Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3159/2022 04.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi cəlb edilməklə xüsusi icraat qaydasında verilmiş “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1979-cu il tarixində X7 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. 14 oktyabr 2021-ci il tarixdə həyat yoldaşı X3 vəziyyəti pisləşdiyindən Təcili və X4 Stansiyasına müraciət etmişdir. Təcili və X4 21:24 radələrində gəlmişlər. X1 və X4 gələnədək vəfat etmişdir. Təcili və X4 Stansiyası tərəfindən verilən ölüm haqqında xəbərdarlıq vərəqəsində ölümün ilkin səbəbi olaraq sadəcə kişi cinsli meyit qeyd olunmuşdur. O Bakı şəhəri Baş Səhiyyə İdarəsinə 39 nömrəli şəhər poliklinikasına müraciət edərək tibbi şəhadətnamənin verilməsi üçün müraciət etmiş və ona xx.xx.1954-cü il təvəllüdlü X3 poliklinikada heç bir xəstəliklə bağlı qeydiyyatının olmadığını bildirmiş və tibbi şəhadətnamənin verilməsindən imtina etmişlər. Bugunədək həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişlər. O 3 saylı Bakı Asan Xidmət mərkəzinin Qeydiyyat Şöbəsinə həyat yoldaşının ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmiş lakin oradan ona məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxs Yasamal Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, X7 onun atasıdır. Atası vəfat edən gün anası ona zəng edərək atasının vəziyyətinin pis olduğunu söyləmişdir. O isə anasının yanına gələnədək X13 çağırmasını söyləmişdir. O evə çatanda X13 briqadası onlara atasının infarkt keçirdiyini söyləmişdir. Atası isə qızına vəziyyətinin yaxşı olduğunu bildirmişdir. X13 getdikdən sonra atasının vəziyyəti yenidən qəfil pisləşmiş, rəngi göyərmişdir. X12 Yardım çağırmışlar. X13 briqadası gəlib müayinə etdikdən sonra atasının vəfat etdiyini onlara bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, X7 onun atasıdır. xx.xx.2021-ci il tarixdə atasının vəziyyətinin pisləşdiyini xəbər vermişlər. O evə getdikdə artıq atası rəhmətə getmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 3 saylı Bakı Asan Xidmət X2 xx.xx.2022-ci il tarixli, 05Q/1598 saylı məktubunda qeyd edilmişdir ki, AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün olmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi – yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 39 nömrəli şəhər poliklinikasından xx.xx.2022-ci il tarixdə verilmiş 47 nömrəli məlumatdan qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X3 39 nömrəli poliklinikaya heç bir xəstəliklə müraciəti qeydə alınmadığından və ölümü qəfləti olduğu üçün ölüm səbəbi məlum olmadığından, azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.4.5 bəndinə əsasən tərəflərindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhər Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Bakı şəhər Təcili və X4 Stansiyasının 4 saylı bölməsi tərkibinə xx.xx.2021-ci il tarixdə, saat 21:34-də 2-ci Alatava 97, 4A ünvana olan X7 üçün çağırış edilmiş və şəxsin həmin ünvanda ölməsi qeyd edilmişdir. İş materiallarında olan qəbirüstündə çəkilmiş fotoşəkildən görünür ki, X7 xx.xx.1954 tarixdə anadan olmuş,xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin qərarın 9.1-ci maddəsinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin qərarın 9.3-cü maddəsinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1954-cü il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-3159/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3159/2022
04.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver