Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3202/2024 10.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” (Maraqlı şəxs1 və Bakı şəhəri 3 saylı Mediasiya Təşkilatı maraqlı şəxs qismində cəlb edilməklə) barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs1 ilə Ərizəçi arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişinin təsdiq barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsasladırılmışdır ki, birgə nikahdan dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 ilə ünsiyyət tələbi ilə bağlı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Hazırki iş üzrə Maraqlı şəxs1 ilə birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ üçün xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişi imzalanmışdır. Lakin Maraqlı şəxs1 barışıq sazişi imzalandığı gündən bugünə qədər uşaqla görüşə icazə verməmişdir. Barışıq sazişinin şərtlərinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs1 izahatında barışıq sazişinin təsdiq olunmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirdib hesab edirki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan birinci tərəf qismində Ərizəçi və ikinci tərəf qismində Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli Barışıq sazişinə əsasən, 1. İddiaçı Ərizəçi Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, cavabdeh Maraqlı şəxs1 ilə birgə yaşayış dövründə xx.xx.2017-ci ildə dünyaya gəlmiş X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ tələb etdi. 2. Cavabdeh Maraqlı şəxs1 iddiaçı Ərizəçi iddiasını qəbul edərək birgə yaşayış dövründə dünyaya gəlmiş X1 atası ilə hər həftənin şənbə günü saat 11:00-dan 17600-dək görüşməsinə etiraz etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən, Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26-cı maddəsində qeyd edilmişdir ki, Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir, barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin barışıq sazişnin ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş bəndləri hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli barışıq sazişi təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355- 23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/3/2023-01240 nömrəli Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:
1. İddiaçı Ərizəçi Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət edərək, cavabdeh Maraqlı şəxs1 ilə birgə yaşayış dövründə xx.xx.2017-ci ildə dünyaya gəlmiş X2 ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüş hüququ tələb etdi.
2. Cavabdeh Maraqlı şəxs1 iddiaçı Ərizəçi iddiasını qəbul edərək birgə yaşayış dövründə dünyaya gəlmiş X1 atası ilə hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək görüşməsinə etiraz etmədi. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Kərim Xudayev