstərmişdir. Qeyd olunanlar əmrin qanunsuzluğunu və əsassızlığını göstərir. O, 12 il vicdanla "Cavabdeh" QSC-də çalışmış və bu müddət ərzində o bankın inkişafına, zənginləşməsinə və fəaliyyətin yaxşılaşmasına öz əməyini sərf etmişdir. Bütün bunlardan sonra barəsində bu cür qanunsuz hərəkət mənfi psixi reaksiyaya və mənəvi pozğunluğa səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı Murtuz qızının nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixli 20-0138 saylı əmr qanunsuz və əsassızdır. İddiaçı əmək qanunvericiliyinin tələbləri pozulmaqla işdən azad olunmuşdur. Eyni zamanda işdən azad edilməmişdən əvvəl ona işəgötürən tərəfindən kobud şəkildə yanaşılmış, asılı vəziyyətə salınaraq əlverişsiz şərtlər qoyulmuşdur. Nəticə etibarilə heç bir əsas olmadan əmək şəraitinin şərtinin dəyişməsi şərtilə əmək müqaviləsinə xitam verilmişdir. Ona görə də o hesab edir ki, işəgötürənin hərəkəti qanunsuzdur, əmr ləğv olunmalıdır və iddiaçıya dəymiş mənəvi zərərə görə 20000 manat ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı Murtuz qızı izahatında bildirdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə işə çıxmalı idi. Bundan əvvəl xx xxxxxx 2019-cu il tarixdə əvvəl işlədiyi filialın nümayəndəsi ilə görüşmüş və ona xx xxxxxx 2020-ci ildə işə çıxmağa hazır olduğunu bildirmişdir. Bankda ona həmin filialda boş yer olmadığını və filialın göstəriciləri yaxşı olmadığı üçün ona yeni işçi götürməyə icazə vermədiklərini bildirilmişdir. O, həmin filialın işçisi olduğunu və ondan sonra filiala işə götürülənlərin olduğunu bildirmişdir. Ona baş ofisdən zəng vurmuş və “X1” rəhbərinin onunla görüşmək istədiyini bildirmişlər. O, xx xxxxxx 2019-cu il tarixdə departament rəhbərinin qəbulunda olmuş və ondan işlədiyi filialda yer olmadığı barədə məlumat aldığını və ona hansı filiala göndərə biləcəkləri barədə soruşmuşdur. Ona bu məsələnin müzakirə olunduğunu və məlumat veriləcəyəni bildirilmişdir. Lakin ona heç bir məlumat verilməmiş və o özü də onlarla əlaqə saxlamışdır. X2 işləyən Xanım Muradova ona uyğun bankda iş olmadığını və onun sosial məziniyyətinə davam etməli olduğu barədə qərar qəbul oldunduğunu bildirmişdir. O, bir neçə dəfə zəng edərək departamentin rəhbəri ilə yenidən görüşmək istədiyini bildirmişdir. Ona bu barədə məlumat veriləcəyi bildirilsə də heç bir cavab verilməmiş, yalnız xx xxxxxx 2019-cu il tarixdə vatsap vasitəsilə ona mesaj yazılmışdır. O, xx xxxxxx 2020-ci il tarixdə işə çıxmış, bir ay yarım işləmişdir. Filial müdiri iddiaçıya heç bir iş görməməyini və iddiaçıya görə ona problem lazım olmadığını bildrimişdir. O, göründüyü kimi bu müddətdə təzyiq altında olmuşdur. Həmin ay ərzində o işdə ola-ola ona boş yer olmadığını bildirsələr də, filiala yeni işçi qəbul olunmuş, həmçinin Həzi Aslanov filialından Xəqani filialına onun vəzifəsində olan başqa bir işçi keçirilmişdir. Onunla eyni vəzifədə işləyən işçi sosial məzuniyyətdən qayıtmış və işinə davam etmişdir. O, həmçinin X3 rəhbərinin qəbulunda olmuş və başqa vəzifəyə keçirilmək istəmədiyini bildirmişdir. İddiaçıya onun vəzifəsi üzrə boş yer olmadığını, başqa vəzifəyə keçmək istəmədiyi halda azyaşlı uşağı olduğu üçün onu işdən azad edə bilməyəcəklərini, qanunun tələbini poza bilməyəcəklərini bildirmiş və mənə kompensasiya ödənilməkə işdən öz ərizəmlə çıxağım təklif olundu. Lakin bundan sonra ona yeni vəzifəyə keçirilməyi barədə xəbərdarlıq edilmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə "Cavabdeh" QSC-nin idarə heyətinin sədrinə “X13 üzrə Aparıcı Mütəxəssisi” vəzifəsinə keçmək istəmədiyi barədə rəsmi etirazını ünvanlamış və əvvəlki vəzifəsinə qayıtmaq istədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia ərizəsi tamamilə əsassız olduğundan, həmçinin maddi və prosessual hüquq normaları pozulmaqla məhkəməyə müraciət edildiyindən iddia rədd edilməlidir. X9 ilə Cavabdeh X10 arasında xx.xx.2015-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. X5 ərizəsinə əsasən işəgötürənin “məzuniyyət verilməsi haqqında” xx xxxx 2019-cu il tarixli, AD-63209 nömrəli əmri ilə xx xxxxxx 2019cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək uşağa qulluqla bağlı sosial məzuniyyətə çıxmış, qeyd edilən əmrdə işçinin xx.xx.2020-ci il tarixdən işə çıxması nəzərdə tutulmuşdur. İddiaçı Bank tərəfindən tərtib olunmuş bütün əmrlərlə tanış olmuşdur. İddia ərizəsində qeyd olunur ki, əmək şəraitinin dəyişdirilməsi barədə heç bir məlumat verilmədən, 1 ay xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. Halbuki Cavabdeh X10 tərəfindən iddiaçıya əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə bildiriş verilmiş və iddiaçı həmin bildirişlə tanış edilmişdir. Bundan əlavə, iddiaçı himayəsində azyaşlı uşaqları olduğundan Cavabdeh QSC-nin Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş güzəştləri tətbiq etmək niyyətinin olmaması səbəbindən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsası kimi əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin göstərildiyini qeyd etmişdir. Bundan əlavə qısaldılmış iş vaxtı qadınlar üçün uşaqları yaş yarımlığa çatana kimi müəyyən edilmişdir. Cavabdeh QSC bunun üçün altı-yeddi ay da gözləyə bilərdi. Həmçinin, Cavabdeh QSC-də çox sayda azyaşlı uşağı olan qadınlar işləyir. Bundan əlavə, iddiaçıya əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi bildiriş təqdim olunmuş və qanunvericiliyin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar ona əmək haqqı məbləğinin 450 manatdan məbləğindən 600 manat məbləğinə artırılılması təklif olunmuşdur. Əmək müqaviləsinə əsasən iddiaçı əmək funksiyasını həm baş ofisdə, həm də filialda həyata keçirə bilər. Ona görə də onun iş yerinin baş ofisdən Babək filialına dəyişdirilməsi təklif olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkaretdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin üçüncü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi İddiaçı işdən çıxarılması, yəni öz mülahizəsinə əsasən “hüquqlarının pozulması” barədə xx.xx.2020-ci il tarixdə məlumatlı olmuşdur. Həmin dövrdən sonra onun işdən əsassız çıxarılması barədə Əmək Müfəttişliyinə etdiyi müraciətlər də bunu təsdiq edir. Lakin onun tərəfindən iddia müddəti ötürülməklə məhkəməyə müraciət edilmişdir. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnanə qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh QSC ilə İddiaçı arasında bağlanmış PERSORD-64176 saylı əmək müqaviləsinə əsasən vəzifə maaşı 757 manat olmaqla, Müştəri Xidmətləri Aparıcı Kredit Mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan PERSORD-64176 saylı əmək müqaviləsinə edilmiş xx.xx.2017ci il tarixli əlavədən görünür ki, İddiaçı vəzifə maaşı 450 manat olmaqla, QKM Satışı və Bank Xidmətləi üzrə Aparıcı Mütəxəssis vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan Cavabdeh QSC-ninxx.xx.2020-cu il tarixli 20-0138 saylı əmrinə əsasən, “QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin c yarımbəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, o, yaranmış zərurət ilə əlaqədar olaraq “xxxxxxxxx” QSC-də istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişiklik edilməli olduğundan “Pərakəndə Bankçılıq” Departamentinin əməkdaşları arasında vəzifə bölgüsünün yenidən aparılması və əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar əmək haqqı məbləği 600 manat olmaqla Cavabdeh QSC-nin Babək filialında X13 üzrə Aparat Mütəxəssisi” vəzifəsinə keçirilməsi, yeni əmək şəraitin şərtlərinə münasibətindən asılı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş növbəti tədbirlərin görüləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Azərbaycan respiblikasımın Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış cavab məktubundan görünür ki, iddiaçıya bildirilmişdir ki, Cavabdeh QSC-nin rəhbərliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinə təqdim etdiyi məktublar və əlavə olunmuş sənədlərdə onun, xx.xx.2017-ci il tarixdən “QKM satışı və bank xidmətləri üzrə aparıcı mütəxəssis” vəzifəsində çalışdığı, əmək haqqının 450 (dörd yüz, əlli) manat məbləğində olduğu bildirilmişdir. Həmçinin şirkət tərəfindən xx.xx.2020-ci il tarixdə “QKM satışı və bank xidmətləri” departamentində (əvvəlki eyni vəzifə funksiyanına uyğun olan təlimata) əmək haqqının 600 (altı yüz) manat olmaqla əmək şəraitinin dəyişdirilməsi barədə ona bildirişin təqdim edildiyi lakin razılıq vermədiyi, onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) əsasən xitam verildiyi qeyd olunmuşdur. Hazırda Cavabdeh” QSC-də “Pərakəndə Bankçılıq” departamentinin müştəri xidmətlərində aparıcı mütəxəssis vəzifəsi üzrə vakansiyanın olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə əsasən əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli bu mümkün olmadıqda isə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində əmək müqaviləsinə xitam verilə bilər. Beləliklə Cavabdeh QSC-ninxx.xx.2020-ci il tarixli 20-0138 saylı əmrinə əsasən, “QKM Satışı və Bank Xidmətləri üzrə Aparıcı Mütəxəssis” İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx xxxxxx 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin c yarımbəndinə əsasən xitam verilmiş və o tutduğu vəzifədən azad edilmişdir. Hal-hazırda İddiaçı məhkəmə müraciət edərək həmin əmrin ləğv edilməsi və ona dəymiş zərərin əvəzinin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56.1-ci maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən işəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Həmin Məcəllənin 68-cimaddəsinin“c” bəndinəəsasənəmək müqaviləsinəəmək şəraitinin şərtlərinin dəyişdirilməsi əsası iləxitam verilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, iddiaçıya xx xxxxxx 2020-ci il tarixdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi barədə rəsmi bildiriş təqdim olunmuş və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq əmək şəraitinin şərtlərinin dəyişdirilməsi ilə əlaqədar ona əmək haqqı məbləğinin 450 manat məbləğindən 600 manat məbləğinə artırılaraq “X13 üzrə Aparıcı Mütəxəssisi” vəzifəsinə keçirilməsi təklif edilmişdir. Lakin X5 əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə razılıq verməmişdir. Onun başqa vəzifəyə keçirilməsi mümkün olmadığından əmək şəratinin şərtlərinin dəyişdirilməsi barədə xx xxxxxx 2020-ci il tarixdə verilmiş bildiriş üzrə xəbərdarlıq müddəti bitdikdən sonra iddiaçı və Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri əmək şəraitin şərtlərinin dəyişdirilməsidir. Əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qaydasını müəyyən edən Əmək Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Həmin maddənin 2-ci bəndinə görə işəgötürən əmək şəraitinin şərtlərini dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir.Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c” bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər. Əmək Məcəlləsində yuxarıda qeyd olunan işçilərin əmək müqaviləsinə Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin “c”, “d”, “e” bəndlərində, habelə 69, 74, 75-ci maddələrində nəzərədə tutulan əsaslardan biri ilə xitam verilməsinə dair qadağa nəzərədə tutulmamışdır. İş materiallarında olan Cavabdeh QSC tərəfindən İddiaçı ünvanlanmış bildirişdən görünür ki, o, yaranmış zərurət ilə əlaqədar olaraq “xxxxxxxxx” QSC-də istehsalın və əməyin təşkilində optimallaşdırma ilə bağlı dəyişiklik edilməli olduğundan “Pərakəndə Bankçılıq” Departamentinin əməkdaşları arasında vəzifə bölgüsünün yenidən aparılması və əmək şəraitinin dəyişdirilməsi ilə əlaqədar əmək haqqı məbləği 600 manat olmaqla Cavabdeh QSC-nin Babək filialında X13 üzrə Aparat Mütəxəssisi” vəzifəsinə keçirilməsi barədə məlumatlandırılmışdır. İddiaçı bildirişlə tanış olmuş və Cavabdeh QSC-nin Babək filialında X13 üzrə Aparat Mütəxəssisi” vəzifəsində işləməyə razılıq verməmişdir. Həmçinin iş materaillarından görünür ki, İddiaçı Murtuz qızı əmək müqaviləsinin xitam verilməsi ilə bağlı araşdırmanın aparılması üçün Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmiş və araşdırma əsasında ona qanun pozuntusunun müəyyən edilmədiyi bildirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Murtuz qızı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «c» bəndi ilə xitam verilməsi əsaslı olduğu üçün iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, cavabdehin nümayəndəsi iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etsə də, iş üzrə iddia müddəti tətbiq edilərək, iddia ərizəsinin məhz bu əsasla rədd edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı işdən azad olunması barədə əmrin surətini Cavabdeh QSC-dən xx xxxxxx 2020-ci il tarixdə almışdır. Əmrlə tanış olduqdan araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən iddiaçıya cavab məktubu göndərilmişdir. İddiaçı isə xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-cimaddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. HəminMəcəllənin88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. AzərbaycanRespublikasıMülkiProsessualMəcəlləsinin 218.3cümaddəsinəəsasənhakimişdəiştirakedənşəxslərinverdiyitələblərüzrəqətnaməçıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3135/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3135/2020
12.08.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver