Məhkəmə qərarları › İş №2(004)-335/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-335/2023

31.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-335/2023 31.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi Allahverdiyeva Aytac Fizuli qızının katibliyi İddiaçının nümayəndəsi Nümayəndə2 Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı cavabdeh İmanova (Mustafayeva) Sura Əkbər qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125,0 kv.m olan, izolə olunmuş 3 otaqlı, 170 saylı (171 saylı) mənzildən çıxarılması və iddiaçının həmin mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, "xxxx" MTK ilə aralarında bağlanılmış 30 dekabr 2014-cü il tarixli müqavilənin 1.1.1-ci maddəsinə uyğun olaraq Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 171 nömrəli mənzil izolə olunmuş 3 otaqdan ibarət ona pay verilmişdir. Müqavilənin 4.1 və 4.2 maddələrinə əsasən aldığı mənzilin dəyəri 93 750 manat təşkil etmişdir. Müqavilənin 3.1 maddəsinin şərtinə uyğun olaraq qeyd olunan 93 750 manat zamanında tam olaraq iddiaçı tərəfindən cavabdehə ödənilmiş və bu ödəniş əsasında da "xxxx" MTK-nın direktoru S.R.Əhmədovun imzası ilə ona xx.xx.2014-cü il tarixli maliyyə arayışı verilmişdir ki, müqavilədə qeyd olunan məbləğ iddiaçı tərəfindən tam ödənilmişdir. Lakin buna baxmayaraq, "xxxx" MTK ona və X4, Nümayəndə2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ilə X6 arasında bağlanmış 11 sentyabr 2014-cü il tarixli müqavilənin, "xxxx" MTK ilə Nümayəndə2 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli və 19 fevral 2015-ci il tarixli müqavilənin, habelə "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nümayəndə2 və İddiaçı "xxxx" MTK-ya qarşı qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillərin "xxxx" MTK tərəfindən qeyd olunan mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Nümayəndə2 "xxxx" MTK ilə aralarında bağlanılmış 19 fevral 2015-ci il tarixli müqavilə üzrə 100.000 manat pulun ödənilməsi, 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 67.500 manat pulun ödənilməsi, İddiaçı "xxxx" MTK ilə aralarında bağlanılmış 30 dekabr 2014-cü il tarixli müqavilə üzrə 93.750 manat pulun ödənilməsi "xxxx" MTK-nın direktorunun imzası ilə təsdiqlənmiş maliyyə arayışları ilə sübut olunur. Bütün bunlardan sonra, "xxxx" MTK-nın onlarla bağlanılmış bu müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi barədə iddiası absurddur və heç bir qanuni əsasa söykənmir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli, 2(007)- 769/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmiş, məhkəmə xərcləri tərəflərə aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi ilə cavabdehlər Nümayəndə2 və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhər Nizami Rayon Məhkəməsinin 2(007)- 769/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin çıxarılması, iddiaçı "xxxx" MTKnın cavabdehlər X4, Nümayəndə2 və İddiaçı qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçılar Nümayəndə2 və İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı “alınmış mənzillərin təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 159 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90 kv.m. olan 172 nömrəli mənzil, izolə olunmuş 2 otaqlı, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m. olan 171 nömrəli mənzil, izolə olunmuş 3 otaqlı mənzillər "xxxx" MTK tərəfindən mənzil müqavilələri üzrə sahiblərinə təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4880/2021 saylı qərarı ilə "xxxx" MTK tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli, 2(103)- 2773/2021 saylı qətnaməsi iddiaçı "xxxx" MTK-ya aid hissədə dəyişdirilmədən saxlanılmışdır. 30 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasmal rayon İcra şöbəsinin icra məmuru X1 xx.xx.2021-ci il tarixdə icraatına daxil olmuş Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2773/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2773/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin icrası həyata keçirilərkən Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə olan binanın 3-cü blok… 17-ci mərtəbədə 171 saylı, 125 kv.m, 3 otaqlı mənzilin 170 saylı olduğu və onun X3 adına rəsmiləşdirildiyi və onun həmin mənzildə yaşadığı müəyyən olunmuşdur… Bu səbəbdən icra sənədinin icrasını təmin etmək mümkün olmamışdır. Odur ki, bu barədə xx.xx.2022-ci il tarixdə akt tərtib edilərək doğruluğu aktda göstərilən şəxslər tərəfindən təsdiq edimişdir. Cavabdeh ona məxsus Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilmiş binanın 3-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 125 kv.m olan 3 otaqlı, 171 saylı mənzildə (hal-hazırda həmin mənzilin nömrəsi dəyişdirilərək 170 saylı mənzil olub) yaşaması iddiaçının mülkiyyətçi kimi hüquqlarını pozur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddiaya etiraz edərək izahatında bildirmişdir ki, mənzil 2007-ci ildən onların istifadəsindədir. Mənzilin ünvanında hər-hansı dəyişiklik olmayıb. Mənzil alınan vaxtdan heç kim onları oxşar məsələ ilə bağlı narahat etməmişdir.Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. "xxxx" MTK ilə Nümayəndə3 arasında bağlanmış 170003 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 3 saylı blokunda ümumi sahəsi 123.5 kv.mdən ibarət, 3 otaqlı, 170 saylı mənzilin dəyəri onun tərəfindən MTK-ya tam olaraq ödənilmişdir. "xxxx" MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 571-ci məhəllədə inşa edilən yüksək mərtəbəli yaşayış binasında 3-cü blok, 17-ci mərtəbədə, ümumi sahəsi 123,5 kv.m olan, 3 otaqlı, 170 saylı mənzil pay kimi Cavabdeh verilir. Mənzilin dəyəri 92625 manat məbləğ tam olaraq ödənilmişdir. "xxxx" MTK tərəfindən Nümayəndə3 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən "xxxx" MTK ilə Nümayəndə3 arasında bağlanmış 170003 saylı xx.xx.2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllədə "xxxx" MTK-nın inşa etdiyi yaşayış binasının 3 saylı blokunda ümumi sahəsi 123.5 kv.m-dən ibarət, 3 otaqlı, 170 saylı mənzilin ümumi dəyərini təşkil edən 92625 manat məbləğində pul vəsaiti onun tərəfindən MTK-ya tam olaraq ödənilmişdir. Həmin mənzil təhvil verildiyi gündən X5 tərəfindən təmir edilmişdir. xx.xx.2018-ci il tarixli, 170003 saylı müqaviləyə əsasən sözügedən mənzil həyat yoldaşı Cavabdeh adına rəsmiləşdirilmiş və hazırki vaxtadək onun istifadəsində və sahibliyində olmuşdur. Həmin mənzilə dair hər hansı başqa şəxslə müqavilə bağlanmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi

152. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 158. Mülkiyyətçi olmayan şəxslərin hüquqları 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ… 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, iddiaçının istifadəsinə verilmiş Bakı şəhəri, Şərifzadə küçəsi, 571-ci məhəllədə inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 3-cü blok, 17-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 125,0 kv.m olan, izolə olunmuş 3 otaqlı, 171 saylı mənzilin hazırda 170 saylı mənzil olmasını təsdiq edən mötəbər sübut - "xxxx" MTK–nın səlahiyyətli şəxsi tərəfindən verilmiş arayış və ya Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin arayışı məhkəməyə təqdim edilmədiyindən, eyni zamanda belə bir arayış təqdim olunsa belə, iddiaçı tərəfindən cavabdehlə "xxxx" MTK arasında mübahisəli mənzilə dair bağlanmış müqavilənin etibarlığı mübahisələndirilmədiyindən iddia təmin edilə bilməz və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq

QƏT ETDİ :

İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsinə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Təhminə Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar