Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-332/2022 07.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarı əmlakın qaytarılması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin balansında olan BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatının Cavabdeh tərəfindən qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC Cavabdeh ilə Əmək müqaviləsi bağlayaraq, MMC-nin 20/01 saylı 02.04.2021-ci il tarixli əmrinə əsasən onu işə qəbul etmiş, eyni zamanda Cavabdeh ilə balans dəyəri 900 manat olan BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatının salamatlığının təmin etməyi öz üzərinə götürməklə əmlakın saxlanılması üçün 02.04.2021-ci il tarixdə Tam Maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. İddiaçı MMC-nin təsdiq etdiyi 02.04.2021-ci il tarixli Təhvil-təslim aktı ilə BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatı MMC-nin balansında qalmaqla X3 təhvil verilmişdir. İddiaçı MMC-nin 31 may 2021-ci il tarixli əmri ilə BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatının dəyəri onun əmək haqqına yönəldilməsi qərara alınmışdır. Sonradan Cavabdeh xahişini və ailə vəziyyətini nəzərə alaraq 31 may 2021-ci il tarixli əmr ləğv edilərək ratsiyanın qaytarılmasına 1 (bir) ay möhlət verilməklə əmək haqqının ödənilməsi təmin edilmişdir. MMC-nin 55/02 saylı, 03 iyun 2021-ci il tarixli Əmri ilə Cavabdeh tutduğu vəzifədən azad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin, müəyyən olunmuş müddətdə Cavabdeh BLUBİRD PİDİON tipli 377 nömrəli ratsiya aparatın müəssisəyə qaytarmamışdır. Dəfələrlə müəssisəyə dəvət edilərək ratsiyanın qaytarılmasına dair izahat verməsi bildirişə də, o gəlməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh müharibə veteranı ilə mübahisə etdiyi üçün izahatı alınmış və sonradan müvafiq əmrlə işdən çıxarılmışdır. İşdən çıxarılan zaman sonuncu ona təhkim edilmiş ratsiya cihazını təhvil verməli idi. Cavabdeh sözü gedən ratsiya cihazını qaytarmağı şifahi şəkildə söz versə də, bugünki günə kimi şirkətə təhvil verməmişdir. Mübahisə predmeti olan cihazın qiyməti cavabdehin əmək haqqına bərabərdir. Əvvəl onun əmək haqqından tutulacağına dair qərar verilsə də, sonradan bu qərar cavabdehin ailə vəziyyətinə görə və xahişi ilə ləğv edilmişdir. Hazırda onlara məxsus cihaz cavabdehin istifadəsindədir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) qeydiyyatda olduğu ünvan üzrə bildirişlər göndərilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəmə tərəfindən bildirişlər cavabdehin qeydiyyatda olduğu yer üzrə Yasamal rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə baxışı zamanı iş materiallarında olan sübutlara əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 02.04.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, Cavabdeh İddiaçı MMC-də növbə rəisi vəzifəsinə işə qəbul edilmişdir. Eyni tarixli təhvil təslim aktı və tam maddi-məsuliyyət haqqında müqaviləsiyə əsasən iddiaçının mülkiyyətində olan 1 ədəd 377 nömrəli rasiya cihazı cavabdehə təhvil verilmiş, sonuncu 1 ədəd 377 nörməli ratsiya cihazının salamatlığını təmin etməyi öz üzərinə götürmüş və həmin əmlakın saxlanılması üçün maddi məsuliyyət daşımışdır. 03.06.2021-ci il tarixli, 55/02 saylı əmrə əsasən Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş və sonuncu tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 206-cı maddəsinin 1-ci bəndinə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 43-cü maddəsində görə isə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli. Cavabdeh İddiaçı MMC-nin balansında olan Blubird Pidion tipli 377 nömrəli ratsiya aparatı alınaraq İddiaçı MMC-yə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin balansında olan Blubird Pidion tipli 377 nömrəli ratsiya aparatı alınaraq İddiaçı MMC-yə verilsin (qaytarılsın). Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-332/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-332/2022
07.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver