Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3174/2024 03.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Ərizəçi (Maraqlı şəxs) tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dair mülki iş (açar sözlər: barışıq sazişi) Hakim Xəlil Ülkər Abdurahman qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi tərəfindən verilmiş (Maraqlı şəxs) “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında məhkəmənin inzibati binasında açıq məkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İ. Xüsusi icraat üzrə tələbin mahiyyəti
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə ailə qurmuş, nikah 14 iyun 2018-ci il tarixdə rəsmən qeydiyyata alınmışdır. Birgə nikah dövründə iki övladları doğulmuşdur. Onlardan biri - X6 xx.xx.2020-ci il, digəri - X7 xx.xx.2022-ci il təvəllüdlüdür. Ailə qurduğu ilk vaxtlarda mehriban yaşasalar da sonradan ailə münasibətləri pozulmuş, ayrılmışlar. Belə ki, həyat yoldaşı Maraqlı şəxs ilə xasiyyəti düz gəlməmiş, evdə əsassız söz-söhbətlər yaranmış, birgə yaşayış mümkünsüz olmuşdur. Hal-hazırda iki azyaşlı övladı ananın himayəsində qalmışdır. Nikah formal xarakter daşıyır. Bunun üçün də həyat yoldaşı ilkin prosedur kimi Mediasiya Şurasına müraciət etmiş və Mediasiya Təşkilatından işə baxılması üçün X1 təyin edilmişdir. İlkin mediasiya prosesində ortaq fikrə gələrək aralarında bağlanmış xx.xx.2018-ci il tarixli nikahın pozulmasına, uşaqların ananın yanında saxlanılmasına, uşaqların yetkinlik yaşma çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün ərizəçidən 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment verilməsi barədə razılığına gəlinmişdir. Bununla bağlı 18 may 2024-cü il tarixdə Mediasiya Təşkilatında öz aralarında barışıq sazişi bağlanmışdır. Bunun üçün də barışıq sazişinin təsdiq olunmasını istəyir.
İİ. Ərizəçi və maraqlı şəxsin mövqeyi
3. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək ərizənin təsdiq edilməsini xahiş edir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məlumat verməmişdir.
5. Məhkəmə iclasının maraqlı şəxsin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
İİİ Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. – 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. – 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır – 355-25.3-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
İV Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Ərizəçi ilə maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən:
1. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə qeyd olunan məzmunda razılığa gələrək 14 iyun 2018-ci il tarixində 5 saylı Bakı Asan xidmət mərkəzi, qeydiyyat şöbəsində bağladıqları, 1860 sayı ilə qeydə alınan nikahı pozsunlar.
2. “Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Maraqlı şəxs yanında, himayəsində saxlanılmasına razılaşdılar.
3. Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment məbləğini 2024-cü ilin iyun ayından başlayaraq hər ayın 1-10-u aralığında 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs ödəməsi barədə razılaşdılar.”
8. Məhkəmə ərizəçinin nümyanədəsi və vəkilini dinləyib ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflərin barışıq sazişi uşaqların ananın yanında qalması və alimentin tutulması hissəsində qanunazidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qismən – yəni, sazişdə yuxarıda qeyd olunan 1-ci bənd istisna olmaqla 2 və 3-cü bəndlər üzrə təsdiq edilməlidir.
9. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir.
10. Məhkəmə tərəflərə izah edir ki, sözügedən sazişin 1-ci bəndində qeyd olunan nikaha xitam verilməsi tələbi üzrə tərəflər aralarında bağlanmış nikah münasibətlərinə qarşılıqlı razılıqları olduğu halda müvafiq icra hakimiyyəti orqanında (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyinin rayon (şəhəri) qeydiyyat şöbələri) və ya məhkəmə qaydasında xitam verə bilərlər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizələrdən 100 manat dövlət rüsumu tutulur.
15. Məhkəmə həmçinin qeyd edir ki, ərizə qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.
V Nəticə:
16. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin.
2. “Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi 1-ci tərəf Maraqlı şəxs yanında, himayəsində saxlanılmasına razılaşdılar. 3.Tərəflər, 1-ci tərəf Maraqlı şəxs 2-ci tərəf Ərizəçi ilə birgə nikahdan anadan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 (dörd yüz yetmiş) manat aliment məbləğini 2024-cü ilin iyun ayından başlayaraq hər ayın 1-10-u aralığında 2-ci tərəf Ərizəçi 1-ci tərəf Maraqlı şəxs qızma ödəməsi barədə razılaşdılar.” Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ülkər Xəlil