Məhkəmə qərarları › İş №2(004)-335/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-335/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-335/2022 12.01.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X8 qızının katibliyi, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən olunması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.03.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuş X4 02.08.2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X3 ilə birgə nikahlarından 07.03.2021-ci il tarixdə Ayaz dünyaya gəlmişdir. Uşaq “X15 Mərkəzi”ndə 34-cü həftəsində, vaxtından əvvəl doğulmuşdur. Körpə sərbəst tənəffüs ala bilmədiyinə görə, doğum otağından birbaşa intensiv terapiya şöbəsinə köçürülmüş, 19.03.2021-ci il tarixdə evə yazılmışdır. “X15 Mərkəzi” tərəfindən onun adına 19.03.2021-ci il tarixli 227/21 saylı “Yenidoğuşun dəyişmə kartı” verilmişdir. Ayaz evə yazıldıqdan sonra da nəfəs almaqda çətinlik çəkməsi kənardan açıq-aşkar hiss olunmuş, 02.08.2021-ci il tarixdə vəziyyətinin yaxşı olmaması səbəbindən X14 Stansiyasına çağırış etmişdir. X9 gec gəldikləri üçün övladını özü “Respublika Diaqnostika Mərkəzi”nə aparmışdır. Lakin həmin vaxt Ayaz artıq vəfat etmişdir. X4 ölüm faktı Bakı Şəhər Təcili X2 Stansiyasının 5 saylı Bölməsi tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndə öz əksini tapmışdır. Sonradan övladı üçün ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, 06.08.2021-ci il tarixli 3263/15 saylı məktubla ölüm haqqında tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının mümkün olmaması qeyd olunaraq, şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ülüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün 07.03.2021-ci il tarixdə 13 saylı Uşaq Poliklinikasına müraciət etmiş, 06.08.2021-ci il tarixli, 209 saylı məktubla “Ölüm haqqında şəhadətnamə”nin verilməsinin mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X1 ərizənin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə verərək onun iştirakı olmadan məhkəmə iclasını keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qasımova X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ərizəçinin qaynanasıdır. Ərizəçinin övladı X10 02.08.2021-ci il tarixində Yasamal rayonundakı evində vəfat etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 305.1.1, 307.1, 307.2.3, 308, 309.1 və 310-311-ci maddələrinin tələblərini rəhbər tutaraq, müəyyən etmişdir ki, iş materiallarına əlavə edilərək, Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilib ərizəçiyə ünvanlanmış 06.08.2021-ci il tarixli 3263/15 saylı imtina məktubundan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ərizəçinin qardaşı X4 ölümünün qeydiyyata alınması mümkün olmamışdır. AR Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 07.03.2021-ci il tarixdə anadan olmuşdur, ata qrafasında Ərizəçi, ana qrafasında isə X3 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Təcili və X2 Stansiyası tərəfindən verilmiş “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X10 02.08.2021-ci il tarixində Bakı şəhərində ölmüşdür. Beləliklə, məhkəmə qeyd edir ki, iş materiallarının məcmusu ərizənin doğruluğunu təsdiq edir. Belə olduğu halda, məhkəmə hesab edir ki, ərizə əsaslı olub təmin edilməli, 07.03.2021-ci ildə anadan olmuş X4 02.08.2021-ci il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 07.03.2021-ci il tarixində Bakı şəhərində anadan olmuş X4 02.08.2021-ci il tarixində Bakı şəhəridə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar