Məhkəmə qərarları › İş №2(004)-3320/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3320/2020

01.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3320/2020 01.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı “şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2020-cu ildə məhkəməyə müraciət edərək, onun anası - xx.xx.1948-ci ildə Quba rayonunda doğulmuş X1 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, xx.xx.1948-ci ildə Quba rayonunda doğulmuş X2 onun doğma anasıdır. Anası xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mərhum anasını xx.xx.2003-cü ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhriyar adına qəbristanlıqda dəfn etmişlər. Bu fakt Bakıxanov qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.2020-ci il tarixli aktı, qəbrin fotoşəkilləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli imtina məktubu ilə öz təsdiqini tapır. Hazırda o, anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Şahid İsgəndərzadə (Quliyeva) Aynurə Mövsüməli qızı məhkəmə iclasında ifadə verərək bildirdi ki, xx.xx.1948-ci ildə Quba rayonunda doğulmuş X2 onun doğma anasıdır. O, anası ilə birlikdə Bakı şəhəri Səbail rayonu A.İldırım küçəsindəki 5 nömrəli evin 17 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşamışdır. Anası xx.xx.2003-cü il tarixdə yaşadıqları mənzildə vəfat etmişdir. Anası S.Quliyevanı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhriyar adına qəbristanlıqda dəfn etmişlər. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş AZB seriyalı 134933 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilmişdir ki, X2 Ərizəçi doğma anasıdır. Forma A qeydiyyat kartoçkasının surətindən müəyyən edilir ki, X2 xx.xx.1948-ci il tarixdə Quba rayonunda anadan olmuş və Bakı şəhəri Səbail rayonu A.İldırım küçəsindəki 5 nömrəli evin 17 nömrəli mənzilində qızı Quliyeva Aynurə Mövsüməli qızı ilə birlikdə qeydiyyatda olmaqla yaşamışdır. Kartoçkada X1 öldüyünə dair qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli 05/2-1671/69 nömrəli arayışına əsasən X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2018-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2018-ci il tarixli 05/2-1671/69 nömrəli məktubu ilə anası X1 adına ölüm haqqında şəhadətnaməsi olmadığından, onun ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Ərizəçi tövsiyyə edilmişdir. Sabunçu RİH-nin Bakıxanov qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.2020-ci il tarixli aktından müəyyən edilir ki, xx.xx.1948-ci il təvəllüdlü X2 xx.xx.2003-cü ildə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhriyar adına qəbristanlıqda dəfn edilmişdir. X5, Məmmədov Musa və Məmmədov Eldar imzalamışlar və Bakıxanov qəsəbə üzrə Nümayəndəliyin möhürü ilə akt təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş məzar daşının fotoşəkillərindən müəyyən edilir ki, X1 adına quraşdırılmış məzar daşında mərhumun adı, doğum və ölüm tarixi göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığagötürmənin, nikahın, boşanmanın, ölümünqeydedilməfaktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatından, şahidin ifadəsindən və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, xx.xx.1948-ci ildə Quba rayonunda doğulmuş X2 Ərizəçi doğma anasıdır. X2 xx.xx.2003-cü il tarixdə yaşadığı Bakı şəhəri Səbail rayonu A.İldırım küçəsindəki 5 nömrəli evin 17 nömrəli mənzildə vəfat etmişdir. Mərhum S.Quliyeva xx.xx.2003-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhriyar adına qəbristanlıqda dəfn olunmuş və məzar daşı qoyulmuşdur. Ərizəçi anasının ölüm haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci ildə Quba rayonunda doğulmuş X1 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamə verilməsi Bakı şəhəri Maraqlı şəxsnəhəvalə edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar