Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3173/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Nikahları Yasamal Rayon Qeydiyyat şöbəsində 320 nömrə ilə qeydə alınmışdır.Tərəflərin birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X5 doğulmuşdur. İlk əvvəl münasibətləri yaxşı olsa da, sonradan münasibətləri korlandığı üçün ayrılmaq qərarına gəlmişlər. Onlar xx.xx.2024-cü il tarixdə keçirilmiş mediasiya şurasının iclasında nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və alimentlə əlaqədar razılığa gəlmişlər. Alimentlə əlaqədar hissədə övladları xx.xx.2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs aliment tələb olunmayacağı, digər övladları xx.xx.2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs Ərizəçi hər ayın 20-dən 25-dək hər ay 235 AZN sabit pul məbləğində aliment ödəyəcəyi barədə razılığa gəlmişlər. Sazişin digər şərtinə görə Maraqlı şəxs uşaqları ilə ünsiyyətinə heç bir məhdudiyyət qoyulmayacaqdır. Sazişin şərtlərinə görə Maraqlı şəxs nikahın pozulması ilə bağlı Ərizəçi aidiyyəti məhkəməyə müraciət edəcəyi ilə əlaqədar razı olduğunu öz öhdəsinə götürmüşdür. Daha sonra Ərizəçi dəqiqləşmə barədə ərizə verərək, Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞB/8/2024-00908 nömrəli, xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndi “Ərizəçi ilə Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 ananın yanında (himayəsində) qalmalarına razılaşdılar” və 4-cü bəndi “Ərizəçi Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2008-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən Maraqlı şəxs hər ayın 20-dən 25-dək hər ay 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimenti Ərizəçi məxsus olan bank kartı hesabına ödəməsi barədə razılaşdılar” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, barışıq sazişinin 2-ci və 4-cü bəndləri hissəsində təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/8/2024-00908 nömrəli mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə əsasən,
2. “Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 birinci tərəf (ananın) yanında (himayəsində) qalmalarına razılaşdılar”;
4. “Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2008-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən ikinci tərəf Maraqlı şəxs hər ayın 20-dən 25-dək hər ay 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi məxsus olan bank kartı hesabına ödəməsi barədə razılaşdılar”. İş materiallarında olan Az-İİ № 105302 seriya nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2008-ci ildə doğulmuşdur, atası Maraqlı şəxs, anası Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq olunması xahiş edilmiş hissələri qanunidir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına hüquqlarına toxunmur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00908 nömrəli barışıq sazişinin 2-ci və 4-cü bəndləri təsdiq edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-23- 355-26, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi” ilə bağlı ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00908 nömrəli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin:
2. Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X1 və xx.xx.2008-ci il təvəllüdlü X3 birinci tərəf (ananın) yanında (himayəsində) qalmalarına razılaşdılar;
4. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2008-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən etibarən ikinci tərəf Maraqlı şəxs hər ayın 20-dən 25-dək hər ay 235 (iki yüz otuz beş) AZN sabit pul məbləğində alimenti birinci tərəf Ərizəçi məxsus olan bank kartı hesabına ödəməsi barədə razılaşdılar. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Aydan Oruclu