Məhkəmə qərarları › İş №2(004)-3271/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3271/2023

07.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3271/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 03 saylı Bakı Asan Xidmət X2 maraqlı şəxs qismində cəlb etdiyi ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli olan ölüm faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasında xx.xx.1940-cı il tarixində dünyaya gəlmiş X9 xx.xx.2023-cü il tarixində yaşadığı mənzildə - ünvan 1 ünvanında təkrar insult səbəbindən vəfat etməsi faktının müəyyən edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsinin maraqlı şəxs - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan Xidmət” X3 həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 26 avqust 1973-cü il tarixində mərhum X6 ilə anası X8 nikaha daxil olmuşlar. Birgə nikahdan 4 övladları - X12, X14, X15 və o, Ərizəçi dünyaya gəlmişlər. Atası xx.xx.2023-cü il tarixində yaşadığı mənzildə vəfat etmişdir. Vəfat etdikdən sonra Astara rayonunun, Rudəkənar kənd məzarlığında dəfn edilmişdir. Atası vəfat etdikdən sonra ona həkim tərəfindən ölüm haqqında xəbərdarlıq vərəqəsi verilmişdir. Həmin xəbərdarlıq vərəqəsinə əsasən qeydiyyat şöbəsinə müraciət edərək ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Onun müraciətinə xx.xx.2023-cü il tarixində 3/16-5/8-S/15-1437/2023 saylı məktubla cavab verilmişdir. Cavab məktubunda “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində sizin ərizənizin təmin edilməsi mümkün deyil” məzmunlu cavab verilmişdir. Bu səbəbdən də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd etmişdir ki, Yasamal rayonu ərazisində qeydiyyatda olduğundan Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Faktiki olaraq yaşadığı ünvanda kirayə yaşayır. Sonra ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1940-cı il təvəllüdlü anadan olmuş X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, atası insult xəstəsi idi. 2018-ci ildə insult keçirmişdir. Xəstəliyi ilə əlaqədar olaraq qeydiyyatda olduğu yer üzrə deyil, işlədiyi Penitensial Xidmətin əməkdaşı olduğu üçün öz poliklinikalarında qeydiyyatda idi. Öz həkimi tərəfindən müayinə və müalicə alırdı. Xəstəliyi ilə bağlı mütəmadi olaraq müalicələr almışdır. Atası 2023-cü ilin may ayının 13-də yaşadıqları evdə səhər yeməyini anası yedizdirən zaman dedi ki, özünü yaxşı hiss eləmir. Ani olaraq beyin insultu keçirtmiş, təcili yardım çağırmışlar. Təcili yardım həkimi gəlmiş və aqanal vəziyyəti görmüş və təzyiqini ölçəndə təzyiqi həddindən artıq yüksək idi. Amma artıq atasının yuxarı tənəffüz yollarının aqeniyası gedirdi. O, özü reanimasiya işçisidir. Həkim yardım etmiş, lakin həmin zaman yardımında heç bir əhəmiyyəti olmamışdır. İkinci dəfə həkim çağıran zaman atası artıq keçinmişdir. Özünün istəyi ilə atasını, onun anasının və qardaşının dəfn olunduğu Astara rayonu Rudəkənar kənd qəbristanlığında dəfn etmişlər. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs 03 saylı Bakı Asan Xidmət X4 məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin məhkəməyə məktub ünvanlayaraq, iş yükünün çox olması ilə əlaqədar olaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X13 14 noyabr 1940-cı il tarixdə anadan olmuşdur. - Astara VVADQ şöbəsi Azərbaycan SSR tərəfindən verilmiş İ-ЖГ №256536 saylı, 26 avqust 1973-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən 26 avqust 1973-cü il tarixdə X13 ilə X10 arasında nikah bağlanmış və həmin nikah 83 saylı qeyd ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra ərə Sadıxov, arvada Sadıxova soyadı verilmişdir. - Bakı şəhəri Bakılı komissarlar rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş İV-ЖГ №471701 saylı, 14 fevral 1977-ci il tarixli doğum haqqında şəhadətnaməyə əsasən Ərizəçi xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X6, anası isə X5r. - Təcili və X7 Stansiyası PHŞ-nin xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsinə əsasən 14 noyabr 1940-cı il təvəllüdlü X13 xx.xx.2023-cü il tarixdə saat 15:15 radələrində ünvan 1 ünvanında vəfat etmişdir. - Azərbaycan Respublikası Astara rayon İcra Hakimiyyəti Başçısının Suparibağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 58 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, xx.xx.1940-cı il təvəllüdlü X13 dəfn üçün Astara rayon Rudəkənar kənd qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Bakı Baş Səhiyyə Mərkəzi” X19 “03 nömrəli Şəhər Poliklinikası”nın Ərizəçi ünvanladığı PHŞ-6-1-1/2- S-18-31-9/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, atası xx.xx.1940-cı il təvəllüdlü X11 ölüm səbəbi məlum olmadığından Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli 05 №-li Qərarı ilə təsdiq edilmiş “Ölüm haqqında şəhadətnamə”nin verilmə qaydasının 4.4.5-ci bəndinə əsasən tərəflərindən mərhumun adına “Ölüm haqqında tibbi şəhadətnaməsinin” verilməsi mümkün deyil. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 03 saylı Bakı Asan Xidmət X1 Ərizəçi ünvanladığı 3/16-5/8-S/15-1437/2023 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqinda həkim şəhadətnaməsi, yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə tərəfindən Şöbəyə təqdim edilmədiyi üçün X9 ölümünün qeydə alınması imkanları xaricindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fıziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə belə qeydalınma üçün əsasdır. Yuxarıda sadalanan sübutlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X13 həqiqətən də xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Onun ölməsi faktı iş materialları ilə təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1940-cı il təvəllüdlü anadan olmuş X9 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. X9 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri 03 saylı Bakı Asan Xidmət X4 həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar