Məhkəmə qərarları › İş №2(004)-3197/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3197/2024

16.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3197/2024 16.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 19 saylı Şəhər Poliklinikası, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 19 saylı Şəhər Poliklinikası, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının qeydə alınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının qeydə alınması və bu barədə müvafiq qurumlarda rəsmiləşdirilmənin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində bacısı, ikinci qrup anadan gəlmə əlil olan X5 vəfat etmişdir. Həmçinin bildirmişdir ki, mərhum, valideyinləri dünyasını dəyişəndən, onun himayəsində olmuşdur. Həmin tarixdə, yəni xx.xx.2023-cü il, saat təxminən 08:36-da tərəfindən BŞT və TTYS-na çağrış edilmiş və BŞT və TTYS PHŞ-nın 4 saylı bölməsi çağırış yerinə gəlmişdir. Hüşsuz vəziyyətdə olan xəstə X3 müayinə edərkən, artelial təzyiq 0, nəbz 0 və hərarət 0 olmaqla, çağırış briqadası tərəfindən xəbərdarlıq vərəqəsi saat 08:45-də tərtib edilmiş və onlara gözləməyi bildirərək getmişlər. Sənədləşməni sona çatdırmamış və növbəti hərəkətlər barədə onları məlumatlandırmamışlar. Dünyasını dəyişən bacısını, elə həmin gün saat 15:00 radələrində Binəqədi kənd qəbristanlığında, valideyinlərinin yanında dəfn etmişlər. Ertəsi gün 19 saylı şəhər poliklinikasına müvafiq sənədləşmə üçün müraciət etmiş və oradan ona bildirmişlər ki, ilkin sənəd tam tərtib edilməyib və sorğu məktubu ilə BŞT və TTYS. PHŞ-nın 4 saylı bölməsinə müraciət edildi. BŞT və TTYS. PHŞ-nın 4 saylı bölməsindən verilən cavabda isə bildirilir ki, xəstə X4 Kifoz və Skaliozun ağır forması və Aqonal vəziyyət kimi diaqnoz qoyulmuşdur. Bu səbəbdən də poliklinika lazımı sənədləri yəni, ölüm faktını təsdiq edən müvafiq sənədləşməni onlara təqdim etmir və xx.xx.2023-cü il tarixli rəsmi imtina barədə sənəd onlara təqdim edildi. Hər iki qurum cavabdehin tabeliyində olduğundan, sonuncu ilə pretenziya qaydasında aşağıda göstərilən şəkildə yazışma aparılmışdır. “Xahiş edirik ki, məsələlərə aydınlıq gətirməklə, müvafiq qurumlarınızda bu barədə araşdırma aparmaqla, bacım X1 ölüm faktının rəsmiləşdirilməsi üçün bizə lazımı sənədləri təqdim edəsiniz”. Lakin cavabdeh tərəfindən də, xx.xx.2023-cü il tarixli, 18-1/2-A-155xx-xx-24874/2023 saylı məktubda bildirilmişdir ki, məsələnin hüquqi müstəvidə araşdırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. xx.xx.2023-cü il tarixində İnzibati İcraat qaydasında, Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixli Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5065/2024 nömrəli qərarı ilə iddiası rədd edildi və ona Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə əlaqədar, Xüsusi icraat qaydasında yerli məhkəməyə müraciət etməyi izah edildi. xx.xx.2024-cü il tarixli ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və 2(004)-2977/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qərardadı ilə ona digər maraqlı şəxs olan Maraqlı şəxs1nə də müraciət edildikdən sonra təkrar məhkəməyə müraciət etmək hüququ izah edildi. xx.xx.2024-cü il tarixində sözügedən quruma tərəfindən müraciət edildi və xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15- 2035/24 saylı Maraqlı şəxs1 imtina məktubu təqdim edildi və məhkəməyə yenidən müraciət etməyi tövsiyə edildi. İşə məhkəmədə baxılan zaman iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə maraqlı şəxslər 19 saylı Şəhər Poliklinikası, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi, Maraqlı şəxs1nə məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, 19 saylı Şəhər Poliklinikası məhkəməyə 11 iyul 2024-cü il tarixli məktub ünvanlayaraq bildirmişdir ki, ünvan 1 xx.xx.1973 cü il təvəllüdlü X1 xx.xx.2023 cü il tarixdə vəfat etməsi barədə məlumat verən və özünü P.Abasovanın qardaşı kimi təqdim edən Ərizəçi BŞT və TTTYS PHŞ-nın 4 saylı bölməsi tərəfindən hələ sağ ikən P.Abasovanın “Kifoz və skolioz ağır forması,aqonal vəziyyət” diaqnozu ilə tərtib olunmuş arayış təqdim etmişdir. Lakin həmin arayışda ölüm faktını təsdiq edən məlumat olmadığı üçün tərəflərindən ölüm haqqında tibbi şəhadətnaməni (forma №106) tərtib etmək mümkünsüz olmuşdur. Qeyd etmişdir ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının qüvvədə olan xx.xx.2018 ci il tarixli, 05 nömrəli qərarının 4-cü bəndi ilə “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi insanın ölüm anının müəyyən edilməsi barədə xəbərdarlıq vərəqəsi olduqda tərtib edilir. Bütün bunları nəzərə alaraq Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, ərizəçi onun dostudur. Onun bacısı əlil qız idi. 28 oktyabr 2023-cü il tarixdə ərizəçinin evində dünyasını dəyişib və onlar Binəqədi kənd qəbristanlığında dəfndə iştirak etmişlər. O, xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, ərizəçi onun iş yoldaşıdır. Həmin gün o, ona səhər saatlarında zəng edərək, bacısının dünyasını dəyişdiyini bildirmişdir. O, onların evinə getmiş və köməklik göstərərək bir yerdə onun bacısını dəfn etmişlər. Bacısı ərizəçinin evində dünyasını dəyişmişdir. O, xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktını təsdiq etdi. Belə ki, iş materiallarında olan: - AZE seriyalı, 15117048 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən X5 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Maraqlı şəxs2 baş həkim müavini Y.Cəfərovanın xx.xx.2023-cü il tarixli rəsmi imtinasına əsasən ölümü (meyidin olması) təsdiq edən ölüm haqqında xəbərdarlıq vərəqəsinin olmaması, Maraqlı şəxs2na xəstəliklə bağlı heç bir zaman müraciət etməməsi və ambulator kartının olmamasına görə X4 məxsus ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilməmişlər. - Azərbaycan Respublikası Maraqlı şəxs3n 06 dekabr 2023-cü il tarixli məktubuna əsasən vətəndaş X4 aid ölüm şəhadətnaməsinin əldə edilməsi ilə əlaqədar 19 nömrəli Poliklinikanın rəsmi imtina məktubunda qeyd olunan xüsuslarla bağlı məsələnin hüquqi müstəvidə araşdırılması üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs1 Ərizəçi ünvanladığı 3-16-5/8-15-2035/24 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədikləri üçün ölümün qeydə alınması imkanları xaricindədir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Binəqədi rayonu X2 02/A-378 saylı, 14 may 2024-cü il tarixli arayışına əsasən X5 xx.xx.2023-cü il tarixində Binəqədi qəsəbəsinin kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X5 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə və şahid ifadələri ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X1 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməklə, ölüm faktının qeydə alınsın. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxs1nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar