Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-314/2021 03.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyinin, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ipoteka predimetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ipoteka predimetinə tutmanın yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası və vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1dan, Cavabdeh2 və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə 1382,10 ABŞ dolları məbləğində əsas kredit borcu, 24,49 ABŞ dolları məbləğində faiz borcu, 1457,19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2863,78 ABŞ dolları məbləğində borcun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsinə, Cavabdeh1 məxsus **-FT-*** nömrəli qeydiyyat nişanı, markalı-KİA, modeli-CERATO, buraxılış ili -2013, ban - KNAFX411BE5136627, rəngi - ağ mirvari olan minik avtomobilinə tutma yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə olunacaq pul vəsaiti borcun ödənilməsi üçün kifayət etmədikdə isə qalan borcun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçıSC tərəfindən Cavabdeh1 xx.xx.2016cı il tarixli 16010-0128/388188 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 9 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10724,13 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bağlanmış xx.xx.2016ci il tarixli 16010-0128/388188 Sİ saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus olan **-FT-*** nömrəli qeydiyyat nişanı, KİA markalı, modeli- CERATO, buraxılış ili -2013, ban - KNAFX411BE5136627, rəngi - ağ mirvari olan minik avtomobili ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 xx xxxxxxx 2016-cı il tarixdə banka ərizə ilə müraciət edərək 16010-0128/388188 saylı xx.xx.2016-cı il tarixli Kredit müqaviləsi üzrə ona verilmiş 10724.13 ABŞ dolları məbləğində olan krediti ABŞ dolları məzənnəsinin artması və bununla əlaqədar aralarında yazılı tərtib olunmuş ödəniş cədvəli üzrə ödəmək iqtidarında olmadığına görə 16010-0128/388188 saylı xx.xx.2016-cı il tarixlii kredit müqaviləsinə müvafiq əlavənin imzalanmasını xahiş etmişdir. xx xxxxxxx 2016-cı il tarixdə xx xxxxxx 2016-cı il tarixli 16010-0128/388188 saylı kredit müqaviləsinə 1 saylı Əlavə imzalanmışdır. Həmin əlavəyə əsasən, xx xxxxxxx 2016-cı il tarixli 16010-0128/388188 saylı kredit müqaviləsi üzrə faiz dərəcəsi 9 faiz dərəcəsi 8 faiz dərəcəsinə dəyişdirilir. Cavabdehlər Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 16010-0128/535235 Z saylı xx xxxxxxx 2016-ci il tarixli və Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış "010-0128/546440 Z saylı xx xxxx 2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən onlar, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşdürlər. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx xxx 2020-ci il tarixinə İddiaçı ASC-yə 1382.10 ABŞ dolları məbləğində əsas kredit borcu, 24.49 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 1457.19 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2863.73 ABŞ dolları məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməyimizə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmişdir, kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdirlər, ipoteka əmlakı hesabına banka olan borcun könüllü ödənilməsi üçün təklif verilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 xx.xx.2016-cı il tarixli 16010- 0128/388188 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə 9 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10724,13 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə Cavabdeh3 ilə iddiaçı arasında xx.xx.2017-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli 16010-0128/388188 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri təmin etmək məqsədilə Cavabdeh2 Dılman oğlu ilə iddiaçı arasında xx.xx.2016-cı il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 1293 saylı ipoteka müqaviləsindən görünür ki, xx.xx.2016-cı il tarixli, № 16010-0128/388188 saylı kredit müqaviləsinə əsasən verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **- FT-*** dövlət qeydiyyat nömrəli “Kia Cerato” minik markalı (buraxılış ili 2013, ban- KNAFX411BE5136627, rəngi - ağ) nəqliyyat vasitəsinin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişdirlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra edərək cavabdeh - borc alana krediti versə də, borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmişdir. Kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. xx.xx.2020-ci il tarixli, 9/4919 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx xxxxxx 2016-cı il tarixli 16010-0128/38188 saylı kredit müqaviləsinin, eləcə də xx.xx.2016-cı il tarixdə imzalanmış həmin müqaviləyə əlavənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə sualda soruşulan xx xxxxxx 2019-cu il tarixə olan ümumi borcu 3.891,52 ABŞ dolları məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə - 3876,01 ABŞ dolları, faiz borcu üzrə -15,50 ABŞ dolları. Bundan başqa qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış sənədlərində göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdən sonra da Cavabdeh1 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ayrı-ayrı tarixlərdə ümumilikdə 2.500,00 ABŞ dolları məbləğində olmaqla ödəniş aparılmış və çıxarış sənədlərindən görünür ki, həmin ödənişlər cavabdehin əsas borcundan silinməsinə yönəldilmişdir. Lakin sualda borcun konkret tarixə, yəni xx.xx.2019-cu il tarixinə hesablanılması soruşulduğundan həmin ödənişlər hazırki hesablama zamanı nəzərə alınmadı. Nəzərə alındıqda cavabdehin əsas borcu 1.376,01 ABŞ dolları (3876,01 - 2500,00) məbləğində müəyyən edilmişdir. Beləliklə, cavabdeh – borc alan müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etmədiyindən iddia tələbi əsas borc və kredit müqaviləsinin müddətinin bitdiyi tarixə hesablanmış faiz borcunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin 1382,10 ABŞ dolları əsas borcu hissəsində hesab edir ki, əsas borc ekspert rəyi ilə qismən təsdiq edildiyindən həmin hissədə, yəni 1376,01 ABŞ dolları hissəsində, faiz borcu isə 15.50 ABŞ dolları hissəsində təmin edilməli və Cavabdeh1 1376,01 ABŞ dolları əsas borc, 15.50 ABŞ dolları faiz borcu tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2016-cı il tarixli, 16010-0128/38188 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri xx.xx.2016-cı il tarixli, 16010-0128/38188 Sİ saylı İpoteka Müqaviləsi ilə təmin olunmuşdur. İpoteka müqaviləsinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bu İpoteka Müqaviləsi ilə müəyyən edilmiş **-FT-*** dövlət qeydiyyat nömrəli “Kia Cerato” minik markalı (buraxılış ili 2013, ban- KNAFX411BE5136627, rəngi – ağ) avtomobilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlinmişdir. Azərbaycan Respublikası MM-nin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. “İpoteka haqqında” Qanunun (bundan sonra – Qanun) 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, Cavabdeh1 iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməmələri nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu Cavabdeh1 alınmaqla yanaşı eyni zamanda, iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh1 aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərcləri Cavabdeh1 tutulmalıdır. Belə ki, xx.xx.2020-ci il tarixli, 9/4919 saylı ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 145 manat məbləğindədir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – xx.xx.2020-ci il tarixli, 9/4919 saylı ekspert rəyinə əsasən ekspertizanın tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh1 1376,01 (bir min üç yüz yetmiş altı ABŞ dolları, bir sent) ABŞ dolları əsas borc, 15,50 (on beş ABŞ dollar, əlli sent) ABŞ dolları faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1541,51 (bir min beş yüz qırx bir ABŞ dolları, əlli bir sent ) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia tələbi Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-FT-*** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilə yönəldilərək, açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilməli, iddiaçının tələbi ödənildikdən sonra 2013-cü il buraxılışlı, **-FT-*** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilməli, 2013-cü il buraxılışlı, **-FT- *** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, kredit müqaviləsi üzrə məhkəmə iddia ərizəsində göstərilən cərimənin 1457,19 ABŞ dolları məbləğində deyil, 150 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədə müvafiq sayır. Bundan əlavə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə onu da qeyd edir ki, tələb digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, zaminlik müqaviləsi xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixlərdə bağlanmışdır. Müvafiq kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2019-cu il tarixdə başa çatmışdır. Hazırkı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə ilk dəfə zaminlərə qarşı zaminlik müqaviləsindən irəli gələn tələblər irəli sürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göstərilən normaların tələbi baxımından zaminlərə qarşı öhdəliyin icrası vaxtından bir il ərzində iddia irəli sürülmədiyindən xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli zaminlik müqavilələri üzrə zaminliyə xitam verilməlidir. Zaminlik müqavilələri üzrə zaminliyə xitam verildiyindən iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə hesab edir ki, bank zamin Cavabdeh2 və Cavabdeh3 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunmuş normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbi onlara aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 1376,01 (bir min üç yüz yetmiş altı ABŞ dolları, bir sent) ABŞ dolları əsas borc, 15,50 (on beş ABŞ dollar, əlli sent) ABŞ dolları faiz borcu, 150 (yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1541,51 (bir min beş yüz qırx bir ABŞ dolları, əlli bir sent ) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia tələbi Cavabdeh1 mülkiyyətində olan 2013-cü il buraxılışlı, **-FT-*** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilə yönəldilərək, açıq hərracda satılsın, onun satışından əldə olunmuş məbləğ kredit məbləğinin ödənilməsinə yönəldilsin. İddiaçının tələbi ödənildikdən sonra 2013-cü il buraxılışlı, **-FT-*** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilin satışından əldə olunan vəsaitin artıq qalan hissəsi Cavabdeh1 verilsin. 2013-cü il buraxılışlı, **-FT-*** dövlət qeydiyyat nişanlı, ban-KNAFX411BE5136627, KİA Cerato markalı avtomobilin satışından əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğ ümumi qaydada Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-314/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-314/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver