Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3314/2021 26.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədirliyi, Salamova Azadə Telman qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı “şəxsin vəfat etmə faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində cəlb edərək qardaşı X4 05 mart 2021-ci il tarixdə ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat vermiş və məhkəmədən ərizənin təmin edilməsi, qardaşı X4 05 mart 2021-ci il tarixdə ölməsi faktının müəyyən olunması və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs qismində cəlb olunmuş Bakı Şəhəri Maraqlı şəxs2nə və Maraqlı şəxs1 lazımi qaydada məlumat verilsə də, nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat bildirməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsini rəhbər tutaraq, maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hazırki məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, X10 onun qardaşı olub. 2-3 il olardı ki, qardaşı serroz xəstəliyindən əziyyət çəkirmiş. Təxminən 2-3 ay olardı ki, qardaşına o, baxırmış. Qardaşı onun evində vəfat etmiş, öldükdən sonra Novxanı qəbirstanlığında dəfn olunmuşdur. Şahid qismində dindirilmiş X2 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X4 dayısıdır. Mərhum spirtli işki aludəçisi olduğundan serroz xəstəliyindən əziyyət çəkirmiş. X4 halı pisləşərkən o, həkim gətirməyə getmiş, həkim gəldikdə o, artıq vəfat etmişdir. Bundan sonra o, təcili tibbi yardım çağırmışdı. Mərhumun dəfnində şəxsən iştirak etmişdir. Şahid qismində dindirilmiş X8 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, mərhum X10 onun qohumudur. O, mərhumun serroz xəstəliyindən əziyyət çəkdiyini bilirdi. Mərhumun dəfnində şəxsən iştirak etmişdir. İş materiallarında olan İV-ЖГ № 400294 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum X10 10.04.1981-ci ildə anadan olmuş, atası X5, anası Gültəkin Əskər qızıdır. İş materiallarında olan İV-ЖГ № 376751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mərhum Ərizəçi xx.xx.1976-cı ildə anadan olmuş, atası X5, anası Gültəkin Əskər qızıdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs2 20.04.2021-ci il tarixli 05/76-1256/15 nömrəli məktubundan görünür ki, Ərizəçi şöbəyə müraciət etmiş, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilmədiyindən şəhadətnamənin verilməsi mümkün olmamış və bundan imtina olunmuşdur. İş materiallarında olan Abşeron rayon Novxanı Bələdiyyəsinin 23.04.2021-ci il tarixli, 110 nömrəli arayışından müəyyən olunur ki, X10 05.03.2021-ci il tarixdə vəfat etmiş və 06.03.2021-ci il tarixdə Novxanı Qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarında olan Bakı Şəhəri Təcili və X3 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 05 mart 2021-ci il tarixində X7 məxsus kişi cinsli meyid aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” birliyi X13 21.05.2021-ci il tarixli, 54 nömrəli məktubundan görünür ki, X4 meyidi 05.03.2021-ci il tarixdən bu günə kimi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” birliyi X13 Yasamal rayon Şöbəsinin meyitxanasına daxil olmamış və bu barədə meyitlər üzrə qeydlər kitabında qeyd edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Səhiyyə İdarəsi Maraqlı şəxs1 mərkəzinin 07.05.2021-ci il tarixli 164 nömrəli məktubundan müəyyən olunur ki, X1 rayonu, Zığ qəsəbəsi ünvanında yaşamadığına və hər hansı xəstəliyi ilə əlaqədar olaraq Maraqlı şəxs1 müraciət etmədiyinə görə ona forma-106 verilməyib. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, ərizə qismən təmin olunmalı, Ərizəçi qardaşı X4 05 mart 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Ərizənin “ölüm haqqında şəhadətnamə verilməsi” hissəsi isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, ölüm haqqında şəhadətnamə verilməsi müvafiq icra orqanının səlahiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X4 05 mart 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3314/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3314/2021
26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver