Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3289/2022 07.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası- xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1980-ci il tarixində Gürcüstan Respublikası, Qardabanı rayonunda anadan olmuşdur və hazırda qeydiyyatda olduğu Bakı şəh., Yasamal ray., D.Bünyadzadə küç., ev 7. m 26-da ailəsi ilə birlikdə yaşayır. Mərhum xx.xx.1948-ci il təvəllüdlü X9 (Kiarimov Asad) oğlu atasıdır. X9 (Kiarimov Asad) oğlu xx.xx.2021-ci il tarixində xəstəliyi ilə əlaqədar yaşadıqları mənzildə qəflətən vəfat etmişdir və onu xx.xx.2021-ci il tarixində Abşeron rayonu Mehdiabad qəbirstanlığında dəfn etmişlər. Bir müddət sonra ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər 39 nömrəli şəhər poloklinikasına rəsmi müraciət etmiş, lakin şəhadətnamənin verilməsini mümkünsüz hesab edərək məhkəməyə müraciət etməsini bildirdilər. Bundan sonra mərhum atam X9 (Kiarimov Asad) oğluna ölüm haqqında şəhadətnaməni almaq üçün Bakı şəhər Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və onlar rəsmi olaraq imtina edərək məhkəməyə müraciət etməsini məsləhət gördülər. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə analogiya tətbiq edərək, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, ərizəçinin bacısıdır. X1 xx.xx.2019-cu il tarixində Bakı şəhərində vəfat etmişdir və Sabunçu qəsəbəsində yerləşən “Xristian" qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidn ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilmiş İİİ-JQ seriyalı, 301078 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1988-ci il tarixdə anadan olmuş Ərizəçi atası qrafasında X4 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Təcili və X5 Stansiyası tərəfindən verilmiş xəbərdarlıq vərəqəsindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüşdür. Sabunçu Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 137 saylı arayışından görünür ki, Ərizəçi atası xx.xx.1950-ci ildə anadan olan X4 həqiqətən xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Xristian" qəbiristanlığında dəfn olunmuşdur. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2019-cu il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3289/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3289/2022
07.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver