Məhkəmə qərarları › İş №2(004)-3193/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3193/2023

14.06.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3193/2023 14.06.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 Səməndər oğlu cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs1 Səməndər oğlu cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 Səməndər oğlu ilə bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00159 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəyə əsasən müəyyən olunur ki, ərizəçi sözügedən barışıq sazişi üzrə “birgə nikahdan doğulmuş övladları xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs1 Səməndər oğlu hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə hər ay 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürür” şərtinin təsdiq edilməsini xahiş edir. İş materiallarında olan Ərizəçi (Birinci tərəf) ilə Maraqlı şəxs1 Səməndər oğlu (İkinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023- 00159 nömrəli barışıq sazişindən görünür ki, xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs1 Səməndər oğlu hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə hər ay 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini bildirmiş və barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs1 Səməndər oğlu məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə iş materiallarını nəzərdə keçirərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə Maraqlı şəxs1 Səməndər oğlu arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00159 nömrəli barışıq sazişi “xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs1 Səməndər oğlu hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə hər ay 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilməlidir. Yuxarıda sadalananlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs1 Səməndər oğlu cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 Səməndər oğlu arasında mediasiya prosesində bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/3/-2023-00159 nömrəli barışıq sazişi “xx.xx.2011-ci il təvəlüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Maraqlı şəxs1 Səməndər oğlu hər ay hər uşağa münasibətdə 220 (iki yüz iyirmi) manat olmaqla ümumilikdə hər ay 440 (dörd yüz qırx) manat aliment ödəməyi öhdəsinə götürür” hissəsində təsdiq edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar