Məhkəmə qərarları › İş №2(004)-3256/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3256/2025

03.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3256/2025 03.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinın “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, arvadı xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum arvadı X8 xx.xx.1977-ci ildə doğulmuşdur. Onunla xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlandıqdan sonra ona Ələkbərova soyadı verilmişdir. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X2 övladları doğulmuşdur. X1 xx.xx.2025-ci ildə səhətində yaranmış ani pisləşməyə görə tərəfindən “X23” X24inə aparılmışdır. Mərkəzə aparılan kimi onu dərhal reanimasiya şöbəsinə qəbul etdilər. Lakin edilmiş bütün tibbi müdaxilələrə baxmayaraq o xx.xx.2025-ci ildə ölmüşdür. Meyidin təşhir edilməsinə tərəfindən icazə verilmədiyi üçün “X23” X24i tərəfındn tibbi şəhadətnamə verilməmişdir. Bu hal tərəfindən “X23” X24inə ünvanladığı ərizəsinə cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-2/2-Ə-344-42- 274/2025 saylı məktubla da öz təsdiqini tapmışdır. Bundan sonra o arvadının ölümünün qeydə alnması və ölüm şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Adıçəkilən qurum tərəfindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinya səbəb olaraq ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmişdir. Odur ki, hazırda X1nın ölümünün qeyd edilmə faktının müəyyən edilməsi zərurət təşkil edir. Bu səbəbdən də ərizəçi hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X1nın ölümünün qeydiyyata alınması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31,10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Bildirilir ki, ölüm haqqında tibbi şəhadətnamən təqdim edilmədiyi üçün ölümün qeydə alınması imkanları xaricindədir. Maraqlı şəxs aidiyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə edir. İş materiallarından olan “X20” PHŞ tərəfindən verilmiş arayışa əsasən xx.xx.1977-ci il təvəllüdlü X5 “dəqiqləşdirilməmiş qəfləti ürək dayanması” son klinik diaqnoz qoyulmuş, ölüm tarixi xx.xx.2025-ci il müəyyən olunmuşdur. İş materiallarında olan Səadət Sarayı tərəfindən verilmiş AZ-İ seriyalı 014923 nömrəli xx.xx.2002-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyəyn edilir ki, Ərizəçi ilə X10 arasında xx.xx.2002-ci il tarixdə Səadət Sarayında nikah bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 75 nömrəsi ilə qeyd edilmişdir. Nikahdan sonra ərə “Ələkbərov”, arvada “Ələkbərova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X24 "X20" X14 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən xx.xx.2025-ci il tarixdə X17 ünvanladığı ərizəyə cavab olaraq bildirilir ki, 1977-ci il təvəllüdlü X7 xx.xx.2025-ci il tarixdə saat 20:35-də X15 açıl şöbəsinə kardiak arrest vəziyyətində gətirilmişdir. Dərhal aparılan reanimasion tədbirlərə baxmayaraq xx.xx.2025ci il tarixdə saat 21:27-də xəstədə bioloji ölüm baş vermişdir. Xəstə yaxınlarına meyidin təşrihə getməli olduğunu, əks halda K.Ələkbərovanın ölüm haqqında tibbi şəhadətnaməsini almaq mümkün olmayacağı bildirilsə də, onlar təşrihdən qəti imtina edərək xəstəxanaya və tibb heyətinə qarşı heç bir narazılıqlarının olmadığını bildirərək meyidi evə apardılar. Hadisə barəsində polis bölməsinə məlumat verilmişdir. Bu səbəbdən X20 ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmir. İş materiallarında olan AZE13174641 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında dindirilmiş şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi atasıdır. Mərhum anasıdır. Avtomobillə yığıncağa gedərkən anasının vəziyyəti pisləşmiş və onu X17 aparmışlar. Təxminən 1 saat sonra mərhumun vəfat etdiyini bildirmişlər. Mərhum Hökməli qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi baldızının həyat yoldaşı, mərhum baldızıdır. Avtomobillə restorana, qonaqlığa gedərkən mərhumun vəziyyəti pisləşmişdir. Mərhumu X17 aparmışlar. Təxminən 1 saat sonra mərhumun vəfat etdiyini bildirmişlər. Mərhum vəfat etdikdən bir gün sonra Hökməli qəbiristanlığında dəfn edilmişdir. Mərhumun dəfnində və yas mərasimlərndə iştirak etmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7 ərizəçinin arvadı olmuşdur. xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilmiş, aşağıda göstərilən sübutlara görə hesab edir ki, baxılan mülki iş üzrə hüquq haqqında mübahisə yoxdur və ərizəçi mərhumun əri olduğundan, onun şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi və xitam verilməsi arvadının ölüm faktının müəyyən edilməsindən asılıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin ərizəçiyə münasibətdə hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MPM – nin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizəçinin arvadının ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə arvadının ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə ərizəçinin arvadı xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi ərizəçinin izahatı, şahidlərin ifadələri və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar